Mərdliyin profilləri-
Con F.Kennedi- davamı
Biz özümüzə deyə bilərik ki, bu təzyiq
qrupları və məktub yazanlar seçicilərin yalnız
kiçik faizidir – və bu, həqiqətdir. Lakin onlar
azlığın fikrini tələffüz edirlər, bu
azlığın baxışlarına məhəl qoyulmaya bilməz
və biz böyük ictimaiyyətlə
kontaktlarımızın xeyli hissəsini qururuq.
Onların rəylərindən biz agah ola
bilərik ki, bu adamların səsini almalıyıq, həm də
onlar bütün mümkün olan şeylərdə bizim etməyə
cəhd göstərdiyimiz barədə əsasən məhdud
biliyə malikdirlər. (O vaxtdan istirahətə getmiş bir
Senator deyirdi ki, hər bir məsələdə o, xüsusi
maraqlara uyğun olaraq səs verirdi, ümid edirdi ki, seçki
vaxtı onların hamısı əlavə olunacaqdır ki,
birlikdə çoxluğa yaxın olanı əmələ gətirsin,
ona xoş qaydada xatırladacaqdır ki, bu vaxt ictimaiyyətin
digər üzvləri bunu bilməyəcəklər ki, onun səsi
onların rifahının əleyhinə olmuşdur. Bu bir daha həmin məsələni bilməyə
inandırırdı ki, pozulmaz kimi görünən formula
onun üçün işləmir).
Bunlar, həmin vaxt
vicdanlı adamla qarşıdurmaya girən təzyiqlərin
bazisidir. O, təzyiq qruplarını, öz seçicilərini,
öz partiyasını, kolleqalarından ibarət
yoldaşlığı, ailəsinin ehtiyaclarını, vəzifəyə
görə iftixarını, kompromissin
labüdlüyünü və vəzifədə
qalmağın əhəmiyyətini nəzərə almaya
bilməz. O, özü üçün mühakimə
yürütməlidir ki, hansı yolu seçsin, hansı
addımı atsın ki, bu, ona daha çox kömək etsin və
ya onun özünü risqə məruz qoyan idealları gizlətsin.
O, başa düşür ki, nəhayət hər bir məsələni
özünün yenidən seçilmək şərtləri
əsasında ölçməyə başlayır, nəhayət
bir məsələdən sonra digərinə görə
prinsiplərindən uzaq olan kompromissə getməyə
başlayır, çünki qorxur ki, başqa cür hərəkət
etsə onun karyerası dayanacaq və prinsiplər
üçün gələcəkdə aparacağı
mübarizələrin qarşısı alınacaqdır. Həmin vaxt o, vicdan azadlığının
özünü itirdi, axı bu, onun vəzifədə
qalmasına haqq qazandırırdı. Lakin
bu nöqteyi-nəzərdən qərar verməklə və
bu işə görə o, öz karyerası ilə risq edəcəkdir.
Bu isə çətindir və könül
axtarışı kimi bir qərardır.
Lakin bəziləri deyə bilər ki, bu real problem
deyildir. Populyar olub-olmamasına əhəmiyyət vermədən,
nə düzdürsə daim onu etmək lazımdır. Təzyiqlərə, şirnikləndirmələrə,
saxta kompromisslərə məhəl qoyma.
Bu asan cavabdır –
lakin yalnız o adamlara asandır ki, onlar seçkili vəzifə
üçün məsuliyyət daşımırlar. Çoxları üçün bu, təzyiqə cəlb
olunmaqdan daha çox, siyasət və şəxsi
ambitsiyalardır. Biz hətta seçicilərimizin
tələblərinə məhəl qoymamaq hüququ ilə
düzgün olaraq hərəkət etsək, bunu etməyə
qadir və hazır olacağıqmı? Biz
qeyd etdik ki, təzyiqlər siyasi mərdliyi çətin xəttə
çevirir – gəlin biz konstitusional və daha nəzəri
borclara tərəf dönək, bunlar həmin xəttin
düzgünlüyünü şübhə altına
alacaqdır – həmin borclar ştat və sekstiya
qarşısında, partiyamız və hər şeydən əvvəl
öz seçicilərimiz qarşısında olan
borclardır.
Senatorun başlıca məsuliyyəti, çox
adamların güman etdiyi kimi, öz doğma
ştatının nəzər-nöqtəsini təmsil etməkdir. Biz federal sistemə nisbətən,
suveren ştatların Birliyiyik, bu ştatların ehtiyacları
əsasən fərqlidir, – və mənim bir Senator kimi konstitusional borcum onları üzə
çıxarmaq, ştatımın maraqlarını təmsil
etmək barədə irəli sürülən bir tələbdir.
Əgər ştatın öz Senatoru danışmırsa, kim Massaçusetsin problemləri barədə
danışacaqdır? Bu, ştatın
hüquqlarının və hətta onun özünə məxsusluğunun
itirilməsi ilə nəticələnəcəkdir. Onun canlanmaları isə ancaq daha çox
vaxtaşırı azlıqda baş verəcəkdir,
bütün azlığın nöqteyi-nəzərinin rəmzi
başlığının eşidilməsi üçün
bərabər imkan inkar ediləcəkdir.
Hər
bir Senator öz yerli maraqlarını təmsil
edən kolleqalarının nəyi həyata keçirdiyini
bilməyə uzun müddət ərzində baxmağa ehtiyac
duymur. Və əgər həmin maraqlar hətta milli
faydanın xeyrinə tərk ediləcəkdirsə, qoy Senator yox, seçicilər qərara alsınlar ki, necə
və nə dərəcədə nəyisə etsinlər.
Çünki Senator onların
Vaşinqtondakı müvəkkilidir, onların
haqlarının himayəçisidir, Senat palatasında
Vitse-Prezidentin adlandırdığı kimi “Massaçusetsdən
olan Senator” və ya “Texasdan olan Senatordur”.
Lakin nə vaxtsa bunların hamısı deyilmişdir və
qəbul olunmuşdur, biz hələ bütün əhvalatı
danışmamışıq. Çünki biz
Vaşinqtonda “Birləşmiş Ştatların Senatoruyuq” və
Massaçusetsdən və Texasdan olan Senatorlar Birləşmiş
Ştatlar Senatının üzvləridir. Biz
qubernatorlara və hörmətli ştatlarımıza deyil,
Vitse-Prezidentin başçılığı altında
tutduğumuz vəzifəyə görə and içirik və
biz Vaşinqtona gəlmişik ki, Edmund Börkün sözlərini
bir qədər dəyişərək deyək ki, biz
düşmənçilik səfirləri deyilik və ya
öz ştatımız və ya seksiyamız
üçün məhkəmədə digər ərazilərin
müdafiəçilərinə və agentlərinə
müxalif qaydada çıxış edənlər deyilik –
bir mənafeyi olan bir millətin məşvərətçi
məclisinin üzvləriyik. Əlbəttə, biz öz ərazilərimizin
ehtiyaclarına nə məhəl qoymaya bilmərik, nə də
asanlıqla həmin ərazinin məhsulları ola
bilmərik, – lakin əgər yerli maraqlar bizim hər birimizin
roluna ağalıq edirsə, heç kəs milli
marağın keşiyində möhkəm dayana bilməyəcəkdir.
Ştat və region qarşısındakı borclara əlavə
olunan digər şeylər də vardır – artıq təzyiqi
təsvir edilən partiya qarşısındakı borc da
vardır. Əgər mən bu təzyiqlərə məhəl
qoymuramsa, məni bu vəzifəyə qoymuş partiya ilə
birgə getmək barədə borcum yoxdurmu? Biz inanırıq ki, partiya məsuliyyətinin
olduğu bu ölkədə biz partiya platformasının dərk
edilməsini vacib sayırıq – əlbəttə, əgər
partiya yarlığı seçicilər üçün bir
məna kəsb edirsə. Yalnız bu yolla
iki partiyaya əsaslanan bizim millət çox saylı partiya qəlpələrinin
tələsindən, onların prinsiplərinin bakirəliyindən
və sərtliyindən qaça bilər. Onu da əlavə etməliyəm ki, – əgər
siyasət barədə Qrişom qanunun bir növünü təklif
edə bilərəmsə, – onların
üzvlüyünün ölçüsünü tərs
mütənasibliklə artıra bilərəm.
Və hələ biz razılaşa bilmərik ki, partiya
məsuliyyətinin təzyiqi hər bir məsələ
üzrə şəxsi məsuliyyətin tələb etdiyi
bataqlıqda batacaqdır. Biliyi, intizamı,
müvəffəqiyyəti artırmaq həvəsi, hətta
yeni ideyaları istisna edən qərarlar, müstəqil
davranış və üsyançı üzvlər partiya
üçün onun təhlükədə olması deməkdir.
Senator Albert Bevericin sözləri ilə deyilsə:
“Partiya
yalnız böyüməklə, (onun gətirdiyi)
ideyaların ölümünə dözümsüzlüklə
yaşaya bilər... Təşkilat, əgər
onun doğub törəməsi öz xeyrinə verilən səslərdən
asılıdırsa, əgər oğul atanın yerini tutursa,
bu, siyasi partiya deyildir, ancaq Çin tonqudur (tong – Çin gizli
cəmiyyətinə avropalıların verdiyi addır.
Bu, Yerdə, Göydə və insanda harmoniyanı təmsil edən
üçbucağın əhəmiyyətinə görə,
həm də tried – “sınaqdan çıxmış”
adlanırdı. Taypin üsyanında və 1911-ci il inqilabında fəal rol oynamışdı. XIX əsrin ikinci yarısında bu ad altında həm
də cinayətkar qruplar inkişaf etmişdi. Həmin dövrdə ABŞ-da tayfa rəqabəti
aparan çinli qanqsterlər bir sıra şəhərlərdə
bir-birilə vuruşmuşdu – tərcüməçi).
Düşüncə və vicdan vətəndaşları
heç də bir yerə yığışmır, ancaq Hindu
tayfası qana və xurafata görə birliyini qoruyub
saxlayır”.
İki partiyalı sistem hər ikisinin ciddi olduğuna
görə qalmır, ona görə qalır ki, hər ikisi
çevikdir.
Mən Konqressə daxil olanda Respublikaçılar
Partiyası, misal üçün, Robert Taftı və Ueyn
Morsu dəstəkləmək üçün kifayət qədər
böyük idi – Senatın Demokratik tərəfi isə, indi mən
də xoşbəxtlikdən onun ağuşunda xidmət edirəm,
misal üçün, Harri Bödün və Ueyn Morsun
hesabına güclü idi.
Əlbəttə, hər iki böyük partiya bu gün
milli mənafeyə xidmət etmək yollarını
axtarır. Onlar geniş dəstək bazasına yiyələnmək
üçün hər şeyi, əgər bu nəcib səbəbə
görə deyilsə, edirlər. Lakin nə
vaxt ki, partiya və vəzifə tutanların milli mənafeyə
necə xidmət etmək barədə mövqeləri fərqlidirsə,
biz birinci yerə öz partiya borcumuza görə məsuliyyəti
və hətta seçicilərimiz qarşısındakı məsuliyyətimizi
deyil, öz vicdanımıza görə olan məsuliyyəti
qoymalıyıq.
Lakin yerli maraqlara və partiyaya mənsubluğuna görə
borclarımızı yerinə yetirməmək, seçicilərimizi
iradələri ilə əlaqədar olan problemin kvadratı ilə
üz-üzə gəlmək məsuliyyətindən bir qədər
asandır. Senator bu məsuliyyətdən qaçırsa, bunun
altını çəkməli olacaqdır və bizim
demokratik sistemin təməl təhlükəsizlikləri yoxa
çıxacaqdır. O, həqiqi düşüncədə
aydın təmsilçi deyildir, ictimai etimadı pozmuş
olur, ona öz baxışlarını icra etmək
üçün səs verənlərin nümayiş etdirdikləri
etimada xəyanət edir. Con Tayler özünün
başlıca nitqində Nümayəndələr
Palatasından soruşmuşdu ki, “məxluq özünü
onu Yaradana qarşı müxalif qoyurmu? Sahibin
arzularına itaət etməyən, onun xidmətçisidirmi?”
“Onların dilində deyil, öz dilində
danışırsa, xalq onu necə öz təmsilçisi
kimi qiymətləndirə bilər? Belə etdikdə o, əslində
onların təmsilçiliyini dayandırır və təkcə
özünü təmsil edir”.
Qısası, bu fikir məktəbinə uyğun olaraq, əgər mən öz seçicilərimin iradəsinə lazım olduğu kimi məsuliyyətli olsam, özümün deyil, onların prinsiplərini hər şeydən yuxarı qoymaq mənim borcumdur. Bu, yəqin ki, o qədər də asan olmayacaqdır, ancaq buna baxmayaraq, məhz o demokratiyanın mahiyyətidir, xalqın müdrikliyinə və onun baxışına inamdır. Xalqın səhv edəcəyinə əmin olmaqdan ötəri – onlar layiq olduqlarından heç də yaxşı hökumətə malik olmayacaqlar, – lakin bu, xalqın təmsilçisinin onlar üçün nəyin yaxşı olduğundansa, yaxşı bildiyini demək hüququ ilə özünü lovğa aparmasından daha yaxşıdır.
Birləşmiş Ştatlar Senatorunun rolu haqqında belə dar baxışı qəbul etmək çətindir, – bu baxışı öz üzərinə götürən massaçusetslilər məni Vaşinqtona göndərmişlər ki, sadəcə xalqın rəyindəki dəyişikliyi xəbər verən seysmoqraf kimi xidmət edim. Mən bu baxışı, heç də “xalqın müdrikliyinə” inamım olmadığıma görə rədd etmirəm, ona görə rədd edirəm ki, demokratiya konsepsiyası əslində xalqın üzərinə bu dərəcədə az etimad qoyur. Beləliklə, kim elektoratın hər bir impulsuna bağlı olan təmsilçilik vəzifələrini inkar edirsə, onun özünün fikirlərinin nəticəsindən birbaşa asılı olmayaraq – xalqın müdrikliyinə etibar etməlidir. Onlar ədalətin ən böyük düşüncəsində inama, mərdliyi şərəfləndirməyə və ədalətə ehtiram bəsləmək qabiliyyətinə loyallığa və belə bir etimada malikdirlər ki, uzun müddət fəaliyyət göstərdikdə məhz millət üçün yaxşı olan nə varsa, onun naminə eqoizmdən kənar bir qaydada hərəkət edəcəklər. Bu elə bir inam növüdür ki, demokratiya ona əsaslanır, heç də ümidlərin tez-tez sadəcə olaraq pozulması deyildir, ictimai rəy bütün zamanlarda, bütün şəraitlərdə özünü tezliklə ictimai mənafe ilə bir yerdə göstərir.
Seçicilər, qısası, bizi seçmişlər ona görə ki, onlar bizim ədalətliliyimizə və həmin ədalətliliyi məhz həmin mövqedən icra etməyimizə etibar etmişlər. Bu mövqedən biz onların daha yaxşı mənafelərini, millətin mənafelərinin bir hissəsi kimi qiymətləndirə biləcəyik. Bu, o demək ola bilər ki, biz həmin məqsədlə seçildiyimizə görə ədaləti tam icra ediriksə, şəraitdən asılı olaraq seçici rəyini idarə etməliyik, məlumatlandırmalıyıq, ona düzəliş verməliyik və bəzən hətta ona məhəl qoymamalıyıq. Lakin eqoist motiv olmadan və ya aristokratların, demaqoqların, ekssentriklərin və ya ürəksiz, ictimai hissiyyata qeyri-səmimi olan siyasətçilərin deyil, fərasətli, vicdanın diqtəsinə əməl edənlərin özəl meyli ilə hərəkət edirik. Onlar gözləyirdilər ki, – həm də xeyli sarsıntısız olmadan, – seçiciləri onların müdrikliyinin axırıncı hakimləri olacaqlar; lakin onlar belə inama malikdirlər ki, seçiciləri – bu gün, sabah və başqa nəsildə – ən azı onların müstəqil mövqedə dayanmalarına səbəb olan prinsiplərə hörmətlə yanaşacaqlar.
(Ardı var)
İngiliscədən Telman Orucov tərcümə edib
525-ci qəzet.-
2013.- 7 dekabr.- S.10.