2013-ün son "Azərbaycan"ı işıq üzü görüb
"Azərbaycan" jurnalının
bu il
üçün son sayı
çapdan çıxıb.
Jurnalın ənənəvi
"Poeziya" bölməsində
Tərlan Əbilov, İltifat Saleh, Aydın Murovdağlı, Zeynalabdın Novruzoğlu,
Əli Nəcəfxanlı,
Oqtay Abdulla, Həsən
Valeh, Murad Qoçuoğlu, Sahib Camal,
Aləmzər Əlizadə
və Mikayıl Yanarın şeirləri təqdim edilib.
Əli Əmirlinin
"Ünvansız qatar"
ikihissəli dramı jurnalın "Dramaturgiya"
rubrikasında verilib.
Nəsrsevrələr dərginin bu sayında Elçin Hüseynbəylinin,
Kamil Əfsəroğlu,
Fərəc Fərəcov
və Mahmud Əhmədin
hekayələri ilə
tanış ola bilərlər.
Jurnalın "Yeni tərcümələr"
bölümündə Ruslan
Martaqovun "Valideynlər"
və Aqata Kristinin "Şirazda ev" hekayələlərini
oxumaq imkanı əldə edəcəklər.
Qəşəm Nəcəfzadənin "Anamın
barmaqları, Göyçay
bazarı, yaddan çıxan Əli Kərim" yazısı
jurnalın "Xatirələr,
duyğular" bölməsində
oxuculara təqdim olunub.
Jurnalın "Ədəbi düşüncələr"
rubrikasında Məti
Osmanoğlunun "Divar
lampasının işığı"
yazısı yer alıb.
Zaman Əsgərlinin
"Hophopnamə"nin yeni
nəşri" məqaləsi
dərginin "Kitablar,
rəylər" rubrikasında
oxucuların ixtiyarına
verilib.
"Redaksiyaya məktub"
bölməsində Fərid
Muradov "Ədəbiyyatımızın
unudulmuş müəşşər
janrı" haqqında
yazı öz əksini tapıb.
Sonda ənənəvi
olaraq ötən ildə dərc olunmuş materialların siyahısı da qeyd edilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 27 dekabr.- S.7.