Yunus İmrəni anlamaq
Yunus İmrəni anlamaq üçün öncə onun
yaşadığı zamanı və məkanı doğru
analiz etmək gərəkdir. Aramsız xristian
saldırılarına məruz qalan və bu
saldırılardan əziyyət çəksə də ayaqda
durmağı bacaran, var olmaq uğrunda savaşan Anadolu Səlcuk
dövləti yeni bir fəlakətlə qarşı
qarşıyla gəlmişdi bu dəfə: monqol işgali... Monqol işgalı yıxmaq, məhvetmək
anlayışı ifadə edirdi. 1243-cü
ildə Kösədağ savaşından sonra çəyirtgə
sürüləri kimi Anadolu torpaqlarına irəliləyən
monqollar buraları güclü qasırga kimi təməlindən
sarsıtdı. Hər biri elm, mədəniyyət, sənət mərkəzlərinə
çevrilən şəhərləri viranəyə, cəhənnəmə
çevirdilər, ölkəni tamamilə yağmaladılar. Bu fəlakətin nəticələri çox
ağır oldu. Dövlətin gücü
zəiflədi, cəltənət iğtişaşları
başladı, bölünmələr oldu ki, bu da
üsyanların yaranmasına gətirib çıxardı.
İnsanlar insanlıqdan çıxaraq
güclünün zəifi əzdiyi bir dönəm
başladı, ölüm, zülüm, işgəncə həddini
aşdı. Xalq monqol ordusunun
ehtiyaclarını qarşılamaq üçün
ağır vergilərə cəlb edildi. Aclıq,
qıtlıq fəlakəti ölkəni təməlindən
laxlatdı. Bu olayların ən
ağır təsiri isə inanclar üzərində
görüldü. Çıxılmaz vəziyyətdə
qalan xalq nə edəcəyini bilmir, çarəsizlik
içində çırpınırdı. Bu durumdan yetərincə yararlanan hər cür
qaranlıq məqsədlər və inancları məhv etməyə
hesablanmış cərəyanlar Anadolu insanlarının
düşüncələrinə təsir edə biləcək
münbit şərait bulmuşdular. Maddi
yaralar bir şəkildə sarıla, sağala bilirdi, lakin
xalqın inancını, imanını, sahib olduğu dini-mənəvi
dəyərlərini məhv etmək, yəni bu metofizik
problemlər daha dəhşətli idi.
Belə bir mürəkkəb dövrdə yaşayan
Yunus İmrə kimi könül ərlərininin vəzifəsi
maddi və mənəvi ladları sarsılmış xalqa
inam, iman və yaşama gücü vermək, onları yenidən
inanclarına, dəyərlərinə bağlamaq idi. Əhməd
Yasəvi ocağında yetişən bilgi irfanları, sufilər
xaçlı və monqol müharibələrinin
açdığı yaralara məlhəm olmalı, loğman
kimi sarmalı, Anadolunun dörd bir yanında
açdıkları təkkə və zaviyələrlə
insanlara bir umut qapısı aramalı idilər. Biz burada daha çox Yunus İmrəni yetişdirən
mühiti anlaya bilmək üçün Mövlanadan və
ondan öncəki ibn-Ərəbidən bəhs edəcəyik.
Çünki Yunus İmrənin də müdafiəçisi
olduğu tövhid-“birlik” fikrinin əsl memarı Məhiyəddin
Ərəbidir. 1204-cü ildə Konyaya gələn
bu tarixi şəxsiyyət xeyli burada qalmış sonradan
Malatyaya köçərək bir müddət vəhdəti-vücud
anlayışının Anadoluda yayılmasına və mənimsənilməsinə
çalışmışdır. Fikirlərini
şeir ve musiqi vasitəsilə anladaraq insanların fakir və
düşüncələrində geniş təsir oyadan
böyük isimlərdən biri də Mövlanaydı. Yunus İmrə bu iki böyük ismin
oluşdurduğu zəmin üzərində eyni
düşüncə və inancın insanı olaraq yeni bir nəfəsi
ürəklərə, qəlblərə köçürən
mürid idi. Yunus nəfəsi, düşüncəsi o
qədər güclü və anlamlı idi ki, Mövlana
müridi kimi təsavvüfə
gətirdiyi yorumlarla və bunları ifadə etmə
üslubuyla qısa zamanda Mövlananın türkcə
söyləyən şəklinə çevrilir: “O üzdən
Yunusa türkçədə Mövlananı
yaşamış, Mövlananı şakımış
könül əri, eşqin bülbülü deməmizdə
bir yanlışlıq yoxdur”. Bu sözlər əsla
Yunusu Mövlananın təqlidçisi kimi
anlaşılmamalıdır. Bu iki zatın fikir və düşüncələrinin zəmini, mayəsi eynidir, sadəcə
sözləri və yorum tərzləri özünəməxsusdur.
Yunus İmrənin şəxsiyyəti
yaşadığı dövrdən ta günümüzə
qədər heç vaxt müzakirə mövzusu
olmamışdır. Xalq onu “xalq dostu”, həmçinin
bir təsəvvüfçü kimi qəbul etmiş, mənimsəmiş,
sevmişdi. Bu sevgi yeddi əsrdir ki,
insanların ürəyini fəth etməkdədir, zaman
keçdikcə sanki yenidən doğulur və yaşayır.
Zaman-zaman ona müxtəlif təriqətlər sahib
çıxmaq istəmişdi. Niyyətləri Yunusun
şöhrətinin və xalq arasındakı təsir
gücünün yüksək olmasından öz məqsədləri
üçün yararlanmaq idi. Ona görə də hər
təriqət Yunusun ora aid olduğunu iddia edir, şöhrətindən
və xalqın sevgisindən sui-istifadə etməyə
çalışırdılar. Lakin o böyük aşiq sufi, vəhdəti-vücud
davamçılarından idi, həyatı boyu heç bir təriqətin
daşıyıcısı olmamışdı. Onun mənəvi tutarı təriqətlər sərhədinə
də sığmazdı. Sıxıntılarla
dolu bir dövrdə yaşamış Yunusa görə insan
birinci növbədə nəfsinə sahib olmalı, onu tərbiyələndirməlidir.
Özü heç vaxt nəfsini,
maraqlarını düşünməmiş, aid olduğu
toplumun, cəmiyyətin dərdlərini,
qayğılarını özünə dərd etmiş,
çarəsini axtarmışdır. Onun:
Bunca
varlık var iken
Gitmez
gönül darlığı
beyti
böyük türk şairinin dövrün dərd-sərini,
problemlərini öz dərdi kimi yaşadığını
göstərir. Yunusun qaygısı ədalətdir,
toplumun huzur və rifah halaında sağlam
yaşamasıdır. İnsanların rəbbinə
könül hüzuru ilə varabilməsidir.
Müselmanlar
zamane yatlu oldu
Helal yinmez,
haram kıymetli oldu
Okunan
Kurana kulak tutulmaz
Şeytanlar
semürdi kuvvetlü oldu
İnanclarından
uzaqlaşan, halallığını, imanını itirən
toplumun nə hala gəldiyini anladan bir çox şeirləri
var. Yunus eyni zamanda bir cəmiyyət mühəndisidir. Yaradıcılığında xalqın
yaşadıqlarını o qədər dəqiq analiz edib ki,
müasir dövrümüzdə də həmin zamanı
öyrənmək üçün onun şeirlərindən
yetərincə istifadə edirlər. O, inancını
dini şəkildən ziyadə dərindən anladaraq, inanaraq
ifadə edərdi. İnanca bu qədər dərin
və kamil baxışı onu dinə zahirdən baxan
dindarlardan ayıran böyük özəlliyi idi.
Bir kez
gönül yıktın ise
Bu
kıldığın namaz değil
Yetmiş
iki millet dahi
Elin
yüzün yumaz değil
Yunus bu kimi şeirləriylə müsəlmanlığa
çatmanın yol xəritəsini çəkirdi. Düşüncə
dünyası təkcə inanmaqdan və ibadət etməkdən
ibarət deyildi onun. Şeirlərində
islamın insanların həyatında gerçəkləşməsi
və həyata keçirilməsi üçün lazım
olan qaydalarla, əxlaqi dəyərlərlə bağlı təsbitləri
vardı. Bunların çoxu da ayət və
hədislərin yozumundan yaranmışdı. Yalan danışmamaq, səbrli olmaq, insanlarla xoş
rəftar etmək, könül, qəlb qırmamaq, qənaətcil,
comərd, yardımsevər olmaq aşılayırdı
müasirlərinə.
Yaramazdır
buhl-ü hased
Kibar
mübarizdir gayet
Kökünü
kaz yabana at
Fariğ
olur ey qam-güzar
Ey dostunu
düşman tutan
Gıybet,
yalan söz söyleme
Bunda
gammazlık eyleyen
Onda yeri
dar olur
Gelin tanış olalım
İş
kolayın tutalım
Sevelim
sevilelim
Dünya
kimseye kalmaz
Yuxarıda qeyd etdiyimiz kimi Yunusa görə ən
böyük tərbiyə nəfsin tərbiyə edilməsidir. İnsanın
hədəfə çatmasında birinci əngəli nəfsidir
ki, əlacı yalnız mənəvi tərbiyə ilə, nəfsinə
sahib olmaqla mümkündür. Mənəvi
tərbiyənin sonunda, nəfsinə sahib olaraq gerçəkləşən
hədəf insanın könül gözünün
açılmasıdır. Nəfsinə
sahib olan insan könül gözünü hər cür
pisliklərdən, keçici həvəslərdən, kindən,
küdurətdən, öfkədən arındıran
insandır. Allah sevgisini ürəyinə,
imanına, ruhuna yerləşdirmiş, könül gözləri
açılmışdır. Yəni
kamilliyə gedən yol birinci növbədə insanın nəfsindən
keçir. Yunusa görə insan hədisi-şərifdəki
ifadələrə uyğun olaraq əlindən və dilindən
əmin olan kimsədir. Bu cür insanlar
gözəlliyin, doğruluğun və mükəmməlliyin
misalıdır. Yunus İmrənin fikir və
düşüncə üfüqləri sonsuzdur. Yazıb yaratdıqlarını hər gözdən
keçirəndə daha dərin qatlı xəzinənin,
çox dəyərli təsəvvüf düşüncələrinin
şahidi olursan.
“Yunus ürəyindəki eşq və zövq ilə
yalnız Allahı deyil, Allahın işarəti olan
bütün yaradılmışları sevmişdir”.
Yunus İmrənin şeirlərində sevgi, məhəbbət
ən uca zirvədə dayanır. Düşüncəsinə
görə sevmək və sevilmək Allahın vəsfidir.
Sevginin səbəbi gözəllikdir. Gerçək gözəllik isə yaradana-Allaha məxsusdur.
“Allah gözəldir, gözəli və gözəlliyi
sevər” şəklindəki hadisi-şərifi təsəvvüf
baxımından təhlil edən mutəsəvviflərə
görə Allah öz gözəlliyini nümayiş etdirmək,
göstərmək üçün kainatı
yaratmışdır. Yəni aləmin
yaradılma səbəbi sevgidir. “Ol” əmrində
eşq vardır. Bu sevginin miqyası isə
sərhədlərə sığmazdı. Çünki bu sevgi qudsal bir prinsip olaraq ərsəyə
gətirilmişdir. Bu sevgi Allahdan zühur etmiş və
kainatın yaradılması ilə son nəticələnmişdir. Dolayısı ilə
bütün yaradılmışlar varlıqlarında bu ilahi
sevginin cövhərini daşıyırlar. Hamısı sevgiylə təcəlli edərlər.
Demək iman da, inam da ancaq və ancaq sevgiylə
kamala vara bilir.
İnsan camalı ilə deyil, kamalı ilə
insandır.
Yaradanı sevmək, ona qovuşmaq, ancaq
yaradılanları sevməklə olabilir. İnsan
oğlu bu sevgi işığıyla qaranlıqları
aydınlığa çevirərək sevgi dolu, barış
içində bir dünya qura bilər. İnsan
ilahi mənlə bərabər şeytani ve heyvani hisslərə
də sahib bir varlıqdır. Tanrı onu
mələklər mərtəbəsinə yüksəldərkən
şeytan onun heyvani hisslərindən bəhrələnərək
ondan da aşağı səviyyəyə
salmışdır. Sevgi insanı pisliklərdən arındırıb
olqunluk dərəcəsinə gətirərkən, bu müqəddəs
hissdən yoxsul olanları insan olmaqdan uzaqlaşdırır.
Nəticədə insanın öncə özünə, ətrafına
və bütün varlıqlara qarşı zulmünün təməli
qoyulmuş olur. Sevən insan inanclı
insandır.Yaradanıyla səmimi münasibət qurabiləndir,
onu sevəndir. Bu səmimi münasibət
ona bir tərəfdən dünyaya gəlməsinin, var
olmasının anlamını öyrədir, digər tərəfdən
də bir yaradılmış kimi üzərinə düşən
məsuliyyətini dərk edir. Bu cür
insanlar cahanı bərbad edən deyil, abad edənlərdir.
Şəxsiyyəti və xarakteri Yaradanın qayəsinə
uyğun təşəkkül tapar, mənfiliklərdən,
çirkinliklərdən uzaq olar, çevrəsində və
mühitində olan insanlarla insanca davranar,
xoşgörülü olar. Bütün
canlılara, yaradılmışlara eyni sevgi gözüylə
baxar, ən kiçik varlıqda belə ilahi gözəlliyi
görər və bu gözəlliyi yaşayar.
Sevgisiz insan isə hamıdan, hər kəsdən öncə
özü ilə savaşar. İçində
daşıdığı kindən-küdurətdən
çevrəsini də zəhrimara çevirər. Haqqı və doğrunu unudar, öfkəni, hirsi
seçər. Bütün gözəlliklərə
qarşı çıxar, onları zatən görməz.
Sakit, xoşbəxt və rahat həyat bu cür
insanların dünyasından çox uzaqdır. Ədaləti deyil, zülmü seçər. Gülün gözəl ətrindən zövq almaq
yerinə tikanı ilə kiminsə canını
yandırmağı düşünər. Çünki ürəyi susuz və bərəkətsiz
tarlaya çevrilmişdir. Onun ruhunda sevgi
çiçəkləri açmaz, sevgidən göz
yaşı tökməz, içi hikmətdən yoxsuldur.
Bax, Yunus
İmrəni əsrlərdir yaşadan və bütün
zamanların fövqündə saxlayan fərqliliyi yaradılanı və
yaradanı ilahi bir anlamla sevməsi idi. Düşüncəsində
daim sevgi duyğusu yaşatması idi. Hansı
ki O, sevgisizliyin hakim olduğu qaranlıq bir çağda
yaşayıb yaratmışdır. Xristian
və monqolların işğallarıyla xalqın hər
cür zülm, işgəncə və müsibətlərlə
üz-üzə qaldığı bir zamanda.
Müasirləri
Həzrəti Mövlana, Hacı Bayram, Vəli kimi sevgi qəhrəmanlarıyla
birlikdə insanları sevgiyə
çağırırdılar. Bu aqil insanlar
yaxşı bilirdilər ki, xalqın ürəyində
açılmış yaraları yalnız sevgiylə, şəfqətlə
sağaltmaq mümkündür. Odur ki, bu
müridlərin hər biri könül həkiminə
çevrilmişdilər fikirləriylə, düşüncələriylə,
buram buram sevgi ətirli şeirlərilə.
Yaşadıqları zamanı eşqlə, sevgiylə
tanıtdılar, yaradana və yaradılana sevgiylə...
İnsan, insanlığın mənasını qəlbində,
ürəyində daşıyır, maddi, bioloji
varlığı ilə deyil, könlüylə, içində
daşıdığı sevgisiylə insandır. Buna görə də Yunus
İmrənin şeirlərində könülə,
insanın iç dünyasına çox önəm verilir. Çünki könül haqqın təcəllisinin
aynasıdır. Nəzərgah-i ilahidir,
Beytullahdır.
Gönül
mü yeğ Kabe mi yeğ
Ayıt
bana aklı eren
Gönül
yeğdürür zir kim
Gönüldedir
dost durağı
Kəbə sonunda maddi bir yapıdır, tikilidir,
simvoldur. Əsl Kəbə könüldür. Bu üzdən könül qırmaq, könül
sındırmaq, incitmək son dərəcə böyük
bir yanlışlıqdır. Kəbəni
uçurmaqdır.
Gönül
çalabın tahtı
Çalab
gönüle baktı
İki
cihan bedbahtı
Kim
gönül yıkar ise
Əgər bir insan könül qırmışsa ibadətlərinin
bir dəyəri yoxdur, Allahın kitabında da dəyəri
olmaz. Çünki ibadətlər, dualar Allaha yaxın
olmağı şərtləndirən
davranışlardır. Bir könül
qıran, qəlb incidən insan nə qədər namaz da
qılsa, istədiyi qədər ibadət də etsə Allah
qatında bir dəyəri olmaz.
Ak
sakallı pir koca
Bilmez hali
nice
Emek
yemesin hacca
Bir
gönül yıkar ise
İnsan, Yerüzünə Allahın xəlifəsi
olaraq göndərilmişdir. Vəzifəsi
könül qırmaq, sındırmaq deyil, könül
qurmaqdır, könül tikməkdir ki, bu da sevgiylə,
eşqlə, şəfqətlə mümkündür.
“Könül qurmaq” insanın yaradılış olaraq məqsədini
və fərqini açan ən gözəl ifadədir”
Ben gelmedim dava için
Benim
işim sevgi için
Dostun evi
gönüllerdir
Gönüller yapmaya geldim
Yunus İmrənin şeirlərində dünya ilə bağlı məqamlar da çoxdur. Sufi şair insanın gərdişi-dövranla, dünya ilə əlaqələrinə varır, yaşadıqları qəflət yuxusundan söz açır. Qəflətdən oyanmağın yolunu gerçəyin, həqiqətin idrak edilməsi nöqtəsində görür. Təsəvvuf mənəvi tərbiyə aşılayan bir anlayış olaraq insanı hər zaman qəflət yuxusundan oyanıq olmağa çağırar. Bu çağırışın əsas məqsədi isə dünyanın bir-birindən fərqli iki üzü olduğunu göstərməkdir:
Bu
dünyanın meseli
bir ulu
şara benzer
Veli bizim
ömrümüz
bir tez
pazara benzer
Bu
şarın evvel tadı
şehd ü
şekerden şirin
Ahır
acısı gör şol zehr-i
mara benzer
İnsan oğlu əsasən dünyanın görünən üzünə baxar, bu üz daha cəlbedici, “şəkərdən şirindir”, çəkicidir, insana xoş gəlir. Bu zahiri gözəlliyə o qədər bağlanır ki, batini, dərinliyi, dünyanın o biri üzün görmür, hətta əbədi olacağına, heç ölməyəcəyinə inanır. Bu zəifliyi də sonda onu qəflətə sürükləyir, bataqlığa çəkir. Hər şeyin yalnız bu dünyada olduğunu zənnedir, əbədiliyə, axirətə inanmaz. İnsanın özünə və ətrafına etdiyi zülmün səbəbləri də buradan başlayır, dünyanın o biri üzünə inanmamasından. Yunus İmrə dünya ilə bağlı mövzuya müraciət etməklə yanaşı dövrün önəmli məsələlərinə diqqət çəkmiş, gündəmə gətirmiş, insanları xəbərdar etmişdir. Yunus İmrəni bu mövzularda bir uyarıcı, çağırışçı şair kimi də dəyərləndirmək olar. O, dünyanı gerçəkdən uzaq, fani dünya adlandırır, dolayısıyla bu dünya “yalan dünya”dır deyir.
Yürü, yürü yalan dünya;
Yalan dünya değil misin
Yunusun dünyanı bu şəkildə görməsi və dəyərləndirməsi dinə-imana bağlılığı ilə, Qurani-Şərifin ayələrini doğru bilməsi, dünyanın faniliyini dərk etməsi ilə əlaqəlidir. Şair “Dünya həyatı ancaq bir oyun və oyalamadır. Dünya həyatı bir əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə şüphəsiz gerçək həyatın özüdür. Elə isə insan dünyanın bu üzünü görərək ona aldanmamalı və tələsinə düşməməlidir” deyən sufi üçün önəmli olan insanın ürəyini, könlünü məhəbbətə açmasıdır. Ama nə yazıq ki, dünya sevgisi buna əngəl olur və inasanın kamala çatma yolundaki yolçuluğu heçə uğrayır. Bu baxımdan təsəvvüfdə “tərki-dünya əsasdır.
Yunus İmrə və şeirləri bu gün türkdilli xalqların elmi dairələrində, ədəbi mühitində geniş öyrənilməkdə, tətbiq olunmaqdadır. Onun şeirləri türkcənin incisi, kəlamları xalqın və sənətsevərlərin könüllərini titrədir. Yunus şəxsiyyəti insanlığa Allahın böyük bir lutvudur.Türk mədəniyyəti artık onun adıyla beynəlxalq aləmdə özünü ifadə etməkdədir.
Yunus İmrənin məzarı haqqında müxtəlif rəvayətlər olsa da, onun məzarı Sarıköydədir. Mənakıb-ı Evliyada bu barədə qeyd də var: “Şeyx-i məşayih-ül əzəm Yunus İmrə məqam-ı mübarəkləri Sarıköydədir”. Qısaca olaraq belə bir hekayə ilə anladılır: “Yunus dağda qarşılaşdığı dərvişlərdən haqq qatındaki dərəcəsini öyrənincə geri dönüşündə Tapdıq İmrə onu bağışlamış, ama yanında qalmasına izn verməmişdir”. “Mərtəbəni öyrəndin, artıq burada yerin yox. Çünki bir postda iki aslan keşik çəkə bilməz. Buradan gedəcək və xalqı irşad edecəksən” buyurur. Ardından da: “Əsamı atdığım yerə gedər, orada ruhunu təslim edərsən” demiş və əsasını atmışdır Tapdıq İmrə. Yunus İmrə isə tam beş il o əsanı axtarmış, sonunda Sarıköydə tapmış və orada haqq dünyasına qovuşmuşdur”. Doğumu necə Sarıköydə olmuşsa haqqa qovuşması dabu köydı gerçəkləşmişdir. Əldə olan bütün bəlgələr də bunu sübut edir. Nefahat-ül Üns, Şakaik-i Numaniye tərcümələri, Sivrihisarlı Şeyx Baba Yusufun Mevhub-ı Məhbub kitabı, Menakıb-ı Evliya, Kayd-ı Hakani kimi tarixi qaynaqlar Yunus İmrənin haqq məkanı kimi məhz Sarıköyü göstərirlər. Bu böyük sufinin, könül ərinin əsl məzarı isə türk xalqlarının ürəyində, sevənlərinin könlündədir.
Seyit Ahmet ARSLAN
Türkiyənin Azərbaycandakı
səfirliyinin Kültür və Tanıtma müşaviri
525-ci qəzet.-
2013.- 7 dekabr.- S.31.