“...Əl götür məndən, təbib!”- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ

 

PƏRVİNin təqdimatında

 

Bəzən aşiqlər bir az da gülünc görünürlər... Əlbəttə, sevməyi bacarmayanların, eşq möcüzələrindən xəbərsizlərin gözündə. Ömrü boyu sevgi  duymayan, o hissinfəsad”larıyla üzləşməyən birinə əsməcələrin, qorxuların, təlaşların, məntiqsiz qısqanclıqların, yersiz kövrəlmələrin səbəbini necə anladasan?!

Doğrudan da, sevgi elə bir duyğudu ki, özün onu ruhundan, ürəyindən, cismindən keçirməsən, başa düşə bilmirsən. qədər ki, bu gözəl xəstəliyə yoluxmamısan, sən gülürsən bəzən! Dünəndən o tində durub qızın bircə dəfə pəncərədən baxmasını gözləyən oğlan qəribə gəlir sənə, içində gülürsən! Hələ yanındakılarla da bölüşürsən təəccübünü... Bircə dəfə baxmasıyla olur axı?!” Əvvəllər saçını “at quyruğuyığıb kürəyinə atan o səliqəsiz qızın da birdən-birə özünə sığal-tumar verməsi çaşdırır səni... “Buna oldu belə?”soruşursan tanış-bilişdən. Hər səhər tezdən işə tələsən qonşunun gecə dörddə işığının yanmasına, üstəlik musiqi səsinin gəlməsinə heyrət edirsən... Bunun da başı xarabdı!”deyib qurdalanırsan yerində. biləsən?! biləsən ki, qışın soyuğunda bütün günü küçədə sitildəyən oğlan da, gecəni yatmayan qonşun da öz xoşları ilə düşməyiblər bu günə!

O hiss gələndə soruşmur heç kimdən! Dünən güldüyün, əməllərinə ironiyayla yanaşdığın adamların halına düşsən, təəccüblənmə... Sevin! Vurulmusan! Həyata baxışın, sözlərə münasibətin, fikirlərin, yeməyin, içməyin, geyinməyin, rejiminçox şeylər, lap çox şeylər dəyişir! Dünən bayağı görünən, bu gün mənalanır, keçmişdə dəyər verdiyin indi əhəmiyyətsiz olur! bu yerdə bir adam istəyirəm, qabağına çıxıb soruşa: “Sənə oldu?!”

Mirzə Ələkbər Sabirin qəzəllərini oxuyanda da düşündüm, görəsən o zaman bunu şairdən soruşan olubmu?! Bilirik ki, Sabir əsasən satirik, yanğılı şeirlər ustasıdı... Şərq poeziyasının ənənəvi şablon təşbehlərinə gülüb, ələ salıb həmişə.

 

Mirzə Ələkbər Sabir: “Qah, qah! Qəribə gülməlisən...”

 

Ey alnın ay, üzün günəş, ey qaşların kəman!

Ceyran gözün, qarışqa xətin, kakilin ilan!

 

Alma çənən, çənəndə zənəxdan dərin quyu,

Kipriklərin qamış, dodağın bal, tənin kətan!

 

Boynun sürahi, boy-buxunun bir uca çinar,

Əndamın gümüş, yanağın qırmızı ənar!

 

Xalın üzündə buğda, başında saçın qürab,

Qah, qah! Qəribə gülməlisən xaniman xərab!..

 

Şairin tərizi şeirin elə ilk misralarından açıq-aydın görünür... Yəni heç sonuncu beyti oxumadan da hər şey aydındı. Sabirinalnı ay”, “üzü günəş”, “qaşları kaman”, “dodağı bal”, “kirpikləri qamıştəsvirlərində qəribə bir ironiya var... Nədənsə, mənə elə gəlir ki, bu ironiya şairlərə, bu cür yazan sənətkarlara yox, məhz aşiqlərədi. Sanki şairtarac olan millət”, “özünü insan sanan fəhləni ələ salan zümrə”, “arpa gətirmədiyinə görə döyən, vuran ağalarvarsa, necə sevgidən danışmaq, özü belə danışmaq olar, deyir...

Amma bütün bunların sevgiyə dəxli?! elə Sabirin başqa, “İstəsən könlüm kimi zülfün pərişan olmasın...” misrasıyla başlayan qəzəlini oxuyanda bir daha əmin olursan ki, doğrudan da dəxli yoxdu... Görünür eşq onu da bu səpgidə yazmağa ruhlandırıb əvvəlki qəzəldə ələ saldığı təşbehlərdən burada bol-bol istifadə edib. Məsələn, birinci şeirdəkakilin ilandeyib gülən şair, ikincidəAtəşin ruyində əfi tək yatıb geysulərin” (Saçların üzündə ilantək yatıb) deyir, ciddi deyir, altından imzasını da qoyur...

İnsan həqiqətən aşiq olanda çox işlənmiş sözlər, ifadələr onun dilində təzə, səmimi, şirin səslənir, bayağı, adi görünmür. elə bu şeirin ilk misralarında qədər ənənəvi olsa da fikir, ifadə tərzi maraqlıdı, təsirlidi...

 

İstəsən könlüm kimi zülfün pərişan olmasın,

Ol qədər cövr et mənə ah etmək imkan olmasın!

 

Yəni, mənə o qədər zülm elə ki, ah etməyə imkan vermə, çünki ah çəksəm zülfün dağılar, qəlbim kimi pərişan olar...

Başqa hansı duyğu, məsuliyyət, müşahidə, hadisə Mirzə Ələkbər Sabir kimi şairə belə şeir yazdıra bilərdi?! Əlbəttə, ancaq sevgi! Yalnız sevən adam pərinin kuyində cövlan edən əğyara görə belə qısqana hissini bu sayaq nəzmə çəkə bilər... Hələ sevgi adlı dərdinə dərman istəməməsi, təbibdən üz döndərməsini demirəm!!!

Yəqin sevgi adlı dərdə heç vaxt mübtəla olmayan biri elə bu şeiri oxuyub, aşiqin hallarını görüb – “Qah qah! Qəribə gülməlisən........” – deyə bilər... Sabir birinci şeirdə dediyi kimi! 

 

Mirzə Ələkbər Sabir:

“... nigarım qətlimə amadədir!”

 

İstəsən könlüm kimi zülfün pərişan olmasın,

Ol qədər cövr et mənə ah etmək imkan olmasın!

 

Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,

İstərəm cismimdə dərd olsun, dəxi can olmasın!

 

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!

Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

 

Atəşin ruyində əfi tək yatıb geysulərin,

Türfə cadudur ki, mar atəşdə suzan olmasın!

 

Derlər, aşiqküş nigarım qətlimə amadədir,

Allah, allah, bir səbəb qıl kim, peşiman olmasın!

 

Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!

Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

 

Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,

Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!

 

PƏRVİN

525-ci qəzet.- 2013.- 29 dekabr.- S.21.