Səhrada cənnət və ya hər bir müsəlmanın getmək arzusunda olduğu ölkə.....- İkinci yazı

 

 

Səudiyyə Ərəbistanı Krallığında olduğumuz günlərdə, keçirilən bütün görüşlərdə  yuxarıda qeyd etdiyim kimi, ölkə rəsmiləri Azərbaycanla bütün sahələrdə əməkdaşlığa üstünlük verdiklərini vurğulayırdılar. Görüşlərdə o da diqqətə çatdırıldı ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri, səfər çərçivəsində İki Müqəddəs Ocağın Xadimi, Kral Fəhd bin Əbdüləziz Al Saudla, eləcə , digər rəsmilərlə keçirdiyi görüşlər əlaqələrimizin inkişafına təkan vermiş, bugünki əməkdaşlığın təməli qoyulmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində dövlət rəsmiləri ilə keçirdiyi mühüm görüşlər imzalanan sənədlər iki ölkə arasında siyasi, iqtisadi əlaqələri daha da möhkəmləndirmişdir. O da vurğulandı ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərcivəsində sıx əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəkləyir işğalçı ölkə ilə diplomatik münasibətlərin qurulmasından imtina edirlər.

Bir faktı da qeyd edək ki, Azərbaycan Səudiyyə Ərəbistanı arasında indiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-dan çox sənəd imzalanıb, ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. Azərbaycanda fəaliyyət göstərən 6 Səudiyyə Ərəbistanı kapitallı şirkət tərəfindən ölkə iqtisadiyyatına 368 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Bununla belə, ticarət investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var.

Yeri gəlmişkən, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Xalq qəzeti"nin yazarı İttifaq Mirzəbəyli bildirdilər ki, Azərbaycan Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində tutduğu ədalətli mövqeyi yüksək qiymətləndirir.

Səudiyyə Ərəbistanının əhalisi 30 milyonu ötüb, onlardan 10 milyona yaxını miqrantlardır

Bu gün rəsmi məlumatlara görə, Səudiyyə Ərəbistanında əhalinin sayı 30 milyonu ötüb. Qeyri-rəsmi məlumatlara görə isə, əhali sayı daha çoxdur. Onlardan 10 milyona yaxını müxtəlif ölkələrdən gələn miqrantlardır. Qaldığımız hotellərdə xidmət sahəsində çalışanlardan əksəriyyəti miqrantlardandır. Ofisiant kimi çalışan bir misirlidən aldığı əmək haqqını soruşuram. Tam olaraq deməsə , bildirir ki, yeddi ildir Əl Riyad da yaşayır, burada ailə qurub, çox yaxşı yaşayır. Hətta aylıq əmək haqqından Misirdəki ailə üzvlərinə göndərir.

Onu da qeyd edim ki, əhalinin 99%-ni ərəblər təşkil edir. Əhalisi Məhəmməd peyğəmbər ərəb qəbilələrini 622-ci ildə birləşdirdikdən sonra formalaşıb. Tarix ərəblərin qədim xalqlardan olduğunu təsdiqləyir. Heredotun "Tarix" əsərində ərəb qəbilələri haqqında məlumat verilib. Çox sürətli iqtisadi artım nəticəsində şəhər əhalisinin sayı getdikcə artır.  Əhalinin çox hissəsi vahələrdə şəhərlərdə cəmlənib. Qırmızı dənizin Fars körfəzinin sahilində rayonlar çox sıx məskunlaşıb, eyni zamanda, Ər-Riyadda əsas neft istehsalı rayonlarında da əhali sıx olur.

Yuxarıda qeyd etdiyim kimi, bu ölkədə qeyri-müsəlmanlar azdır. Ciddə şəhərində kiçik qruplar şəklində iudaistlər, pravoslavlar - yunanlar, protestantlar - amerikanlar ingilislər katoliklər -italyanlar başqaları yaşayırlar. Hətta Səudiyyə Ərəbistanında yaşayıb, işləyən soydaşlarımıza da rast gəldik. Bu barədə bir qədər sonra...

Üç qitəyə gedən yolları qovuşduran okeana birbaşa çıxışı olan ölkə...

Ərəbistan yarımadasında yerləşən üç qitəyə - Avropa, Asiya, Afrikaya gedən yolları qovuşduran, okeana birbaşa çıxışı olan Səudiyyə Ərəbistanını belə adlandırırlar. İqtisadi, coğrafi mövqeyinə görə, olduqca əlverişlı yerdə yerləşən ölkə zəngin neft yataqlarına, ehtiyatlarına görə dünyada birincidir.

Ərəbistan ərəb ölkələri (İsrail istisna olmaqla) ilə həmsərhəddir. Şimaldan İraq, Küveyt, İordaniya, İsrail, cənubdan Yəmən, Oman, cənubi-şərqdən BƏƏ, qərbdən isə yalnız Misir ilə həmsərhəddir. Sərhədlərin ümumi ölçüsü 4431 kilometrdir. Səudiyyə Ərəbistanın qərbində yerləşən Qırmızı dəniz vasitəsilə ölkə Cibuti, Sudan, Eritreya, ilə həmsərhəddir. Dənizin ən böyük hissəsi Səudiyyə Ərəbistanına düşür. Ölkənin şərqində Fars körfəzi yerləşir. Körfəz vasitəsilə onlar İran Bəhreynlə həmsərhəddir. Ərəblər buradan hər il minlərlə ton neft çıxardırlar. Qərbdə, Qırmızı dənizin sahilinə paralel Hicaz dağları uzanır. Asir dağlarında relyef dağlıq zirvələrindən böyük vadilərə qədər dəyişir. Şimalda, İordaniya ilə sərhəd boyunca səhra yerləşir. Ölkənin şimal mərkəzi hissəsində ən böyük qumlu səhralar yerləşir.

Səudiyyə Ərəbistanında 10 Qoruq Ərazisi var, bu da ölkənin təxminən 3 faiz sahəsini tutur. 1980-ci illərin ortalarında hökumət Asir Milli parkı təşkil edib, burada vəhşi heyvanların yox olmaqda olan növləri saxlanır.

 

Dünya şöhrətli ARAMKODA... Burada beş nəfər azərbaycanlı çalışır

Təkcə bir faktı qeyd edim ki, Beynəlxalq Enerji Agentliyinin son hesabatında neft sektorunda qarşıdakı 10 ildə balansın dəyişəcəyinə işarə etməsi, ən böyük neft şirkətlərini ağıllara gətirib. Forbes jurnalı enerji sektorunda ən hörmətli araşdırmalara imza atan "WoodMackenzie" şirkətinin məlumatlarına əsasən  ən böyük neft şirkətlərini sıralayıb. Sıralamada şirkətlərin 10 il əvvəlki istehsal həcmləri qeyd olunub. Qısası ən böyük şirkətlər sırasında lider Səudiyyə Ərəbistanının ARAMKO şirkətidir.

Səudiyyə Ərəbistanı şirkətinin 2013-cü ildə gündəlik istehsalı 12,7 milyon barel təşkil edib. 2003-cü ildə bu göstərici 9,9 milyon barel idi.

Ötən əsrin 30-cu illərinin sonunda təşkil olunan ARAMKO adlı beynəlxalq neft şirkətində bu gün dünyanın müxtəlif ölkələrindən olan peşəkar mütəxəssislər çalışır. Səudiyyə Ərəbistanı II Dünya müharibəsində bitərəfliyini saxlayır. İkinci Dünya müharibəsindən sonra Səudiyyə Ərəbistanının daxilixarici siyasəti neft amili ilə müəyyən olunurdu. Bir neçə il ərzində Krallıq duru yanacaq ixrac edən qüdrətli dövlətə çevrildi. Hələ müharibə illərində regiona maraq göstərən ABŞ, müharibədən sonra da, Səudiyyə Ərəbistanı ilə işgüzar əlaqələri genişləndirdi. O, ölkənin mühüm strateji əhəmiyyətli rayonu olan Dahranda hərbi-hava bazası inşa etmiş, Böyük Britaniyanın müqavimətinə baxmayaraq, 1950-ci ildə uzunluğu 1720 km olan və ildə 15-20 milyon ton ötürücü transərəb neft kəmərinin çəkilməsinə nail oldu. Amerika neft şirkəti ARAMKO-nun zəngin neft yataqlarının istismara verməsi nəticəsində Səudiyyə Ərəbistanı rekord nəticələr əldə etdi. Əgər 1944-cü ildə ölkədə 1 milyon ton neft hasil edilirdisə, 1967-ci ildə bu rəqəm 129,8 milyon tona çatdırıldı. Neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanı artıq 1966-cı ildə Yaxın Şərqdə birinci, bazar iqtisadiyyatı ölkələri arasında isə dördüncü yeri tuturdu. Misirə 1956-cı il təcavüzü zamanı Səudiyyə Ərabistanı ARAMKO-ya İngiltərə və Fransaya neft satmağı qadağan etdieyni zamanda onlarla diplomatik münasibətləri kəsdi. 60-cı illərin sonundan etibarən Səudiyyə Ərəbistanının xarici siyasəti ikili səciyyə daşıyırdı. Ərəb ölkələrinin 1974-cü ildə Rabatda keçirilmiş Konfransında Fələstin Azadlıq Təşkilatını Fələstin ərəb xalqının yeganə qanuni nümayəndəsi kimi tanımışdı. Səudiyyə Ərəbistanı İsrail ilə Misir arasında birtərəfli Kemp-Devid sövdələşməsini pisləmişdi. 70-ci illərdə neftin dünya qiymətinin artması neft ölkələrinin, o cümlədən Səudiyyə Ərəbistanının gəlirini on dəfələrlə artırdı. Səudiyyə Ərəbistanı dünyanın inkişaf etməkdə olan ölkələrinin liderinə çevrildi. Ölkənin iqtisadiyyatına böyük vəsait qoyuldu, neft sənayesi ilə yanaşı digər sənaye sahələri yaradıldı.

Nəhəng ARAMKO şirkətində olarkən burada çalışan əməkdaşın ərəb dilindən rus dilinə çox aydın tələffüzlə tərcümə etməsini görüb, onun azərbaycanlı olduğu qənaətinə gəldim. Azərbaycan dilində "Bir daha xoş gəlmisiniz" deyəndə fikrimdə yanılmadığımın şahidi oldum. Həm də belə bir şirkətdə soydaşımızın məsul vəzifə tutmasından sevindim. Sonra daha dörd soydaşımızla tanış olduq. Onlar burada Azərbaycanı layiqincə təmsil edirlər. Onu da öyrəndik ki, Səudiyyə Ərəbistanının səhiyyə sistemində də Azərbaycandan gələn həkimlər işləyir. Ümumiyyətlə, dost ölkə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında bənzərliklər çoxdur. Bütün bunları sadəcə, Səudiyyə Ərəbistanında olub, görmək lazımdır.

 

Ağanisə SULTANOVA

Bakı-Əl Riyad-Ciddə-Məkkə-Əl Riyad-Bakı,

Xüsusi olaraq "525-ci qəzet" üçün

525-ci qəzet.- 2013.- 12 dekabr.- S.5.