Qaryağdı yadigarının əzablı
taleyi
(Elegiya)
Həyatda üç qadına ana demişəm- biri öz anama,
biri mənə əlifba öyrədən
Rəfiyyə müəlliməmə,
biri də gənclik illərindən
dostluq etdiyim, Ülfət dostumun anası Şəhla xanıma.
Bizi boya-başa
çatdıran hər
bir ana bizim
üçün müqəddəsdir. Ancaq elə
analar var ki, onları tariximiz də unutmamalıdır.
Allaha şükür, anam da sağdır, mənə dərs deyən müəlliməm
də, lakin dostumun anası, ana
dediym anamız Şəhla Cabbar Qaryağdı qızı
Kürçaylı artıq
yoxdur.
Bu qəhrəman ana nələr ilə üzləşməyib: 80-ci ilin soyuq, şaxtalı fevral ayında həyat yoldaşının vaxtsız ölümü, həmin gün qızı Ülkərin özünü Xəzərin soyuq dalğalarının ağuşuna atıb, özünə qəsd etməsi... Bu iki əzizinə yas tutub muğam üstə laylay deməsi... Atası Cabbarın unudulmuş qəbrinə heykəl qoydurmağa nail olan incə vücudu ağrısa belə, bircə övladı Ülfətin "necəsən ana?" sualına son nəfəsə qədər, gözləriylə də olsa, yaxşıyam deməsi ana qəhrəmanlığı deyilmi?
İndi artıq onların ruhu da qovuşub. Şəhla anamızın respublikanın azadlığını dəstəkləməsi, onun üçrəngli bayrağa sevgisi, hətta bu bayrağımıza özünün bəstələdiyi mahnını belə hərdən bizim üçün oxuması və onun vəfatının 3-cü gününün bayraq bayramı ilə üst-üstə düşməsi deyərdim ki, təsadüfi deyil.
Şəhla ana piano arxasında belə oxuyardı.
Anam Dağlı qızı, atam Şuşalı,
Üçrəngli bayrağı, düşmənə ağı
Mən ölsəm, kəfənim
bayrağım olsun
Cabbar muğamatı
fatihəm olsun.
Bəli, Şəhla ana bizi bu ruhda
böyüdüb, bu ruhda tərbiyə edib, onun qorxaq
oğullardan xoşu gəlməzdi.
Qəzetlərin birində bu misraları yazmışdım.
Muğamatımız yaşayır, muğamatımız
yaşayırsa, demək
Cabbar Qaryağdı yaşayır. Çox əfsus ki,
Şəhla ananın
ölümü, Cabbar
yadigarı olan Böyük xanımdan da yan keçmədi.
Şəhla ananın ölümunün
yeddinci günü, müsəlmanların aşura
günü bacısı
Böyük xanım da dünyasını dəyişdi.
Hər birimiz nə vaxtsa dünyamızı dəyişib,
müqəddəs ruhlarla
qovuşacağıq.
Rəhat yat, Şəhla anam. Arzu edərdim ki,
bütün Azərbaycan
qadını Sizin kimi mərd ürəkli, namuslu, savadlı, valideynini, övladlarını sevən,
ərinə sədaqətli
olsun.
Hər iki bacının qəbri, ata qəbrindən uzaq olsa da
yəqin ki, ruhları bir yerdədir. Əziz anam, bizləri halal et, halal
et ki, yaşayaq, yaşayırıqsa, bizimlə
yaşayırsız. Sizin də
Azərbaycan tarixində
silinməz iz buraxan adınız var.
Cabbar Qaryağdı
qızı, Əliağa
Kürçaylının həyat
yoldaşı, Ülkərə,
Ülfətə və
mənə, bizlərə
mənəvi dayaq olan Ana.
Müzəffər Suraxanı
525-ci qəzet.- 2013.- 17 dekabr.- S.8.