Con F.Kennedi- Mərdliyin
profilləri (davamı)
İngiliscədən
Telman Orucov tərcümə edib
Con Kvinsi
Adamsda bu keyfiyyətlər bədbəxtlikdən partiya
intriqalarına və günün siyasi ehtiraslarına uyğun
gəlmirdi. Onu Senatda sarsıldığı aylardan
çox-çox əvvəl, onun poçtu Massaçusets
Federalistlərindən gələn təhqirlərlə dolu
idi, bundan xeyli əvvəl o, hətta Senata
daxil olduqda öz gündəliyində Puritanın daxil
olduğu siyasətə ciddi təhlükələri qeyd
edirdi: “Mən siyasi ziddiyyətə gömülməyin
güclü şirnikləndirməsini hiss edirəm”. “Lakin... bu ölkədəki siyasətçi partiya
adamı olmalıdır. Mən isə
öz bütöv ölkəmin adamı olmağa meyl edəcəyəm”.
Abigeyl Adams (Con Kvinsi Adamsın anası, Con Adamsın
arvadı – tərcüməçi) Con Kvinsi hələ
uşaq olanda iftixarla deyirdi ki, o, özü və əri onun təhsilini
və elmləri öyrənməsini birbaşa istiqamətləndirirdilər,
bu vaxt onun nəzərinə çarpmışdı ki,
onların oğlu “Kabinetdə və ya öz ölkəsinin
qanunlarının və azadlıqlarının mühafizəsi...
sahəsində” gələcəkdə liderlik edəcəkdir. Olduqca az
adam Con Kvinsi Adamsın üstünlükləri ilə
doğulmuşdu: məşhur ad; öz oğlunun təbii
istedadlarını artıq dərəcədə inkişaf
etdirməyə çalışan parlaq qabiliyyətli ata; və
qeyri-adi ana. Həqiqətən də o, xoşbəxt
və uğurlu həyata malik olmaq üçün lazım
olan hər şeylə dünyaya gəlmişdi, təkcə
onun ağlına dinclik gətirən keyfiyyətləri istisna
təşkil edir. O, daim ümidlərinin puça
çıxmasından, uğursuzluğa düçar olmaqdan,
qeyri-adekvat düşüncədən əziyyət çəkirdi.
Baxmayaraq ki, onun çətin Yeni İngiltərə
vicdanı və görkəmli istedadları onu möhkəm
surətdə paralel olmayan uğur yoluna qovurdu. Lap başlanğıcdan o, demək olar ki, daimi
uğursuzluğun dəhşətli düşüncəsinə
malik olmuşdu.
Onun erkən
qeyri-adekvat hissləri, tez inkişaf edən ağlı kimi,
doqquz yaşı olanda atasına göndərdiyi məktubla
öz sübutunu tapır:
“Əziz ser!
Mən məktublar almağı çox sevirəm; daha
çox isə mən onlara cavab verməyi xoşlayıram. Mən
kasıb obraz tərtib etmişəm. Başım
olduqca dəyişkəndir. Fikirlərim
quş yumurtalarından sonra hərəkətə gəlir,
oynayır və əylənir, o vaxtadək ki, mən
özümü qıcıqlandırmağa başlayıram.
Anam mənə öyrənməyi davam etdirmək
kimi əziyyətli bir tapşırıq vermişdir. Özümə qaldıqda, mən özümə
görə xəcalət çəkirəm. Mən Rollin tarixinin üçüncü cildini
oxumağa yenicə başlamışam, lakin istəyirəm
ki, onun yarısını bu vaxt ərzində oxuyub
qurtarım. Qərara almışam ki, bu həftə
daha çox çalışım. Özümü
üçüncü cildin yarısını oxumağa məcbur
edirəm. Əgər mən öz qərarımı
yerinə yetirsəm, həyatımın sonunda yenidən
özüm haqqında daha yaxşı fikirdə olaram.
Ser, mən arzu edirəm ki, siz mənə oxumaq barədə bəzi
yazılı təlimatlar verəsiniz, onları mən
bütün vaxtlarda hörmətlə istifadə edərəm
və mənə məsləhət verin ki, təhsilimi və
oynamağımı hansı hissələrə bölüm,
mən onları qoruyub saxlayacaq və onlara əməl etməyə
çalışacağam.
Daha yaxşı böyümə barədəki
hazırkı qətiyyətlə, mən, əziz ser, sizin
oğlunuzam.
Con Kvinsi Adams”.
Yenidən,
otuz altı il sonra Birləşmiş
Ştatların Senatoru kimi xidmət göstərən, Harvard
Universitetinin professoru və başlıca Avropa dövlətlərində
Amerikanın Elçisi olan bu adam öz gündəliyində
kədərli şəkildə yazırdı:
“Mən
qırx beş yaşındayam. Uzun həyatın
üçdə ikisi arxada qalmışdır və mən
onu öz ölkəmə və bəşəriyyətə
faydalı olmaqda fərqləndirmək üçün
heç nə etməmişəm... Ehtiraslar, tənbəllik,
zəiflik və qətiyyətli olmamaq bəzən məni
haqqın yaxşı dərkindən uzaqlaşdırır və
demək olar ki, yaxşı olanlar uğrundakı cəhdlərimi
iflic edir”.
Və nəticədə,
yetmiş yaşında, özünü artıq parlaq Dövlət
Katibi, müstəqil Prezident və Konqressin bir natiq
üzvü kimi fərqləndirəndə də, qəmgin
şəkildə məlumat verir ki, onun “bütün həyatı
ümidin boş çıxması
ardıcıllığıdır. Nə vaxtsa
hansısa işdə qazandığım uğurun sadə
nümunəsini mən çox çətinliklə
yığa bilərəm”.
Həm də onun ömrü öz əsasında o qədər
acı etirazla əlamətdar olmuşdu ki, heç vaxt amerikan
tarixində paralellik qazanmamışdı. Con Kvinsi Adams – Kapitolidəki
özünün səksən yaşındakı
ölümünə qədər – çox mühüm vəzifələr
tutmuşdu və öz millətinin tarixində heç kəsə
qismət olmayan qaydada ən mühüm hadisələrdə
iştirak etmişdi. O, Haaqada Elçi, İngiltərədə
Emissar, Prussiyada Elçi, Ştat Senatoru, Birləşmiş
Ştatların Senatoru, Rusiyada Elçi, Dövlət Katibi,
Birləşmiş Ştatların Prezidenti və Nümayəndələr
Palatasının üzvü olmuşdu. O, bu və ya digər
qabiliyyətlər nümayiş etdirməklə amerikan
inqilabında, 1812-ci il müharibəsində
və vətəndaş müharibəsinin
başlanğıcında iştirak etmişdi.
Tanışları və kolleqaları arasında, onun gündəliyinin
səhifələrində qohumu Sem Adamsın, Con Hankokun,
Vaşinqtonun, Ceffersonun, Franklinin, Lafayetin, Con Ceyin, Ceyms
Medisonun, Ceyms Monronun, Con Marşallın, Henri Kleyin, Endryü
Ceksonun, Tomas Hart Bentonun, Con Tilerin, Con K.Kalhounun, Deniel Uebsterin,
Linkolnun, Endryü Consonun və çox sayda digərlərinin
adları çəkilir.
Öz
millətinə nə vaxtsa xidmət edən ən istedadlı
adamlardan biri olmasına baxmayaraq, o, şəxsiyyətə adətən
rəng və məlahət verən az
sayda şəxsi keyfiyyətlərə malik idi. Lakin bu əyilməz,
dar və tabe olmayan adamın təsvirində hansısa bir cəzbedici
və kübarlılıq xüsusiyyəti var idi, ən
acı düşmənlərinin onu mühakimə etdiyindən
daha sərt qaydada o, özü-özünü mühakimə
edirdi, burada öz tarixinin başlıca siyasi şəxsiyyətləri
arasında üstənilə bilinməyən
vicdanlılığa malik olmaq, daim öz vicdanı və
valideynlərinə, onların nümunələrinə və
qaydalarına layiq olmaq üçün öz borcunu dərindən
hiss etmək var idi.
Onun
ümidlərinin puç olması və siyasi vəzifə
daşıdığı vaxtlardakı məğlubiyyətləri,
– Senator və Prezident kimi, – həyatın
siyasi faktlarına məhəl qoymamaq sahəsindəki yenilməzliyi
labüd bir nəticə idi. Bunu da qeyd etmək
vacibdir ki, hər iki Adams – ata və oğul – yeganə
Prezidentlər idilər ki, bizim millətimizin ilk əlli illik
tarixində ikinci müddətə seçilməmişdilər.
Həm də onların uğursuzluqları, əgər
onlar bunu uğursuzluq adlandırsaydılar, ictimai marağa
hesablandıqlarına özlərini həsr etməkdən kənara
çıxılmamağın nəticəsi idi və
onların rəqiblərinin şərəfin yüksək
standartları səviyyəsində mübarizə aparmağa
qadir olmamalarının və axırıncıların ictimai
həyata gətirdikləri ziyanın əvəzinin ödənilməsinin
nəticəsi idi.
Oğulun əhvalatı bütünlüklə
atanın əhvalatlarından ayrılmaz idi. Con Kvinsi Adams
üçün başlıca məsələ Semyuel Eliot
Morisonun yazdığı kimi “hər şeydən əvvəl
Adams” olmaq idi; və onun öz atasına hərarətli şəkildə
həsr olunması və axırıncının öz
oğluna siyasi utancaqlıqdan asılı olmayaraq möhkəm
loyallığı, digər çətin, siyasi
mövcudluğa hərarətin sadə bir
şüasını təklif edirdi. (Federalist lider Harrison Otis
sonrakı illərdə yazırdı: “Necə də qəribə
ailədir! Mən düşünürəm ki,
bizim irqin xüsusi növləri öz müxtəlifliyində
istedadların və yaxşı mənəvi xarakterlərin
kombinasiyasını nümayiş etdirir. Bunlar
isə ehtiraslarla və xurafatla hesablanmışdır ki, onlar
öz obyektlərini məğlub etsinlər və öz
dostlarını utandırsınlar”). Puritan ailəsi ilə
sıx bağlı olan uşaq kimi Con Kvinsi Adams anası tərəfindən
öz məşhur atasını ötüb keçməyə
öyrədilmişdi; və Senator kimi hər tərəfdən
olan kolleqaları və dostları onu tərk etdikdə, bu vaxt
atası dəstək vermək və onun etdiyi hərəkəti
bəyənmək üçün oğluna tərəf
döndü.
Hətta böyük Adamsın ölümündən
sonra Con Kvinsi öz atasının xatirəsinə
loyallığını qoruyub saxladı. Ceffersonun əsərlərində
axırıncı tərəfindən yazılmış məktubları
oxuyarkən, atası və Cefferson otuz beş
ildən çox bir müddətdə bir-birinə siyasi rəqib
olmuşdular (onların erkən dostluğu sonralar bərpa olunmuşdu),
atası hələ də qəzəbli olaraq qalırdı və
bunu o, Ceffersonun xəyanəti ilə əlaqələndirirdi.
Adams öz gündəliyində yazırdı: “Onun mənim
atama münasibəti ikibaşlı, xəyanətkar və hər
cür dözümlülüyün arxasında gizlənməklə
saxta idi”. Con Kvinsi bütün ömrü boyu içərisində
olduğu yoxlamalar və tarazlaşdırmalara əsaslanan
mürəkkəb bizim federal sistemin necə fəaliyyət
göstərdiyini dərk edə bilmirdi; nə də
özünün Ceffersonun “fırıldaqları” kimi qiymətləndirdiyi
kimi, axırıncının dühasının sadəcə
yalnız bir cəhəti olması ilə yanaşı, həm
də hökumətin sənəti və elmi üçün
uğurlu qaydada tətbiq etdiyi qənaətinə gələ
bilmirdi.
Con Kvinsi
Adamsın həyatın siyasi faktlarını
tanımaqdakı uğursuzluğu ilk dəfə onun Senatda fəaliyyət
göstərdiyi illər ərzində üzə
çıxdı, bu illər onun həyatında nə
çox məhsuldar idi, nə də onlar elə bir xüsusi əhəmiyyət
daşımırdı. Həm də onun Birləşmiş
Ştatlar Senatında olduğu yeganə müddət bizə
nəcib qabiliyyətləri ilə ictimai həyatda xidmətə
gətirilən, hörmət bəslənilən bir ada və
hüquq üçün qeyri-adi ambitsiyaya malik olan adamın
taleyinə aydın nüfuz etmə imkanı verir. Onun təcrübəsi, demək olar ki, heç bir
digər adamın edə bilmədiyini nümayiş etdirir, bu
vaxt hətta onun malik olduğu qeyri-adi vasitə də amerikan
siyasi həyatında uğur qazanmaq üçün kifayət
deyildir.
Bu heç də qeyri-təbii deyildi ki, atasının Prezidentlik uğrunda Tomas Ceffersona məğlubiyyətindən sonra o, xaricdəki diplomatik xidmətdən Bostona geri döndükdə, atasının partiyasının işində fəal iştirak etməli idi. O, Konstitusiyanın əsasını qoyanlar kimi, hərbi-dəniz qüvvələrinin tərəfdarı və federalistlərin, Fransız İnqilabının təsirlərinə qarşı istehkam olmalarına görə pərəstişkarı idi.
Lakin bir qədər sonra gənc eks-diplomat federalist kimi Massaçusets Qanunvericiliyinə seçildi; bu vaxt o, dar tərəfkeşliyə cəsarətlə nifrətini nümayiş etdirdi. Öz yaşlı kolleqaları ilə məsləhətləşmədən o, təklif etdi ki, – bu, həmin avqust ayında həmin qanunvericilik orqanının üzvlüyünə çevrilməsindən qırx səkkiz saat sonra baş vermişdi – Respublikaçılar (Ceffersonçular və ya Demokratlar) partiyası Qubernator Şurasında proporsional qaydada təmsil olunmalıdırlar (Adams sonralar qeyd etmişdi ki, bu tərəfdar olmayan müstəqillik aktı “elə prinsiplər qoyurdu ki, onların vasitəsilə mənim bütöv ictimai həyatım həmin gündən onunla idarə olundu”).
Nəticədə, gənc Adams Senata seçiləndə onun ştat qanunvericiliyindəki kolleqaları belə düşünə bilərdilər ki, onların nisbətən gənc yoldaşının şərəfi, onun öz partiyası qarşısındakı borclarına təsir göstərməyə də kömək edəcəkdir.
Lakin qanunvericiliyin bir əli gənc Con Kvinsini millətə xidmət barədə öz baxışına yaxınlaşdırdı, digəri ilə birlikdə isə o onun arzusunun parçasını kobud surətdə cırdı və onun cığırında real və xoşagəlməyən maneələr yaratdı. Onun seçilməsinin izi ilə qısqanc və antoqonist xarakterli Timoti Pikkerinq (o, Dövlət Katibi vəzifəsindən onun atası tərəfindən azad edilmişdi) qısa müddətli vakansiyanı doldurmaq üçün Adamsa Senator kolleqası kimi seçilmişdi. Nə Pikkerinq, nə Adams bütövlükdə Adams ailəsinə qarşı keçmiş acı düşmənçilik barədə hansısa illüziya ilə yaşamırdı. Və Con Kvinsi Adams belə qərara gəldi ki, yaxşı tanınan və qüdrətli federalist sayılan senator Pikkerinq gənc kolleqasının üzərinə bütün ondan xoşu gəlməyənləri və şübhələnənləri, hansılar ki, böyük Adamsın Prezident kimi, müstəqillik üçün göstərdiyi sığınacaqda qalan federalist Senatorlar idilər, səfərbər etməyə qadirdir. O, Ceffersonun Respublikaçı Senatorlarından hüsn-rəğbət gözləyə bilməzdi, axırıncı bu yaxınlarda atasına qarşı ən acı kampaniyanı başa çatdırmışdı və özünün bəyəndiyi Əcnəbilər və Şirnikləndirmə qanunlarını qəbul etdirmişdi. “Möhkəmlik, inadkarlıq, səbirlilik, soyuqqanlılıq və dözümlülük keyfiyyətləri”ndən başqa heç nə onun gündəliyində qeyd olunmurdu, hər bir puritan kimi Con Kvinsi Adams Vaşinqtona yollanarkən qərara almışdı ki, şəxsi intizamın standartları ilə qarşılaşsın, bu vəzifəni də o, öz üzərinə qoyurdu.
(Ardı var)
525-ci qəzet.-
2013.- 29 dekabr.- S.10.