Məhəmməd Əmin Rəsulzadə-
Əsərləri
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
qrafikasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi
Transliterasiya
redaktorları: professor Şamil VƏLİYEV, elmi işçi Samir
MİRZƏYEV
(1917-aprel
1918)
IV cild
1917-ci il
Təqvim
ili bitdi. Hər il qurtardıqda
bir dönüb geri baxmaq, bir müddətdə nələr
olduğunu nəzərdən keçirmək mənfəətdən
xali degildir. Bilxassə ki, bütün aclığı,
başsızlığı və hərci-mərcliklə bərabər
bu keçən il behəqq “böyük və
işıqlı” bir il idi.
Qarelərin
yadında olsa gərək ki, 1917-ci il cahan jandarmı olan
Rusiya hökumətinin zülm və istibdadının son dərəcəyə
yetişməsi ilə başlanaraq məmləkət və
170 milyonluq əhali ölgün, düşkün, pozğun və
pərişan bir hala gəlmişdi. Öylə
bir hala ki, artıq böylə davam edəmiyəcəginə
hər kəsdə bir qənaət hasil olmuşdu.
Nəhayət, dolmuş olan səbr kasasına xəlq
nümayəndəligi, cəmaət səsi olan Q.Dumanın
qapadılması xəlqin boğulması təşəbbüsü
son damla olaraq atıldı, kasa daşdı. Millət və məmləkət
boğazını bir an vəhşi pəncəsindən
qurtararaq fevralın axırında səsini ucaltdı. Bəsdir
daha, dedi. Nikolay hökuməti məmləkətə
toplar və pulemyotlar ilə cavab vermək istədi. Fəqət böylə şeylərlə insan
dühası əzilməzdi.
3
günlük bir mübarizə nəticəsində Avropa
jandarmlığı, hürriyyət hərəkəti
müqabilinə “müqəddəs ittifaq” adı ilə
istibdad qüvvəsi təşkil etmiş olan Romanov Xanədanının
son nümayəndəsi olan Nikolay öz hökuməti və
rejimilə mədumiyyətə çəkildi. Nikolay bir
dekret ilə özünün və oğlunun tac
və təxtindən əl çəkdiklərini, səltənəti
Mixail Aleksandroviçə verdigini elan etdi. Eyni
zamanda Dövlət Dumasının nümayəndələrindən
bir müvəqqəti hökumət təşkil olundu. Haman günlər Mixail Aleksandroviç dəxi səltənətdən
əl çəkib Məclisi-Müəssisan dəvətinədək
məmləkəti müvəqqəti hökumətin öhdəsinə
buraxdığını bildirirdi.
Fəqət
o zaman təşkil edilmiş olan müvəqqəti hökumət
Protopopov hökumətindən az fərqli
olan kadetlərin, imperialistlərin əlinə
düşmüş olduğundan böylə hökumətin
dəxi uzun müddət ömür edəmiyəcəgi
durbinlərə aşkar idi. Zira əvvəl gündən məlum
oldu ki, yalnız burjuaziya nümayəndəligindən təşəkkül
edən bir hökumət məmləkətin bütün
qüvvələrinə istinad edəmiyor: xəlq ona tamamilə
etimad göstərmiyor. Ona görə idi ki,
böyük Rusiyanın hər tərəfindən göndərilən
təbrik və təhdidlərdə “hökuməti-inqilab və
hürriyyətin əsaslarına xidmət etdikcə var
qüvvəmizlə onu müdafiə edəcək,
saxlayacağız” deniliyordu.
Az
keçmədi knyaz Lvov hökuməti xəlqin
etimadsızlığının həqli olduğunu öz fəaliyyət
və hərəkətilə isbat etdi; bir tərəfdən
millətlərə hürriyyət vəd etdi, digər tərəfdən
Nikolayın müttəfiqlərilə “son qələbəyədək”
əl-ələ gedəcəgini bildirdi. Daxili
siyasətlə özünün behəqq əski hökumət
varisi olduğunu göstərdi. Məmləkət,
hökumətin bütün əhaliyə istinad etməsinə
lüzum gördü. Nəticədə
ictimaiyyun-inqilabiyyun nümayəndəsi olan Kerenski başda
olmaq üzrə yeni bir motəlif hökumət əmələ
gəldi.
Lakin
atalar sözüdür: bir əldə iki qarpız tutmaq olmaz!
Kerenski
hökuməti bir tərəfdən inqilab
fütuhatının genişlənməsi; inqilab
şüarlarının hürriyyət əsaslarının
icrasını vədlə inqilabçı demokratiyayı qənaətləndirmək,
digər tərəfdən də sülhə ancaq qələbə
yoluyla gedəcəgiz; bəşəriyyətin hürriyyət
və səadəti müttəfiqlərin qələbəsi
və Almaniya ilə yoldaşlarının
izmehlalındadır bəhanəsilə əski siyasəti,
xüsusən müharibə əməliyyatını davam
etdirməklə sərmayədar və imperialistlərin ruhunu
oxşamaya çalışdı və hürriyyət
tarixində böyük qara ləkə təşkil edən
18 iyun hücumuna əmr verdi.
Kerenski
siyasətinin əsas və bünövrəsinin
çürüklügü haman
hücumun müvəffəqiyyətsizligilə isbat edilmiş
oldu. Kerenski hökumətinin havada asılı
qaldığı anlaşıldı; fəqət Kerenski sabiq
hökumətlər kibi tezcə təslim olmaq istəmədi.
3-5 iyul xürucu kömək etmədi. Bolşeviklər o vəqt zəif, koalisiyayı yeganə
rahi-nicat görən çox idi. Kerenski
Moskvada böyük bir şura çağırdı; Dövlət
Şurası açıldı. Fəqət oraya gedənlər
haman koalisiya tərəfdarları idi. Bunlar Kerenski proqramını təsviblə motəlif
hökumət tərəfdarları idi. Bunlar firqə
nümayəndələrindən ibarət parlaman
qabağı adlı bir kontrol müəssisəsi təşkilinə
qərar verdilərsə də, həqiqətdə Kerenski
hökumətinə etimad və müzahirat bəyan etməkdən
başqa bir iş görməmiş oldular.
lll
Moskvada vüqu bulmuş olan dövlət müşavirəsi
nə qədər Rusiyanın nicatını ümum qüvvələrə
istinad edən motəlif hökumətində görmək istəsə
də, cəmaət ikiüzlü siyasətin yaxşı nəticə
verəcəginə etimad edə bilmiyor və hər tərəfdən
tənqidlər, etirazlar yağıyordu. Nəhayət,
parlaman qabağı adıyla bir şura təşkil olunduqda
rəylər ayrıldı.
Moskva Şurasında ordunun tənzimi və məmləkət
idarəsinin islahı bəhanəsilə bir layihə təqdim
etdi və diktatura tələb elədi. İnqilabçı
demokratiya qəti surətdə özünü kənara
çəkdi və Kerenski hökuməti layihəyə
razı olduğundan bunlar etirazla parlaman qabağında da
iştirakdan qətiyyən üz döndərdilər və məmləkətin,
idarənin islahını demokratik bir şuraya
tapşırmağı və Ümumrusiya Əmələ və
Soldat və Kəndlilər Şuralarının qurultayı dəvət
olunmasını tələblə hazırlanmağa
başladılar.
Nəhayət, general Kornilov diktatura həqqindəki tələbi
güc ilə keçirmək qəsdilə xüruc etdi. Cəbhədən
qüvvələr gətirilərək Petroqrad üzərinə
sövq edildi. Fəhlə və Əskər
Vəkilləri Şurası müqabilinə daha doğrusu,
inqilabçı demokratiya müqabilinə silah qaldıraraq vətəndaşlar
müharibəsinin ibtidasını qoydu. Petroqradda
bunların müqabilinə güclü qırmızı
qvardiya müsəlləh fəhlə dəstələri ilə
demokratiya tərəfdarı olan əskəri qitəmat
çıxarılaraq Qatçina yanında müxtəsər
bir toqquşma vaqe oldu. Fəqət
aldanmış olduğunu qandıqda general Kornilov
qoşunları əzcümlə Ümumrusiya müsəlman
şurasının təşəbbüsilə Dikaya Diviziya
hürriyyətə qarşı silah
qaldırmayacaqlarını bəyanla demokratiya tərəfinə
keçdilər. Bu surətlə Kornilov
macərası da Kerenski hökumətinin qalibiyyətilə
bitdi.
Bir daha
bir neçə ay geri qayıdalım: İnqilabın
ibtidasında Petroqrad fəhlələri təşkilat
vücuda gətirərək hökumətin fəaliyyətini
kontrol altına almaya qərar verdi və hökumətlə bərabər
çalışaraq mürur ilə Ümumrusiyada Fəhlə
və Əskər Vəkilləri Şuraları əmələ
gətirərək böyük bir qüvvə
təşkil etdi və füqərayi-kasibə sinfinin mənafeyini tam ciddiyyətlə təqibə
girişərək məşhur bir nömrəli əmrnamə
ilə “soldatların hüququ”nun təmininə müvəffəq
oldu. Hər yerdə hər əskəri qitədə
Fəhlə və Əskər Vəkillər Şuraları və
əskər komitələri təşkil etdi. Eyni zamanda fəhlələri silahlandıraraq
qırmızı qvardiya əmələ gətirdi.
Nəhayət, Kerenski hökuməti böhran keçirən
zaman iyul ibtidasında Petroqradda müvəffəqiyyətsiz bir
xüruc etdi.
Bundan məyus olmayaraq fəaliyyətini davam
etdirdi. Axirüləmr demokratiya ilə
imperializm arasını açan vəqt gələrək
Kornilov xüruc etdikdə inqilabçı əskərlər
ilə qırmızı qvardiya qüvvəsindən istifadə
edərək onun müqabilinə çıxdı və bu dəfə
tam mənasilə müvəffəq oldu.
Bundan sonra Rusiya inqilabı yeni bir səfhəyə girərək
siyasi inqilabdan çıxıb sosializm inqilabı
dövrünə girdi. Kerenski hökumətinin təqibi nəticəsində
guşeyi-inzivayə çəkilmiş olan bolşevik
pişrovları üzə çıxaraq tərəf
müqabilini əksinqilabçı elan etdi və onunla ciddi
mübarizəyə başladı. Oktyabr
axırlarında iş böyük ciddiyyət kəsb edərək
nəhayət, 26 oktyabrda Ümumrusiya Fəhlə, Kəndli və
Soldatlar Şuraları qurultayının qərarilə Lenin
hökuməti təşkil edildi və Kerenski hökumətilə
əldə silah olaraq mübarizəyə başlandı.
Qırmızı
qvardiya fəhlə dəstələri müqabilinə yunker,
tələbə və sair sinif və silklərdən ağ qvardiya təşkil edildi. Müsəlləh
vuruşma başlandı. Bu dəfə
demokratiya son və qəti zərbəsini çalaraq
böyük müvəffəqiyyət qazandı. Nəticədə Kerenski voyenni feldşer
libasında qaçdı. Lenin hökuməti
paydar oldu.
Bu hökumət nələr etdi?
Birinci növbədə millətlərə
“samoopredeleniye” – kəndi işlərini kəndisi idarə etmək
həqqi verəcəgini bir dekretlə bildirdi və felən
icra etdi. Zira Kerenski hökumətinin cəbrən
qapatmış olduğu Finlanda seyminin açılmasına
müzahirat etdi. Ukrayna hökumətini
iqrar və təsdiq etdi. Hər kəs öz milləti
üçün nə istiyor alsın, dedi. Onun müsaidətilə
Rusiyada bir çox hökumətlər elan edildi, Finlanda
müstəqil oldu, Ukrayna Milli Məclisi Ukraynayı muxtar elan
etdi və ümum ədəmi-mərkəziyyət tərəfdarı
olan millət və mahalların nümayəndələrini
millətlər qurultayına çağıraraq professor
Qruşefski dililə Ukraynayı daxili işlərdə
müstəqil olmaq üzrə Rusiya Cümhuriyyətinin bir
müştərək üzvi – deyə tanıtdırdı;
sair millətlərə də bu yolda çalışmayı
tövsiyə etdi. Millətlər isə gərək Romanov, gərək
Knyaz Lvov və gərəksə Kerenski hökumətlərinin
mərkəziyyətçi siyasətindən narazı
olduqlarını bəyanla Ümumrusiya Qoşma Xəlq
Cümhuriyyəti əsasını iləri sürüyərək
bütün Rusiyanın və onun cüzi təşkil edən
ayrı-ayrı ölkələrin səadətini ancaq ədəmi-mərkəziyyət
əsasında görərək sözdən işə
keçdilər. Latviya, Sibirya, Cənubi İdil və Ural,
Türküstan, Moldova, Dağıstan, Don, Terek muxtariyyət
elan etdilər.
Don, Terek və Kuban kazakları Cənub-Şərqi
İttifaqı əmələ gətirərək Şimali
Qafqasiyanın sərbəst millətlərilə
Dağıstanı da ittifaqa cəlb etdilər. Zaqafqasiyada dəxi
türklər, gürcülər və ermənilər
ayrı-ayrı muxtariyyətlər elanına
hazırlaşmaqla bərabər xüsusi şəraitdən
dolayı hələlik milli arzularına yetişəmiyərək
həm də məzkur üç millətin buna
çalışmasını müvafiq görərək
Zaqafqasiyada müştərək bir hökumət elan etdilər.
Bir daha
geri dönəlim:
Nikolay və Ümumromanov Xanədanının
dövründə Rusiya hökumətinin Rusiya türk-müsəlmanlarilə
necə rəftar etdikləri məlumdur. 1917-ci il
başlarında Rusiya müsəlmanlarının heç bir
bəşər hüququna malik olmadığı da məlumdur.
Fevral inqilabı Rusiyada bütün millətlərdən
ziyadə türk-müsəlmanları sevindirdi. Nəhayət, zənciri-əsarətdən
qurtaracaqlarına, hüquqi-bəşərə malik “inorodist”
degil, “qrajdanin” olacaqlarına qənaət hasil oldu. Odur ki, inqilabı da hamıdan artıq müsəlmanlar
şadlıqla qarşıladılar. Fəqət
inqilabın iş başına keçirdigi müvəqqəti
hökumət ilk qədəmdən məyusluğa bais oldu.
Zira Knyaz Lvov hökuməti müsəlmanlarla haman
Nikolay kibi rəftar edərək hətta hökumətin ən
sol qanadına mənsub bir zat bir həqiqəti aşkar etmək
istəməməklə böyük bir iclasda sədarətdən
imtina etdi. Zira iclasa gedəcək, sədarət
edəcək olsa, mütləq müsəlmanlar nəfinə
danışmaq məcburiyyətində idi.
Daha sonra Kerenski hökuməti gəldi. Hökumət
başındakı adamlar dəgişdi, fəqət müsəlmanlara
qarşı siyasət dəgişmədi. Yenə haman etimadsızlıq, yenə haman qeydsizlik
davam etdi.
Kerenski
iş başında olan zaman müsəlmanlar kəraətlə
müxtəlif məsələlərin həlli
üçün ona müraciət etdilər, ya cavab
çıxmadı, ya da cavabi-rədd alındı. Bir məsələ həll edilmədi. Hətta ümummillətlərə milli qoşun təşkili
ixtiyarı verildi, yalnız bizə verilmədi.
Nəhayət, oktyabrdan etibarən hökumət
başına bolşeviklər keçdi. Bunlar müsəlmanlarla
sərbəst vətəndaş dililə danışmaya
başlamışlardır.
Bolşevik hökumətinin fəaliyyətindən ən
artıq gözə çarpanı birinci qədəmdə
sülh uğrunda ciddi tədabirə girişmələri və
mütarikə elanına müvəffəq olmalarıdır. Bundan əlavə
bolşeviklər sosializm proqramına əməl etməgə
iqdamla fəhlə və topraq məsələsinin öz
proqramlarıyla müvafiq surətdə həlli, bankların
milliləşməsi və sair həqqində dekretlər verdi.
“Açıq
söz”, 1, 2 yanvar 1918,
¹643, 644
Axirüləmr
– nəticədə
Mütarikə
– müvəqqəti barışıq
Mədum
– mövcud olmayan
İnziva
– dünyadan əl üzmə
İzmehlal
– məhv olma
Təsvib
– təsdiq etmə
Xüruc
– üsyan etmə
Samoopredeleniye
– təyini-müqəddərat
Müsaidə
– köməklik, izn
Müzahir
– aşkar edən, aydınlaşdıran hami,
nümayişçi
Məclisi-Müəssisan
Rusiya cəmaətinin aylardan degil, illərdən bəri
dördgözlə gözlədigi Məclisi-Müəssisan
bir çox intizardan sonra nəhayət yanvarın 5-nə
toplandı.
Məclisin açılmasına dair gələn xəbərlər
olduqca naqis idi.
Teleqraflar alabəzək bir halda
alınmışdı. Teleqraflardan anlaşılan bir
şey vardısa, o da bu idi ki, bolşeviklərin sol eserlərlə
Məclisi-Müəssisana ultimatum qoymuşlar ki, hər
şeydən əvvəl kəndçi, əskər və əmələ
şuralarının mərkəzi komitəsi tərəfindən
təklif olunan sülh proqramı ilə şuranın
hökumətini qəbul eləsin, yoxsa
dağıdılacaqdır.
Məclisi-Müəssisan əksəriyyət etibarilə
bu təklifin müzakirəsini kənar eləmiş, bunu isə
sollar rəddi-tələqqi edərək məclisi tərk
qılmışlardır. Sonradan alınan xəbərlərdə
deniliyor ki, Məclisi-Müəssisan “qırmızı
qvardiya” tərəfindən qovulmuşdur.
İki gündür ki, yeni xəbərlər
alınmıyor, nə oluyor bəlli degildir. Məclisi-Müəssisan
varmı, yoxmu bilinmiyor. Hər halda məlum
olan bir şey vardır ki, Məclisi-Müəssisan ilə
şuralar mərkəzi arasında toqquşma var, yoxsa da
olacaq. Şübhə yoxdur ki, demokratizm
üsulunu fəhlə sinfinin hakimiyyəti ilə, saldat əlindəki
süngülərlə paydar etmək istəyən xəlq
komissarları kəndi proqramlarını qəbul edə bilməyən
məclislə anlaşa bilməyəcək, məsələyi
qüvvətlə həll etmək istəyəcəklərdir.
Böylə bir xətti-hərəkətin
Rusiyayı ictimai bir mühəyya görməyənlərcə
nə kibi bir qiymətə malik olduğu məlumdur. Fəqət bu halın təfsilən mühakiməsini
başqa bir nömrəyə buraxaraq burada bir keyfiyyəti qeyd
etmək istiyoruz.
Məclisi-Müəssisanın bu surətlə
qovulması, qovulmasa da şuralarla böylə ciddi bir surətdə
qarşı-qarşıya gəlməsi Rusiya demokratiyası
arasındakı ixtilafı olduqca dərinləşdirəcək. Artıq
heç bir növlə iki tərəf arasında etilaf hasil
olamıyacaq, bu xüsusdakı ümidləri kökündən
qıracaqdır. Demokratiya arasında
barışıq qeyri-mümkündür. Buna görə də Rusiya yaxın bir zamanda
bütün məmləkətcə tanınmış səlahiyyətdar
mərkəzi bir hökumətə malik bulunamıyacaqdır.
Bundan alınacaq nəticə isə məlumdur.
Rusiya millətləri kəndi təqdirlərinin
təminini Petroqrad, Moskva və ya sair bir mərkəzdən
degil, kəndilərindən gözləməli, hər vilayət
və millət qəti surətdə kəndi Məclisi-Müəssisanını
dəvətə başlamalıdır. Ayrı-ayrı
millətlər kəndi müqəddəratlarını kəndiləri
həll və təyin elədikdən sonra müştərək
bir mərkəz fikrində bulunmalıdırlar. Yoxsa mərkəzdəki
hökumət qovğalarını gözləyib duracaq
olursaq, kim bilir ki, daha nələrə təsadüf
edəcək, nələr görəcəgiz.
“Açıq
söz”, 11 yanvar 1918, ¹652
1918-ci il yanvarın 12-də Milli Şuranın
iclasında M.Ə.Rəsulzadənin
çıxışı
Məhəmməd Əmin Rəsulzadə söz alaraq
diyor ki, o vəqt biz əcələ ilə Milli Komitəyi
mövcud təşkilatlardan nümayəndəlik
çağırmaq üsulilə təsis etdik. Çünki
o vəqt siyasi firqə və təşkilatımız yox idi.
O zaman bütün Rusiya kibi biz dəxi çarəsizlikdən
bu üsula təvəssül etdik. Fəqət
bu üsul demokratik degil, çox da naqisdir.
Bədə
o qaidə ilə seçilən komitənin
nöqsanlarını zikrlə natiq əfəndi göstəriyor
ki, imdi siyasi firqələrimiz var, cəmaətdə siyasi tərbiyə
var, baxınız ki, Milli Şura üzvlərinin
yarısı gəlməmiş olduğu halda beş
yüzdən ziyadə cəmaət komitə nə halda
olduğunu bilmək üçün
toplaşmışdır. Cəmaət dərdini
biliyor, anlıyor, vəqt yetişmişdir ki, cəmaət
işləri, millət işlərini cəmaət özü
görsün. Lazımdır ki, millət
hüzurunda məsul bir komitə seçilsin.
Bunun üçün də komitəyi ümumi,
müsavi, gizli, müstəqim və mütənasib seçki
üsulilə seçməlidir. Şəhər və
mədən dairəsində təhriri-nüfus icra edilmiş,
siyahı hazırdır. Qoy siyasi firqələr
nümayəndələrindən ibarət bir komissiya təşkil
edilsin və bu komissiya seçki hazırlasın.
lll
Nəticədə Şura qərar veriyor ki, Milli Komitə
ümumi, müsavi, gizli, müstəqim və mütənasib
seçki üsulilə intixab edilsin və bunu hazırlamaq
üçün siyasi firqələr nümayəndələrindən
ibarət bir komissiya təşkil olunsun.
lll
Məhəmməd Əmin Rəsulzadə cənabları
“Müsavat” firqəsi tərəfindən iclasın əvvəlində
seçki icra edilməməsi təhti-qərara
alınmış olduğu halda imdi seçkidən daha
böyük bir şeyə iqdamla səlahiyyəti
olmadığı halda Komitə istefasını qəbul və
vəzifəsinin başqalarına həvalə edilməsi müqabilinə
protesto və protokola qeyd olunmasını tələb ediyor.
“Açıq
söz”, 14 yanvar 1918, ¹654
Sülh ətrafında
Türkiyə ilə mütarikə
Məlum
olduğu üzrə Almaniya, Avstriya, Türkiyə və
Bolqariya nümayəndələri Rusiya nümayəndələrilə
bir tərəfdən Brest-Litovskidə və digər tərəfdən
Türkiyə ilə Rusiya nümayəndələri xüsusi
surətdə Qafqasiya cəbhəsində Ərzincanda
mütarikə və sülh müxabiratına
başlamışlar. İmdiyə kibi
Brest-Litovskidə vaqe olan sülh müxabiratı həqqində
qəzetəmizdə az-çox məlumat vermişik. Türkiyə ilə olan mütarikə
müxabiratı həqqində isə imdiyə kibi bir məlumat
yox idi və müxabiratın burada nə sayaqla davam etdigi məlum
degil idi. Fəqət son günlərdə
nəşrə başlamış olan “Naş qolos”* qəzetəsində
V.Tevzaya cənabları Qafqasiya cəbhəsində Türkiyə
ilə Rusiya nümayəndələri arasında vaqe olan
mütarikə müxabiratı həqqində bir nümayəndənin
dəftəri-xatiratından olmaq üzrə zildəki təfsilatı
veriyor ki, bəzi əhəmiyyətli parçalarını
ondan iqtibas ediyoruz.
Noyabrın 29-cu gecəsi sürətli qatarla meydani-hərbə
azim olduq. Qafqasiya heyəti-vükəlasına bəndən
başqa Soldat Mərkəzindən A.Simirnov, Qafqasiya ərkani-hərbindən
polkovnik Berzenqur, Kəndli Mərkəzi Şurasından
Camalyans daxil olmuşlardı. Və
Ərkani-Hərb İdarəsinin digər nümayəndəsi
general-mayor Vişinski bizi Ərzurumda qarşılamalı idi.
Təcrübəli bir əhli-xəbər sifətilə
əskəri müvərrix polkovnik Esadze dəxi bizimlə bərabər
getməli idi.
Nümayəndələrin
əksəri ehtiyat ediyordular ki, şayəd yolda soldatlar bizim qatarı dayandırıb bizim yerlərimizi
işğal edərlər. Doğrudan da
Aleksandropol ilə Kars arasında vaqe mövqiflərin birisində
bir qədər soldat bizim qatara yanaşaraq yer tələb
etdilər. Lakin qatar rəisi bizim səfərin
məqsədini soldatlara bildirdikdən sonra soldatlar xeyli sevinib
bizə müvəffəqiyyətlər dilədilər.
Noyabrın 30-da axşam Ərzuruma yetişdik. Heyəti-vükəla
iclas dəvət edərək Türkiyə nümayəndələrinə
təqdim olunacaq mütarikə layihəsini müzakirəyə
başladı. Mütarikənin nə qədər
davam edəcəgi məsələsi uzun-uzadı mübahisələrə
səbəb oldu. Əskər nümayəndələr
mütarikənin müəyyən bir vəqtə –
üç, yaxud beş aya qədər əqd
olunduğunu və mütarikə əqdinin əskidən bəri
böylə olduğunu isbat ediyordular. Biz isə
əski qaidə və qanun ilə rəftar etmək bizə
münasib olmadığını və siyasi durbinlik
mütarikə əqdinin vəqtsiz olmasını iqtiza etdigini
təkid ediyorduq. Nəhayət, heyət
bir rəyə şərik oldu və sonradan Ərzincanda
müxabirat əsnasında bu fəsil Türkiyə heyəti-vükəlası
tərəfindən dəxi qəbul olundu.
lll
Sülh ilə yaşayan əhaliyə hüdud xətti
dairəsində vaqe şəhər və kəndlərdə
sakin olmaq icazəsi verməgi qeyd edən fəsil dəxi
ixtilafi-mucib oldu. Nümayəndələrdən birisi bu
münasibətlə izhar etdi ki, əgər sülh ilə
yaşayan əhaliyə bu icazə verilərsə, o vəqt
bu kimi şəhər və kəndlər təcili bir surətdə
kürdlər tərəfindən səkəna edilərək
sair millətlərə öz yerlərinə qayıtmaq
imkanı vermiyəcəklərindən ehtiyat ediyorum.
Nümayəndələrin əksəri bu rəyə
iştirak etdi.
Bundan sonra zabitiyyə idarəsi məsələsi
mövqei müzakirəyə qoyuldu. Hal-hazırda
işğal edilmiş yerlərdə xüsusi bir komissariyyat
işlərə nəzarət və ümuri-zabitiyyəyi
idarə ediyor. Nümayəndələrdən
birisi təklif etdi ki, bugünki idareyi-zabitiyyənin bilatəbdil
qalması üçün şərtnaməyə bir fəsil
qeyd edilsin. Fəqət əksəriyyət
bu rəyə razı olmadı. Biz
mütarikənin uzun müddət davam etdikdə zəbt
olunmuş vilayətlər idarəsi təbdil oluna biləcəgini
imkan daxilində zənn ediyorduq. Binaənileyh
komissaryatda gərək kürd və gərək erməni əhalisinin
nümayəndələrindən mütəşəkkil bir
şuranın təşkili hər iki milləti biri-birinə
yaxınlaşdıracağı kibi bunların yekdigərilə
rəftar və müamilələrini də düzəldər
və komissariyyat üçün vilayətlər idarəsini
asanlaşdırar.
Qalan fəsillər ixtilaf və mübahisəyi mucib
olmadığından əskəri xəritəyə bənd
və aşina olmağa iqdam etdik. Bu işdə nümayəndələr
böyük səbr və mətanət göstərərək
hər növ dağların adlarını gözəl surətdə
əzbər etdilər.
Dekabrın 1-də Ərzincana azim olduq, yollarda bir
çox sınıq sərnişin və yük avtomobillərinə
rast gəldik.
Bunların təmir və məramiətini bir vəqdir
böyük zəhmət istiyorsa da, fəqət imdi el, millət
malının qeydini çəkən kimsə yoxdur. Yolun hər iki tərəfində qıraqda da at və
sair heyvanların cəmdəklərini görmək olar.
Bu heyvanların dərilərini kürdlər
40-50 manata alıyorlar. Bu isə həmin
heyvanlara nəzarət edənlər üçün
böyük bir mədaxil mənbəyi təşkil ediyor.
O birisi
gün dekabrın 2-də məhəlli demokratik müəssisələri
nümayəndələri və birinci Kolordu komandanı ilə
görüşdük. Qarşımızda birdən-birə
komandan general Lyaxov zühur etdi. Lyaxov! Bizi
heyrət götürdü. İran
inqilabı tarixində və birinci məclisin qovulmasında
böyük bir rol oynamış olan Lyaxov kimin xatirində
degildir. Nə qədər iştihar
tapmış olan bir şəxsin bizə rast gələcəginə
bən heç də inanmıyordum. Bən
bunun hərəkətlərinə diqqətlə nəzarət
etdikdə onun mətanətli, şəci və cürətli
bir əskər olduğunu yəqin etdim. Ümuri-hərbiyyəyi
kamalınca bildigi gözə çarpıyordu. Demokratik müəssisələrə nisbətən
rəftar və müamiləsi bitərəfanədir. Fəqət bütün bu işlərə baxmayaraq
bən yəqin etdim ki, əgər bunun əlində imkan
olarsa heç vicdan sıxıntısı hiss etməyərək
ikinci məclisi də dağıdar və etizari-ricalına hərgiz
tənəzzül etməz.
Gündüz saət 5-də ərkani-hərb ümurəsi
imarətinə iki avtomobildə Türkiyə nümayəndələri
gəldilər. Dərhal avtomobillər ətrafında
külli-izdiham toplanmağa başladı və nümayəndələr
güc-bəla ilə özlərinə yol aça bildilər.
lll
Türkiyə
tərəfindən müxabiratda iştirak üçün gələnlər:
Türkiyə ərkani-hərb idarəsi rəisi Ömər
Lütfi bəy, Türkiyə ərkani-hərbinin
başısı Xosrov bəy və komutan Yəqub bəy idi. Yəqub bəy rusca son dərəcə gözəl
və mükəmməl biliyor. Müşarileyh
neçə vəqt bundan əqdəm Rusiya təbəəsi
olduğu halda (Kazan tatarlarından imiş) nədən isə
ailəsilə bərabər Türkiyəyə
köçüb imdi Türkiyə ordusunda xidmət ediyor.
Xosrov bəy isə almanca bildigi kibi fransızca
da gözəl surətdə ifadeyi-məram ediyor.
Lütfi
bəy bənə hər bir deyəcəgi sözünü
düşünən qayət ciddi bir adam
olduğu təsirini bağışladı. O, bizimlə
mütərcim vasitəsilə türkcə
danışıyordu. Fransızca bir o qədər
yaxşı bilmiyor.
Müxabiratın son günündə məlum oldu ki,
Lütfi bəy də rusca biliyormuş. Dekabrın 2-də
axşam saət 9-da hər iki heyət birinci dəfə olaraq
görüşdülər. Bizim tərəfdən
general Vışinski bizim vəkalətnamələri türk
nümayəndələrinə verib əvəzində onların
vəkalətnamələrini almalı idi. Biri-birimizlə
görüşüb tanış olduqdan
sonra hamımız miz ətrafında əyləşdik və
general Vışinski layihəyi ortaya qoymaq istiyordu ki, bu əsnada
vəkalətnamələri dəgişmək xatirinə gəldi.
Bizim vəkalətnamələrdə rəsmi
möhür var idi, türklərinkində isə bu
möhür olmadığından təbiidir ki, türklərin
nəzər-diqqətini buna cəlb etdik. Buna
cavabən Lütfi bəy izhar etdi ki, onların sənədləri
türk ordusu baş komandanı tərəfindən imza
edilmiş olduğundan böylə ittifaqlarda möhür
basmaq türklərdə adət degildir. Biz
bu bəyanatdan qənaət hasil edərək layihəyi
oxumağa şüru etdik. Türkiyə
heyəti-vükəlası izhar etdi ki, rus vəkillərinin
layihəsini bütünlüklə qəbul ediyorlar. Fəqət hər bir fəsli ayrı-ayrı olaraq
müzakirə etdikdə bəzi əlavələr qeyd etmək
həqqini özlərinə məxsus ədd etdiklərini
bildirdilər.
Birinci iclasda mütarikənin nə qədər vəqtə
əqd olunması fəsli qəbul olundu.
Mübadiləyi-əfkar zamanında məlum oldu ki, hər
iki tərəf mümkün qədər tez bir surətdə
sülhi-ümumi əqd olunmasına çalışıyorlar. Biz bu arzumuzu
müahidənamədə qeyd edərək ümumi demokratik
sülhə qədər mütarikə əqd etdik.
Bizim bu iqdamatımız bolşeviklərin Brest-Litovskdəki
hərəkətlərindən bizə daha da doğru və həqiqətə
yaxın görülüyor. Onlar mütarikəyi
yanvarın 3-nə qədər əqd etdilər. Məsələni bu qərar ilə vəz etmək
şərəfi bolşeviklərəmi, yaxud almanlaramı məxsusdur
– bilmiyoruz.
Qalan məsələlərin müzakirəsini o biri
günə saxladıq. Haman gün axşam biz qayət həyəcanlı
xəbərlər aldıq ki, bizim alaylar səngərlərini
tərk edərək Ərzuruma çəkilməgə
başlamışlar. Bəzi əvamfiriblər mətbuat
səhifələrində: “meydani-hərbdə ərzaq yoxdur.
Ordunu aclıq təhlükəsi təhdid
ediyor” – kibi təbliğatda bulunduqlarından, bu təbliğat
ümumun tezliklə evə qayıtmaq xahiş və arzusunu
daha da artırıyor, halbuki meydani-hərbdə ərzaq hənuz
üç ay kifayət edər. Ordunun
meydani-hərbi tərk edib qayıtmasının səbəbi
isə ərzaq yoxluğunda degil, bəlkə ələmümum
üç sənəlik müharibədən yorğun
düşməkdir. Bu həqiqəti
meydani-hərbdə olan hər bir kəs biliyor. Bədbəxtanə bu yorğun düşmüş
soldatlar müvəqqəti mütarikəyi qəti sülhdən
fərq etmiyərək səngərləri tərk ediyorlar.
Soldatların bu hərəkəti biz vəkilləri son
dərəcə ağır şərait daxilində bulundura
bilərdi. N alayının səngərləri tərk etmək
həqqində verdigi qərar fövqəladə bir təhlükə
təşkil ediyordu. Bən məzkur alayda
bir çox gürcü demokratları olduğunu bilmiyordum.
Binaənileyh onlara bu məzmunda bir teleqraf göndərdim:
“bizim mütarikə əqd etdigimiz bir halda sizin səngərləri
tərk edib çəkilməyiniz
başladığımız işin büsbütün məhv
olması deməkdir. Bir neçə gündən
sonra görüşəriz”.
Bizim teleqraf təsir etdimi, yoxsa bilmiyorum. Lakin alay
öz səngərlərində qaldı.
– Yanvarın 8-də xariciyyə işləri komissarı Petroqrada qayıdaraq izhar etmiş ki, sülh müxabiratı kəsilməmiş. Ancaq yanvarın onuna qədər fasilə verilmişdir. Trotski gələndən sonra Alman-Avstriya heyəti-vükəlasının Petroqradda bir iclası da olmuşdur. Bu iclasdan sonra heyətin on gün fasilə verəcəgi qərara alındığından heyət yanvarın 9-da Petroqraddan getmişdir.
– Məclisi-Müəssisanın demokratik sülh həqqində nəşr etdigi bəyannamə münasibətilə paytaxtın müttəfiqlər diplomasiyası məhafilində hənuz bir qərar verilməmişdir.
– Petroqradda danışıldığına görə Alman-Avstriya və rus heyəti-vükəlası arasında münasibat kəskinləşmişdir. İxtilafın ümdə səbəbi əsir zabitlərin halı olmuşdur. Zira rus heyəti-vükəlası zabitlərin soldat əsirlərilə müsavi tutulmasını təkid ediyor. Almanlar isə bu məsələdə Lahi müğaidənaməsinə istinad ediyorlar. Trotski gələndən sonra heyətlər arasında münasibət yaxşılaşmışdır.
– Bir həftədən sonra Trotskinin Radek və Qanetskinin məiyyətilə Brest-Litovsk şəhərinə gedəcəgi gözləniyor.
“Açıq söz”, 14, 15, 16 yanvar 1918, ¹654, 655, 656
Mütarikə – müvəqqəti anlaşma
İştihar – məşhur olan
Tənzil – güzəşt
Məhafil – toplanmış heyət
Firib – aldatma
* “Naş Qolos” 1918-ci il yanvarın 6-dan nəşrə başlayan gündəlik ədəbi, ictimai-siyasi menşevik qəzeti idi. 1918-ci il aprelin 6-dək (köhnə təqvimlə martın 24-dək) Bakıda nəşr olunmuşdur. Qəzetin 1918-ci il 8, 10 və 11 yanvar tarixli 2, 3 və 4-cü nömrələrində “Peremerie s Turtsiey (iz zapisnoy knijki deleqata)” sərlövhəli yazı dərc olunmuşdur. Müəllifi Viktor Tevzayadır. M.Ə.Rəsulzadə həmin yazıdan istifadə ilə Türkiyə ilə Rusiya arasında həm Brest-Litovskda və həm də Qafqazda aparılan sülh danışıqları barədə oxuculara daha dəqiq məlumat vermək istəmişdir. Məsələn, əgər yazı müəllifi Qafqaz cəbhəsində türklərlə danığışı Qafqaz nümayəndələrilə türklər arasında aparılan sülh danışığı kimi təqdim edirdisə, M.Ə.Rəsulzadə nümayəndə heyəti tərkibində rus, gürcü və erməni olduğu halda Qafqaz əhalisinin əksəriyyətini təşkil edən azərbaycanlı və müsəlman əhalisinin bu danışıqlarda iştiraka cəlb olunmadığına görə onu rus-türk sülh danışığı kimi səciyyələndirirdi. Hər iki yazını müqayisə etdikdə məlum olur ki, o yalnız tərcümə deyil, bütövlükdə yazı bəzi məqamlarda həm də M.Ə.Rəsulzadənin şərhidir. – Ş.H.
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2013.- 31 avqust.- S.26-27.