"Laçın" Çinarə Əzimovaya Riqada Qran-pri qazandırıb

 

 

Dekabrın 5-dən 9-dək Riqada gənc vokalçıların Beynəlxalq "Riga Symphony 2013" festivalı keçirilib. Müsabiqədə dünyanın 27-dən çox ölkəsində solistlər ansambllar çıxış edir. Münsiflər heyətinin işində festivalın ustad dərslərində iştirak etmək üçün ABŞ, Böyük Britaniya, İtaliya, Litva, Rusiya digər ölkələrin tanınmış pedaqoq vokalçıları Riqaya dəvət edilib. Festivalın təşkilatçılarının fikrincə, bu müsabiqə əsas hadisələrdən biri olsa da, festivalın əsas missiyası yarış rəqabət deyil, müxtəlif ölkələrin yaradıcı əlaqələrinin qurulması möhkəmlənməsi, oxu mədəniyyətlərinin yaxınlaşmasıdır. Vokalçıların bu müsabiqəsində Azərbaycanı Bülbül adına uşaq orta ixtisas musiqi məktəbinin yetirmələri Mərziyə Hüseynova, Ellara Əliyeva, Sona İsgəndərli Çinarə Əzimova təmsil edir. Kollektivin rəhbəri Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin vokal kafedrasının dosenti, fəlsəfə doktoru İradə Xəlilovadır. 6-cı sinif şagirdi Çinarə Əzimova akademik vokal nominasiyasında "Laçın" xalq mahnısını ifa edərək müsabiqənin Qran-prisini qazanıb. Qala-konsertdə 10-cu sinif şagirdi Mərziyə Hüseynova "Evləri var xana-xana" xalq mahnısını, 8-ci sinif şagirdi Ellara Əliyeva "Elə demə, zalım yar", Sona İsgəndərli isə "Kəklik" mahnısını ifa edərək hər üçü mükafata layiq yerləri tutublar.

Azərbaycanın Latviyadakı səfiri Elman Zeynalov səfirliyin əməkdaşları müsabiqənin qala-konsertinə tamaşa ediblər.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 12 dekabr.- S.7.