Yalnız Kurt: Ben memleket sevdalıyım...
Bu qeydlərimi elə
o gecə -onun Opera və Balet teatrındakı
möhtəşəm konsertindən
çıxan kimi də yaza bilərdim. Mahnılarının
istisi canımdan çıxmamış, səsi
qulağımdan getməmiş,
boy-buxunu gözlərimdən
silinməmiş... Uzun illik
Xəbərçilik təcrübəm-
Televiziyanın İnformasiya
proqramında qazandığım
peşə vərdişimə
də güvənib təəssüratımı elə
isti-isti sizinlə paylaşa da bilərdim. Amma heç nə
yazmadım...Yazmaq istəmədim. Bir neçə gün gözlədim, düşündüm
ki, bəlkə demək istədiklərim,
qəlbimdən keçirib
kağıza köçürəcəklərim
bir ifaçıya tamaşaçı, dinləyici
rəğbətindən başqa
bir şey deyil, ya da
ki, onun böyük MƏMLƏKƏT sevgisi
qarşısında mənim
yazacaqlarım çox
adi, bəsit, təsirsiz, gücsüz görünəcək.
Çünki mən sevərək
yazdığım yazılara
heç kəsin dodaq büzməsini təhəmmül edə bilmirəm. Elə o üzdən də
səbrlə gözlədim.
Hər gün şarkılarını
dinləyərək, kliplərini
izləyərək, o yarıqaranlıq
tamaşa salonundakı
coşquyu təkrar-təkrar
yaşayaraq gözlədim.
Ancaq...budur, bir həftə arxada qalıb, artıq o bütün varlığı ilə "canım,
Türkiyəm!" deyə
hayqırdığı Vətənində
öz gündəlik görəvini davam etdirməkdədir, mən
də bu yazını yazmaq anının yetişdiyinin
fərqində. Çox
diqqətli və bir az da qısqanc oxucum düşünə
bilər ki, mənim bu ifaçıya
bu cür xüsusi ilgi göstərməyimin kökündə
nə dayanır? Onları sakitləşdirmək
və maraqlarını
bir azca səngitmək üçün
deyim ki, təxminən 12 il əvvəl ilk dəfə
Əhməd bəyin
Ankara konsertlərinin birində
onunla yaxından görüşmək və
imzası ilə "Yalnız kurt" adlı albomunu hədiyyə almaq şərəfinə nail olduğum
an düşünmüşdüm ki, kaş bizim
kişi müğənnilərimiz də onun kimi mərdi-mərdanə
Vətən, Torpaq, İstiqlal deyə xalqı, xüsusilə də gəncliyi ayağa qaldırmağı,
bir məqsəd, bir məram ətrafında birləşdirməyi,
ona kimliyini xatırlatmağı bacarsın!
Bu gün çaş-baş
düşən gəncliyə
haradan gəlib haraya getdiyini məhz musiqinin və poeziyanın qüdrəti ilə izah etmək qüdrətində olsun, öz fikirlərini onun qədər dolğun və gözəl ifadə edə bilsin! Bizimkilər də Ahmet bəy kimi yumruğunu başı üzərindən
havaya qovzayıb:
Bize göre degil,
bizim için deyil.
Siyaha beyaz demek,
Çirkine , oh, ala demek,
Zalima ne
ela demək,
Yoksula olmaz demek.
Biz böyle demedik,
Haram ne bilmedik,
Egilmedik, bükülmdik.
Bu şehirde olmaz.
Terkedib gitmeli,
Yalnız
kurt yenilmemeli..-DEYƏ BİLSİN!
DEYƏ BİLSİN:
Qarabağım, könül taxtım,
maralım mənim,
Ey sinəsi dərd ortağım, yaralım mənim,
Sevən
sevənə kovuşur,
bekle sen məni,
Gələcəyəm, görəcəyəm mutlaka
səni.
DEYƏ BİLSİN Kİ:
Bir civinin yoxluğu, bir dalın yoxluğudur,
Bir dalın yoxluğu, bir atın yoxluğudur,
Bir atın yoxluğu, bir
savaşçının yoxluğudur,
Bir savaşçının yoxluğu,
bir ordunun yoxluğudur,
Bir ordunun yoxluğu, bir milletin mehvidər!
DEYƏ
BİLSİN Kİ:
-Mənim oxuduğum hər mahnı, hər cümlə türkçülük, millətçilik
adına hesablanmış, ideoloji yük daşıyan mahnılardır. Sənət və
milli təfəkkür
üçün işləmək
mənim həyat və sənət amalımdır. Mən əyləndirən
müğənni deyiləm.
Əyləncə o vaxt qəbul
olunandır ki, Vətən bütövdür.
Bütövlük üçün çalışmalıyıq. Yoxsa, bizi başqaları heçə sayar.
DEYƏ
BİLSİN Kİ:
Bizim bilim adamlarımız susur, amma daha çox
kino işçilərimiz
tarix yazmağa və onu saxtalaşdırmağa
maraqlıdılar. Qos-qoca Şah İsmayıl kimi böyük bir türk oğlunun
yaratdığı Səfəvi
dövlətini "Möhteşem
yüz yıl" serialı nedense fars dövləti
kimi seyrimiye sırımaqda israrlıdır.
DEYƏ BİLSİN Kİ:
Çox
sevsəm də olamam
Bir eşqin köləsi,
Senin dərdin eşq,
Mənimki məmləkət məsələsi...
Bəlkə onda bu gün məmləkətin
sağlığından, bütövlüyündən
daha çox adının şou-biznes qalmaqallarında hallanmasına
sevinən müğənniciklərdən
bizim də YAXAMIZ xilas ola,
CANIMIZ qurtara!
Üstündən nə az, nə çox düz 12 il ötdü, bizdə Ahmet Şafak kimi birisi yetişməsə
də onun məmləkət sevgisinə
bələnən Mübariz İbrahimov, Ramil Səfərov kimi cavanlar yetişdi və bu igidlər
Torpağımızın, Bayrağımızın,
Millətimizin şərəfini
qorumağa qadir olduqlarını sübuta
yetirdilər.
Hərdən düşünürəm ki, niyə lap bineyi-qədimdən tarixi savaşlara yollanan orduları döyüşə
ruhlandıran cəng və marşlar yaranıb və ölkənin ən yaxşı musiqiçiləri
bu qruplara daxil edilib, onlar
da mübarizənin ən qızğın çağında silaha sarılıb var səsləri ilə hayqırıblar: "Gedəlim
düşman üstünə..."!
Sən demə, musiqi də döyüşürmüş, söz də qılınc qədər kəsərli olurmuş!
Bəli,
biz döyüşkən millətik!
Lakin həm də ürəyiyumşaq, sülhsevər
millətik, bizə dəyib dolaşmayanla barış və güvən içində
yaşamağı tərciyə
edərik. Amma babalarımızın sözünü
də unutmarıq:
"...çomağı əlindən
yerə qoyma!"
Söz,
musiqi də bizim vuran əlimiz,
qələbə əzmimizi
artıran mənəvi
qidamız olmalıdır!
Bax, elə o üzdən Ahmet Şafakı bir sənət fədaisi, bir Məmləkət dəlisi, bir yazar, bir həmkar,
bir məsləkdaş
və əqidə əkizim kimi çox sevir və yüksək dəyərləndirirəm.
Ötən illər onu çox sevdiyi Azərbaycana bir az da yaxınlaşdırdı, sıx-sıx
Bakıya gəlməyə
başladı, rayonlarımıza
səfər etdi, ta Qarabağadək getdi, orada Şəhid
Analarının əlini
öpdü, Şəhid
Atalarının çiynini
qucaqladı, Şəhid
Övladlarının başına
tumar çəkdi!
"Azərbaycan Türkünün
Qara dənizə baxıb çırpınan
Bayrağını Xankəndindən,
Şuşadan, Qarabağdan
asacağıq!"- dedi.
O Bakiya hər gəlişində bizə sevən, duyan, yanan bir ürəklə gəldiyindən qürur duyduğunu dilə gətirməkdən yorulmadı, salonları coşdurub, daşdırdı, öləziyən İntiqam Ruhumuzu canlandırdı, başqalarında Farklı olduğunu unutdurmamaq üçün Vətən gözəllərinə Sevdasını əmanət qoyub getdi. Hər dəfə də yenidən "Canım Azərbaycana" dönmək ümidini göyərdib yaşatdı içində!
Onun hər konsertindən sonra elə bilirəm ki, insanlarımızın yaddaşı təzələnir, mənəviyyatı durulur, bu millətin illərdən bəri erməni əsirliyində qalan Yurd yerlərə dönmək ehtirası bir az da gur alovlanır... Bu Vətənin oğul deyib bağrına basacağı canlı Vətən Daşlarının sayı da artır, düşmənə atılacaq Vətən daşlarının da! Onun Sarıkamışda uyuyan mehmetciyə oxuduğu ağının göynərtisi Xocalının qarlı düzlərində vəhşicəsinə qətlə yetirilən şəhidlərimizin geniş açılmış göz bəbəklərində donub qalan Vətən səmasının bir parça dolan buludunu əridir, o ağappaq buludlar da leysan olub gözlərimizdən süzülür, duruldur, saflaşdırir, bizi özümüzə qaytarır, özümüzə tanıtdırır!
Yenə gələcək Ahmet bəy Azərbaycana, mütləq gələcək, çox gözəl mənimsədiyi və sevərək danışdığı Azərbaycan türkcəsində bizimlə müsahib olacaq. Tarixi bağlarımızdan, ortaq mədəniyyətimizdən, eyni kökə, eyni adət-ənənəyə mənsubluğumuzdan, yaşadığımız müsibətlərdən, müştərək tale yazımızdan, birliyimizə mane olanların fitnə-fəsadından, nankor qonşularımızın alçaq xəyanətindən, itirilmiş Yurd yerlərimizə qayıtmaq əzmimizdən, geriyə dönməyə borclu olan "Böyük Köç"ün ayaq səslərini eşitdiyindən danışacaq, yazdığı yeni kitablardan söz açacaq, dünyanın gözünə ox kimi sancılan Türkiyənin bu günkü mənzərəsinə güzgü tutacaq! Bunları isə sadəcə bir Vətəndaş kimi, Sənətkar kimi, İnsan kimi, Kişi kimi edəcək! Onun Səsi həmişə aralarımızdan, sıralarımızdan, bizləri bağlayan mənəvi körpülərdən eşidiləcək!Məmləkət Sevdalı, Yalnız Kurt! Yolun həmişə açıq olsun!
Telli PƏNAHQIZI
525-ci qızet.- 2013.- 28 dekabr.- S.8.