"Mən Azərbaycanlıyam" İkinci Bədii Qiraət Müsabiqəsi keçirilib
Bugünlərdə Azərbaycan Milli Konservatoriyası nəzdindəki
İncəsənət Gimnaziyasında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə
həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı İkinci Bədii Qiraət Müsabiqəsi təşkil edilib. Müsabiqənin əsas təşkilatçıları
"Hicaz Production", Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti, İncəsənət
Gimnaziyasıdır.
Aparıcı Elməddin Məmmədovun
giriş sözü ilə açılan müsabiqənin əvvəlində
Azərbaycanın Dövlət
Himni səsləndirilib. Yarışmanın
münsiflər heyətində
xalq artisti Ramiz Əzizbəyli, əməkdar artistlər Gülşad Baxşiyeva, Ağalar Bayramov, Yaqut Paşazadə, əməkdar müəllim
Ənvər Vəliyev,
Sevda Teymurova və gənc aktyor Əbdül Məcidli təmsil olunub. Şagirdlər bir-birinin ardınca
şeirlər səsləndiriblər.
Onların hər birinin
ifası münsifər
heyəti tərəfindən
10 ballıq sistemlə
qiymətləndirilib.
Ənvər Vəliyev, Gülşad Baxşıyeva, Ağalar Bayramov müsabiqənin əhəmiyyəti, iştirakçıların
yaradıcılığındakı rolu barədə fikirlərini bildiriblər.
Müsabiqənin qalibləri elan edilməzdən əvvəl
bir neçə iştirakçı həvəsləndirici
diplomlarla, həmçinin
münsiflər heyəti
və layihədə zəhməti olanlar təşəkkürnamə ilə
təltif olunu. Layihənin rəhbəri
və "Hicaz Production"un direktoru Ayaz Məmmədov İncəsənət Gimnaziyasının
direktoru M.Şabanbəyova
tərəfindən "Böyüməkdə
olan gənc nəslin nitq mədəniyyətinin formalaşmasındakı
xidmətlərinə görə"
fərmanla təltif edilib.
1-ci yeri 60 balla Zəhra
Rzayeva, 2-ci yeri 58 balla Mirböyükağa Abbasov, 3-cü yeri isə 57 balla Cavidan Səfərli tutub.
Ayaz Məmmədov
müsabiqəni gələcəkdə
də keçirmək
fikrində olduqlarını,
həmçinin başqa
bu kimi tədbirlər
təşkil etməyi
planlaşdırdıqlarını açıqlayıb.
Vəfa
MƏMMƏDLİ
525-ci qəzet.-
2013.- 28 dekabr.- S.7.