Təhsilimiz və Yeni il arzuları...

 

 

 

 

XXI əsrdi: hər şey ola bilər, desən eşidə bilərsən, nəyə istəsən inana bilərsən, nəyə istəsən inanmaya da bilərsənbunlar öz yerində ... Amma bir şeyə hamı inanmalıdı! Nəinki inanmalı, əmin olmalıdı: TƏHSİL təcrübə sahəsi deyil! Vallah deyil! Billah deyil! Orta məktəblər, orta təhsil isə heç deyil. Yeniliklər adına harda bilmədiyimiz, əmin olmadığımız, yaxşı heç yerə aparıb çıxarmayan varsa, gətirib təhsilə tətbiq eləmək olmaz. Bu, məktəbdi! Bu, uşaqdı, insandı, şəxsiyyətdi! Bu, elmdi, maarifdi! Bu, cəmiyyətdi, torpaqdı, dövlətdi! Bu, VƏTƏNDİ! Onu atıb-tutmaq, onunla oynamaq olmaz. Ay valideynlər, ay adamlar, ay camaat, ay millət, ay xalq, bir danışın, bir narahat olun, bir münasibət bildirin! Ay MÜƏLLİMLƏR, susmayın artıq. Axı, əsl həqiqəti siz hamıdan yaxşı bilirsiz! Bilirsiz ki, qədər yarışmalar, rəngli şəkilli dərsliklər, qarmaqarışıq dərslər... olsa da, əsas   şagirdə nəsə öyrətmək, bilik vermək, normal vətəndaş, şəxsiyyət yetişdirməkdi. ən əsası bilirsiz: məqsəd şagirdin anlayacağı, qavrayacağı üsulla bilik verməkdi. Biliyiöyrətməyi bir yana qoyub nəsə cədvəllər yazmaq, o jurnalı, bu jurnalı doldurmaq, internet səhifələrindən tapılmış tapmaca dərslər keçmək əsas deyil. Heç olmasa, öz zəhmətinizə laqeyd qalmayın, bir danışın, sözünüzü, fikrinizi deyin. Bəlkə, köməyi oldu. Əslində, bunları təhsil nazirimiz dəyişmədən öncə demək istəyirdim. Amma ara-sıra mətbuatda Təhsil Nazirliyi rəhbərliyinin dəyişəcəyi xəbəri gəzib-dolaşırdı deyə, yazını saxlayırdım. Çünki bir insan vəzifədə olanda görsə, tərifləmək, işdən çıxarılan kimi isə əlimyandıda tənqid etmək, “ah-of” deyib ufuldamaq adətimizi heç bəyənmirəm. indiTəhsildəki vəziyyətə görə keçmiş nazir cavab verməlidirdeyənləri anlamıram.

Bu yaxınlarda mətbuatda ekspert N.Osmanoğlunun bir fikrinə rast gəldim: Təhsil nazirinin dəyişməsi təhsildə heç nəyi dəyişməyəcək. Yəni nazir gənc olsa da, yaşa dolmuş problemlər qalacaq, qalıb məncə, qocalacaq. təhsildə olan problemlər qocalan insan kimi ölməyəcək, öldürəcəkuşaqlığımızı, gəncliyimizi, gələcəyimizi öldürəcək.

Yazını bitirmək qərarına gələrkən Təhsil Nazirliyinin rəsmi səhifəsinə baxdım nəzərdə tutulan məsələlərlə bağlı yazılanları, sonra qurultay materiallarını  oxudum. Bəyəndiklərim oldu. İndi bunlar necə həyata keçiriləcək, ümumiyyətlə, həyata keçiriləcəkmi, onu deyə bilmərəm. Hələ ki, ən sadəsi, yuxarı siniflərdə – 7-11-ci siniflərdə jurnallarda “+”lərin yazılması qalmaqdadı. Saxlanılma məqsədi  aydın deyil. Əvvəl belə izah edirdilər ki, direktorlar müəllimin yerinə qiymət yaza bilər, ya da müəllim özü sonradan qiymət əlavə edə bilər. Maraqlı yanaşmadı, diqqətli olsaq. Direktor müəllimin səhifəsinə qiymət yazır (???). Ya da müəllim şagirdin qiymətini sonradan düzəldir (???).

Əslində, məktəbin nüfuzdan düşməsinə ciddi-cəhdlə səy göstərildiyi bir zamanda jurnala kimin hansı qiyməti yazmağının önəmi var? Məsələn, bu il məktəbin qiymətləndirmədiyi (yəni heç məktəbə gəlməyən) şagirdlər attestat aldılar. Özümüz özümüzdən utandıq. Düzdü, bundan razı qalanlar da oldu: övladının təlim-tərbiyəsinə məsuliyyətsiz yanaşan valideynlər, onların məsuliyyətsiz uşaqları məktəbin gülünc halından xeyli məmnun qaldılar. Hələ attestatını aparmayanlar da oldu. Onların da evinə gedib attestatlarını xahiş-minnətlə təqdim etdik. Fikrimcə, məqsəd TQDK-nın bu işlə bağlı olması idi. TQDK sondaKOMİSSİYA” deyilən bir qurumduancaq qəbul məsələləri ilə məşğul olmalıdı, orta məktəbin işinə qarışmaq, imtahan götürmək kimi bir səlahiyyəti yoxdu olmamalıdı. Şikayətlərə baxsın, nəticələri araşdırsın, 1-2 bala görə ödənişli təhsilə gücü çatmadığı üçün oxumayan kasıb uşaqlara yardımçı olsun. Keçid balını aşağı salmaqla, 150 balla, universitetləri doldurmasın. Orta məktəblərin səlahiyyətini əlindən alan TQDK imtahan götürür, məzunları qiymətləndirir, sonra keçid balını aşağı salır, yəni qəbul yüksəkdi deyə. Bu məsələ müzakirə olundu, hələ təriflədilər . Guyaqeyri-kafiqiymətlənən abituriyentlər ali məktəblərə qəbul oldular. Onların çoxu, bəlkə hamısı TQDK-nın imtahanlarından keçməyənlər idi. Müəllimlər , şagirdlər imtahanların məktəbdə keçirilməsinin tərəfdarıdı. Həm əsas odu ki, məktəb öz məzununu özü qiymətləndirdiyi illərdə qəbul nəticələri daha yüksək olurdu. Son illərdə isə keçid balları endirilir. 500-600 bal toplayan imkansız ailələrin uşaqlarının yerinə 100 balı keçən pullular oturur. Bəlkə bu problemi həll edək? Belə getsə, kasıbların uşaqları oxuya bilməyəcək. Onsuz da get-gedə oxuyanların sayı azalır. Çoxusu işləməyə gedir. Guya adı jurnalda olubsa, qiymətlənməyibsə, şagirdin hüququ pozulur. Bəs zəhmət çəkən, çalışan, oxuyan, məsuliyyət hissiylə yaşayan şagirdlər necə olsun? Onların hüququ pozulmadımı? Haqsızlığın şahidi olmadılarmı? Onlarda laqeydliyə təkan vemədikmi? Nə isə...

Mən sovet dövründə – pulsuz təhsil sistemində oxumuşam. Bu ödənişləri anlamaq istəmirəm heç! İndi gənc nazirimiz bununla bağlı müəyyən tədbirlər nəzərdə tutub, qurultayda bu haqda danışıb. İlk olaraq hamı sevindi ki, ödənişli təhsil ləğv olunur. Sonra məlum oldu ki, ödənişli qəbul üzrə plan ləğv olunur: yəni tələbələrin sayı. Necə olacaq? Bəlkə artırılacaq? Yəni heç ödənişsiz qəbul olmayacaq, ya da lap az olacaq – gözdən pərdə asmaq üçün. Pulun yoxduoxuma prinsipi olacaq. Hər halda məqsəd aydın olmadı.

İkinci əsas məsələ, kurikulumla bağlıdı. Əksəriyyət – müəllim, şagird, valideyn narazıdı. Qurultayda nəzərdə tutulan məsələlərdən biri: Kurikulumların mahiyyətinin valideynlərə çatdırılması üçün maarifləndirmə işinin aparılmasıdı. Çox maraqlı məsələdi. Mən kurikulumun hansı ölkələrdə, hansı böyük uğurlar verdiyini öyrənmək istədim. Heç nə tapmadım. Kurikulumla bağlı səhifələrdən birində “Kurikulumu niyə tətbiq edirik?” sualına rast oldum (rus dilində). Sadəcə, fikirlər, münasibətlər idi: UŞAQLARI ROBOTLAŞDIRMAQ, UŞAQLIĞINI, MÜHAKİMƏSİNİ MƏHV ETMƏK, SAVADSIZLIĞI ARTIRMAQ... və bu tipli şərhlər. Nə deyim? Məncə, bu sadəcə, ləğv olunmalıdı.

Sonra... Sonra bu qiymətləndirmə məsələsi. 7-8 siniflərdə şagirdlərdə “4-5” almaq həvəsi qalıb hələ. Bir görəsiz. Müəllim özü də həvəslənir. 9-cularda artıq laqeydliyi aşılamağa başladıq. Bir az diqqətli olaq: əsas hamıya attestat vermək deyil, əsas səbəb və nəticədi.

Sonra. Sonrası 12 illik dərs sistemi – 10 illik icbari təhsildi. Bu şagird, məsələn, oğlanlar, ən azı 26-28 yaşına qədər oxuyacaq, əsgər gedəcək, sonra tapacaq, ev alacaq, ailə quracaq... demək olar? Bu da başqa ölkələrdəhardasa var yəni. Biz sınaqdan keçirək. Amma təhsil elə 10 il, 8 il icbari, olsa yaxşıdı. Əgər şagird nəticədən asılı olmadan sinifdən-sinifə keçəcəksə (təbii burda söhbət zəif şagirdlərdən gedir), bunun 10 il olmasının mənası?

Bir dərs ilinin uzadılması məsələsi. Dərslərin sentyabrın 1-də başlaması yaxşıdı. Belə idi yəni, mayın 25-i dərs ili yekunlaşırdı. İndi iyuna gedib çıxacaq. Niyə? Ona görə ki, rəsmi bayram günləri onsuz da çox olur.

Əsas məsələlərdən biri müəllimlərin dərs yükü, müəllim-şagird nisbəti ilə bağlıdı. “Müəllimin həftəlik dərs yükü 18 saat olmalıdı” – deyib hörmətli nazirimiz. Çox gözəl. Amma əməkhaqqı necə hesablanacaq? Bu da aydın olmadı. Bəlkə çox olan maaşımız azalacaq? O ki qaldı Amerikada, Almaniyadas. ölkələrdə müəllim-şagird nisbətinə, adam utanır da bir az. Bir o ölkələrdə müəllimin aldığı maaşla bizimkinin nisbətini də göstərin, nə olar ki? Onsuz da internet səhifələrində hamı paylaşır. Özüm görəndə inanmadım! Həmişə demişəm ki, müəllimlik maaşdan asılı deyil. Bu, mənəviyyatdı, vicdandı, ürəkdi... Amma niyə biz belə az maaşla işləməliyik, axı? Bu maaşla elə hər müəllimə 3-5 şagird düşməlidi. Başqa necə ola bilər?

Qurultayda təklif edilən məsələlərdən biribu olub ki, yüksək maaş almaq istəyən müəllimlər attestasiyadan keçsinlər, keçə bilməyənlər kursa getsinlər (Keçənlər necə olacaq, hələlik o da məlum deyil). Yaxşı, bəs, məsələn, az qala 40 illik pedaqoji təcrübəsi olan məni kim attestasiyadan keçirəcək? Yəqin bunu pedaqoji fəaliyyəti olanlar edəcək...

Nəsə... Sözüm çoxdu. Hələlik bu qədər yetərlidi.

Sonda onu demək istəyirəm ki, sovet təhsil sistemini dağıtmağımızın səbəbini hələ də anlaya bilmirəm. 70 ildə bu qədər respublikada hamını oxudan təhsil sistemini necə silib atdıq? Məni qınamayın, niyəsini dəqiq cavablandırmaq mümkün olmayan məsələləri anlamaq zor işdi. İndi təhsili əynindəki gözəl paltarı soyundurulan, parça-parça edilən adama bənzədirəm. Ha istəsək də, bəzəyib-düzəyə bilmirik, ordan-burdan axtarıb tapdığımız yamaqlarla ona bir don geyindirə bilmirik. Əslində, bu gün tətbiq etməyə çalışdığımız bütün yeni üsullar sovet pedaqoqlarının öyrətdiyi – mövzu, məqsəd, təchizat, üsuls. – dərsin törəmələridi. Köhnə müəllimlər bunu yaxşı bilir. Bütün dünya da buna bər-bəzək verib əslində. Təbii dəyişiklik olmalıdı. XXI əsrdi – rəngli, bərli-bəzəkli kitablar da çap eləmək olar? Nəyi istəsən bəzəmək də. Təkcə mahiyyəti yox. Təhsilimiz üşüyür... Donmağa qoymayaq!

Ən sonda. Bu qış fəslində – başa vurmaqda olduğumuz bu ilin songünlərində hər kəsin Yeni ilini təbrik edirəm. Qoy Yeni ildə gözəl yeniliklər hamımızı isitsin, bizi üşüməyə qoymasın!

P.S. Hər yerə birmillisözü əlavə edirik: milli kitab, milli təhsil, milli kurikulum, milli elmlər, milli dərslik... Bu yenilikləri tətbiq edəndə MİLLİ PSİXOLOGİYAmızı da nəzərə almaq lazımdı. Məncə, bu daha doğru və gərəkli olardı.

 

Kamalə Abiyeva

525-ci qəzet.- 2013.- 29 dekabr.- S.9.