Ədəbiyyat İnstitutunda
Azərbaycan Teatrının 140 illiyi ilə
bağlı elmi sessiya
keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat İnstitutunda
Azərbaycan Teatrının
140 illiyinə həsr
olunmuş elmi sessiya təşkil edilib.
Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli elmi sessiyanı giriş sözü ilə açaraq Azərbaycan Teatrının 140 illik yubileyinin qeyd edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamı xatırladıb,
yubileylə bağlı
AMEA Rəyasət Heyətinin
də qərar qəbul etdiyini bildirib. Akademik İsa Həbibbəyli
milli teatrımızın
keçdiyi şərəfli
yoldan ətraflı danışıb, bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə
qarşıda duran məsələlər barədə
məlumat verib.
O bildirib ki, yubileylə bağlı tədbirlər davam etdirilir və yaxın günlərdə
akademiyanın elmi-tədqiqat
müəssisələrində birgə elmi konfrans keçirilməsi də nəzərdə tutulub.
Filologiya
üzrə elmlər doktoru, professor Aydın Dadaşov “Azərbaycan teatrının inkişafında
dramaturgiyanın rolu” və sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Vidadi Qafarov “Üç əsrdən gələn teatr” mövzusunda məruzə ediblər.
Sonra məruzələr
ətrafında çıxışlar
olub.
Məruzə və çıxışlarda
Azərbaycan Teatrının
keçdiyi tarixi inkişaf yoluna nəzər salınıb,
müstəqillik dövründə
teatrın inkişafı
məsələlərindən danışılıb, problemlər
və vəzifələrə
toxunulub, teatr ideologiyasının əsas
istiqamətləri barədə
ətraflı söhbət
açılıb.
Elmi sessiyada
institutun rəhbərliyi
və elmi əməkdaşlar iştirak
ediblər.
Bunu da qeyd edək
ki, AMEA-da start götürən islahatlar
çərçivəsində Nizami adına
Ədəbiyyat İnstitutunda
da bir sıra
tədbirlər həyata
keçirilir. Belə
ki, bir neçə
ay öncə institutda
artıq “Azərbaycan
mühacirət ədəbiyyatı”
şöbəsi, Nizamişünaslıq
və Füzulişünaslıq
sektorları yaradılıb
və uyğun elmi istiqamət üzrə ciddi fəaliyyətə başlayıb.
Elmi-tədqiqat müəssisəsində keçirilən
tədbirdə institutun
direktoru, akademik İsa Həbibbəyli
AMEA-da aparılan struktur islahatlarının
artıq səmərə
verdiyini diqqətə
çatdırıb, həmçinin
bir sıra dəyişikliklərə zərurət
yarandığını bildirib. Ölkə
rəhbərliyinin bütün
sahələrə olduğu
kimi, elm sahəsinə
də böyük diqqət yetirdiyini xüsusi vurğulayan akademik alimlərin də üzərinə böyük məsuliyyət
düşdüyünü qeyd edib. Azərbaycan elminin
dünyaya inteqrasiya edilməsi, elmi araşdırmaların nüfuzlu
beynəlxalq nəşrlərdə
çap etdirilməsi
qarşıda duran vacib məsələlər
kimi qeyd olunub. Vurğulanıb ki, AMEA-da aparılan islahatlar çərçivəsində günün tələblərə
cavab verməyən bəzi strukturlar ləğv edilməli, müstəqillik dövrünün
tələblərinə uyğun
yeni qurumlar yaradılmalı, mövcud
ştat vahidləri saxlanılmaqla yeni yaradılacaq sahələrə
diqqət yetirilməlidir. Aparılan islahatlara uyğun
olaraq Ədəbiyyat İnstitutunda bir sıra yeniliklər edildiyini, bu istiqamətdə işlərin
bu gün də davam etdirildiyini
önə çəkən
İsa Həbibbəyli
AMEA rəhbərliyinin islahatlara
xüsusi diqqət yetirdiyini bildirib. Belə ki, 2014-cü ildən akademiyada ciddi kadr islahatlarının
davam etdiriləcəyini,
tamamilə yeni istiqamətə malik elmi qurumların yaradılacağını deyən
akademik AMEA rəhbərliyi
tərəfindən gənc
alimlərə xüsusi
diqqət yaradılması,
əmək haqlarının
artırılması, əmək
intizamına ciddi riayət edilməsi və bu kimi
bir sıra digər məsələlərin
də prioritet istiqamət kimi müəyyənləşdirildiyini qeyd edib.
Akademik İsa Həbibbəyli rəhbərlik etdiyi institutda fəaliyyət göstərən “Müasir Azərbaycan ədəbiyyatı” şöbəsinin iki hissəyə ayrılaraq mövcud ştat vahidləri çərçivəsində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” və “Ədəbi tənqid” şöbələrinin yaradılması barədə təkliflər verib. Qeyd edib ki, bu şöbələrdə ölkəmizin müstəqillik dövrü ədəbiyyatı, ayrı-ayrılıqda nəsr, poeziya, dramaturgiya sahələri ətraflı öyrənilib tədqiq edilməli, müasir ədəbi proses diqqətlə izlənilməli, paralel olaraq tənqid tarixi də öyrənilməlidir. Həmçinin hər ilin sonunda Yazıçılar Birliyi ilə birlikdə ilin ədəbi yekunları çap olunmalıdır. O, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin müdirliyinə filologiya elmləri doktoru Elçin Mehrəliyevin, “Ədəbi tənqid” şöbəsinə isə filologiya elmləri doktoru Vaqif Yusiflinin irəli sürülməsi təklifi ilə çıxış edib.
Təklif bəyənildikdən sonra filologiya elmləri doktorları E.Mehrəliyev və V.Yusifli çıxış ediblər. Onlar yeni yaradılacaq şöbələrdə elmi istiqamətlərin müəyyən edilməsi və iş bölgüsünün aparılması, eləcə də digər məsələlər barədə ətraflı danışaraq institut rəhbərliyinin etimadını doğruldacaqlarına söz veriblər.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
mətbuat xidmətinin rəhbəri
525-ci qəzet.-
2013.- 21 dekabr.- S.31.