Cavid simvolikası
Den Braun əski simvolikaları
və kodları açdıqdan sonra
Leonardo da Vinçi yeni ampluada görünməyə
başladı. Den Braundan
çox-çox əvvəl
Şərq ədəbiyyatında
rəmzlərin dili ilə bir çox
gizli fikirlər söylənilmişdir ki,
zaman-zaman açılır,
amma hələ də açılmamış
qalanları var.
Cavid də rəmzlər şairidir. Onun poeziyasında
açılmamış müəmmalar
çoxdur. Biz indi bunlardan ancaq birinə müraciət etmək və Şeyx Sənan əhvalatı ilə şairin bizə başqa nələr dediyini aşkarlamaq istəyirik.
Xumar, Əsli
yoxsa “Sarı gəlin”?!
Ey mürşidi-kamil, ey Şeyx Sənan!
Heç
demə, sən hələ o vaxt özünü qurban verib, bizə həqiqət yolunu göstərməyə çalışırmışsan.
Biz isə məcazları
və semiotikanı hələ də mənimsəmədiyimizə görə,
gürcü qızı
Xumardan yapışıb
durmuşuq.
Və hərdən buna da şükür edib düşünürsən
ki, nə yaxşı ki, Cavid babamız Fəridəddin Əttarın
tərsa (xristian) qızını Rum elindən
qoparıb Qafqaza gətirəndə və onu xumarlaşdıranda milliyyətini erməni qızı yox, gürcü qızı deyə nişan verib. Yoxsa indi
bizim halımız necə olardı? “Sarı gəlin” məsələsini həll
eləyib qurtarmamış,
indi də Xumar problemi ortaya çıxardı...
Amma bu məsələ
o məsələdən çox
mürəkkəbdi. Həm
də ayrı-ayrılıqda
onların qəlizliyi
bir o qədər görünmür. Birlikdə
baxanda, həmin o görünməyənlər də
üzə çıxır.
“Sarı gəlin” məsələsinin artıq
bir neçə həlli tapılıb. Bəziləri düşünür
ki, “Sarı gəlin” mahnısı da bizimdir, gəlin
özü də. (Hər halda bir türk qızının
sarışın olması,
erməni qızının
sarışın olmasından
daha inandırıcıdır).
Bəziləri isə
düşünür ki,
əsas olan mahnının bizim olmasıdır, o ki qaldı gəlinə, o elə erməni imiş; papas onu vermək istəməyib və bizim oğlan
da dərdindən divanə olub və bu sənət
əsəri də beləcə bizim naləmizdən yaranıbmış.
Nə isə.
Bəs Xumar əhvalatı hansı görünməzlərə
aydınlıq gətirir?
Əlbəttə, bizimkilər
onu da isbat
edə bilərlər
ki, Şeyx Sənan türk imiş və məhz bir Qafqaz
türkü imiş və ona görə
də röyasına ərəb və ya rum gözəli deyil, bir Qafqaz
gözəli giribmiş.
Həmin Qafqaz ki, burada neçə-neçə
kərəmlər əslilərin
yolunda 32 dişindən
keçsələr də,
keşiş yenə verdiyi sözü tutmamış, kərəmləri
yana-yana qoymuşdur.
Əslində Şeyx də yanır, həm də könüllü:
Şeyx,
ya Şeyx, gəl də seyr eylə,
Yandım
atəşdə kəndi
rəyimlə.
Mən qulaq vermədim dəyərli sözə,
Həp qadından gəlir nə gəlsə bizə.
Lakin Cavidin atəşlərə
səbəb kimi göstərdiyi əsl ünvan qadın və ya qadına
sevgi deyil. Sevgidən başı dumanlanıb sağlam düşüncəni itirmək
də deyil. Əsl ünvan sevgiyə qarşı duran əks qütb – ayrı-seçkilik
və dinlərin ixtilafıdır: “İxtilaf,
ixtilafi-məzhəbi-din...”
Çıxış yolunu
isə şair fərqli dinlərin vahid bir dində
birləşməsində görür:
Din bir olsaydı yer yüzündə əgər,
Daha məsud olardı cinsü-bəşər.
Əsas
ideya bundan ibarətdir ki, bizi təmsil edən Şeyx tərsa qızına olan eşqini nəinki maldan-dövlətdən,
rütbədən, mənsəbdən
üstün tutur, hətta dinin zahiri atributlarından, simvolikalardan da keçməyə hazırdır.
Bir xristian papası bir müsəlman şeyxinə
şərtlər diktə
edir və sonuncu da “daha
yüksək bir din” olan eşq naminə
onun şərtlərini
qəbul edir. Əsl müəllif ideyası da dastanlardan məlum olan bu hekayətin
yeni təfsir imkanlarında gizlənir. Gəlin, tərsini fərz edək: tutaq ki, papas insafa gəlir və şeyxin öz müsəlmanlığından
əl çəkdiyinə
əmin olub, Xumarı ona verməyə razılaşır.
Onda nə olar? Bax, böyük
Füzulinin Leyli və Məcnunu qovuşdurmamasının səbəbi
nə idisə, Cavid də Sənan
və Xumarı ona görə qovuşdurmur. Çünki
əsərdə iki gəncin vüsalından daha böyük ideyalar var.
Caviddə sevən tərəflər
rəmzi məna daşıyırlar. Əsl
söhbət böyük
eşq müqabilində
dini ayinlərə münasibətin dəyişməsindən
gedir. Yəni mübarizə dinin mahiyyəti və görüntüsü arasında
gedir.
Cavid bizə nə öyrətmək istəyirdi?
Cavidin birinci məqsədi eşqin institutlaşmış,
sosiallaşmış, ideolojiləşmiş
və öz mahiyyətindən uzaqlaşmış
zahiri dinçilikdən
yüksəkdə durduğunu
göstərmək, eşqi
ən böyük din
kimi təqdim etməkdir.
İkinci
məqsəd konkret olaraq qız sahibi olan, deməli, həm də
söz sahibi, ixtiyar sahibi olan xristian rəsmilərinin və
bütövlükdə Qərbin İslama və müsəlmanlara
münasibətinin iç üzünü göstərməkdir.
Yəni sanki belə bir sualın cavabını tapmaq
üçün eksperiment qoyulur: müsəlmanlara
qarşı olan ayrı-seçkiliyin köklərini harada
axtarmaq lazımdır? Qərbin xoşuna gəlməyən,
onu narazı salan və ya narahat edən nədir? Bax, bu
sualı müasir dövrə transfer etsək və Avropa
İttifaqının Türkiyəyə qarşı
ayrı-seçkiliyini, uydurulmuş “erməni
soyqırımı”nı zorla “etiraf” etdirmək cəhdlərini,
yaxud Minsk qrupunun Dağlıq Qarabağ məsələsindəki
ikili standartını yada salsaq, mənzərə necə
görünər? Türkiyə hər dəfə Avropa
İttifaqının qoyduğu şərtləri yerinə
yetirir və hər dəfə yeni şərtlər
düşünüb tapırlar: düymələr
açılır və yenidən bağlanır. Yaxud Azərbaycan
dünyanın ən tolerant ölkəsi olduğunu dönə-dönə
sübut etsə də, yenə də xristian təəssübkeşliyi
özünü göstərir. Sanki Cavid o vaxt belə bir
perspektivi də nəzərə alaraq “Şeyx Sənan”
süjetində bütün şərtləri yerinə yetirməyin,
hətta “bütün dinlər birdir” deyərək müsəlmanlığın
əlahiddə şərtlərindən imtina etməyinin
heç bir xeyri olmadığını və
olmayacağını göstərirdi.
Bu qənaət
bu gün də aktualdır. Erməni məsələsi
gündəmdən çıxmır ki, çıxmır. Qərb
satqınlığı müqabilində ermənilərə
vəd etdiyini, görünür, hələ tam qaytarmayıb.
Tarixi Azərbaycan torpaqlarında ermənilər
üçün dövlət yaradılması
satqınlığın bədəlini hələ tam ödəməyibmiş.
Bu məsələ çox az
rast gəlinən hallardan biridir ki, burada ruslarla qərblilərin
mövqeyi üst-üstə düşür. Onları birləşdirən
erməniyə sevgi, yoxsa türkə nifrətdir, – bu, ayrı
bir məsələdir. Önəmli olan budur ki, kin-küdurət həqiqət hissini üstələyir.
Qərb
millətçiləri gerçəyi təhrif etməklə
kifayətlənməyərək, bu təhrifi bizə də qəbul
etdirməyə, “etiraf”a nail olmağa
çalışırlar. Bunun üçün bir tərəfdən
təzyiq göstərir, digər tərəfdən də
Nobel mükafatı da daxil olmaqla müxtəlif vədlərlə
ağız sulandırırlar. Maləsəf, hərdənbir
bu tora düşən, qovula-qovula namərd olan və
ağzı sulana-sulana “etiraf qəhrəmanlığının”
kürsüsünə qalxmaq istəyənlər də
tapılır.
Əlbəttə,
“Əsli və Kərəm”də, “Şeyx Sənan”da bu məsələlər
daha ümumi şəkildə qoyulmuşdur. Amma eyni mahiyyət
müxtəlif dövrlərdə müxtəlif formalarda təzahür
edir.
Kim
isə dünyəvi həyat tərzi seçirsə, müsəlman
simvolikalarından imtina edirsə və qəlbində Allah
eşqindən, haqq-ədalət hissindən başqa heç
nəyə üstünlük vermirsə və müqabilində
papaslar bunun fərqinə varmadan yenə də dini
ayrı-seçkilik salırlarsa, bu əslində mərdi
qova-qova namərd etmək cəhdindən başqa bir şey
deyil.
Bütün
bu təcrübələr onu göstərir ki, nəyinsə
naminə, kiminsə istəyi ilə yolunu dəyişmək
heç vaxt fayda verməyib və verməyəcək də.
Sadəcə, gərək qovanlardan aman diləməyəsən
və qovulsan da, namərd olmayasan. Sən mərdliyində qal,
həqiqətə tapın; kiminsə xoşuna gəlmirsə,
özünəməxsusluğundan imtina etməkdənsə,
qarşı tərəfin məxsus olduğu
üstünlüklərə də yiyələnərək
daha zəngin ol. Yəni çıxış yolu nədənsə
imtina etməkdə, nəyi isə qurban verməkdə yox, əlavə
keyfiyyətlər əldə etməkdə, eşq ilə
yüksəlməzdən öncə əqllə yüksəlmək
zərurətini dərk etməkdədir.
Səlahəddin Xəlilov
525-ci qəzet.- 2013.- 2 fevral.- S.30.