Ağməmmədlidən əsən bənövşə
qoxulu məlhəb küləyi
KƏRİM
MƏHƏRRƏMOVUN 65 İLLİK YUBİLEYİNƏ
Zaman... Məkan... Düşüncələr...
Daha nələr... Öz əməlləri ilə qurduğu insanlıq ağacında kölgələnənlər nə
qədər çox olarsa, dünyada insan sevgisi də,
varlığı da bir o qədər gözəlləşər...
Zamanında düşünərdik ki, biz zamanı idarə edirik.... Çox təəssüf...
İllər üst-üstə gəldikcə həyata bir missiya, bir
tale yükünə görə
gəldiyimizi dərk edirik.
Nə xoş
o insana ki, tale missiyasını düzgün,
yanılmadan, doğru
başa çatdırsın,
öz əməlləri
ilə nəsillərin
qəlbində qalsın. Çarəsiz
xəstəyə daha
uzun ömrün var, tənha bədbəxt insanlara daha yaxşı günlər öndədir
demək, ürəklərinə
sevgi hisslərini əkmək necə də gözəldi, deyilmi?.. Bunun özü
də müqəddəs
bir addım sayıla bilər.
Düşüncələrin
65 illik zaman fəlsəfəsi...
Kərim
kişi, yenə nədi qaşların çatıldı?... Zaman fəlsəfəsinin ağuşunda
nələr gördün,
kimlərlə görüşdün?
Bəlkə, Ağməmmədli kəndində (Gürcüstan)
taxıl anbarının
əhatəsindəki evinizin
həyətində rəhmətlik
Pürüz ananın
təndirə çörək
yapmasını, yoxsa samovara od
salması üçün
çırpı yığıb
gətirmənizi... Atan
Qara kişi əlidolu gələndə,
tez-tələsik qarşısına
qaçmağınızı, 6 uşaqlı bir ailə- 4 qardaş, 2 bacı-olduğunuz mehriban,
səsli-küylü həyətinizi.....
Bəlkə də...
Əlbəttə, öz yaşıdların
arasında ilk velosipedin
səndə olduğunu
xatırladın, eləmi? Necə də
qayğısız, xoşbəxt
illər idi. O xoşbəxt uşaqlıq
illərində rəhmətlik
Sahil qardaşın ilə daş-daş oynamağını, yoxsa,
rəhmətlik Ruslanın
toyunda İskəndər
müəllimlə birgə
sevincdən qəhərləndiyinizi?
Bəli... tez- tez xatırladığınızı...
kövrəldiyinizi də
bilirik...
Eşitdim ki, əzrayılın haqsızlığından dayına-ustad
qələm əhlimiz
Eyvaz Borçalıya
gileylənmək istəmisiz. Çox
təəssüf, amma...
Bilirsiz,
Eyvaz Borçalı özü də tale yükünün zamansız
can alan əzrayılından
Dədə Qorquda bir şikayət nəzirəsi göndərib
dedi... şair demiş:
Ölüm var ki həyat qədər dəyərli,
Həyat
var ki, ölümdən
də zəhərli
O qədər əziz istəklilərimiz vaxtsız
dünyadan getdilər
ki...
Kərim
kişi, Ağməmmədlidən əsasən
bənövşə qoxulu
məlhəb küləyi
daha neçə-neçə
xatirələri, nələri,
nələri xəyalən
qonaq etdi sizə... Xatırlanası
günlər varsa, boşa yaşanmamış
bu həyat...
İnsanlıq bağçasının kamillik zirvəsinə açıq məktub
Bakıya gəldiyiniz ilk illər...
Kərim kişi
gənc yaşlarında
idi. Dağlar oğlu çılğın,
sadə, düzgün,
həm də bir az da vurub yıxan
və kobud... Bir-birini qovan illər, əvəzləndi
yaş-yaş, yarım
əsrdən çox
zaman keçdi... bir bax... Heç
inanmağın gəlmir...
Deyilmi...
El-oba yaxşı
bilir ki, nəsildən ilk gələnlərdən
sayıldığına görə
el- obadan gələn hər kəsi (gəlişi gözəl söz deyil), evində qonaq edə, oxumağına, təhsilinə, işinə
yardımı əsirgəməz
idi. Ağməmmədli kəndinin
Bakıda bir ünvanı var idi: "Taksiyə
"20-ci kruqun söyüd
ağacının yanı"-deyin, adı Kərim kişi." Həyatın çətinliyinə, enişinə-yoxuşuna baxmayaraq,
çoxları bu ünvandan pərvazlanıb.
Etiraf etmək olar ki, ata ocağı
kimi-həyat ocağı
kimi ilk addımlar, ilk
uğurlar ünvanı
oldu Kərim kişinin evi. Həyat dolu bir insan.
Necə də gözəldi.
Deyirlər söz gücünə
yaxşı olmaq olmaz, öz yaxşılığını əməllərinlə göstərməlisən.
Bəli,
əməl hər bir insanın göstəricisi, onun mənəvi ölçüsüdür.
Bu yolu kamil insanlar, cəmiyyət qarşısında alnı
açıq, üzü
ağ olanlar
daha yaxşı bilir. Əslində həyat yükünü
insanlıq bağçasının
kamillik zirvəsinə
çatdırmaq müqəddəs
işdir. Biz onu sevə-sevə daşımalı, çətinlikdən
qorxmamalı, məqsədə
çatmaq üçün
aramsız səy göstərməliyik. Bu mənada həyat bizi daha nikbin
edir və onu sevməyi bizə məcbur edir. Nikbin insanlar isə
yaxşılıq etməkdən
zövq alır və bu həvəsi
başqalarına da təlqin etməyə çalışırlar.
Sözlərimi ünvanladığım bu
müdrik insan - hörmətli Kərim kişidir. 65 yaşını
qeyd etdiyimiz bu çox sadə,
maraqlı qayğıkeş,
incə qəlbli müdrik insan. Onu tanıyanların ürəyində
əbədi bir iz qoyub, insanlıq
abidəsi, kamillik zirvəsi ucaldıb.
Onun millətinə, xalqına
olan sevgisi əbədiyyət körpüsünün
xeyirxahlığından, yaxşılığından
qayğılanıb. Bu
körpünü keçənlər
isə Kərim kişinin mənəvi dəyərlərinə qiymət
verir, onu düzgünlüyü sevən,
dəyər verən bir insan kimi
könüllərində yaşatmağı
bacarırlar.
Kərim kişinin Rəşidə
xanımla qurduğu insanlıq dünyasında
Rövşən, Ofiq
adlı, Vüqar adlı keçilməz əzəmətli sıra
dağları var ki, onlar bir
elin arxasıdırlar. Məlhəb
küləklərindən tozlanan
Səbinə, Əminə,
Zibeydə adlı(qızları)cənnət güllərinizə,
Şura, Kamran, Şəhla, Kərim, Ayşə adlı (nəvələri) təzə
qönçələrinizə şükür. Sizin əməllərinizin bu davamçıları daha
neçə ürəkləri
sevindirəcəklər, həyat
verəcəklər... Cənnət bağçanız necə
də zəngindi.
Hətta, əzizimiz Baxşəli müəllim və Cəbrayıl müəllim
kimi dostlarınızla
yaratdığınız insanlıq
üçbucağı dünyanın
ən böyük, ən mötəbər, ən qayğıkeş, nüfuzlu təşkilatlarının
göstərdikləri xeyirxahlıqla
müqayisə edilə
bilər, əməllərinizdən
də el-oba danışır.
Hörmətli Kərim kişi!
Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə sağlam və daha mənalı
ömür arzulayırıq.
İstərdik ki, keçdiyiniz
bu mənalı ömür yolunda qazandığınız nailiyyətlər,
hörmətlər müvəffəq
olduğunuz xeyirxah əməllər heç
zaman sizi tərk etməsin. Sizin getdiyiniz şərəfli
yol hər birimiz üçün nümunəvidir. Gənc nəsillərə
örnək olan həyat məktəbiniz
var.
Aytən
Aydınqızı
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2013.- 12 dekabr.- S.8.