İlin 12-ci "Ulduz"u
"Ulduz" jurnalının
2013-cü il üçün sonuncu -
12-ci sayı işıq
üzü görüb.
Dərgi
Xəyal Rzanın şeirləri ilə açılır. Jurnalda
həmçinin Elbəyi
Cəlaloğlu, Zərəngiz
Dəmirçi Qayalı,
Elman Tovuz, Qələndər
Xaçınçaylı, Hacı Ərşad, Aşıq Əli Quliyev, Rəşad Bəydəmirli, Mayisə
Əsədullaqızı, eləcə
də Yazıçılar
Birliyinin Qazax filialının təqdimatında
Gülnar Səma, Elnur Süleymanlı, Elnarə Nur, Rüfət Axundlu və Nəbi Hüseynlinin şeirləri
yer alıb.
"Ulduz" jurnalının və publika.az saytının
birgə layihəsi
"Variasiya"da yazıçı
Günel Anarqızının
"Mələklərin məskəni"
hekayəsi və ona yazılan sonluqlar da jurnalın
sonuncu sayında işıq üzü görüb.
Professor məhmət Ömər Kazancının
Zakir Sadatlının xatirəsinə yazdığı
"Kərkük bir aşığını da
itirdi" yazısı
da oxuculara təqdim edilib.
Vaqif Yusiflinin
"Bu Əhməd Cəmildir"
yazısı ədibin
100 illik yubileyi münasibətilə qələmə
alınıb.
Alpay Azərin "Fraqmentlər"
silsiləsindən mizantropik
məqamları" da
"Ulduz"un bu sayında dərc edilib.
Jurnalda həmçinin
Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri
Mahir Həmzəyevin tərcüməsində Litva
yazıçılarının novellaları təqdim olunub.
Yasif Nəsirlinin
75 illik yubileyi münasibətilə Əziz
Musanın jurnalda
"Zirvədən dünyaya
boylanan insan" məqaləsi dərc edilib.
"Ədəbi portretlər"
silsiləsindən Nərgiz
Cabbarlının "Sükutun "monoloq"u"
yazısı jurnalda işıq üzü görüb.
Vaqif Yusiflinin
65 illik yubileyi münasibətilə Yaşar
Qasımbəylinin "Tənha
tənqidçinin əfsanəsi"
yazısı oxucuların
ixtiyarına verilib.
Nizami Tağısoyun "Çağdaş
ədəbi-estetik fikrimizin
professor Məmməd Qocayev
"səhifələri" yazısı da bu nömrədə yer alıb.
"Ədəbiyyat üzrə
Nobel mükafatı laureatları"
layihəsi İlham Abbasovun təqdimatında oxuculara təqdim olunub.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 27 dekabr.- S.7.