Bir kitab yazdım və...

 

 

 

“Hail bölgəsində

Duma deyilən cənnət kimi yerdə,

Suni naxışların geriyə qalanları kimi,

Rəngli daşlarla bəzənmiş

Havlənin tərk edilmiş qismində qalan xarabalarda;

Oturdum, ağladım ... “

 

 

 

Təxminən 1400 il əvvəl Havlenin xarabalarında oturub ağlayan məşhur ərəb şairi Tarafa oxuma-yazma bilməzdi. Şeirlərini şifahi söylərdi. Ərəblərin İslam əvvəli İmrulqeys, Zuheyr, Ləbid kimiMuallakat Seba”, yəniYeddi Asqışairlərindən biriydi. Qəsidələri Kəbənin divarına asılırdı oraya ticarət üçün gələn minlərlə ərəb onun şeirlərini oxuyar, əzbərləyərdi.

 

Tarafa bir gün o dövrün idarəçilərindən biri üçün satira yazdı. İdarəçi Tarafanın həcvinə çox hirsləndi onun şöhrətindən qorxduğu üçün onu özü öldürmədi. Bir məktub yazdı məktubu Tarafaya verərək onu Bəhreynə göndərdi. Tarafa məktubla Bəhreynə gedərkən yolda bir alimlə qarşılaşdı. Alim Tarafaya əlindəkinin olduğunu sordu. Tarafa məktubu alimə uzatdı. Alim məktubu açaraq oxudu məktubun Tarafanın edam fərmanı olduğunu gördü.

“Bu məktub sənin ölüm fərmanındır, qoy onu atəşdə yandıraq” – dedi alim.

Tarafa məktubu alıb içindəki xətlərə baxdı.

Mən oxuma-yazma bilməmdedi. Amma yazılar o qədər mübarək ki, onların yandırılmasına tab gətirə bilməm”.

Tarafa o məktubla Bəhreynə getdi orda öldürüldü. Amma sənəti oxumağa, yazmağa olan eşqi əsla öldürülmədi. Əsrlər sonra Selighson onun divanını fransızcaya tərcümə elədi. Tarafa Avropa kitabxanalarının baş rəflərində yenidən yaşamağa başladı.

1400 il əvvəlin çöldə yaşayan bədəvi şairi Tarafa sənətə yazmağa bu qədər aşiq olduğu üçün gerçəkdə ölmədi. Amma 21-ci əsrdə bir kitab yazdım dostlardan az qala edam fərmanları (!) alacaq oldum!

May ayında Ankarada Berikan nəşrləri arasındaKaşğardan Berlinə Portretlər Kitablaradlı kitabım yayınlandı. Əslində kitab üç cilddə hazırlanmışdı. O üç cilddə fərqli bir izahatla türk dünyasının yazarları, şairləri tanıdılacaqdı bu kitablar Türkiyədə məktəblərə tövsiyə ediləcəkdi. Amma kitabın daha birinci cildi nəşr olundu bəzən məni bezdirən, bəzən güldürən tənqidlər yağmağa başladı. Bir qisim yoldaşlar, “biz niyə yoxuqdeyə giley dolu məktublar yazdılar. Bir qismi isəkitabda bu qədər əhəmiyyətsiz adama niyə yer verdin?” deyə mənə kimin nəyə kimə görə əhəmiyyətli olduğunu izah etməyə başladılar. Hələ biri məni bir xeyli güldürdü. Onun üçünutancaq, içinə qapalıyazmışam bunu təhqir olaraq qəbul etmiş, küsmüş. Telefon açdım.

Sən utancaq deyilsənmi? – soruşdum.

Deyiləm, – dedi.

Elə isə utanmazsan!

– O da deyiləm!

– Yaxşı nəsən bə adam?

Biri, onu niyə kitabın son səhifələrində verdiyimi soruşdu.

– Mən demək sənin üçün əhəmiyyətsiz biriyəm ki, kitabın sonlarında yer alıram.

Atam mənim üçün əhəmiyyətsizmi? Onu kitabın ən sonunda anlatmışam!

Təbii ki, bunu söyləyincə sus-pus oldu.

Kitabda bəzi yazar ya şairlər üç-dörd səhifə, bəziləri yalnız iki səhifə yer almış. Bu da bəzilərini küsdürmüş.

Əhməd əfəndiyə niyə beş səhifə, mənə isə iki səhifə ayrılıb?

Yazarın yazdığı andakı psixologiyasını vəziyyətini göz önünə yetirməyən bir insana deyilə bilər ki?

Kitabda, əlbəttə ki, əskiklər var. “Mükəmməl bir kitabdırkimi bir iddiam əsla olmadı olmazdı. Amma bu, Türkiyədə bu mövzuda yazılan ilk kitabdır. Bundan əvvəl türk dünyasının ziyalıları haqqında tərcümeyi-hal yazıldı, amma bu üslubda bir kitab yazılmadı. Mən tanıdığım ya kitablarını oxuduğum insanları öz xəyalımda tanıdığım kimi yazdım quru bir bioqrafiyaya baş vurmadım. Bu kitabı lisey sıralarında oxuyan gənclər oxusun türk dünyasının ziyalılarının bir qismini tanısınlar, istədim. Kitaba salacağım daha iyirmiyə yaxın yazar şair vardı. Amma nəşriyyat kitabın onsuz da 330 səhifə olduğunu qalanların ikinci cilddə yayımlanmasını istədi, mən qəbul etdim.

Qısaca, bir kitab yazdım bir xeyli şikayət eşitdim. etməli? Ən yaxşısı Tarafaya rəhmət oxumaqdır...

 

Orxan ARAS

Almaniyadan yazır

525-ci qəzet.- 2013.- 31 avqust.- S.16.