Məhsəti Gəncəvinin 900 illiyi Fransanın Miluz şəhərində qeyd olunub

 

 

Heydər Əliyev Fondunun təşkilatçılığı Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Miluz şəhərində ilk Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş sərgi konsert təşkil edilib.

Fransadakı səfirliyimizdən verilən məlumata görə, Miluzun Tanpl San-Etyen kilsəsində təşkil olunan konsertin aparıcısı Alen Tremoliyer Qafqazın mirvarisi olan Azərbaycanın Cənubi Qafqazda qədim İpək Yolunun üzərində, Şərq ilə Qərb arasındakı strateji qovşaqda yerləşdiyini, bəşəriyyətin beşiklərindən biri kimi dəyərləndirilən zərdüştlüyün vətəni olduğunu xatırladıb: "Azərbaycan dünya ədəbiyyatına musiqisinə dahilər bəxş edib, Şərq aləmində ilk demokratik respublika da Azərbaycanda qurulub, 1918-ci ildə qadınlara seçki hüququ verilib, müsəlman dünyasında ilk dünyəvi teatr, opera, balet milli akademiya burada yaranıb. Azərbaycan yeraltı sərvətlərlə yanaşı, tarixi mədəni irslə zəngin ölkədir. Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin özünəməxsus tarixi kökləri vardır. Böyük fransız yazıçısı Aleksandr Dümanın (Ata) XIX əsrin ikinci yarısında Azərbaycana səyahəti, Jorj Sandın məşhur "Koroğlu" epik poemasını fransız dilinə tərcümə etməsi, XX əsrin əvvəllərində Parisdə "Qafqaz" məcmuəsinin çap olunması, azərbaycanlı yazıçı Ümbülbanu Əsədullayevanın Fransada yaşayıb yaratması nəhayət Fransanın ictimai-siyasi həyatında mühüm rol oynayan Prezident Şarl de Qolla Əhmədiyyə Cəbrayılovun görüşü xalqlarımız arasındakı dostluğun parlaq nümunəsidir. Tarixən yaranan dostluq əlaqələri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu gün davam edir möhkəmlənir. Azərbaycanın fransızlara daha yaxından tanıdılması istiqamətində Fondun Fransada keçirdiyi mədəni tədbirlər təqdirəlayiq hadisədir.

Keçən ay Reymsdə, bu gün isə Miluzda Azərbaycanın görkəmli şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə təşkil olunan sərgi konsert Fondun Fransada həyata keçirdiyi mədəni tədbirlərin davamıdır".

Daha sonra aparıcı Məhsəti Gəncəvinin Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədə yaşayıb yaratdığını, Qafqazda ilk dəfə olaraq Gəncənin 2016-cı il üçün "Avropanın gənclər paytaxtı" seçildiyini bildirib. Tədbirdə çıxış edən Yuxarı-Alzas Universitetinin ədəbiyyat fakültəsinin dekanı xanım Greta-Komur-Thilloy Məhsəti Gəncəvi yaradıcılığının əsas məziyyətlərindən danışıb, azərbaycanlı şairənin əsərlərində bəşəri ideyalardan söhbət açdığını diqqətə çatdırıb.

 "Xocalı-613" əsərinin bəstəkarı Pyer Tilua çıxışında Azərbaycanın qədim zəngin mədəniyyətə malik olduğunu vurğulayaraq  xalqımıza məxsus ayrı-ayrı musiqi alətləri barədə tamaşaçılara məlumat verib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Miluzda təşkil olunan konsert sərginin dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunduğunu diqqətə çatdırıb, Heydər Əliyev Fondunun təşkilatçılığı səfirliyin dəstəyi ilə Fransanın müxtəlif regionlarında, o cümlədən Miluzda mədəni tədbirlərin keçirildiyini, bu konsert sərginin 2013-cü il üçün nəzərdə tutulmuş tədbirlərdən biri olduğunu bildirib.

Sonra incəsənət ustalarının ifasında Azərbaycan bəstəkarlarının əsərləri, Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş mahnılar xalq yaradıcılığı nümunələri səslənib.

 Fransanın müasir tipli "Fundari" sarayında Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə təşkil olunan sərgini açan Yuxarı-Alzas Universitetinin rektoru xanım Kristin Gangloff Ziegler Gəncədə səfərdə olduğunu görkəmli şairənin abidəsinə baş çəkdiyini, onun öz xalqı tərəfindən yüksək hisslərlə yad edildiyini xatırladıb, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycan Dövlət Aqrar, Gəncə Dövlət Azərbaycan Texnologiya universitetləri ilə əməkdaşlıq perspektivlərindən tələbə mübadiləsi imkanlarından söhbət açmışdır.

Miluz şəhərinin meri Jan Rottner iki xalq arasında dostluq əlaqələrinin inkişafında bu cür sərgi konsertlərin təşkilinin mühüm rol oynadığını, bu istiqamətdə Heydər Əliyev Fondunun Fransada Azərbaycanı tanıtmaq baxımından həyata keçirdiyi mədəni tədbirləri yüksək qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlıqda iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin mühüm rol oynadığını qeyd edib.

Səfir Elçin Əmirbəyov Məhsəti Gəncəvinin Şərq intibahının böyük mədəniyyət mərkəzlərindən biri olan Azərbaycanın ikinci böyük şəhəri Gəncədə doğulduğunu bu şəhərdə yaşayıb-yaratdığını, Gəncənin dünya mədəniyyətinə Nizami Gəncəvi kimi bir düha bəxş etdiyini xatırladıb, şairənin öz fikirlərini açıq şəkildə bildirən Şərq qadınlarından biri olduğunu, yaşadığı cəmiyyətdə qadın problemini rolunu ortaya qoyduğunu, yaradıcılığının əsas qayəsini bərabərlik, qardaşlıq azadlıq kimi bəşəri ideyalar təşkil etdiyini vurğulayıb: " Məhsəti Gəncəvinin yalnız şairə deyil, eyni zamanda, fəal bir qadın olub, o  gənc qızları ətrafına toplayıb ədəbi dərnək yaradıb, onların arasında öz dövrünün tanınmış şairələri yetişib. Şairənin əsərlərində əks olunan ideyalar fikirlər səsləndiyi vaxtdan 900 il keçməsinə baxmayaraq, bu gün öz aktuallığını itirməyib. Azərbaycan Prezidenti İlham Əliyev Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyi ilə bağlı sərəncam imzalayıb, ölkənin birinci xanım Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun şairəni dünya ictimaiyyətinə yaxından tanıtmaq məqsədi ilə onun fars ərəb dillərində yazdığı əsərləri xarici dillərdə nəşr etdirib". E.Əmirbəyov Parisdə, Reymsdə Miluzda təşkil olunan sərgilərdə Məhsəti Gəncəvinin yaşadığı dövrə məxsus eksponatların nümayiş olunduğunu bildirib. Sərgi dekabrın 20-dək davam edəcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 12 dekabr.- S.7.