Ulu Öndər
Vətəndə bütövlük görmək
istədin,
"Xalqıma əbədi bağlıyam" dedin.
"Dünyaya tanıdaq
Azərbaycanı!"
Ülvi arzulardan biri bu idi.
Sözün, bəyanatın dolaşdı
Ərzi,
Özünlə gəzdirib xəritəmizi
-
Ali kürsülərdən sülhə
səslədin
Narahat yaşayan beş
qitəmizi.
Məşhur Amerika Konqresində
Cənablar etiraz duydu səsində:
- Susmasın ədalət, susmasın vicdan,
Qonşu
pay istəyir torpağımızdan!
İqlimdən-iqlimə uzanan yollar,
Çoxsaylı - nə hamar, nə asan yollar.
Səni
Hindistana, Çinə
apardı,
Bakıya gətirib, yenə apardı.
Olubsan qonağı neçə
dost elin,
Nitqini dinləyib
İstanbul, Berlin.
Nitqini Buxarest, Roma dinləyib,
Nigaran planet, səma
dinləyib.
Ayrılıq hökmünü verəndə
rüzgar -
Həzin
xəbərlərlə əsib
küləklər...
İndi
həmişəlik cüt
ünvanın var:
Biri Xiyabandır, biri ürəklər!
Oqtay RZA
Əməkdar müəllim
525-ci qəzet.-
2013.- 13 dekabr.- S.7.