Mədəniyyət və Turizm
Nazirliyində UNESCO-nun Bakıda keçirdiyi tədbirin yekunları müzakirə
edilib
Mədəniyyət və Turizm Nazirliyində UNESCO-nun Qeyri-Maddi
Mədəni İrsin
Qorunması üzrə
Hökumətlərarası Komitəsinin Bakıda keçirilmiş 8-ci sessiyasının
yekunlarına həsr olunmuş iclas olub. Nazirliyin
mətbuat xidmətindən
"525"ə verilən məlumata görə, əlaqədar dövlət qurumları və təşkilatlarının
nümayəndələrinin iştirak etdikləri iclasda çıxış
edən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev belə genişmiqyaslı, beynəlxalq
səviyyəli tədbirə
ölkəmizin ev sahibliyi etməsinin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən məqsədyönlü
siyasətin nəticəsi,
ölkəmizin beynəlxalq
miqyasda artan nüfuzunun göstəricisi
olduğunu diqqətə
çatdırıb: "Tədbirdən
sonra qonaqlar, UNESCO Komitəsi, katiblik sessiyanın çox yüksək səviyyədə
təşkil olunduğunu,
ölkəmizdə böyük
qonaqpərvərliklə qarşılandıqlarını
söyləyib, yüksək
səviyyədə təşkilatçılığa
görə Azərbaycan
Respublikasının rəhbərliyinə
təşəkkür ediblər.
Azərbaycanda keçirilən silsilə beynəlxalq tədbirlər ölkəmizi
dünyada tolerantlıq
və mədəniyyətlərarası
dialoq mərkəzinə
çevirib. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin 8-ci sessiyasında
iştirak etmək üçün 793 nəfər
qeydiyyatdan keçib.
Bu mötəbər beynəlxalq tədbirdə
116 ölkədən 611 nəfər
(katibliklə birlikdə)
iştirak dib. Ümumilikdə tədbirin iştirakçılarının
ümumi sayı (Azərbaycan tərəfi ilə birlikdə) 900-ə
yaxın olub və budəfəki sessiya UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin
tarixinə ən çox iştirakçı
sayı olan iclas kimi düşüb.
Sessiyada Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmaq üçün
12 nominasiya irəli sürülüb və cəmi 4 ölkənin - Azərbaycan, Qvatemala, Monqolustan və Uqandanın nominasiyaları
siyahıya salınıb.
Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrsinin Reprezentativ Siyahısına salınmaq
üçün 31 nominasiya
irəli sürülüb
və onlardan 25-i qəbul olunub. Hökumətlərarası Komitənin
Bakı sessiyası, həmçinin təşkilatın
Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Konvensiyasının
10 illik yubileyinə təsadüf etməsi ilə əlamətdardır.
Sessiya Azərbaycanda internet vasitəsilə
onlayn yayımlanan ilk beynəlxalq tədbirdir və gündəlik izləyicilərinin sayı
UNESCO Hökumətlərarası Komitəsinin əvvəlki
sessiyalarından iki dəfə artıq - gün ərzində 14300 nəfər olub.
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrsin Qorunması üzrə Hökumətlərarası
Komitəsinin Bakıda
keçirilmiş 8-ci sessiyasının
ölkəmiz üçün
ən mühüm nəticələrindən biri
xalqımızın qeyri-maddi
mədəni irsində
mühüm yeri olan, çövkənin -
Azərbaycan Respublikasının
ənənəvi Qarabağ
atüstü oyununun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsidir".
Sessiyanın ölkəmizin mədəni
həyatı, beynəlxalq
münasibətləri, o cümlədən
UNESCO kimi mötəbər
təşkilatla qarşılılıqlı
səmərəli əməkdaşlığının
inkişafı baxımdan
mühüm əhəmiyyətini
vurğulayan nazir, tədbirin yüksək səviyyədə təşkilində
və uğurla həyata keçirilməsində
əməyi olan ilə hər kəsə minnətdarlığını
bildirib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2013.- 12 dekabr.- S.7.