Con F.Kennedi: "Mərdliyin
profilləri" (davamı)
Əgər
onların karyerası müvəqqəti olaraq və ya bəzən
daimi olaraq sui-istifadə edən naşirlərin, zəhərli
qələm sahiblərinin və seçkilərdə ən
çox səs verənlərin atdıqları mərmilər
altında dəfn edilirsə – əgər onlar risq edirlərsə,
həmin vaxt buna məruz qalırlar – onlar gələcəyi
ümid və inamla gözləyirlər, bu faktdan da agah olurlar
ki, səs verən adamlar çox hallarda “bizim
düşüncə yolumuzla həyat yolumuzun
arasındakı” eks-Koqressmen T.B.Smitin
adlandırdığı katorqadan əzab çəkirlər.
Smit bunu naməlum şeirin subyekti ilə müqayisə edir:
Bir dəfə bir taksa (it cinsi – tərcüməçi)
var idi.
Uzun müddət anlamırdı heç nəyi.
Çox
vaxt quyruğunu qaldırıb,
Göstərirdi
əhval-ruhiyyəsini
Nəsə
baş verdisə, gözləri onun
Bu vaxt doldu
dərdlə, kədərlə,
Kiçik
quyruğu yellənirdi yenə,
Bu dəfə ancaq əvvəlki xoşbəxtliyindən.
Buna baxmayaraq, mən istənilən Senatordan soruşmaq
istəyirəm ki, tədbir barədə biz səs verməmişdən
əvvəl, dəqiq bəyan edə bilərdimi ki, onun
seçicilərinin çoxluğu nəticəni Senatda təmsil
olunan kimi necə hiss etdimi. Biz hamımız Senatda dəmir ağ ciyərlə yaşayırıq – siyasətin
dəmir ağ ciyəri və belə az havalı atmosferdən
çıxmaq o qədər də asan iş deyildir ki, bizim
seçicilərin nəfəs aldıqları təmiz hava ilə
nəfəs ala biləsən. Professional müftəxorların
və vokal (səs-küy salan – tərcüməçi)
elementlərin yanlarındakı çox saydakı seçiciləri
görmək də çətindir. Onlar
siyasətçi haqqında hər cür məlumat
toplayırlar. Vaşinqtonda olanda mən dəfələrlə
qırx və ya əlli məktub alırdım, professional
siyasətçilər və lobbistlər altı dəfə
yanıma gəlirdi və Massaçusetsdən olan üç
qəzet naşiri verilən nəticə barədə ictimai rəyi
qaydaya salırdı. Düzü mən
seçicilərin böyük çoxluğunun nə hiss
etdiyindən və ya hətta onların nə qədər
çoxunun, nəticələrin Vaşinqtonda belə
yanğın yaratdığı kimi
göründüyünü bilməsindən nadir hallarda agah
oluram.
lll
Bu gün
siyasi mərdlik çağırışı əvvəllərdə
olduğundan daha böyük ölçüdə hiss olunur. Bizim üçün gündəlik həyat elə
dolğunluğa çevrilmişdir ki, kütlənin nəhəng
qüvvəsi hansısa qeyri-populyar və ortodoks xəttin Con
Kvinsi Adamsın – 1807-ci ildə hücum altında
qaldırdığı etiraz tufanı ilə əlaqədardır
və heç vaxt təxəyyülə
sığmayacaqdır. Bizim siyasi həyatımız
elə baha olana çevrilmişdir ki, professional siyasətçilər
və ictimai əlaqələr adamları tərəfindən
elə mexanikləşdirilmiş və ona elə
ağalıq edilir ki, müstəqil dövlət xadimliyi barədə
xəyala dalan, idealist seçkinin və nəyəsə nail
olmaq zərurəti ilə kobud qaydada oyadılır. Və
bizim ictimai həyatımız sonu olmayan müharibə,
hansına ki, biz qəribə qaydada “soyuq” epiteti vermişik,
üzərində artan dərəcədə mərkəzləşir,
ona görə biz ciddi ideoloji birləşməyə və
fikrin ortodoks nümunələrini bəyənməyə meyl
edirik.
Və beləliklə, qarşıdakı günlərdə
yalnız çox cürətli olanlar gücü düşmənlə
mübarizədə sağ qalmağımız
üçün lazım olan qeyri-populyar və çətin
qərarları verməyə qadir olmalıdır. Bu düşmənin isə
liderləri özlərinin manipulyasiya etdikləri ictimai rəyə
olduqca az əhəmiyyət verirlər, səsvermənin
nəticələrindən qorxmayaraq öz vətəndaşlarını
məcbur edirlər ki, indiki gülüşü gələcəyin
şərəfinə qurban versinlər. Və
yalnız çox cürətli adamlar fərdiyyətçilik
ruhunu və bu millətin doğulmasına səbəb olan
ayrı-seçkiliyi mövcudluqda saxlamağa qadir olacaqlar.
Bu, körpəni yedizdirməyə və onun
yaşa dolmaya çatmasını sərt sınaqlardan
keçirməyə bənzəyir.
Əlbəttə,
əgər bizim hamımız ənənəvi siyasi nümunələr
əsasında – liberalizm və konservatizm nümunələrində,
Respublikaçılar və Demokratlar kimi, Şimalın və
Cənubun nöqteyi-nəzərindən, idarəetmə və
əmək, biznes və istehlakçı kimi və ya bəzi
bərabər dar çərçivədə fikirləşsək,
bunlar daha asan başa gələcəkdir. Hərəkət
etməyi və taqımla səs verməyi davam etdirsək,
kolleqalarımızı cari dəbdəki qaydada istismar etməklə
özümüzə birləşdirsək, əvvəldən
verilən qərarlara və ya populyar hərəkatlara qəzəblənsək,
bu daha təsəlli verici olacaqdır. Lakin
bu gün millət belə tənbəl siyasi adətlər dəbdəbəsinə
dözə bilməz. Yalnız güc,
proqress və sülhsevər dəyişiklik, müstəqil
mühakimədən və fərdi – və hətta ortodoks
olmayan və ekssentrik – ideyalardan irəli gəlir və bizi
xarici ideologiyaya üstün gəlməyə qadir edir,
axırıncı isə hidrogen bombasından qorxduğundan
daha çox azad fikirdən qorxur.
Biz qarşıdakı günlərdə daha çox əminlik
üçün kompromisslərə möhtac olacağıq. Lakin bunlar prinsiplərin deyil, iş kompromissləri olacaqdır və olmalıdır.
Biz özümüzdə deyil, siyasi mövqelərimizdə
kompromissə getməliyik. Biz mənafelərin
toqquşmasını, öz ideyalarımızdan
uzaqlaşmadan həll edə bilərik. Və
hətta kompromissin düzgün növü üçün zərurət,
həmin idealistlərə və islahatçılara
ehtiyacı ləğv etməyəcəkdir. Onlar isə bizim kompromissləri irəli aparırlar.
Şounun (Bernard Şou – məşhur
yazıçı, Nobel mükafatı laureatı – tərcüməçi)
təsvir etdiyi kimi “kompromisslə lənətlənmiş,
opportunizmlə çürümüş, lazımi qaydada səpilmiş
yalançı unlu şeh, naqili dartma ilə
ölçüsünün genişlənməsi və
nüfuzetmədən çürümə ilə sirayətlənmişlərlə”
qarşılaşmaqdan yaranan siyasi situasiyaların
qarşısını alır. Kompromissə
heç də qorxaqlıq üçün ehtiyac duyulmur.
Əlbəttə ki, kompromisslər və
barışıqlar dəfələrlə sərt siyasi mərdlik
sınaqları ilə üz-üzə gəlir. Onlar öz seçicilərinin ekstremist nəzərlərinə
müxalif olurlar. Buna görə Deniel
Uebster 1850-ci ildəki kompromissi vicdanlı qaydada bəyənmişdi,
buna görə o, siyasi tarixin salnamələrinin
ötülüb keçilə bilməyən məhkumluğunu
qazanmışdı.
Onun əhvalatı bu gün xatırlanmağa layiqdir. Beləliklə, mən
inanıram ki, digər mərd Senatorların əhvalatları
– onlar özlərinin bütün şəxsi və siyasi
hörmətdən yuxarı olan milli zəfər
çalınmasına loyallıqda olmuş, bu adamlar mərdliyin
real olaraq nə olduğunu və həmçinin demokratiyaya
real inamlarını göstərmiş, Birləşmiş
Ştatlar Senatını, öz seçicilərinin
nöqteyi-nəzərlərini icra qaydasında
çatdıran sadə robotlar kolleksiyasından daha çox nəyisə
etmişlər və ya zamana xidmət edən beyinləri bir
yerə yığmışlar ki, ictimai hissiyyatın
daşqınlarını əvvəlcədən xəbər
versinlər və onların ardınca getsinlər.
Bu adamların bəziləri, hansılarınkı əhvalatları
təsvir ediləcəkdir, öz inamlarında düzgün
idilər, digərləri, güman ki, düz deyildilər. Bəziləri
daha çox populyarlığa qayıtmaqla özlərinə
haqq qazandırırdılar, çoxu isə heç də
bunu etmirdi. Bəziləri özlərinin
bütün həyatı boyu mərdlik nümayiş etdirirdilər;
digərləri isə onların vicdanı və hadisələr,
bu adamları tufanın mərkəzinə gətirib
çıxaran həlledici ana qədər küləyin
istiqamətində üzmüşdülər. Bəziləri özlərinin mütləq prinsiplərə
sarsılmaz həsr olunmaları ilə əsl mərd adamlar
idilər; digərləri kompromiss tərəfdarlarını
lənətləyirdilər.
Onların
müxtəlifliyi ilə yanaşı, amerikan siyasətçiləri,
hansıların ki, əhvalatları dəfələrlə
söylənmişdir, bir qəhrəmanlıq keyfiyyətini –
mərdliyi bölüşürdülər – sonrakı səhifələrdə
mən çalışacağam ki, onların həyatını
– uğrunda yaşadıqları idealları, mübarizə
apardıqları prinsipləri, onların ləyaqətlərini,
günahlarını, qazandıqları tərifi və
dözdükləri təhqiri nəql edim. Bütün
bunlar sonrakı səhifələrdə yer tutacaqdır.
Biz onlar haqqında yazmalıyıq, onlar
haqqında oxumalıyıq. Bu adamların
hər birinin həyatında elə şeylər vardır ki,
onu çap səhifəsinə təslim etmək çətindir
– və həm də elə şeylər vardır ki, onlar vətənlərinə
gəlib çatmış və yer kürəsinin hər bir
hissələrində yaşayan hər bir vətəndaşın
malik olduğu irsi daha da zənginləşdirmişdir.
Birinci hissə
Zaman və yer
Bizim birinci əhvalat 1803-cü ildə başlandı, bu vaxt Vaşinqton hələ lazımi qaydaya düşməmişdi, şəhər əslində ölkə kəndindən artıq bir şey deyildi. Belə rəvayət vardır ki, yeni fransız elçisi bura gələndə ətrafa baxıb qışqırmışdı: “Ay Allah! Mən nə etmişəm ki, belə şəhərdə yaşamağa məhkum olmuşam!” Tikintisi hələ başa çatmamış Kapitoli Birləşmiş Ştatlar Senatının yerləşdiyi bina idi və ilk Senatın 1789-cu ildə yerləşdiyi Nyu-Yorkun köhnə şəhər zalından çox böyük dərəcədə fərqlənirdi və hətta 1787-ci ildəki Konstitusiya yazanların orijinal qaydada planlaşdırdığı orqandan da çox fərqli idi.
Bani-atalar Senatda işləməyi “siyasi mərdlik” üçün imkanı təmin edən xidmət kimi təxəyyül edə bilməzdilər, öz seçicilərinin iradəsinə etiraz etdikdə burada adamlar təhlükədə olacaq və ya öz karyeralarına son qoyacaqdılar. Senat üçün onların əsl konsepsiyasına görə, Senat, Nümayəndələr Palatasına əks olmaqla elə bir orqan idi ki, o seçici təzyiqinə məruz qalan subyekt olmayacaqdı. Hər bir ştat özünün ölçüsündən və əhalisinin sayından asılı olmayaraq eyni sayda (iki nəfər – tərcüməçi) Senatora malik olmalı idi, beləliklə onlar fərdi suveren ştat hökumətlərinin federal hökumətə göndərdiyi səfirlər idi, səs verən ictimaiyyətin təmsilçiləri deyildi. Senatorlar hər iki ildən bir seçilmək üçün (Nümayəndələr Palatasının üzvləri hər iki ildən bir seçilirlər – tərcüməçi) çarpışmayacaqdılar, – əlbəttə, Aleksandr Hamilton (bani-atalardan biri, Corc Vaşinqtonun ilk prezidentliyində federal hökumətin ilk maliyyə naziri – tərcüməçi) təklif etmişdi ki, onlar ömürlük müddətə bu səlahiyyət sahibi olsunlar – və altı illik müddətin məqsədi onları ictimai rəydən izolyasiya etmək idi.
Senatorlar xalqın səsi ilə deyil, ştatın qanunvericiləri tərəfindən, hansılar ki, hər bir ştatın konservativ mülkiyyət maraqlarını təmsil etməyə arxalanırlar və “kütlələrin səfehliyinə” müqavimət göstərə bilirlər, həmin funksiyaya təyin edilirdilər. Bu qaydada konstitusional qurultayın nümayəndəsi Con Dikinson demişdi ki, “Senat həyatda öz rütbələrinə görə və mülkiyyət çəkilərinə görə hörmətə yiyələnəcək və ən ehtiramlı şəxsiyyətlərdən ibarət olmaqla, mümkün olduğu qədər Britaniya Lordlar Palatasına güclü bənzərliyə malik olacaqdı”.
Bununla yanaşı, Senat qanunvericilik orqanından az olmalı idi – adətən orada ictimai fikrə görə həyati nəticə üstündə qızışan müzakirələrə qayğı göstərilməlidir, – Senat isə daha çox icra şurası olacaqdı. Torpaqları və müqavilələri müzakirə edəcək və əsasən Prezidentə məsləhətlər verəcəkdi, özü də bunu ictimaiyyət üçün olan qalereyasız və hətta öz iclası üçün protokolu olmadan həyata keçiriləcəkdi. Yerli qaydada əvvəlcədən qərar vermə, Hamiltonun dediyi kimi, Senat zalında yaddan çıxarılmalı idi, həm də ilk məsələnin “görən bu qərar seçicilərimə və... mənim yenidən seçilməyimə necə təsir göstərəcəkdir” sualının olduğu Kontinental Konqressin sadə bir məşqi olmalı idi.
Birləşmiş Ştatların ilkin iyirmi iki Senatoru 1789-cu ildə Nyu-Yorkda iclas keçirməklə, Konstitusiyanı tərtib edənlərin gözlədiklərini icra etməyə ilk dəfə girişən kimi göründülər, xüsusən də bunu Lordlar Palatasına bənzəmək kimi qiymətləndirirdilər. Onlar hörmətli və parlaq şəxsiyyətlər, görkəmli və təcrübəli dövlət xadimləri olmaq istəyirdilər. Senat Nümayəndələr Palatası ilə müqayisədə bütünlüklə dəbdəbədən uzaq və tam rəsmi idi, onun otaqları daha diqqətlə işlənmişdi və onun üzvləri geyimlərinin xoş təsir bağışlamasına və sosial rütbəyə daha az əhəmiyyət verirdilər. Senat bağlı qapılar arxasında daimi komitələrdən istifadə etmədən iclas aparırdı, Prezident Vaşinqtona fərdi qaydada məsləhət verirdi və administrasiyanın bütövlükdə birləşdirici bir hissəsinə yaxın fəaliyyət göstərirdi.
(Ardı var)
İngiliscədən Telman Orucov tərcümə edib
525-ci qəzet.-
2013.- 14 dekabr.- S.10.