Tahir Əmiraslanov ”Söz mətbəxi”ni təqdim edib

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir ƏmiraslanovunSöz mətbəxikitabının təqdimatı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Rəfael Hüseynov kitabın böyük əhəmiyyət daşıdığını söyləyib: “Kitab Azərbaycan estetik düşüncəsinin həyatda təsdiqi, xalqımızın yazı mədəniyyətində əlamətdar hadisədir. “Söz mətbəxikitabı Azərbaycan mətbəxi haqqında elmi-tədqiqat əsəridir. Bu kitab mətbəxşünaslığı bir elm kimi ortaya qoyub”. R.Hüseynov  Azərbaycan yeməklərinin poetikasıadlandırdığı bu kitabın məziyyətlərindən danışaraq əsərdə təqdim olunmuş yeməkləri təkcə doymaq, insanın hansısa bir tələbatını ödəmək vasitəsi deyil, ruhun cismin estetik ehtiyacı kimi dəyərləndirib. O, bu dəyərli kitabda təsvir edilmiş mətbəx nümunələrini Xalq rəssamı Lətif Kərimovun xalça eskizləri, Azərbaycan musiqisinin şah əsəri olan muğamlarımızla müqayisə edərək Qobustan qayalarında əksini tapmış qədim mədəniyyətimizlə üzvü bağlılığının elmi təhlili olduğunu göstərib.

 AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva Tahir ƏmiraslanovunSöz mətbəxi”, “Qarabağ mətbəxi digər kitabları ilə Azərbaycan kulinariyasında öz məktəbini yaratdığını, bu nəşrlərin milli mədəniyyətimizə töhfə olduğunu bu kitabların rus, ingilis, alman digər dillərə tərcümə edilməsinin zəruriliyini vurğulayıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva müəllifinSöz mətbəxikitabı ilə bizim mətbəx nümunələrimizi əlimizdən almaq, heç bir elmi əsaslara söykənməyərək, öz adlarına çıxmaq istəyən bədnam qonşularımıza tutarlı cavabı kimi qiymətləndirib.

 Kitabın elmi redaktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı böyük vətənpərvərlik yüksək peşəkarlıqla yazılmış kitabda müasirliklə tarixilik anlayışının peşəkarcasına sintez edildiyini bildirib. Kitabı mədəniyyətimizdə hadisə kimi qiymətləndirən alim, bu mətbu əsəri təkcə milli kulinariyamızın deyil, ümumilikdə, Azərbaycan mədəniyyətinin, tarixinin, dilçiliyinin, etnoqrafiyasının, şifahi xalq ədəbiyyatının, rəngkarlığının, süfrə mədəniyyətinin çox nadir çalarlarının əks olunduğu tapıntı uğur adlandırıb.

Sonda Tahir Əmiraslanov tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib, kitabını imzası ilə oxuculara hədiyyə edib.

 

Məhəbbət HACIYEVA

525-ci qəzet.- 2013.- 21 dekabr.- S.31.