GÖZDƏN UZAQ
Hisslərim
qəlbimlə qucaq-qucağa,
Ağlım
istəmirəm, düşünə nəsə.
Qaçıb
ümidlərlə gözdən uzağa
Qalmaq
istəyirəm nəfəs-nəfəsə.
Nə
bir deyiləsi söz ola, deyəm,
Nə də bir sirr
ola, susdura
məni.
İndi
susuramsa, ...
Yol üstündəyəm,
Qorxuram, danışam,
dil yora məni.
Gərçi danışdım nə,
danışmadım nə,
Guya ki səsimi eşidən var da...
Onsuz bu gedişin özü bəhanə,
Mənə “get” deyəcək kimsə
yox burda.
Tozunu udmaqdan divarın, daşın
İçim daşa dönüb, kövrəlməyəcəm.
Yollar!
Barı
mənlə siz vidalaşın,
Madam istəmirsiz, ta gəlməyəcəm.
İTTİHAM
Əzab çəkirsənmi, nəyin
uğruna?!
Vursana başını
sən daşa indi.
Sevgini yem etdin öz
qüruruna,
Qaldın qürurunla baş-başa
indi?!
Gör bir inad səni
nə hala saldı,
On addım öndəykən
yüz dala saldı.
Üstünə elə bir dərd-bəla saldı,
Məhkumsan bir acı göz
yaşa indi.
Sən səni sevənin qanını içdin,
Sən səni
sevəni tapdadın, keçdin.
Bir, sevgin qalmışdı, itirməmişdin,
Onu da itirdin, get yaşa indi.
ƏYAN
Onun göz yaşıdı gözlərimdəki,
Bir kərə
gözümdən silsin,
bəsimdi.
O, məni sevmirsə, sevməsin, təki
Mənim sevdiyimi bilsin, bəsimdi.
Onu görmədiyim gün haram mənə,
Onun olmadığı
yerdə yerim yox.
Bəlkə də, o, mənsiz
yaşayar, yenə,
Mən onsuz bir an da, ...
Yox bir an da
çox.
Onun nəfəsidi aldığım
nəfəs,
Onun gözlərində
dolanır gözüm.
Onu sevməyimə ömrüm
yetməz,
O, mənim
özümdü,
özümdü,
özüm...
VİDA
Ölüm yarsa sevməyə,
qoy sevdam olsun ölmək.
Səni səndə buraxıram.
Əgər ki ölümümdə
məni ağlarsansa sən,
mən silə bilmədikcə
o ahlı göz yaşını
özün siləsən
deyə,
Səni səndə buraxıram.
Sevdanı cəsədimlə
gömdüyün yerə
qoyub
mənsiz gedəsən
deyə,
Səni səndə buraxıram.
Samir Səyyadoğlu
525-ci qəzet.- 2013.- 1 fevral.- S.7.