Tofiq Məlikli və Afaq Şıxlı Moskvada mükafatlandırılıb

 

 

 

Moskva ədəbi mühitində Yeni il qabağı iki xoş hadisə bir günə təsadüf etdi. AYB Moskva şöbəsinin sədri alim, şair Tofiq Məlikli ilə Rusiya Avrasiya Yazarlar birliklərinin üzvü şairə Afaq Şıxlı "Dədə Qorqud ocağı" fondu tərəfindən mükafatlandırıldı. Mükafatları tanınmış ictimai-siyasi xadim Eldar İsmayılov təqdim etdi.

Mükafatlandırma mərasimi Moskvada, Ümumrusiya Dövlət Xarici Ədəbiyyat kitabxanasının nəzdində təşkil olunmuş Azərbaycan Mədəni Ədəbi Mərkəzində baş tutdu. Azərbaycan klassikləri müasirləri ilə yanaşı xarici ölkə yazıçılarının kitabları əhatəsində ölkəmizin milli kaloritləri ilə bəzədilmiş geniş oxucu zalında keçilirilən mərasimə məkanın abu-havası çökmüşdü.

Tədbiri Afaq Şıxlı haqqında xöş sözlərlə açan Azərbaycan Yazıçılar Birliyi Moskva şöbəsinin rəhbəri, "Ocaq" Ədəbi Cəmiyyətinin sədri professor Tofiq Məlikli mükafatın layiqli sahibini tapdığını söylədi.

"Əslində bütün analar mehribandır. Amma Azərbaycan anaları öz övladlarından başqa özgələrə bu mehribanlığı, qayğıkeşliyi ilə seçiləndir. Afaq Şıxlı yaradıcılığı ilə bir gənclərimizə yol göstərən örnək ana rolunu oynayır. Ona görə Afaq Şıxlıya elə "Mehriban ana" medalı yaraşır"-dedi.

Mükafatı təqdm etməkdən ötrü Bakıdan gələn "Dədə Qorqud ocağı" fondunun sədri, "Azərbaycan dünyası" jurnalının baş redakoru Eldar İsmayılov Afaq Şıxlının bu ada layiq görülməsinin cəmiyyətin idarə heyətinin yekdil qərarı olduğunu bildirdi:  "Ölkəmizdən kənarda Azərbaycanı layiqincə təmsil edib, millətlərarası dostluğu möhkəmləndirib ona vəsilə olan insanların xidmətləri heç zaman diqqətdən kənarda qalmır öz mükafatını tapır. Bu gün belə yüksək mükafatlardan birini Afaq xanıma təqdim etmək üçün buradayam". O, böyük məmnunluq hissi ilə "Mehriban ana" ordenini Afaq xanıma təqdim etdi.

Təşəkkür nitqi ilə şıxış edən Afaq Şıxlı belə bir gündə onun üçün bu mükafatın sürpriz olduğunu söylədi. Bu təntənəli mərasimin, rəhmətlik atası, Azərbaycanın baş geoloqu Arif Şıxlınskinin doğum gününə təsadüf etdiyini bildirən şairə onu bu mükafata layiq görən "Dədə Qorqud ocağı" fondunun əməkdaşlarına, qurumun rəhbəri Eldar İsmayılova minnətdarlıq etdi.

"Mərasimdə daha bir sürpriz var" - deyə mükafatın təsisçisi Eldar İsmayılov Bakıdan Moskvaya başqa bir hədiyyə ilə gəldiyini bildirdi: "Tofiq müəllim, "Dədə Qorqud ocağı"fondundakı o "ocaq" kəlməsi sizin "Ocağ"ınızdandır. Oradan qor götürmüş bir ocaqdır. Moskvaya hər qədəm qoyanda ilk yada düşən azərbaycanlıları başına toplayan bu "Ocaq"dır. Mənim üçün düşünürəm ki, hamı üçün bu belədir. Əməyi, zəhməti, biliyi bacarığı ilə Azərbaycana töhfə verən insanlara təqdim edilən bir ali mükafatımız da var - "Vətən oğlu" medalı. Onu da qeyd edim ki, bu mükafat bir çox tanınmış ziyalılarımıza, ictimai xadimlərimizə verilib. Vətəninə xidmətdən yorulmayan Vətən oğlu Tofiq Məlikliyə "Vətən oğlu" medalını təqdim etməkdən şərəf duyuram".

Ədəbi söhbətlərlə davam edən mərasimdə Rusiyada fəaliyyət göstərən diaspor cəmiyyətlərinin nümayəndələri, eləcə KİV əməkdaşları iştrak edirdilər.

 

Tünzalə VƏLİQIZI

Yenisəs.ru

Moskva

525-ci qəzet.- 2013.- 28 dekabr.- S.7.