Litvadakı Azərbaycan diasporu ermənipərəst diplomatlara qarşı

 

Bir zaman öncə xəbər verildiyi kimi www.youtube.com portalında bəzi ermənipərəst Litva diplomatlarının Azərbaycan-Ermənistan münasibətləri Qarabağ silahlı münaqişəsi ilə bağlı gizli telefon danışıqlarının lent yazıları yerləşdirilib.

Litva azərbaycanlıları cəmiyyəti Litva-Azərbaycan Assosiasiyası tərəfindən bu qalmaqallı olayların astarının üzə çıxarılması, habelə ikibaşlı siyasət yürüdən bəzi Litva dövlət qurumları təmsilçilərinin ifşa edilməsi, Azərbaycana qarşı burada fəaliyyət göstərən panerməni təbliğat qüvvələrin zəiflədilməsi, ideoloji rəqiblərimizin neytrallaşdırılması üçün ictimai fikrin düzgün istiqamətdə yönəldilməsi məqsədilə bir sıra əks təbliğat işləri, maarifləndirmə aksiyaları mətbuat tədbirləri həyata keçirilir.

Mətbuat tədbirləri çərçivəsində 5 avqust 2013-cü il tarixində Litvanın www.balsas.lt xəbərlər portalında litvalı tarixçi etnoloq, Litva-Azərbaycan Assosiasiyasının prezidenti İmantas MelyanasınƏgər diplomat Dağlıq QarabağaArsaxdeyirsə, biz ona diplomat yox, korazehin deməliyikadlı litvaca tənqidi məqaləsi dərc olunub. Məqalə Litva diplomatlarının Ermənistan-Azərbaycan münasibətləri Qarabağ silahlı münaqişəsi barədə apardıqları gizli telefon danışıqları ilə bağlı hazırda yaşanan qalmaqallı olaylara, eləcə Litvanın Macarıstandakı səfiri Renatas Yuşkanın Litva Xarici İşlər Nazirliyində çalışan ermənipərəst dövlət qulluqçularının üzlərinin açılmasına, LR Seymində qondarmaDağlıq Qarabağla parlament dostluq qrupununyaradılması təşəbbüsünü qaldırmış ermənipərəst adamları onların maliyyə dəstəyi sayəsində fəaliyyət göstərən muzdlu Litva millət vəkillərinin ifşa olunmasına, həmçininArsaxtoponimi Arsax əyalətibarədə həqiqətlərin Litvada yayımlanmasına həsr edilib.

Vilnüsdə litvaca buraxılan nüfuzluLietuvos zinios” (“Litva xəbərləri”) qəzetinin  7 avqust 2013-cü il tarixində çıxmış sayında digər litvalı tarixçi, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Arvidas BanyulisinProfilər: peşəkarlar yaxud naşılar?” başlıqlı məqaləsi çap olunub. Tarixi səpkidə yazılmış bu məqalə Litva diplomatlarının gizli telefon danışıqları ilə əlaqədar qalmaqallı olayların komparativistik analizinə həsr edilib. Müəllif SSRİ rəhbərliyi tərəfindən Ermənistan Litva ərazilərinin müxtəlif yollarla genişləndirilməsinin, Azərbaycan torpaqlarının isəqayçılanması”nın əsl səbəblərini araşdırır tarixi paralellər aparır, ictimai-siyasi nəticələr çıxardır bundan qaynaqlanan geosiyasi müddəalar əsasında Azərbaycan sərhədlərinin birtərəfli qaydada ermənilərin xeyrinə dəyişdirilməsini təsdiq edən faktları çox dürüst inandırıcı bir şəkildə Litva ictimaiyyətinə təqdim edir.

Lietuvos zinios” (“Litva xəbərləri”) qəzetinin 9 avqust 2013-cü ildə buraxılmış sayında isə tanınmış ictimai-mədəni xadim, Litva Mədəniyyət nazirinin sabiq müavini, Litva-Azərbaycan Assosiasiyası İdarə Heyətinin üzvü Donatas ValançyauskasınBarokko dövrü üslubunda əhvalatadlı siyasi pamflet janrında yazılmış əsəri çap olunub. Bu əsərdə ermənipərəst Litva diplomatı Renatas Yuşka Qarabağ münaqişəsi ilə bağlı çıxartdığı hoqqalara görə məhvedici satirik gülüş oxlarına tutulub orta əsrlərin səlib müharibələri ruhunda açıqladığı fikirlər üçün ictimai qınaq obyektinə çevrilib. O, həm bədii-publisistik ifadə vasitələri ilə obrazlı şəkildə tənə rişxənd hədəfinə döndərilib əsaslı olaraq ictimaiyyətin gözündə nəzərəçarpan dərəcədə dəyərsizləşdirilib. Materialın sonunda R. Yuşkanın ermənipərəst fəaliyyəti nəticəsində Litva diplomatiyasının imicinə gətirilmiş rüsvay ləkəsinə görə onun tutduğu vəzifədən istefa verməsi tələbi vurğulanıb.

 

Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

 

Vilnüs, 19 avqust 2013-cü il

 

525-ci qəzet.- 2013.- 21 avqust.