Qlobal baxışdan milli
hədəflərə
Müasir
universitetlərdə akademik
qloballaşma ali təhsilin məzmununu yeni trendlərə uyğun dəyişir: universitetlər
təkcə diplomları
ilə tanınmır,
həm də insanlara sərhədləri
aşmağı öyrətməlidir.
Yeni gerçəklik isə ali
təhsil məkanının
qaynaqlarını səfərbər
etməyə təşviq
edir. Bu baxımdan təhsilin inkişafı üzrə Dövlət Strategiyası ali
təhsilin yeni inkişaf üfüqlərini
açır. Strategiyanın
əsas fəlsəfəsi
ondan ibarətdir ki, hansı ölkələr öz
təhsilalanlarına ən çox lazım olan bilik və
bacarıqları
verir, həmin ölkələr digərləri
ilə rəqabətdə
daha öndədir. Obrazlı desək, indi var-dövlət və zənginlik üçün
bədənin boğazdan
yuxarı hissəsini işlətmək lazımdı.
Bu məntiq bütün
dünyada diqqəti universitetlərə yönəldir.
Əslində Azərbaycan müəllimlərinin
XIV qurultayında təhsil
naziri Mikayıl Cabbarovun ali təhsilin qarşısında
duran yeni tələblərlə bağlı
fikirləri, qlobal baxışdan milli hədəflərə doğru universitet missiyasının yeni invariantlarının təqdimatı
idi. Bu təqdimatın
əsas sualı XXI əsrdə universitetlər
hansı missiyanı daşıyır idi.
Bu gün universitet anlayışının əsas
zəmini kimi istifadə olunan
"universe" termini kainat, aləm, dünya qarşılığını ifadə edərək əsrlər boyu cəmiyyətin, sosiumun magistral inkişaf xətlərini, sivilizasiyaların
intibah çevrəsini
müəyyənləşdirmişdir. Dünyada
modern universitet anlayışı
yeni biliklərin, innovativ düşüncənin,
çevik alqoritmik təfəkkürün toplandığı
və istehsal olunduğu yerdir. Çünki universitet inkişaf
lokomotivinə qoşula
bilən, sintez və analiz yolu ilə düşüncələrini
ifadə edə bilən insanları yetişdirən qurumdur.
Universitet fəlsəfəsinə
bir tərəfdən
bütünləşdirici, uzlaşdırıcı, digər
tərəfdən fərqli
və yenilikçi, qeyri-sandart yanaşmaların
məcmusu kimi baxsaq, bir qurum
kimi sosiuma xidmət etmək və cəmiyyətin perspektiv viziyonunu müəyyənləşdirmək missiyasına
sahibdir. Bu gün
dünyanın inkişaf
standartlarının Avropadan
qaynaqlanması ideyası
bu qitənin klassik universitet ənənəsinə sahib olması
ilə bağlıdır.
Sirr deyil ki, dünyanın intibah modulları vaxtılə şərqdə,
sonradan isə Avropa
universitetlərində cızılmışdır.
Müasir dünyada ali təhsilin yeni rolu dövlətin öz gələcəyini
hansı trendlərə
uyğun qurmaq istəyi ilə dərk olunur. Əməyin,
xammalın önəmli
faktor kimi təsirinin azaldığı,
əksinə bilik və bacarıqların daha üstün yerə gəlməsi ilə paradiqmalar da dəyişir. Bu dəyişikliklər təkcə insan biliyinə fokuslanmır, həm də biliyin istehsal olunduğu təsisatların
da yenidən təşkilini tələb
edir. Yenidən təsisatlanma həm
də millətin gələcəyini necə
görmək istəməsi
və bunu necə proqnozlaşdırması
amilləri ilə sıx bağlıdır.
Ali təhsildə yeni meyarların yaranması və transformasiya prosesi universitetlərin bu öhdəliyi necə yerinə yetirməsi ilə şərtlənir.
Bunun üçün
də universitetlərin
tarixən keçdiyi
yola nəzər salaraq gələcəyin viziyonunu müəyyənləşdirmək
və sosiomədəni
transformasiyanı həyata
keçirmək üçün
ondan tələb olunanları müzakirə
müstəvisinə gətirmək
vacibdir. Bu yanaşmada
milli statuslu universitet sözün təkcə hərfi mənası ilə deyil,milli inkişafın yeni strateji hədəflərinin
müəyyən olunmasında,
ölkənin qlobal rəqabətqabiliyyətlilik imunitetinin
qorunmasında, insan kapitalının keyfiyyətcə
yeni mərhələyə
hazırlanmasında və
dövlətin yüksək
rifah səviyyəsinə
malik ölkəyə
çevrilməsində nüvə
rolunu oynamalıdır.
Müasir
dünyada universitetlərin
3 əsas fəaliyyət
sahəsi vardır: təlim-tədris, araşdırma-inkişaf
və xidmət. Yeni universitet paradiqması ali
təhsil müəssislərinin
öz maliyyə və intellektual qaynaqlarını əldə
edə bilən, nəşrləri, istinad olunma faizi, beynəlxalq
tələbə və
müəllim əməkdaşlığı
imkanları, məzunların
iş tapa bilmə nisbəti və layihələrdə
çalışmaq miqyası
ilə şərtlənir.
Qlobal universitet fəlsəfəsi
dünyanı bütöv
fəaliyyət sahəsi
kimi görür.
Universitetin əsas amacı
da insanlara sərhədləri aşmağı,
təşəbbüskar olmağı
öyrətməkdir. Bunun üçün də, aşağıda qeyd olunan bir
sıra məqamlar nəzərə alınmalıdır:
"Tələbə mobilliyi və beynəlxalq akademik proqramlarda iştirak edə bilən müəllim heyətinin olması, məsafədən təhsilə
üstünlük verilməsi;
"Universitet idarəçiliyi
şəffaflaşmalı, tələbə təşəbbüslərinə
imkan verilməlidir;
"Çoxdilli tədris-tədqiqat
mühiti yaradılmalı,
multimedia tədris vasitələrinin
coğrafiyası genişlənməlidir.
Təhsilin inkişafı üzrə
Dövlət Strategiyasında
qeyd olunduğu kimi, ölkəmizdə universitetlərin üzərinə
düşən missiyanın
yenidən dəyərləndirilməsi
və təhsil-tədqiqat-innovasiya
məkanı olaraq yeni diskursa cəlb olunması çox vacibdir.
XXI əsrin universiteti insanları öz ixtisaslarını daim təkmilləşdirməyə istiqamət verməlidir.
Bunu doğuran hipotezlərdən
başlıcası budur
ki, biliklər cəmiyyətində sadəcə
olaraq universitet məzunu olmaq yetərli deyildir. Formal, informal təhsilin təşviq edilməsi,
problem həll edə bilən, gerçək dünya problemlərinə
yanaşmada daha doğru həllər ortaya qoymaq bacarıqları
yeni əsrin universitet məzununu transdisiplinar (fənlərarası
əməkdaşlığa) zehniyyətə kökləyir.
Azərbaycanda demoqrafik amil - əhalisinin 66 %-nin 35 yaşınadək gənclərin təşkil etməsi faktı universitetlərin üzərinə ciddi öhdəliklər qoyur. Onu da nəzərə alsaq ki, bu cür demoqrafik üstünlük həmişə davamlı olmur, o zaman biz yeni universitet viziyonunu daha dərindən müzakirə etməliyik. Bu zaman təhsilin məzmun, idarəetmə və tədqiqat zəminində dəyişikliklərin olması qaçılmazdır.
Yeni universitet gerçəkliyi
Qloballaşma və rəqabət mühitində universitetlər dünyaya açılma strategiyalarını zamanın şərtlərinə uyğun qurmağa başlayıblar. Ümumiyyətlə, universitetlər cəmiyyətin inkişafının müxtəlif dövrlərində sosiumun ideallarının gerçəkləşməsində mühüm rol oynamışdırlar. Məşhur tədqiqatçı Stiv Fuller, "Bu ideal nədir?" sualına belə cavab verirdi: "Cəmiyyətin rifahı naminə biliklərin universallaşması amili".
Məhz ali təhsil sistemininin yenidən qurulması üçün isə bir sıra alt standartları müasir təhsil viziyonuna uyğun layihələndirmək vacibdir. Bunları aşağıdakı kimi təsnif etmək olar:
"Bütövlükdə təhsildə, xüsusilə də ali təhsildə informasiyanın və biliyin yerinə, ömürboyu sürəkli öyrənmə, təhsilin mərkəzinə fərdi və peşə inkişafını, reflektiv düşünməni və tətbiq etməni gətirmək;
"Universitetlərdə disiplinə əsaslanan fundamental elm sahələri ilə yanaşı, mövzu ağırlıqlı fənlərarası tədrisə üstünlük vermək;
"Bir-birindən fərqli və əlaqəsi olmayan çoxsaylı fakültələri əhatə edən böyük universitet əvəzinə, konkret təyinatlı universitet anlayışına keçid; burada xüsusi yanaşma ondan ibarətdir ki, ayrı-ayrı universitetlərin adlarını deyil, orada daha üstün fakültə, departament örnəklərini seçmək faydalıdır. Azərbaycan miqyasında baxsaq, universitetlərin gələcək viziyonunun müəyyənləşməsində, dünyada ölçmə meyarlarına yanaşmada, reytinq ölçmə modulundan daha çox şəbəkələşmə kriteriyasını dəyərləndirmək;
"Veb texnologiyalarının tətbiqi ilə universitet mühitində şəbəkələşməni genişləndirmək.
XXI əsr universitet
anlayışına yeni
çalarlar əlavə
edib. Elmi biliklərin
qazanılmasında sərhəd
faktorunun itdiyi bu əsrdə universitet - innovativ ideyaların, deməli,
həm də yeni sivilizasiyanın əsas düşüncə
mənbəyi hesab olunur.Sürətlə dəyişən
dünyada həm də forma və məzmun baxımdan yeni nəsil universitetlər yaranır. Bu paradiqmaya
əsas dəyər olaraq üstünlük verən ölkələr
gələcək şokunu
daha rahat qarşılayır və
milli özünütəsdiq
immuniteti qazanırlar.
Cəsarət Valehov
Fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2013.- 28 dekabr.- S.2.