Köhnə tanışlar:
tanınmış jurnalist Şakir
Yaqubov
davamı
ONLAR
NƏ DEYİBLƏR: Etibar
CƏBRAYILOĞLU
“MƏN
YERLİÇİLİK YOX, İSTEDAD TANIYIRAM”
...Artıq xasiyyətini bilirdim. Bilirdim ki, Şakir
müəllim istedadı
olana kömək etməyə hazırdır.
Dünyanın belə kəllə-mayallaq
vaxtında da bütün mələklər
tökülüb yerə
gəlsəydi, Şakir
müəllimdən istedadı
olmayan haqqında bir kəlmə xoş söz qopara bilməzdi.
Dostum Aydın
Canıyev bilər. İstedadlı bir fotoqraf yerlimiz
vardı. Vardı deyəndə
ki, elə indi də var. Amma daha “Lənkəran”
qəzetində işləmir.
Tez-tez Ş.Yaqubovun işlədiyi
“Kommunist” qəzetinə
şəkillər göndərirmiş.
Şakir
müəllim də ömründə üzünü
görmədiyi bu oğlanın göndərdiyi
fotoları “Kommunist” kimi qəzetdə çap edirmiş. Günlərin bir günü yerlimizin yolu Bakıya düşəndə rayonun
yetirdiyi naz-nemətlərdən
özü ilə götürür ki, heç vaxt görmədiyi Şakir Yaqubova pay versin. Müsəlmançılıqdır, etdiyi yaxşılığa
görə Şakir müəllimin xəcalətindən
çıxsın.
Gözünə döndüyüm Şakir
müəllim dəvənin
karvanla, karvanın sarvanla yeyildiyi bir zamanda “hədiyyə”ni geri qaytarmışdı.
Cəmi bir cümlə işlətmişdi:
“Mən yerliçilik
yox, istedad tanıyıram!”. Və Gülağa Cəfərov da istedadlı olduğu üçün onun çəkdiyi fotoşəkillər
yenə Azərbaycanın
baş qəzetində
— “Kommunist”də dərc
olunmaqda davam etmişdi...
– Publisist ilə jurnalist yazarlığının
nə kimi fərqləri var?
– Bizim çoxbilmiş nəzəriyyəçilərin nə deməsindən asılı olmayaraq, mən jurnalistika ilə publisistikanı bir-birindən ayırar və Leninin təbirincə desək, gündəlik publisistika işi görən jurnalistlərə üstünlük
verərdim. İndi kimi dindirsən,
gündəlik publisistika
işinə ağız
büzər və onu qısaömürlü
adlandırar. Zahirən
də məsələ
belədir və publisistikadan fərqli olaraq, sən bu an baş
verən hadisəni mənalandırmalı, onun
barəsində ictimai
rəyə uyğun gələn fikir yürütməli və onu dərhal da yazı şəklində
formalaşdırıb oxucuya,
dinləyiciyə çatdırmalısan.
Burda azacıq qeyri-dəqiqlik kütlənin redaksiyaya hücumu, məhkəmə
çəkişmələri və daha pis
hərəkətlərlə nəticələnə bilir.
Publisistika isə ədəbi-bədii
yaradıcılığın bir forması olub geniş vaxt intervalında ərsəyə gəlir və həqiqətən də uzunömürlü
olur. Seyranın
“Ağdamda Qədir Rüstəmovla
“atüstü” söhbət”, Səyavuşun
“Ağ dünya”, Vidadi Məmmədovun
maestro Niyazi ilə müsahibəsi, yaxud sənin “Lili İvanovanın səsi və barmaqları” adlı yazılar kimi. Ən böyük ustalıq
gündəlik publisistika
işini böyük publisistikaya çevirməkdir.
Hacı Akif Ağayev “Baku” qəzetində
özünün çəkdiyi
Bakı fotopeyzajlarına,
Adil Qaçayoğlu isə “Azərbaycan gəncləri”ndə şəkilçi
Rasimin ən müxtəlif mövzulu fotoşəkillərinə mətn
yazırdılar və
bu mətnlər 30-40 il əvvəl olduğu kimi, 30-40 il sonra da
sevilə-sevilə oxunacaq
– müəlliflər onları
adilikdən bədiiyyata
çevirə bildikləri
üçün... Yekəxanalıq
kimi çıxmasın,
mən özümü
gündəlik qəzetçi
sayıram, amma filankəs kimi yox, məsələn, Cəmil Əlibəyov və ya Rəfail
Nağıyev kimi qəzetçi!
Eyni zamanda, xeyli
yazım var ki, klassik anlamda
əsl publisistik nümunələrdir. Elə
mediaforum.az saytında son bir
ildə yayımlanan və bu yaxınlarda
tamam təsadüfən bildiyimə
görə, Azərbaycan
Universitetində həmkarımız
Elşən Əliyevin jurnalistika üzrə tədris kurslarında tədris materialı kimi istifadə etdiyi “Yaddaşımın küncündən...”
rubrikasından olan xatirələrimi misal göstərə bilərəm...
– Dostlar itirmişik, onların arasında bizimlə çox yaxın olanları da vardı. Kimləri xatırlayırsan, kimlərin
itkisi səni incidir?
– Bəli, xeyli insan var ki,
onların həyatda yoxluğu adamı ağrıdır; səninsə
sualın, məncə,
daha çox həmkarlarımızla bağlıdır.
Bu sıradan mən
öncə BÖYÜK müəllimim
Rəfail Nağıyevi
və ömür boyu Atakişiyev kimi xatırlayacağım
Qaçayoğlu Adili
qeyd edə bilərəm. Bu iki insanın ölümü
mənə dəhşətli
dərəcədə pis
təsir edib, hərçənd hər
ikisi, necə deyərlər, gözüm
görə-görə gedirdi...
Onu da deyim ki, hər
hansı bir insanı istisnasız olaraq hamıya sevdirmək mümkün deyil. Adi bir misal çəkim. Sənin
də imzasını və özünü şəxsən tanıdığın
mərhum jurnalist, keçmiş “Gənclər”çi Piri Məmmədov barədə
bir-iki ay öncə
mediaforum.az-da bir yazım yayımlanmışdı
və həmin yazıda mən bu insanın hələ 70-ci illərin
ortalarında ictimai-siyasi
qəzetdə əsl inqilabi, demokratik ruhlu yazılar dərc etdirməsini, amma əsl demokratiya
dövründə özünün
son dərəcə urvatsız
şəkildə peşəsindən
uzaqlaşdırılmasını, bu gün mətbuatda hətta kuryer səviyyəlilərin
də müxtəlif fəxri adlara layiq görüldükləri
halda bu yazarın heç bir mükafat almadığını, nəhayət,
nə vaxt dünyadan köçməsini
onu tanıyanların heç birinin bilmədiyini diqqətə
çatdırmışdım. Elə həmin günlərdə keçmiş
iş yoldaşlarının
cəmləndiyi bir məclisdə mən bu barədə söz salanda, birbaşa olmasa da dolayısı ilə mənə anlatmağa çalışdılar
ki, həmin yazını yazmaqda düz iş görməmişəm, çünki
o adam həyatda
elə layiq olduqlarını alıb...
Təsəvvür edirsənmi,
ölənin dalınca
danışmağın nə
qədər rəzil bir iş olduğunu
bilə-bilə, bunlar
belə deyirdilər və mənim gətirdiyim əks arqumentlərin də heç birini yaxına buraxmırdılar.
Mən dəqiq bilirəm ki, bu adamlar
da, qeyriləri də Rəfail müəllim barədə
də belə danışarlar; amma Adil barədə danışanda istisnasız
olaraq heç kim kəkələməz.
Bunun da bir səbəbi var: Adil kiminsə
tam yararsız əlyazmasını
da 6 ay özündə
saxlaya və sonra onu hərf-hərf
təzədən yazıb
dərc etdirə bilirdi, izahı da bu olurdu
ki, “qoy könlü xoş olsun...”. Adil mənə,
mən Adilə qardaşdan da yaxın olmuşuq, amma xasiyyətindəki bu ifrat yumşaqlığı
heç vaxt qəbul etməmişəm.
Fikirləşmişəm ki,
birincisi, hamam suyu ilə dost tutmazlar; ikincisi, insan nə qədər
pis olsa da son mənzilə onu urvatlı şəkildə yola salmağa hökmən bir nəfər İNSAN
OĞLU tapılar...
– Jurnalistikamızın bu günü barədə çox əskik şeylər danışırlar və sanki bu danışıqlar heç olmur – hər kəs öz işindədir.. Vaxtilə müxtəlif qəzetlərdə redaktor funksiyalarını da icra etmisən. Tanıdığım bir çox qələm sahibi sənin idarəedici istedadının da olduğunu deyir. İşçilərinlə necə yola gedirdin və redaktor işləmək çoxmu çətindir?
– Yox, məndə idarəedici qabiliyyəti yerli-dibli yoxdur. Bunu hamıdan yaxşı rəhmətlik Şamil Xurşud ifadə edirdi: planlaşdırma zamanı nömrəyə üçdən artıq yazı sifariş edəndə “Çox olmadı ki?!” – deyirdi və bununla da bildirmək istəyirdi ki, onun-bunun adına dediyin o yazıları onsuz da özün yazacaqsan, bir nəfərə isə bu dediklərin çoxdur... İndi adbaad sadalamağa ehtiyac görmürəm, amma təbii ki, qəzetçilikdə istənilən məsələ ilə bağlı fikri və əməli ideal səviyyədə olan cəmi 2-3 adama rast gəlmişəm, qalanlarına heç bir halda etibar eləməmişəm və bu da şəxsi simpatiyayla bağlı olmayıb. Ona görə hər şeyi, — əlavə əsəb sərf eləmədən, — özüm görməyə çalışmışam. Amma bunu da elə eləmişəm ki, kiminsə gözünə girməsin. Təsəvvür elə, müəlliflər olub ki, hətta imzasını dəyişdirmişəm, amma onun bundan da xəbəri olmayıb. Bu halda mən daha özümü saxlamır və adama dişimin dibindən çıxanı deyirdim ki, heç olmasa, dərc olunmuş yazını oxu və orada nəyin, necə düzəldildiyinə diqqət ver ki, növbəti dəfə bu qələti eləməyəsən.
Redaktorluq... Hə, vəzifə mənasında yox, yazı redaktorluğu mənasında bu, sevimli məşğuliyyətimdir – redaktə eləyim, yazıya əlavə və düzəlişlər eləyim, mövzu diqtə eləyim, yazını necə başlayıb necə qurtarmağı söyləyim, tərtibatla bağlı təkliflər verim və s. Amma geniş mənada redaktorluq mənlik deyil: mən sözü bir dəfə deyirəm – hətta ailədə uşaqlarım da bu ruhda böyüyüblər. Redaksiya kimi bir mexanizmdə isə bir dəfə söyləməklə işin həllinə nail olmaq mümkün deyil...Jurnalistikamızın bu günü barədə... Mənim Şuşa əvəzi sandığım Hikmət Sabiroğlu bir dəfə dedi ki, sizin jurnalistikada MÜƏLLİMLƏRİNİZ olub, biz isə qrup halında universiteti bitirib bir redaksiyada birləşmişik – müəllim də özümüzük, şagird də... 23 ildir ki, belədir. Nə qədər ki, mətbuat aləmində “şairə-publisistlər” meydan sulayacaq, Azərbaycanda jurnalistikadan savayı hər şey olacaq!
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2013.- 7 dekabr.- S.23.