Dərbəndin Azərbaycan Teatrı Qəbələyə
qastrola gəlib
Rusiya Federasiyasının
Dağıstan Respublikasının
Dərbənd şəhərində
fəaliyyət göstərən
Azərbaycan Dövlət
Dram Teatrı 2013-cü ildə
"MDB-nin mədəniyyət
paytaxtı" elan olunmuş Qəbələdə
qastrol səfərində
olub. Teatrın kollektivi Qəbələ
Rayon Mədəniyyət Mərkəzində
Üzeyir Hacıbəylinin
"O olmasın, bu olsun" musiqili komediyası əsasında
səhnələşdirilmiş tamaşanı nümayiş
etdirib.
Tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının
Əməkdar artisti, Azərbaycanın Əməkdar
Mədəniyyət İşçisi
Laləzar Hüseynovadır. Tamaşada Məşədi
İbad rolunu Dağıstan Respublikasının
Əməkdar artisti Əlimövsüm Abbasov,
Rüstəm bəy rolunu Dağıstanın Əməkdar artisti Əliyar Hüseynov, Sənəm rolunu Dağıstanın Əməkdar
Mədəniyyət İşçisi
Yaqut Xandadaşova ifa edib. Bu aktyorlarla yanaşı, digər rolları ifa edən Sərxan
Səmədovun, Hörmət
Aslanovun, Mahir Məlikovun və Dinşah Abdulqafarovun da çıxışları
tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 18 dekabr.- S.7.