BSU-da
XII Respublika tələbə
elmi konfransı keçirildi
Dekabrın 25-də Bakı Slavyan
Univeristetində Dünya
Azərbaycanlılarının Həmrəylik gününə
həsr olunmuş XII Respublika
tələbə elmi konfransı keçirildi.
" Müasir tərcüməşünaslığın
və mədəniyyətşünaslığın
aktual probemləri"
mövzusunda təşkil
olunmuş konfransın
məqsədi müasir
dövrdə Azərbaycanşünaslığın
inkişafı və dünya ölkələrində
Azərbaycan dilinin tədrisi ilə bağlı məsələlərin
tədqiqinəcəlb edilməsidir.
Konfrans Beynəlxalq tələbə
himni -"Qaudeamus"
unifası ilə
açıq elan olundu. Tədbiri giriş sözü ilə açan tədris işləri üzrə
prorektor prof. A.Hacıyev konfransda həm yerli, həm də xarici universitetlərdən
tələbələrin iştirak
etdiyini qeyd etdi. O, vurğuladı ki, Bakı Slavyan
Universitetinin bir sıra xarici ali təhsil
müəssisələri ilə
sıx əməkdaşlığı
var. Bu əməkdaşlıq Azərbaycan dilinin və mədəniyyətinin
digər ölkələrdə
öyrənilməsinə yönəlib.Tələbələrin
belə konfranslara maraq göstərməsini
yüksək qiymətləndirdiyini
bildirən prorektor bu cür konfransların
onların gələcək
elmi işlərində
kömək olacağına
inandığını bildirdi.
"Bu konfransın digər
bir əhəmiyyəti
isə ondan ibarətdir ki, müxtəlif universitetlərdə
təhsil alan,
tərcüməçiliklə, mədəniyyətşünaslıqla maraqlanan tələbələr
bir araya gələrək fikir mübadiləsi aparır,
bu sahədə olan biliklərini artırırlar".
Tərcümə fakültəsinin dekan əvəzi dos. K.Hacıyev çıxış
edərək konfransın
işi haqqında iştirakçılara geniş
məlumat verdi.
Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan
dilini öyrənən tələbələrdən Jukov Dimitri və Litvinova Marta artıq bir ildir ki,
Azərbaycan dilini öyrəndiklərini və
bu konfransın onlar üçün maraqlı
olacağına inandıqlarını
bildirdilər. Onların S. Vurğunun
"Azərbaycan" şeirini
Azərbaycan dilində
söyləmələri iştirakçıların
böyük marağına
səbəb oldu.
Bakı
Dövlət Universitetinin
magistrantı Aytən Salıxı, Nigar Rzayeva, Müəllimlər
İnstitutundan Həsənov
Əli, Qafqaz Universitetindən Elvin Həmidov,
Murad Bayramov , Turizim Universitetindən Səma İsalı da öz növbələrində
konfrans təşkilatçılarına
minnətdarlıqlarını bildirdilər, tədbir iştirakçılarına uğurlar
arzuladılar.
Konfrans öz işini aşağıdakı bölmə
iclasları üzrə
davam etdirdi: "Tərcümə Nəzəriyyəsi",
"Tərcümə tarixi
və praktikası",
"Dilşünaslıq", "Ədəbiyyatşünaslıq", "İctimai elmlər",
"İngilis dili üzrə tərcümə
nəzəriyyəsi və
praktikası" və
"İngilis dili və ədəbiyyatı".
Konfransın materialları yaxın günlərdə kitab şəklində çap
olunub iştirakçılara
paylanacaq.
Dillər
Universitetinin 241 tələbəsi
mükafatlandırıldı
Dünən Azərbaycan Dillər Universitetində (ADU) Pedaqoji
fakültənin dekanı,
professor Əfqan Abdullayev
tələbələrlə görüş keçirib. Görüşdə
Tədris işləri
üzrə prorektor,
professor Natiq
Yusifov, Tərbiyə işləri
üzrə prorektor Ələddin Əliyev, kafedra müdirləri,
Korrupsiyaya Qarşı
Mübarizə üzrə
QHT-lərin Məlumat
və Əməkdaşlıq
Şəbəkəsinin koordinatoru
Əliməmməd Nuriyev,
Şəbəkəyə daxil
olan Korrrupsiyaya Qarşı Mübarizə
Fondunun icraçı
direktoru Vasif Mövsümov, İctimai Münasibətlər və
Cəmiyyətin İnkişafı
Mərkəzinin rəhbəri
Əhməd Abbasbəyli
və "Şəffaflıq
Azərbaycan" İctimai
Birliyinin layihə direktoru Elvin Yusifli iştirak ediblər.
Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev çıxış edərək rəhbərlik etdiyi fakültə haqqında geniş məlumat verib. Ə. Abdullayev 2600 tələbənin təhsil aldığı fakültənin tərkibində 10 kafedranın fəaliyyət göstərdiyini və 300-ə yaxın professor-müəllim heyətinin çalışdığını diqqətə çatdırıb. Fakültənin son 10 ildə fəaliyyətindən danışan Ə. Abdullayev bildirib ki, 2003-cü ildə 68 qrup var idisə, hazırda bu qrupların sayı 186-a çatıb. Tələbələrin ötən semesterdə göstərdiyi nəticələrə toxunan dekan ən yaxşıların III və IV kurslarda olduğunu qeyd edib. Belə ki, III kursda təhsil alan 472 tələbədən 111 nəfəri, IV kursda təhsil alan 412 tələbədən isə 130 nəfəri dekanın fəxri vərəqinə layiq görülüb. O bildirib ki, təhsil aldığı 4 il ərzində 403-cü qrup tələbəsi Türkan Əhmədovanın dərsə davamiyyəti yüksək olub və dərs buraxmayıb.
T. Əhmədova nümunəvi tələbə kimi fakültə adından kompyuterlə mükafatlandırılıb.
Ə. Abdullayev çıxışında qış semestri ərəfəsində tələbələrin semester ərzində göstərdiyi nəticələrə də toxunub və imtahanların keçirilməsi qaydalarından danışıb.
O, çıxışında universitetin maddi-texniki bazasının gücləndirildiyini, təhsil səviyyəsinin daha da yüksəldilməsi istiqamətində universitet rəhbərliyi tərəfindən islahatlar aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra söz tələbələrə verilib. Tələbələr çıxışlarında İngilis dilinin qrammatikası, İngilis dilinin fonetikası kafedralarının müəllimlərinin yüksək səviyyədə tədris apardıqlarını vurğulayıblar, eyni zamanda problemlərdən söhbət açıblar.
Sonda Sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu çıxış edərək Pedaqoji fakültənin fəaliyyətini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb .
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2013.- 26 dekabr.- S.2.