"Bərdənin mədəni-maarif müəssisələrinin fəaliyyətində əsaslı dönüş yaranıb"

 

 

Müstəqillik əldə edildikdən sonra respublikamızda mədəniyyətin milli dəyərlər zəminində inkişaf etdirilməsi, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, ölkə əhalisinə göstərilən mədəni xidmətin səviyyəcə yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb.

Uğurla həyata keçirilən mədəniyyət strategiyasının nəticəsidir ki, son illər ölkənin  hər yerində mədəni-maarif müəssisələrin fəaliyyəti xeyli canlanıb, mədəni-kütləvi tədbirlər genişlənib. Respublikanın böyük mədəniyyət mərkəzlərindən hesab olunan Bərdə rayonunun timsalında bunu aydın görmək olar.

Adıçəkilən rayon mədəniyyət turizm şöbəsinin müdiri İlyas Hacıyevin dediklərinə görə, kollektivdə tələbkarlığın artırılması, nizam-intizamın gücləndirilməsi, kadırların gənc mütəxəssislər hesabına möhkəmləndirilməsi, xidmət işinin keyfiyyətcə yenidən qurulması rayonun mədəni-maarif müəssisələrinin fəaliyyətində əsaslı dönüş yaranmasına səbəb olub.

Şöbə müdirinin qənaətinə görə, respublikanın hər yerində olduğu kimi geniş quruculuq işləri aparılan Bərdə rayonunda hökm sürən yeniləşmə, qurub-yaratmaq əhval-ruhiyyəsi mədəniyyət işçilərini daha yaxşı işləməyə sövq edib. Axı, qurub-yaradan, fədakarlıqla çalışan, mənalı yaşamaq istəyən bərdəlilərə özlərinə layiq mədəni xidmət göstərilməlidir. Onların asudə vaxtlarının istirahətinin səmərəli keçməsini təmin etmək başlıca vəzifəmizdir. Bunun üçün isə bölgədə hər cür şərait mkan var.

İ.Hacıyev qeyd edib ki, rayonda mövcud olan geniş mədəni xidmət şəbəkəsi bu tələbatı ödəməyə qadirdir. Bölgədə yeni, müasir tələblərə cavab verən mədəniyyət obyektləri istifadəyə verilib, şəhər mərkəzində, kəndlərdə fəaliyyət göstərən müəssisələr cari əsaslı təmir olunub.

O, ilin əvvəllərində şəhər 1 saylı incəsənət məktəbi üçün yeni binanın istifadəyə verilməsini rayonun mədəni həyatında mühüm hadisə adlandırıb. O, uzun illərdən bəri bərbad vəziyyətə düşmüş rayon mədəniyyət sarayının təmirinə başlanmasını da bölgədə mədəniyyətə göstərilən yüksək diqqət qayğının təzahürü kimi dəyərləndirib.

İ.Hacıyev cari ilin ötən dövründə rayonda həyata keçirilən tədbirlərə toxunub. Qeyd edilib ki, istər şəhərdə, istərsə kəndlərdə mədəni-maarif müəssisələri kollektivləri tərəfindən il boyu tarixi gün hadisələr, bayramlar, yubileylərlə əlaqədar tədbirlər, musiqi festivalları, müsabiqələr, muğam yarışmaları, konsert proqramları, ədəbi-bədii gecələr,hüquqi mövzuda söhbətlər, görüşlər, kitab rəsm sərgiləri, tarixi yerlərə ekskursiyalar, gəzintilər təşkil olunub.

20 Yanvar Xocalı faciələrinə həsr olunmuş ədəbi kompozisiyalar bölgədə əhali arasında geniş rezonans doğurub.

"Qarabağ" ansamblının cəbhə bölgələrində, əmək kollektivlərində, istirahət guşələrində sərgilədiyi geniş konsert proqramları, xalq teatrının ifasında nümayiş etdirilən tamaşalar maraq rəğbətlə qarşılanıb.

Rayon tədbirlərində Heydər Əliyev Mərkəzi dövlət rəsm qalereyası xüsusi fəallıq göstərib.

Bölgədə mədəniyyət abidələrinin bərpası mühafizəsi daim diqqət mərkəzində saxlanılır.

Qeyd olunub ki, rayon musiqi məktəblərinin şagirdləri respublikayerli əhəmiyyətli müsabiqələrdə yaxşı nəticələr göstəriblər. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Bərdə rayon mədəniyyət evində keçirilən uşaq xor kollektivlərinin VIII respublika müsabiqəsində şəhər 2 saylı musiqi məktəbinin xor kollektivi fərqlənib.

Bundan başqa, Bakı şəhərində keçirilən "Azərbaycan mədəniyyəti", Mingəçevir şəhərində təşkil olunan fortepiano müşahidəsi  müsabiqələrində musiqi məktəblərinin şagirdləri birinci yer tutaraq, xüsusi diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Rayon musiqi məktəblərinin  şagirdləri digər müsabiqələrdə də fərqlənərək mükafatlara layiq görülüblər. Şəhər incəsənət məktəbinin şagirdlərinin rəsm əsərləri uşaqların "Lidse-2013" 41-ci Beynəlxalq İncəsənət Sərgisinə göndərilib.

Hazırda rayonda Dünya Azərbaycanlarının  Həmrəyliyi günüYeni il münasibəti ilə keçiriləcək tədbirlərə hazırlıq görüldüyünü vurğulayan şöbə müdiri gələcək planlardan danışıb. O, görülmüş işlərlə yanaşı, fəaliyyətlərində müəyyən nöqsanların, problemlərin olduğunu da gizlətməyib. Əmin edib ki, həmin nöqsanların ardan qaldırılması, problemlərin çözülməsi üçün təsirli tədbirlər görüləcək.

Sonda İlyas Hacıyev bölgədə nədəniyyətin inkişafına göstərdikləri hər cür dəstəyə, diqqət və qayğıya görə respublika Mədəniyyət və Turizm Nazirliyi, Bərdə rayon icra hakimiyyətinin rəhbərliyinə kollektiv üzvləri adından səmimi təşəkkürünü və minnətdarlığını bildirib.

 

Yəhya Paşazadə

525-ci qəzet.- 2013.- 27 dekabr.- S..8.