Məhəmməd
Əmin Rəsulzadə- Əsərləri
(1917-aprel 1918)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
qrafikasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi Şirməmməd
HÜSEYNOV
Transliterasiya
redaktorları:
professor
Şamil VƏLİYEV, elmi
işçi Samir MİRZƏYEV
IV cild
Vilsonun ikinci notası həqqində
Almaniyanın keçənlərdə sülh təklifilə
yaydığı çıxışı hala kəndi izini
itirmədən davam ediyor. Bu sütunlar üzərində
dəfələrlə zikr olunduğu vəchlə, hər nədənsə
bu dəfə meydana atılan “sülh sözləri” hənuz
ortalıqda dönub dolaşmaqdan toxtamıyor. Bunun ayrı bir məna və nüfuzu olmalı ki,
zahirən dəfələrlə rədd edilmiş kibi
göründügü halda diplomasi aləmi həqiqət
halda yenə bundan qəti surətdə əl çəkmək
qərarını verəmiyor. Həm nəhayətə
qədər verməsə gərəkdir. Şübhəsiz
bu qədər müdhiş və sürüklü
müha-ribənin barışması da pək qısa bir
zamanda vaqe olamayıb uzun-uzadı çəkişmələr,
çalışmalar, güləşmələr sonunda ancaq
nəticəpəzir ola biləcəkdir. Zira imdiki müharibə ilə bütün ilə
bütün dünyanın qəbzeyi-idarəsini əllərində
tutan ən müəzzəm, ən mədəni və sətvətli
dövlətlərin, millətlərin müqəddəratı
bağlanmışdır. Bunun
üçün bu vəqtə qədər ölüm-dirim məsələsi
doğurmuş olan bir güləşmədən kolay-kolay
çəkilmiyəcəgi məlumdur. Hələ
Balkan və İtaliya müharibələri belə müsalihə
(mütarikə) açılmaqla barışıq bağlama
vəqtinə qədər xeyli uzun zaman çəkilmiş
idilər. Halbuki o müharibələr
heç bir tərəfin istiqbalını qəti surətdə
ortaya qoymamış idi. Böylə
olduğu halda iki tərəfin mütarikə başlaması
ilə barışması arasında pək mühüm bir
zaman keçmək icab etdi. Bu müharibədə
isə hənuz barışma degil, tuqtaşma (mütarikə)
üçün belə bir çarə və bir vəsilə
tapılamıyor. Bunun barışması
isə bundan daha uzun-uzadı çəkişmə və
tartışmayı icab edəcəkdir. Əlbəttə,
imdiki müharibənin davamı və həqiqi mahiyyəti
öylə açıq bir nöqtəyə gəlmişdir
ki, iki tərəfin bu xüsusda daha nə fikirdə
olduğunu və qəti olaraq nəyi tələb edəcəgini
ögrənmək üçün uzun-uzadı dil yormağa
ehtiyac görülməsə gərəkdir. Bunun üçün ibtida bir toqtaşma əsasları
qərarlaşsa bundan sonra barışma üçün uzun
söyləşmənin lazım gəlməyəcəgi də
pək mümkündür. Ancaq məzkur səbəblərə
görə iştə, bu toqtaşma əsasları
tapılması qayət çətin və qayət ciddi bir məsələ
təşkil ediyor. Uzun-uzadı çəkişmə
icab etsə, gərək dedigimiz və vaqeən bu çəkişmənin
davamını gördügümüz keyfiyyət bundan iləri
gəlməkdədir.
Almanların birinci notası ilə Amerika rəisi-cümhuru
Vilsonun sülh təklifinə gərək müttəfiqlərin
və gərək Almaniya ittifaqdaşlarının nə kibi
ruhda cavab verdigi oxucularımızın yadındadır. Fəqət bu
cavab nə ruhda olsa-olsun, müşarileyh rəis Vilson bu
uğurda diplomasi təşəbbüsdən hənuz geri
durmamaqdadır. Şöylə bu günlərdə
müşarileyh yenə uzun bir təbliqnamə nəşr
edib mühariblər cavablarından və hüquq və həqqaniyyət
mətləbləri iddia edildikcə hanki təriqlə
barışmaq mümkün və lazım olacağından bəhs
ediyor. Vilsonun dediginə görə bəni-bəşərin
və bəşəriyyəti təşkil edən
böyük-kiçik millətlərin artıq hürriyyət
və səadətlə yaşamaq vəqti gəlmişdir.
Böyük millətlərin kiçik millətləri,
güclü xəlqlərin gücsüzləri əzib,
çeynəyib əsrlərdən bəri özlərinə
qul və əsir etmələrinə yer üzündə
qanlı və qaranlıq zülm və vəhşət
hökm sürməsinə xitam verməlidir. Artıq bəşər
balaları gərək öz məmləkətlərində
və gərək digər millət və məmləkətlərin
vəhşiyanə təcavüz və təsəllütləri
nəticəsində bu qədər naməlum min sənələrdən
bəri güc və ixtiyar sahiblərinin əllərindən
cəhənnəm əzabları, dəhşətli vəhşətlər
çəkmiş, bu qədər müddət qanlı
yaşlar tökmüş, cahanın cəmi bəla və fəlakətlərinə
bu üzdən düçar olmuş,
ağlamışdır, sızlamışdır, bu qədər
yetər, bəsdir. Yer üzündə həqq
və hüquq, həqqaniyyət və həqiqət, mədəniyyət
və hürriyyət istənilərsə – artıq bəşər
övladının bir-birilə insaniyyətcə hərəkət
etməsi və yer üzündə vəhşilik və əsarət
degil, insaniyyət və hürriyyət hökm sürməsi
gərəkdir. Naməlum əsrlərdən
bəri bəni-bəşər susadığı, təşnəsi
olduğu şey – budur. Təzəllüm
və qüvvətdən iləri gələn dəhşətlərin,
ağırlıqların dərəcəsi nə qədər
olduğunu mühariblər artıq ölçməlidirlər.
Çünki bunun nə olduğunu öz arxalarında hiss
etdilər. Başqasından, gücsüzlərdən
soruşub xəbər almaya artıq lüzum yoxdur. Əskidən
bəri təqib olunub gələn “gücsüzü əzmək”
və kəndisi dünyaya sahib olmaq, başqaları dilsiz, əqlsiz
bir əsir və iş heyvanı etmək və bunun sayəsində
kəndiləri “mədəni”, “tərbiyəli”, “nəzakətli”
və rahətli və daha bilməm kim olmaq politikasından vaz
keçməlidir. Bu politikanın ayı
politikası, bir yırtıcılıq siyasəti olduğu
artıq Avropaya – mühariblərə məlum
olmalıdır. Binaənileyh imdiki
müharibəyi bitirməkdən məqsəd həqiqət və
həqqaniyyət demək isə – həqqaniyyət budur,
insaniyyət bunu təqaza ediyor.
İştə, Vilsonun bu dəfəlik mühariblərə
tapşırdığı təbliğnaməsinin məzmunu
başdan-başa bu ruhdadır. Bu yüksək məqsədi-əqsayi,
bu amali-zikəmal təqib ediyor. İnsan
hissilə hisslənən və “insan olmaq” arzusu bəsləyən
cümlə bəşər balasının bu təbliği kəmali-təbriklə
təbrik edəcəgi və əmaq ruhundan təşəkkürlə
alqışlayıb qarşılayacağı şübhəsizdir.
Fəqət əsrlərdən bəri
başqaların qanı ilə bəslənməgi adət edən
canavar təbiətli, yırtıcı xislətli olanlar – əlbəttə,
bunu məqbul görəməzlər.
Vilson təbliğnaməsinin ehsasinə, qayei-kəmali-insaniyyətə
aid olan cəhəti və məzmunu və onun könüllərə
ilqa etdigi təsiri budur. Fəqət bir də şu Avropanın “həqiqət
hal” (real) dedigi maddi və materyalnı bir cəhəti var ki,
bu cəhətin zaviyeyi-nəzərindən baxıldıqca təbliğin
nasıl görüləcəgi və hətta görülməgə
başladığı iləridə ayrıca bir bənd ilə
mütaliə edilsə gərəkdir.
“Açıq
söz”, 15 yanvar 1917, ¹377
Qəbz –
tutma, ələ alma
Sətvət
– qüdrət
Təsəllüt
– ağalıq etmə
Təzəllüm
– zülm və təcavüzdən
şikayət etmə
Əmaq –
dərin
Vilson nitqinin ikinci cəhəti
Bu günlərdə Amerika rəisi-cümhuru Vilson
müharib dövlətlərin hökumət nümayəndələrinə
təkrar birər nota vermiş və bu nota ilə bərabər
kəndisinin Amerika məclisi-əyanında söylədigi
xitabəsinin mündəricatını da əlavə
qılmış idi. Müşarileyhin mühariblərə
verdigi notasının mündəricatı bu dəfə elan
qılınmadı. Buna görə mətbuat
hənuz bu xüsusda bir şey bəyan edəmiyor. Yalnız şu qədər var ki, müttəfiqlərin
bu dəfəki Vilson notasına cavab vermiyəcəkləri
teleqraf xəbərləri cümləsində bildiriliyor.
Bundan böylə bu notanın nədən ibarət
olduğu naməlum qalıyor. Amma nota ilə
bərabər təbliğ etdigi xitabəsinin məzmununu və
anın ilqa etdigi təsiratı dünki nömrəmizdə
müxtəsərən və zimnən yazmış idik.
Fəqət xitabənin o qismi – yalnız insaniyyətpərvəranə
ehtisasət üzərinə bina olunan və yalnız böylə
hislərdən nəbiyan edən mülahizələr idi.
Qaldı ki, xitabənin əhvali-hazirənin həqiqətinə
(realnı xüsuslarına) təəllüq edən cəhətinə
gəlincə, əlbbəttə Vilson tərəfindən bəyan
olunan arzular imdiki əhval və vüquat qarşısında
o qədər ciddi bir təsir verməsə gərəkdir.
Çünki irq və milliyyət mübarizəsi
üzərinə bina olunan materyalnı siyasət və mənfəət
bu kibi ehtisasi şeylərə o qədər qulaq vermiyor.
Əkrdə insanlar başdan-başa fənafüllah
bir filosof olsalardı, yer üzündə yalnız
üxüvvəti-bəşəriyyə məqsədlərini
təqib etmək mümkün olsa idi, bəlkə bunu ciddi surətdə
hesaba almaq icab edərdi. Hasili:
“İnsan
mələk olsa idi,
Cahan cənnət
olardı”
Fəqət
heyhat ki, bu günə qədər bəni-bəşər
arasında “əzməyən-əzilir” düsturu hökm
sürüyor və bunun üçün insanlar da bu
düsturdan qorxaraq “özü əzilməmək”
üçün ibtida “başqasını əzməgə”
çalışıyor. Bunun üçün şeytanın
əməlini şaşırdacaq siyasətlər, məharətlər,
fərasətlər sərf olunuyor, cəhənnəmi
qorxudacaq dərəcədə atəş püskürən
silahlar, toplar, qələlər, dired notlar və daha kim bilir nə qədər və hanki bəşərin
doğurduğu şeylər meydana çıxarıyor. Bu gün gördügümüz bütün bu
müdhiş siyasətlər, bu siyasətlərin
doğurduğu müdhiş qan və atəş tufanları
– cümləsi bundan, bu düsturun hikmətindən, yaxud bu
hikmətin dəsturindən və hər halda bunun təzəlzül
tapdığı hökmündən iləri gəliyor.
İndi insanlar, insanların təbiət və tinəti bu
hökmü dəyişməgə, dəyişdirməgə
qadir ola biləcəgini – “əzməyən əzilər”
düsturu yerinə “əzməyən əzilməz”
hökmünü iqamə etməgə və bütün
cahan üçün “heç bir kimsə əzməsin əzilməsin”
düsturunu hökmran etməgə çarə və imkan
tapacaqmı? iştə, bu məsələ
həll olunsa Vilsonun da, digər çox “insan oğlu
insanın” da amali-aliyyəsi hasil olur. Yırtıcılıqda
misli olmayan “bəşər balası bəşər” olaraq dəryalarla
qan və atəş tufanları qoparmazlar. Fəqət
Darvinin kəşf etdigi laintinahi mübarizədən ibarət
olan “qanuni-təbiət” və buna bir düstur şəklini
verən Nakiyavelin “siyasət prinsipi” hökmünü qeyb etmədikcə,
təbiət məxluqatında başqa əsaslar hökm
sürmədikcə bu məqsədlərin, bu ali amal və
arzuların yer üzündə hasil olmasına imkan
görülməsə gərəkdir. Avropanın həqiqət
hali-siyasəti (realnı politikası) bu nöqteyi-nəzərdən
iş yürütüyor və bunun üçün imdilik
hiss və xəyal aləmində dolaşan amal və arzular
yerinə həqiqi mənfəət və məqsədini təmin
üçün şimdilik müdhiş siyasətlər
dolabını çevirməgə və bu üzdən
şimdiki müdhiş boğuşmaları törətməgə
lüzum görüyor. İştə, həqiqəti-hal
demək budur.
Vilson təbliğnaməsini
bu zaviyədən mütaliə edən mətbuat təbliğnamənin
hiss və arzu almaq həsəbilə gözəl olduğunu bəyan
ediyorlar isə də, anın həqiqəti-hala
yanaşmasına şübhə ilə bakıyorlar.
Çünki anın qövldən-felə gəlməsi
təbiyyət və bəşəriyyət aləmində başqa
düsturun hökm sürməsinə vasitədir.
Bundan böylə Vilson bu dəfə Amerika əyan məclisində
söylədigi şu xitabəsi büsbütün təsirsiz
keçməyəcək olsa da belə, ancaq bir məmləkətin
hökmdarı tərəfindən bəyan olunan amal və
arzu olmaq həsəbilə fövqəladə qiymətdar bir
vəsiqeyi-tarixiyyə və insaniyyətpərvəranə
olub qalmaqda başqa bir səməreyi-ciddiyyəsini göstərməsə
gərəkdir. Zatən bunu müşarileyhə kəndisi
də “hökmdar sifətilə yapılmış birinci hərəkət”
deyə qeyd edərək təşəbbüsünün
mahiyyət və qiymətini təyin eliyor.
“Açıq
söz”, 16 yanvar 1917, ¹378
Zimnən
– yeri gəlmişkən
Ehtisas –
hiss etmə, duyma
Zaviyə
– bucaq
Təzəlzül
– sarsılma, zəlzələyə düşmə
Tinət
– xasiyyət, maya
İnfial
– iztirab
Tənfir
– nifrət
“Açıq
söz” idarəsindən
Hacı Zeynalabdin
Tağıyev cənablarının sabiq İsa bəy
Aşurbəyli cənabları idarəsində olan “Kaspi” mətbəəsini
aldığımızdan yaxında “Açıq
söz”ün təbini icramızda olan mətbəədən
oraya keçirəcəgiz. Sabiq “Kaspi” mətbəəsindəki
nəfis hüruflar və bilxassə hüruf tərtib edən
makina vasitəsilə tərtib və təb olunacaq qəzetəmizin
nəfasəti bittəbii artaraq imdiki halda görülən
texnika nəfasətləri tamamilə rəf olunacaqdır.
Kağız xüsusunda gördügümüz
tədbirlər dəxi müvəffəqiyyətlə nəticəpəriz
olursa “Açıq söz” cəsamətincə də
böyüyəcəkdir.
Yeni
aldığımız bu mətbəədə türkcə,
farsca, ərəbcə və rusca hər növ mətbəə
sifarişləri qəbul olunub münasib qiymətlərlə
işlənəcəkdir.
“Açıq
söz”, 17 yanvar 1917, ¹379
“Millətlərin təmini-hüquq”
məsələsi
Məlum olduğu üzrə müharibə
ibtidasından bəri müttəfiqlər diplomasi nümayəndələri
hər ittifaq düşdükcə müharibədən təqib
olunan, əməl və məqsədlər xüsusunda
müxtəlif nitqlər söylədilər, bəyanatda
bulundular. Hökumət nümayəndəsi olan bu
diplomatların sözləri yalnız mənsub olduqları məmləkətin
daxilində deyil, hətta bitərəflər məmali-kində
böyük, kiçik millətlər arasında belə
fövqəladə bir diqqətlə dinləniyor; hər kəlməsi,
hər cümləsi dərin bir maraqla təqib olunub, hər mənaya
təvil və təfsir edilirdi. Bu sözlərdən
kəndilərinə ümidli və müvafiq birər kəlmə
və cümlə tapan millətlər pək ziyadə
xoşlanıyor, gələcəginə əməl, xəyal
bəsliyordu.
Fəqət bu nitqlərin özləri üçün
“son qərar müztəribəsi” olduğunu anlayanlar da ən
dərin könüllərindən infialə gəliyor, tənfir
və ğələyan ediyordu. Çünki onlar
üçün bu nitqlər bəşər vicdanının
qəbul edə bildigi yalanlardan ən çirkini, ən
qarası və mənfuru kibi gəliyordu.
Hasili bu nitqlər ya öylə, ya da böylə
bütün cahan əfkarında böyük təsir
yapıyorlardı.
Bu təsirin
səbəbi isə şu nitqlərin hər birində, hər
dəfəsində: “imdiki müharibədən məqsəd
bir çox digər gözəl mətləblərlə bərabər
Avropada ufaq millətlərin hörmət və hüququnu təmin
etməkdir” – deyə zikr edilməsidir. Bu “məqsəd”
bütün Avropa diplo-matları ilə bərabər, son
günlərdə sülh təklifi ilə meydana
çıxan Amerika rəisi-cümhuriyyəti Vilson dəxi ətrafı
ilə təkrar və təkid elədi və hətta
Polşa həqqində açıqdan-açığa surəti-məxsusidə
“idareyi-lisan” edərək, “Lehistanın təmamiyyət və
istiqlalı təmin olunmalıdır” – dedi.
Bu gözəl
söz və arzuların bir tərəfdən məhkum millətlər,
o cümlədən polyaklar üçün nə qədər
müqəddəs və ali bir mətləb təşkil edəcəyi
və binaənileyh onlarda nə qədər məhzuziyyət
və ümid doğuracağı məlum olduğu kibi, digər
tərəfdən bu sözləri “Russkiye vedomosti” qəzetəsi
“Türkiyə üçün bir cənazə nəğməsi”dir
– diyor. Bunun mənası odur ki, Vilsonun istədigi vəchlə
məhkum millətlərin hürriyyət və hüquqi-həyatı,
istiqlal, inkişaf və tərəqqiyyati-mədəniyyəsi
verilərsə Türkiyə əlində olan cümlə
millətlər bu hüququ alacaq və Türkiyə tabeəsində
daha kimsə qalmayıb, bu dövlət öz-özündən
ölmüş olacaq deməkdir.
Binaənileyhə
Vilson sözlərinin təsiri orada başqa dürlü olmaq
lazım gələcəkdir
Bu surətlə bütün Avropa ilə bərabər
Amerika cəmahiri-müttəhidəsinin də müharibə
həqqindəki fikir və məqsədi məlum olmuş, bəyan
edilmiş oluyor. Şu günlərdə Yaponiya baş vəziri
dəxi eyni ilə millət məclisində bunun kibi ətraflı
və əsaslı bir bəyanatda bulundu və bu bəyanatında
nəfsi-Yaponiyanın müharibədən təqib etdigi amal və
mənafeyini Av-ropanınki ilə bərabər və onunla əlaqədar
qılaraq Çin məmləkətinin təmamiyyət və
istiqlalı təmin və mühafizə olunması həqqində
qəti və açıq ibarələr kullandı. Binaənileyhə Çinin dəxi istiqlalı və
təmamiyyəti əlbəttə Yaponiya iradəsi tərəfindən
təmin edilmiş və onun mühafizə və təmini də
Yaponiya iradəsi öhdəsinə qəbul qılmış
oluyor. Demək ki, Ki-tayın da həqqi-istiqlal
və təmamiyyəti yapon diplomatının qəti və sərih
lisanı ilə təsdiq edildi.
Bundan belə Avropa və Asiya Şərqindəki
böyük-kiçik, güclü-gücsüz millətlərin
həqqi-həyat və hürriyyəti-milliyyəsi, tərəqqiyyati-mədəniyyəsi
həqqində Avropanın, Amerikanın, Yaponiyanın fikir və
məqsədləri bəyan edilmiş, eşidilmiş oldu. Fəqət
bütün bu bəyanatların, nitqlərin ibarəsinə,
məzmununa diqqət edilsə görülər ki, burada mətləb
“Avropa” kəlməsi ilə qeyd olunmaqdadır. Müharibə ibtidasından bəri söylənən
nitqləri mütaliə ediniz, mütləqa orada bu kəlmənin
qeyd edildiyini, bu dəfə də “Avropa mədəniyyəti,
Avropadakı ufaq millətlərin hürriyyət və
hüququ” mövzui bəhs olunduğunu görəcək-siniz.
Vilsonun nitqi dəxi bu meyildə olduğu xüsusilə
Polşa həqqində sərahəti bəyan edildiyi məlumdur. Lakin fövqəladə diqqət
ediləcək burasıdır ki, bütün bu qədər
nitqlər və sözlərdə “Şərq əqvamı”
və xüsusən “Orta Şərq millətləri, milliyyətləri”
həqqində bu gü-nə qədər bir kəlmə ilə
olsun “ifadeyi-məram” edilməmişdir. Şu qədər təkrarlanan
nitqlərdə, bə-yanatlarda bu nöqtəyə aid bir “kəlmə”
olsun söz tapılmayacaqdır... Bundan
yalnız Yaponiya baş vəzirinin Çin həqqində
söylədigi bəyanat və təminatı müstəsnadır.
“Orta şərqlilər” həqqində bu da –
bir kəlmə zikr etməmişdir.
Əcəba,
bu diplomatlarca Orta Şərqdə hüquq və hürriyyəti-mədəniyyəsi
təminə möhtac bir millət yoxmudur?...
“Açıq söz”, 19 yanvar 1917,
¹381
Müztərib
– məchul, dolaşıq
Bir tərcümanın hekayəsi
– Vəqtilə
bir gurultuya səbəb olmuş tərcüman Petrovun
dögülüşü mühakiməsinə
başlanacaqdır. – teleqraflardan.
1911-də, ya 12-də idi. İran paytaxtı
bütün ciddiyyətilə çalışıyor, nə
cür olsa da “təmini-istiqlal” etmək istiyordu. Məclisi-Milli İranın yeganə xilasını
1907-ci ildə bağlanmış rus-ingilis etilafı
“tövründən” qurtarmaqda görüyordu. Bunun üçün iranilər məmləkəti
Avropa üsulu ilə islah eləmək diliyor və bu
islahı üçüncü qüvvətli bir avropalı əl
vasitəsilə gördürməgi müvafiq buluyorlardı.
O zaman açıqdan-açığa Almaniyaya müraciət
mümkün degildi. Çünki Almaniyanın
yalnız adı İran diplomatiyasını alt-üst etmək
imkanında idi. Çarə yalnız
İran degil, Avropa məsələlərində belə siyasətən
bitərəf olan məvarai-mühit hökumətinə,
Amerika dövlətinə müraciət etməgə
qalmışdı. Qısa kəsəlim;
müraciət olunmuş. Mister Şuster ilə
5 müavinindən ibarət Amerika maliyyə heyəti Tehrana
göndərilmiş idi. Fin cəzirələrinin
ümuri-maliyyəsini nizamə qoymuş amerikalı Şuster
bir yan-dan təcrübəsinə, digər yandan da Amerika
dövləti tərəfindən göndərildiginə
güvənərək İranı tamamilə müstəqil
bir dövlət tələqqi eləmiş, o surətlə
işə başlamışdı. Bütün
İran əfkari-amməsi, məclis vəkilləri, siyasi firqələri,
mətbuatı dəxi özünə yari-havadar görüncə
amerikalı ciddiyyəti ilə islahata girişmişdi. Fəqət
zənn etməmişdi ki, böylə bir hərə-kətə
əvvəlcə İranın maliyyat verməgə ögrənməmiş
xanları, sonra da öz məmləkətinə qarşı
ihanət etmək qəsdilə əcnəbi himayəsinə
girmiş təbəələri qarşı gələcəklərdi...
Yuxarıda dögüldügündən bəhs
olunan tərcümanı da hesaba almamışdı.
İştə,
sizə bir hekayə: amerikalı maliyyə müstəşarının
əmrilə İran jandarmaları rus hi-mayəsində olan
bir iranlıdan
vermək
istəmədigi maliyyatı almaq üçün gedirlər. Bu əsnada məzkur mövqedə bulunan tərcüman
Petrova rast gəlirlər. Amerikalı
böyüklərinə güvənən jandarmalar nə
cür hərəkət ediyorlarsa – burası ixtilaflıdır
– ediyorlar. Fəqət Petrov kəndisinin
jandarmalar tərəfindən “təhdid” olunduğunu iddia edər.
Konsul şikayət başlar. Səfarət protesto edər. Şuster
tərəfindən konsulxana tərcümanı Petrova tərziyə
ve-rilsin – deyə məsələ çıxar. Şuster tərziyəyi verməz və konsulxanənin
xilafına olaraq vergidən qaçan İran təbəəsinin
əmlakını müsadirə etdirər. Məsələ çətinləşər.
Tehranda həll olunmayan bu məsələ
Petroqrada həvalə olunur. Petroqraddan
ultimatum gələr. Ya Şuster İrandan
çıxmalı, yainki Qəzvindəki rus ordusu Tehran üzərinə
yeriyəcək. Tehranı həyəcan
bürür, mitinqlər, nümayişlər icra olunur. Qadınlar belə Məclisi-Milli qabağına gəlib
“məxli-şərəf” bir tələbə təslim
olmamağı təklif edirlər. Günlər
həyəcan içində keçib ürəklər
qorxudan titrər. Nəhayət, tərcüman
Petrov qələbə çalır. Ultimatum
qəbul olunub mister Şuster “şələ-küləsini”
yığıb təkrar Nyu-Yorka səfər edir.
Mister Şuster “kor-peşiman” Amerikaya azim olduqdan sonra
Petrov da qalibiyyətindən nəşət edən bir şətarət
və qürurla müvəqqəti bir istirahət üçün
vətəninə qayıtmaq məzuniyyəti alır.
Məlum a, qalib bir “diplomat” sifətilə övdət edən
Petrov ehtimal ki, vətəninə övdət edərkən kəndisinin
parlaq surətdə istiqbal ediləcəyini
düşünüyor və ona görə də hər tərəfə
tam bir qürurla göz salıyordu. Dəmir yolunda gedirkən
jandarmalara rast gəliyor. Başqaları ilə
dürüst rəftar edən “nizam hamilərinə” öz
yanında diyordi ki, “çox da gərdəninizi çəkməyin,
bilsəniz ki, məndə nə qüvvət var, o zaman
hamınız dik durar, bəni min təzimlə ötürərsiniz”.
Bəzən yerlərdə kəndisinə qarşı “dik
durmayan” jandarmalara təsadüf edincə, “yəqin ki, İran
jandarmalarının başına fəlakətlər
açan adam olduğumu bilmiyorlar” – deyə
keçiyor, öz əhəmiyyətini idrakla təsəlli
buluyordu.
Get-gedə Petrovun bu “təsəlli”si əlindən getməyə
başladı.
Rusiyanın içərilərinə getdikcə
baxdı ki, kimsə ona əhəmiyyət vermiyor. “Sahib” – deyə ona kimsə xitab etmiyor. Əllərini
sinələrinə qoyub təzim edənlər o yana qalsın; boş şapka
çıxarıb salamlayan da yox. “Tver”
movqufundakı halı isə bəlkə yuxusunda da görməmişdi.
Kontroluyor gəliyor, bilet istiyor, Petrov sahibin əli cibindən
bir az gec çıxıb, bir də dili Tehran adətilə
bir az amiranə dolaşınca “qoçum” jandarmalar
“şapalağı” hazırlıyor və hərifin
“diplomatam” dediginə baxmayaraq o ki lazımdır (yainki
lazım degil) vururlar. Öylə vururlar ki, imdi
də əks-sədası bütün Rusiya üfüqündə
görülüyor və böyük dünya müharibəsinin
gurultuları arasında belə özünə bir mövqe
işğal edib duruyor.
Əvət, bir tərcümanın hekayəsi böylə
olmuşdur.
Xaricdə “6 min illik” bir dövləti tir-tir titrəmiş ikən,
daxildə “soqqur” jandarmaların əlində zəbun olub
qalmışdır...
Həm
dögülmüş, həm də – daha bədtəri – “vəzifələrini
ifa əsnasında hökumət məmurlarına müarizət”
maddəsilə ittiham olunmuşdur...
M.Ə.
“Açıq
söz”, 23 yanvar 1917, ¹384
İanət
– kömək etmək
Şətarət
– şənlik, şuxluq
İbtidai təlim məsələsi
İsa
Mirzə Yenikeyev cənabları tərəfindən
seminariyalar layiheyi-qanuniyyəsinə daxil etdirilən bir
“popravka”nın lilfeil əhəmiyyəti varmı-yoxmu kibi
taktik məsələsi üstündə fraksiya əzaları
arasında mövcud olan ixtilafi-nəzər “fraksiyada ibtidai təlim
rusca olsun deyənlər varmış” şayəsi şəklində
bütün Rusiya müsəlmanlığını
dolaşdı və hər tərəfdə böyük bir
tufani-etiraz doğurdu. Volqa Boyundakı müsəlman şəhər
və qəsəbələrindən protesto teleqrafları
yağıb millətin bu arzui-milliyyəsini “münkir” olanlara
“nifrətlər” izhar olundu. Krım, Qafqasiya mətbuatı
dəxi daxil olduğu halda bütün Rusiya mətbuatı həyəcana
gəldi. İstizah istədi. Rusiya türklügünün milli və həyati məsələdə
bu qədər həssas və mütəbəssər
olduğu şübhəsiz ki, şayani-təqdirdir. Fəqət eyni zamanda fraksiya əzaları həqqində
bu qədər bədbin olub söylənən sözlərə
bilatəəmmül bavər etmək dəxi aramızda
etimadi-siyasiyyə yoxluğuna dəlalət edər ki,
şayani-təəssüfdür. Həyati-ictimaiyyədə
hər biy şey nəzəri-tənqidlə görülmək
əsldir. Fəqət bir müəssiseyi-milliyyəyi
tənqid dəxi məzkur müəssisədən tələbi-itminan
etmək demək degildir. Doğrudur, “ilan
vuran ala çatıdan qorxar” deyərlər. Fəqət bu vəqtə qədər başqa
xüsuslarda ayağımızı ilan vurmuşsa da, fraksiya
heyəti tərəfindən amali-milliyyəmizin
sancıldığı görülməmişdir. Ətalət, işsizlik, bacarıqsızlıq
olmuş. Fəqət imdiki halda qəzetələrdə
aləmə yayılmış vəqə misalında, xəyanəti-milli
dərəcəsində bir xəta heç bir zaman fraksiya heyəti
tərəfindən işlənməmişdir, işlənə
bilməz də.
Adları,
ibtidai təlim rusca olsun sözünün (qailləri) söyləyənləri
kibi rəvayət olunan məbuslar kəndilərinə verilən
bu istinadı qəti surətdə təkzib etdikdən və
fraksiya ilə Büro heyətinin dəxi təlimi-ibtidai həqqində
iki rəy ola bilməyəcəginə aid
bəyanları qəzetələr vasitəsilə nəşr
olunduqdan sonra mətbuat bir növ istirahət buldu; “Əlhəmdülillah
milli ideal əleyhində bulunmuş məbuslarımız
yoxmuş” dedi. Fəqət bir məsələ
hənuz zehnləri işğal edib durmaqdadır. Əcəba, fraksiyanın ibtidai təlim həqqində
əsaslı nəzəriyyəsi nə yoldadır? Təlimi-ibtidai mövzuində fraksiya müəyyən
bir qərara gəlmişmi? İmdi mətbuatdan
bir qismi bu cəhətin fraksiyaca
aydınlaşdırılmasını iqtiza ediyor. Şübhəsiz fraksiya heyəti və yainki
yanındakı bürosu bu kibi istizahlara əhəmiyyət
verir. Fəqət keçən il Büro tərəfindən
Büro və fraksiya həyatı həqqində milli mətbuata
təbliğ edilən “məlumat” bir kərə nəzərdən
keçirilərsə, orada bu “müşgülü” həll
edəcək cavablar bulunur.
Bizdə təlimi-ümuminin iki tərəfi vardır. Birisi
xüsusi surətdə öz xərcimizə saxlanan məktəblərimizdir.
Digəri də dövlət xərcinə
açılan şkolalar – ruski-tatarskilərdir. Birincilər milli proqramla aparıla bilər, fəqət
hüquqsuzdur. İkincilər hüquqlu isələr
də proqramları milli degildir.
Mətbuat təlimi-ümumi layihəsi münasibətilə
fraksiyanın bu iki xüsusda nə kibi müəyyən nəzəriyyələr
bəsləməkdə olduğunu bilmək istiyor. Fəqət
bizcə fraksiyanın bu xüsusdakı nəzərləri
qeyri-müəyyən degildir. Onların bu
xüsusdakı nəzəri eyni ilə mətbuatın və
milli məhfillərin nəzəridir. 1916-cı
ildə martın 15-də iniqad edən Q.Duma məclisində məarif
nəzarətinin gəlir və çıxarı müzakirə
olunduğu əsnada müsəlman fraksiyası naminə
İsa Mirzə Yenikeyev tərəfindən müsəlmanların
məarif ehtiyacı həqqində dumaya qarşı oxunan bəyannamədə
ibtidai təlimin ana dilində olması tələb olunuyordu.
Məarif məsələsi Büro ilə fraksiya
iclaslarını da məşğul etmişdir. Keçən sənə
Büro həyatından müntəzəm surətdə mətbuata
təbliğ olunan məlumatlarda məarifi-ümumiyyə
xüsusunun bilxassə mütaliə və müzakirə
olunduğu bildirilərək məsələn, 15 iyul tarixilə
qəzetəmiz vasitəsilə nəşr olunan böylə
təbliğatnamələrdən birisində hazırda
mövcud ruski-tatarski məktəblər həqqindəki məruzəyi
dinlədikdən sonra bütün Büro və fraksiya əzasının
bu məktəblər əleyhində olduqları
görünüyor.
Fraksiya və Büro naminə vaqe olan digər bəyanat
dəxi diqqətlə nəzərə alınsa fraksiyada təlimi-ümuminin
ana dilində olması həqqində müəyyən və
sərih bir qərar yoxdur deməgə dil varmaz.
Fəqət bununla bərabər madam ki, ortaya böylə
bir istizah atılmış və bu xüsusda Büro ilə
fraksiyanın təfsilli bəyannaməsinə ehtiyac
görülmüşdür, lazımdır ki, fraksiya bu
xüsusa əhəmiyyət verərək məsələyi
bütün cüziyyatı ilə həll edəcək bəyanatda
bulunsun.
Təlimi-ümuminin ana dilində olmasını tələb
etməkdən əlavə bu təlimin nə kibi məktəblər
vasitəsilə təmini məsələsi var ki, bu
xüsusda da fraksiyanın müəyyən nə kibi bir qərarda
olduğu tamamilə anlaşılmalıdır.
Bu xüsusda ayrı bir məqalədə.
M.Ə.
“Açıq
söz”, 27 yanvar 1917, ¹388
Mütəbəssər
– uzaqgörən, itigörən
Etminan –
inam
Təəmmül
– mülahizə, ümumiləşdirmə
Bavər
– etimad, inam
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2013.- 2 fevral.- S.26-27.