"YARAT!" rəssam İrina Eldarovanın sərgisini təşkil edib

 

 

Dekabrın 26-da "Yay" qalereyasında rəssam və illüstrator İrina Eldarovanın "Qızlar neftçilərə üstünlük verir" adlı sərgisinin açılışı olacaq. Müəllif 60-cı illər kinosuMerlin Monronun unudulmaz obrazından ilhamlandığı rəsm və instalyasiyaları seyrçilərə təqdim edəcək. "YARAT!" Müasir İncəsənət Məkanı tərəfindən təşkil edilən sərgi fevralın 26-dək davam edəcək.

Rəssam İrina Eldarova Sankt-Peterburq Dövlət Akademiyasının (1975-1979) və Boris Deksterevin kursunda təhsil aldığı Moskvadakı V.G.Surikov adına Dövlət İnstitutunun (1980-1982) məzunudur.

İrinanın bədii yaradıcılığı özündə yalnız rəsm və qrafikanı deyil, eləcə də, Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanda  irimiqyaslı nəşriyyat layihələrinin işlənib hazırlanmasını birləşdirir.

2007-ci ildə rəssam Qazaxıstan Jurnalistlər Birliyi tərəfindən təqdim edilən Ən Yaxşı Media Layihəsi mükafatına layiq görülüb.

İrina Eldarova Bakıdakı Xalqlar Dostluğu metrostansiyasında quraşdırılan monumental mərmər pannonun müəllifidir.

Rəssamın peşəkar maraqlarının dairəsinə fotoşəkil, videoartjurnalistika daxildir. İrina Eldarova Paris şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində  Heydər Əliyev Fondu tərəfindən təşkil edilən HOME - SWEET HOME ("Ev - Doğma Ev") sərgisində iştirak edib. İrina Eldarova London, Paris, Roma sair şəhərlərində keçirilmiş "Fly To Baku" sərgisində iştirak edib.

Rəssam 2012-ci ildə Böyük Britaniyada böyük uğurlar incəsənət tənqidçilərinin ən müsbət rəylərini qazanan "A Proud Violin" uşaq kitabının illüstratoru olub.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 26 dekabr.- S.7.