Poltavada Firudin bəy Köçərlinin 150 illiyilə bağlı tədbir keçirilib

 

 

Bakı Slavyan Universitetinin (BSU) dəstəyi ilə Poltava İqtisadiyyat Ticarət Universitetində (PİTU) yaradılmış Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzində Azərbaycanın görkəmli alimi, maarifçisi, filosofu ədəbiyyatşünası Firudin bəy Köçərlinin anadan olmasının 150 illiyilə bağlı dəyirmi masa təşkil edilib.

Tədbirdə PİTU-nun Poltavanın digər ali məktəblərinin müəllim tələbələrindən təşkil olunmuşAzərbaycanın dostları klubu”nun üzvləri çıxış ediblər. BSU-dan verilən məlumata görə, Azərbaycan Mədəniyyət-Təhsil Mərkəzinin direktoru, dosent Yaşar Alxasov tədbiri açaraq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Firudin bəy Köçərlinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam verib. Sonra Y.Alxasov Azərbaycanın bu görkəmli aliminin maarifçisinin həyat yaradıcılığından söz açıb: “Firudin bəy Köçərli ana dili ilə yanaşı, rus dilinin, slavyan dünyası mədəniyyətinin öyrənilməsi ilə bağlı məsələ qaldıran ilk Azərbaycan alimlərindən olub, rus slavyandilli müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Bakıda vətənpərvər alim Firudin bəy Köçərlinin adını daşıyan Respublika Uşaq Kitabxanası fəaliyyət göstərir. Bu kitabxana PİTU ilə sıx əməkdaşlıq edir, müntəzəm şəkildə, Azərbaycanda nəşr olunmuş maraqlı kitablar göndərir”.

TədbirdəAzərbaycanın dostları klubu”nun rəhbəri, professor Stanislav Varvyanski, professor Tatyana Onipko, dosentlər Miroslav Aliman Aleksandr Koryaqin, magistr Svetlana Tyutyunnik çıxış edərək Firudin bəy Köçərlinin maarifçilik fəaliyyətini yüksək qiymətləndirib. Natiqlər xalqlar arasında dostluğun möhkəmlənməsi işində bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər. Sonda tədbir iştirakçıları Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının PİTU-ya hədiyyə etdiyi kitablardan ibarət sərgi ilə tanış olublar.

 

S.ABDULLAYEVA

 525-ci qəzet.- 2013.- 29 dekabr.- S.17.