Litvadakı Azərbaycan diasporuDağlıq Qarabağ dostluq qrupu”na qarşı

 

AZƏRBAYCAN DİASPORU LİTVA SEYMİNDƏ “DAĞLIQ QARABAĞ DOSTLUQ QRUPU”NU ZƏRƏRSİZLƏŞDİRMƏK ÜÇÜN QƏTİ TƏDBİRLƏR GÖRÜR

 

Vitaliyus KARAKORSKİS

 

Litva Yəhudiləri İcmasının Şura üzvü, Litva Xalqları İnformasiya Palatası

(İNFORUM) İdarə Heyətinin sədri, “Litva-AzərbaycanAssosiasiyasının həmtəsisçisi

 

Xəbər verildiyi kimi, bu ilin mart ayında Litva Respublikasının Seymində 12 nəfər millət vəkili tərəfindənDağlıq Qarabağla parlament dostluq qrupuyaradılıb. Bu hadisədən dərhal sonra Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev “Litva-AzərbaycanAssosiasiyasının prezidenti İmantas Melyanas buna qəti etirazını bildirərək Litva Respublikası Seyminin rəhbərliyinə Azərbaycan təşkilatları adından birgə sorğu göndərdilər. Onlar həmin məktubda Litva Seyminin fəaliyyətini tənzimləyən Qanunda (Nizamnamədə) heç birparlament dostluq qrupununyaradılmasının nəzərdə tutulmadığını göstərdilər Litva parlamentinin divarları arasında sözügedən qurumun hansı hüquqi əsaslarla yaradıldığını kimi statusa malik olduğunu izah etməyi tələb etdilər.

 

Bununla yanaşı, Azərbaycan təşkilatlarının başçıları Seymin Nizamnaməsində təsbit olunmuş tələblərə uyğun olmayan bu cür strukturların fəaliyyətinə son qoymaq üçün optimal tədbirlərin görülməsilə bağlı konkret təkliflər irəli sürdülər. Seymin sədri Vidas Gedvilas sözügedən sorğunun cavablandırılması müraciətdə ehtiva olunmuş təkliflərə Seymin müvafiq fəaliyyət reqlamenti əsasında baxılması məsələsini Parlamentin Xarici İşlər Komitəsinə, eləcə Hüquq Hüquq qaydaları Komitəsinə tapşırmışdı.

 

Litva azərbaycanlıları cəmiyyəti “Litva-AzərbaycanAssosiasiyası bu ilin iyun ayında Seymin göstərilən komitələrindən rəsmi cavab məktubları alıb. Parlamentin Xarci İşlər Komitəsinin sədri, iqtidarda olan Litva sosialdemokrat partiyası fraksiyasının təmsilçisi, Vilnüs Universitetinin sabiq rektoru, akademik Benediktas Yodka  tərəfindən imzalanmış məktubda göstərilir ki, “Dağlıq Qarabağla parlament dostluq qrupuonun rəhbərlik etdiyi Xarici İşlər Komitəsi tərəfindənparlamentlərarası əlaqələr üzrə işçi qrupuqismində tanınmır. Belə ki, “parlamentlərarası əlaqələr üzrə işçi qruplarıyalnız de jure tanınmış dövlətlərin parlamentləri ilə yaradılır. Buna görə Seymin sədri rəsmi tanınmamışDağlıq Qarabağ Respublikasınınparlamentinə göstərilən qrupun yaradılması barədə məlumat göndərməmişdir”.

 

Seymin Hüquq Hüquq qaydaları Komitəsinin sədri, tanınmış hüquq mütəxəssisi Yulyus Sabatauskasın imzaladığı rəsmi sənəddə isə konstatasiya olunur ki, “Dağlıq Qarabağla parlament dostluq qrupunun yaradılmasının yuridik əsasları Litva Respublikası Seyminin Əsasnaməsində təsbit olunmuş hüquqi tələblərə uyğun deyildir. Belə ki, həmin tələblərə görəparlamentlərarası əlaqələr üzrə qruplaryalnız hüquqi baxımdan tanınmış dövlətlərin parlamentləri ilə qurula bilər. Buna görə , həmin qurumparlamentlərarası əlaqələr üzrə qrupolaraq qəbul edilmir heç bir vəchlə Litva dövlətinin rəsmi mövqeyini əks etdirmir. Seymdə parlamentlərarası əlaqələr üzrə qrupların yaradılması qaydalarının optimallaşdırılması ilə bağlı Litva azərbaycanlıları cəmiyyəti “Litva-AzərbaycanAssosiasiyası tərəfindən irəli sürülmüş təkliflər Seymin Nizamnaməsi təkmilləşdirilən zaman nəzərə alınacaq”.

Bizim qənaətə görə, Seymin Komitələrinin çıxardığı bu nəticələr Litva azərbaycanlıları diasporuna ünvanladığı cavablarDağlıq Qarabağla parlament dostluq qrupuilə bağlı erməni ekspansionist qüvvələri tərəfindən Litvada qurulmuş planların onların Seymdəki bir sıra muzdlu havadarlarının göstərdikləri səylərin faktiki olaraq iflasa uğramasını göstərir.

Xüsusilə vurğulamaq lazımdır ki, 1990-cı ilin martın 11-də Litvanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ötmüş 23 ildən artıq bir zaman ərzində ilk dəfədir ki, bu ölkənin ali qanunverici orqanı ictimai təşkilatların Seymə ünvanladıqları sorğuda ifadə edilmiş tənqidi fikirlərin düzgünlüyünü irəli sürülmüş təkliflərin əsaslı olduğunu etiraf etməyə vadar olub. Düşünürük ki, həmin təkliflər yaxın zamanda Litva Respublikası Seyminin Nizamnaməsində müvafiq dəyişikliklərin edilməsinə gətirib çıxaracaq.

Qeyd olunmalıdır ki, SeymdəDağlıq Qarabağla parlament dostluq qrupununləğv edilməsi üçün görülən bu qəti tədbirlər Litva Azərbaycan diasporunun lobbiçilik fəaliyyəti, həmçinin Azərbaycanın Litvadakı təəssübkeş dostlarının dəstəyi əzmli addımları sayəsində mümkün olub.

 

Vilnüs, 28  iyul 2013-cü il

 

525-ci qəzet.- 2013.- 2 avqust.