ADMİU milli mədəniyyətimizin
inkişafı müstəvisində
10 dekabr 2013-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
90- illiyi ilə əlaqədar "Milli Mədəniyyətin inkişafında
ADMİU-nun prioritet mövqeyi"
mövzusunda konfrans keçirilib. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 01.03. 2013-cü il tarixli
sərəncamı ilə
bu il dekabrın
19-da ADMİU-nun 90 illik yubileyi
təntənə ilə
qeyd olunacaq. Sərəncamdan irəli gələrək
ötən müddət
ərzində bir sıra elmi-nəzəri və yaradıcılıq
tədbirləri baş
tutub. Dünən
keçirilən elmi-nəzəri
konfrans bir növ bu tədbirlərin
yubiley ərəfəsi yekunu
idi.
Konfransı giriş sözü ilə Universitetin rektoru, professor Timuçin
Əfəndiyev açıb. O, Prezident
İlham Əliyevin verdiyi sərəncamın
böyük mədəni-tarixi
əhəmiyyətini qeyd
edib, bu sənədin ADMİU-nun gələcək fəaliyyəti
üçün yeni istiqamət açdığını vurğulayıb.
Timuçin Əfəndiyev sonra
ADMİU-nun yaranma tarixindən,
keçdiyi inkişaf mərhələlərindən,
burada işləmiş
böyük alimlərin və dünya şöhrətli
sənətkarların mədəniyyətimizin
inkişafındakı tarixi rolundan bəhs edib.
Plenar iclasda prorektor Rafiq Sadıqov
"ADMİU-nun inkişaf tarixi"
mövzusunda məruzə
ilə çıxış
edib. Professorlar Aqşin Babayev, Məryəm Əlizadə
və başqaları
çıxışlarında
ADMİU-nun müasir qloballaşan
dünyadakı beynəlxalq
rolunu yüksək qiymətləndiriblər.
Konfransda
"Nəzəri təhsil:
intellekt və təcrübə", "Bədii
təhsildə istedad meyarı",
"Musiqi təhsilində
yaradıcılıq ənənələri
və müasirlik",
"Milli rəssamlığın
estetik problemləri və tədris istiqamətləri" kimi
seksiyalar üzrə böyük elmi-mədəni
əhəmiyyəti olan
maraqlı məruzələr
dinlənilib, geniş
müzakirələr aparılıb.
Müzakirələrdə Azərbaycan bədii
təhsilinin və milli mədəniyyətimizin
dünyaya inteqrasiyası
ilə bağlı problemlərdən danışılıb.
Məhəbbət HACIYEVA
525-ci qəzet.- 2013.- 11 dekabr.- S.7.