Şekspirİstanbulda

 

Xalq yazıçısı Elçinin qardaş Türkiyə ilə ədəbi-mədəni əlaqələrimizin  möhkəmləndirilməsində xüsusi yeri rolu vardır.  Görkəmli sənətkar hələ 1979-cu ildə qələmə aldığı məşhurYaxın, uzaq Türkiyəəsəri ilə əsasını qoyduğu bu tarixi missiyasınıqardaş ölkə ilə mədəni körpü yaradılması səyini Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra daha böyük coşqu ilə həyata keçirmişdir. Nəticədə çağdaş ədəbiyyatımızın canlı klassiki Elçinin roman, povest, hekayələri Türkiyənin tanınmış nəşriyyatlarında dəfələrlə nəşr olunmuş, ədəbi irsi haqqında elmi-tədqiqat işləri, resenziyalar yazılmış, “Mahmud Məryəmromanı əsasında film şəkilmış, pyesləri  Azərbaycan Türkiyənin dövlət bələdiyyə teatrları tərərfindən Ankara, İstanbul, Konya, Ərzurum başqa şəhərlərin teatrlarında səhnəyə qoyulmuşdur.

Bu günlərdə Elçin növbəti uğura imza atmışdır. OnunŞekspirpyesi İstanbul Böyükşəhər Bələdiyyəsi Teatrında tamaşaya qoyulmuşdur. Anşlaqla keçən premyerada diplomatlar, Türkiyənin tanınmış mədəniyyət xadimləri, sənətkarlar iştirak etmişdir.

Bundan əvvəl,  Şekspirmüxtəlif  dillərə tərcümə edilərək  London,  Moskva, Sankt-Peterburq, Kiyev digər böyük  şəhərlərin teatrlarında uğurla tamaşaya qoyulmuşdur. “Şekspir  ilk dəfə “ÜNS” Teatrında  tamaşaya qoyulmuş ictimaiyyətin dərin rəğbətini qazanmışdır.

Yeni tamaşaya istedadlı aktrisa rejissor Məlahət Abbasova quruluş  vermişdir.    2009-cu ildə İstanbul Böyükşəhər Bələdiyyə Teatrının böyük uğurla göstərilənQatiltamaşasının da quruluşunu vermiş Məlahət Abbasovanın fikrincə, bəşəri ideyalar daşıyan, insanlığın əzəli əbədi problemlərinə toxunanŞekspirtamaşasının müasir dramaturgiyada xüsusi yeri vardır.

Türkiyənin tanınmış səhnə ustaları  Sezai Aydın, Hakan Arlı, Selma Kutluğ digərlərinin mahir ifası tamaşaçıların sürəkli alqışları ilə qarşılandı. Ayhan Aydoğanın səhnə tərtibatı da əsərin  ideyasının tamaşaçılara çatdırılmasına uğurla xidmət etmışdir. Səhnədəki böyük beyin maketi, onun açılmasından sonra ortaya çıxan zaman məfhumu fələyin çarxını xatırladan orijinal üslub yüksək peşəkarlıq nümunəsidir.

Hadisələrin cərəyan etdiyi ruhi əsəb xəstəxanası, müəllifin burada “Stalin”, “Sara Bernar yadplanetli adlandıran ruhi xəstələrin adından tamaşaçıya təqdim etdiyi fəlsəfi özünüdərk postulatı bütün dinlərdən millətlərdən olanları düşündürən məsələlər günümüzün aktual problemlərindəndir.  Hakan Arlının ustalıqla yaratdığı baş həkim obrazı bir ictimai-siyasi formasiyadan digərinə keçid dövründə yaşadığı dərin mənəvi-psixoloji problemlərin yaratdığı sarsıntıdan ruhi xəstələrə həsəd aparan həkimin faciəsinin səhnə təcəssümüdür. Aktyor Sezai Aydının canlandırdığı “Stalin” ləqəbli xəstənin dilindən isə dünyanın böyük bir hissəsində insanlığın məruz qaldığı cinayət, kataklizm tragikomik hadisələr təqdim olunur. Bəstəkar Aygün Səmədzadənin tamaşaya yazdığı  musiqi səhnədə cərəyan edənləridinamik hərəkətləri, kəskin dialoqları, qeyri-adi jestləri  daha baxımlı, təsirli yaddaqalan  edir. 

ŞekspirElçinin qardaş Türkiyə teatrlarında tamaşaya qoyulmuş altıncı pyesidir. Ümumiyyətlə,     Elçinin “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Poçt şöbəsində xəyal”, “Mahmud Məryəm”, “ dəvə”, “Ölüm hökmü”, “Şuşa dağlarını duman bürüdü”, “Arılar arasında”, “Şekspir”, “Teleskop digər pyeslərinin ölkəmizdə olduğu kimi  Azərbaycan sərhədlərindən kənarda da nümayişi müasir ədəbi irsimizin  tanıdılması təbliğində mühüm rol oynayır.

 

Namik Murad

Türkiyə, İstanbul

 525-ci qəzet.- 2013.- 29 dekabr.- S.15.