Telli Pənahqızı-səsinə,
sözünə, üzünə Ay işığı
düşən xanım
Mən
Telli Pənahqızını... ÇOX... LAP ÇOX...
İSTƏYİRƏM VƏ SEVİRƏM!!!
Həmkar kimi də!
Şair kimi də!
Publisist kimi də!
Məmur kimi də!
Xanım kimi də!
Çünki
sadaladığım bütün statuslarında Telli Pənahqızı
öyrətməndir! Və "öyrətmən"
sözünün bütün məna çalarları ilə
USTADDIR - gələcək nəsillərdən jurnalist,
şair, publisist, məmur və vətəndaş olmaq istəyənlərin
hər biri üçün!
"Telli
kimi olun, onun kimi oxuyun"
İndiki
BDU-nun bir professoru, filologiya elmləri doktoru vardı - Ziynət
Əlizadə! Görkəmli alim Məmmədmübariz Əlizadənin
xanımı və görkəmli politoloq Zərdüşt Əlizadənin
anası!
Özündən
başqa bir kimsəni nə kübar, nə də gözəl
bilən professor, elmlər doktoru Ziynət Əlizadə
qadın-zad bəyənən deyildi, hələ üstəlik
də ola tələbə qız. Amma Telli
dilinin bəzəyiydi!!!
Telli Pənahqızı... bizdən qabaq oxumuşdu və
işləyirdi.
Mən O Telli Pənahqızını istədim, sevdim -
çünki Ziynət Əlizadənin niyə
qızlarımıza elə birinci kursdan belə deməyinin nədənini
bilirdim. Mənim
düşündüyüm qız obrazı Ziynət Əlizadənin
nümunə göstərdiyi Telli Pənahqızıydı!
Sonralar və...
ta bu günəcən isə niyə se
vdim və
bu sətirlər niyə yazıldı?
Həə.. Telli Pənahqızı ÖZ DƏYƏRİNİ
BİLƏN VƏ ZAMANIN İÇİNDƏ
ÖZÜNÜ QORUYUB SAXLAYAN XANIM oldu illərin peşində!
Telli Pənahqızı
ÜMİDLƏRİ-İSTƏKLƏRİ ölməyə
qoymayan ünvandır! Uman yerin küsülməyəcək
ünvanıdır!
Və... dəyişən formasiyalar, azadlıq və Vətən
savaşında bizim ümidləri-istəkləri necə
tarmar qoyublar? Fərqindəsinizmi bizlər nə qədər
və neçə yüz dəfələrlə
küsdürüldük!
Telli Pənahqızı
HAMI kimi olmadı HAMIYLA YAŞADIĞI, İŞLƏDİYİ
cəmiyyətdə, təşkilatda!
Bax özəl
səbəbi bu - GƏNCLİYİMİZƏ,
ÖMRÜMÜZÜN KONKRET KƏSİMİNƏ SAHİB
Telli Pənahqızı bizim
sığınacağımız, ərk yerimizdir!
Hər
şey də bundan başlanır - şairliyinə sevgi də,
məmurluğuna hörmət də, jurnallist-publisit
yazılarına sayğı da...
Ölkədə
nə qədər istəyirsən
şairin-yazıçının-publisistin-məmurun cinsi mənsubiyyət
baxımından kişisi də var, dişisi də! Amma və
lakin...
Telli Pənahqızı
KİŞİLİK PRİNSİPLƏRİNİ həyatında
sərgilədiyi üçün "cinsi" qrafasında
"kişi" yazılanların bir qisminin "əynişalvarlı"
görüntüsündən o yana olmadıqlarını sərgilədi
- ən azından elə işlədiyi, üzv olduğu təşkilatda,
mübarizə apardığı meydanda!
Sevməzmiyik Telli Pənahqızını?
- nədən?
Baş əyməzmiyik, qürur
duymazmıyıq? - nədən?
Ehtiramı ifadə edib bəyan
etməzmiyik? - nədən?
Nədən
Telli xanım hər bir verilişi, hər bir kitabı, hər
bir statusu ilə belə sabahımızın xeyirindən gecəmizə
uğur gətirdiyi, bizlər üçün
yazıb-yaratdığı, bizləri yaşatdığı
halda düşüncəsində-ürəyində... bizlər
ona layiq olduğu sevgini-istəyi ifadə etməməliyik!?
Biz beləmi kişiyik?
ŞAİR Telli Pənahqızı:
Telli Pənahqızının
şair öyrətmənliyini iddia etdim! AÇMASI bu ki: istənilən
biri "ƏDƏBİYYATŞÜNASLIQ NƏZƏRİYYƏSİ"
dərs vəsaitini götürüb, səhifə-səhifə
POEZİYA bölümündəki tələblərlə
tutuşdura bilər. Və şahid olar ki, Telli Pənahqızının
şeirləri nəzəri sualların hamısına
dolğun və yetkin praktiki cavabdır: təşbeh də
var, təkrir də, təcnis də var, gəraylı da, epitet
də var, epitafiya da, peyzaj da var, təsvir də, təhkiyə
də, ironiya da öz yerində, sarkazm da həmçinin, kar
qafiyəli sərbəst şeiri cığalı təcnisindən
heç də geri qalmır, qoşma da yaddan
çıxmayıb və...
Telli
xanımın şeirlərindəki oksimoronlar hətta... Ziynət
Əlizadəni heyrətləndirəcək qədər
gözəldir!
"Sən mənim içimdə
doğma, qəribsən,
Sağımda, solumda qərib
doğmalar.
Ruhumun sirdaşı o yad, qərib sən,
Yanımda ömrümə şərik
doğmalar"
Telli
xanım:
-adi, ötəri, keçəri,
öləri hisslərin yox, adamı varından yox edən,
tüklərini farağat saxlayan EHTİZAZ
ŞAİRİDİR:
"Sən məni
bağışla, ey Uca Tanrım!
Qəlbimi Sənə yox, nadana verdim.
Dar gündə diz çöküb
Sənə yalvardım,
Xoş gündə qəlbimi
şeytana verdim!"
- bütün məğlubiyyətləri qələbə
ilə sonuclandıracaq silaha malik Sərkərdə
şairdir:
"Hər gecə içimdə qəbir
qazıram,
Əcəl müntəzirsə, mən
də hazıram.
Son damla qanımla yenə yazıram:
Dözə bilərsənsə,
döz bundan belə!"
- dərd-ələm, sızıltı,
vaysıntı, ah-uf şairi yox, İNSAN YAŞANTILARININ
DUYĞULARINA SİRDAŞ şairdir:
"Dərd üstə qəm
qalananda güldülər,
Könül mülkü talananda
kürdülər,
Aramızda Arazdılar, Kürdülər,
Bu nadan adamlar, rəzil
adamlar!"
- QƏLƏBƏ
şairidir:
"Biz yalandan hönkürdük, sən
içində ağladın,
Dil-dil ötən biz olduq, sən
sirrini saxladın,
Gözlərin yaşla doldu, kipriyini
sıxmadın,
Bizi bağışlama, Vətən,
ay Vətən!"
- bir ömrün salnaməsindən arxayın
olub o salnamənin doğru-düzgün, səmimi, ürəklə
və ürəkdən yazılacağına əmin olası
SALNAMƏ şairidir!
Görkəmli
aktyor, diktor Yusif Muxtarovdan bəhs edən "Səsin xiffəti"
və nəinki səhiyyə işçilərinin, eləcə
də Azərbaycan xalqının böyük bir kontingentini əhatə
edən Qərbi Azərbaycan vətəndaşlarının
sevimlisi Sərdar Kərimli haqqındakı "Sizi sevən Sərdaram"
kitabları "göydə itən səslərin
rekviyemi"dir, məncə!
- Azərbaycan
dilinin şəhdi-şəkərinin şairidir:
"Qıyma düşüm qəribliyə,
Bas bağrına "qərib", -
deyə,
Mələk də gəlsə diləyə,
Vermə, vermə, vermə məni!"
XANIM Telli Pənahqızı:
- ürəyinə
qapqara qarlar yağan xanımdı!
-
Tanrının öz adamıdı... Tanrıdan
xanımdı! Fəqət.. Onu qoyub gedənlər
"Onu kimə tapşırmalı" sualını
cavabsız qoyublar demərəm, imkan tapmayıblar desinlər:
"Allaha əmanət". Odur ki, Tanrı Adamı Telli Pənahqızı
Zamana əlində qalıb!!!
- qərib qəbir gəzib də... içində
uzanıb özü-özünü ağlamaq istəyən
xanımdı!
- seçən XANIMLARDAN deyil, SEÇİLƏNLƏRDƏNDİR
- seçilən xanımdır!
- "Telli Pənahqızı SƏSİNDƏ AY
İŞIĞI OLAN xanımdır!" - bunu mən
demirəm. Bunu Telli xanımın haqqında.... haqqında
"Sizi sevən Sərdaram" adlı esse-rekviyem adlı
kitab yazdığı "şirinliyi dil kəsən, taleyin
bir ömrü qıymadığı" Sərdar Kərimli
deyib!
O Sərdar
Kərimli ki... "çox yox, 2-3 il əvvəl
mənə desəydilər ki, Sərdar haqqında elegiya-kitab
hazırlayacaqsan, dünyanı dağıdardım,
bütün varlığımla buna etiraz edər,
ölümün özünü belə öldürər, əcəli
Sənə yaxın qoymazdım"...
Telli Pənahqızı deyir bunu. Və bununla da... dost mərdliyini
ifadə edir.
Telli Pənahqızı
MƏRD xanımdır!
Baxmayaraq ki, illərlə Telli Pənahqızını
izləsək də, oxusaq da, görsək də, yenə də
BU VARLIĞIN ETİRAFI, DƏYƏRİ ağlımıza gəlmir. Necə ki... unuda-unuda gedirik
Əzizə Cəfərzadəni, Məsumə Məlikovanı,
Zivər Kişiyevanı... (hələ mən
haqqında bildiklərimi deyirəm), eləcə də Telli Pənahqızını!
Telli Pənahqızını
görməməzlikdən gəlmək... mənə
çöçün gəlir, bir az da sərt
düşünürəm. O mənada ki, BİRCƏ MƏQAMDA
İSTƏMİRƏM HƏMİŞƏ HAQLI OLAN Telli Pənahqızı
haqlı olsun. O haqlı olarsa, biz... uduzarıq!!! İndiyə
qədər uduzduğumuz kimi!!!
Sizə qurban olum, ay el, ay oba,
O toya getməyin, getməyin, nolar?!
Bəy
üzüdönmüşün xəyanətinə,
Şahidlik etməyin, etməyin, nolar!?
Bax... ən uca zirvədən boylanan mələkdir
poeziyamızda Telli Pənahqızı bu misralarla, bu bir bəndlə.
Mən məhz
bu misralarına görə Telli Pənahqızından ÖTƏ,
ÜSTÜN QADIN tanımadım - yazar kimi, xanım kimi,
jurnalist kimi, vətəndaş-soydaş kimi!
Sözü
day adama necə deyərlər, necə qandırarlar!?
UNUTMAYAQ:
bu misraları PAKLIQ, SAFLIQ İÇİNDƏ OLAN MƏLƏK
deyə bilər!
Ürəyindən
"sevgi" adına ehtiras keçən
qısqanc, paxıl, xəbis... qadın yox!
Eşitmirik!
Eşitməmişik!
Deyən
olsa, "deməyiblər, eşitməmişik",
yalandı, demişdi, eşitməmişdiniz, dedim təzədən
deyiləni, Telli Pənahqızının dediyini, eşidin!
Eşitməyə
qulaqdan çox, BƏSİRƏT, RUH lazımdı!
Mələklər
bəsirət, ruh mənsublusu! Onları elə mələklər
"eşidir"-anlayır!
Əslində
də Telli xanım aramızda təkdi-tənhadı:
Doğmalar yad kimi gəzir içimdə,
Birdən o işıqda
taparlar səni.
Dəlisov küləklər əsir
içimdə
Qorxuram deyəsən: "Tap, apar məni"
... Telli Pənahqızının
kitabından oxuduğumdu: "İnsan ölmür, onu ətrafındakılar
yavaş-yavaş öldürürlər". Bu məşhur
deyimi millətimizə aid etmək olar!
Bizi yavaş-yavaş
öldürürlər! - düşmənlərimiz!
Elə bizlər özümüz də
düşməndən geri qalmırıq!
Bizi Allah öldürmür - biz özümüz
özümüzü yavaş-yavaş
öldürürük.
Amma fərqində
də deyilik! Heç nəyin!!! Bir daha və yenidən Telli Pənahqızına
üz tuturam:
"Bax o halda dərd oturub fikirləşir, görür
ki, onun qol-qanad açması, rişə atması
üçün bu ünvanda münbit şərait yoxdur. Odur ki,
üzüsulu ikən dönüb daha zəif, daha mülayim,
daha incə bir qəlb axtarır və onu tapanda
utanıb-qızarmadan keçib oturur yuxarı başda.
Alır qamçısını əlinə, içəridən
döyəcləyir sahibinin sinəsini... O insan da, nəhayət,
bir gün özündə təpər tapıb
hayqırır:
Ay dərd, çağır gəlsin
sahibin, yiyən,
Mən daha daşıya bilmirəm səni..."
Bizim sinəmizi
dərd qamçıyla döyəcləyir - bu qədər sadə
anladır Telli xanım!
Axı... bunu da Telli Pənahqızından
oxudum: "İnsan qəmli olanda Haqqa sığınar". Cəlaləddin Ruminin fikrini eşitdirir Telli Pənahqızı.
...Bir-birinə gec rast gələnlər
üçündü:
"Bu kövrək dünyama, bu sərt
dünyama,
Bu susqun dünyama, bu mərd
dünyama,
Xaraba qoyduğun bu dərd dünyama
Bir daha "xoş gəldin",
- deyim, deməyim?"
Bəlkə... düşünək?
Biz kiminlə rastlaşmışıq? Nə
deyək, necə qarşılayaq, necə yola salaq?
Oxuduqca
anlayıram ki... Telli xanımı OXUMAQ böyük bir məktəb
- öyrəncisi olmaq kolay!
Yazdıqca
anlayıram ki... ürək dözmür!
Vardıqca...
dəhşət götürür! Görün, Telli xanım
nə yazıb:
"Dünyada
ən dəhşətli an anamın ağlamasıdır"
Doğrudan da, anlamazmıyıq ANALARIN AĞLADIĞI AN
DÜNYANIN ƏN DƏHŞƏTLİ ANIDIR?
Mələklər
Yerdə də elə MƏLƏKDİR, yerdə
yaşamasalar da... yer əhliylə ünsiyyət vasitələri
POEZİYAdır!
Bundan az demək
olmur!
Bundan çoxun İlahi deyib!
P.S. Mən Telli Pənahqızının
özünü və sözünü ədəbiyyatşünaslıq,
ədəbi redaktə və təcrübə nəzəriyyəsi, insanlıq
kodeksi aynasından seyr etdim! Poeziyada MƏLƏK, İşdə
USTAD, həyatda ETİBARLI DOST gördüm.
P.P.S. Günəşi hamı
görür - amma hamının qəlbi Günəşdən
eyni dərəcədə isinmir! Günəş günahkar
deyil!
P.P.P.S. Telli Pənahqızının
sayca səkkizinci olan "Yaddaşım qaval daşı"
şeirlər kitabı həqiqətən də
stolüstü demərəm, amma doğrudan da, ÜRƏK
KİTABIDIR. Oxuyanlar mütləq o
kitabı ürəklərində saxlayarlar...
Aydın
525-ci qəzet.- 2013.- 4 dekabr.- S. 7.