Anamın nə kövrək
məzar daşı var...
Yanına
gələndə həsrətim sönür,
Ocağa
çevrilir, alova dönür,
İçim
pöyşələnir, əlim isinir,
Anamın
nə isti məzar daşı var!
Dinir, xəbər
alır hər əhvalımı,
Kim daş çağırıbdı, bu daş
zalımı?
İsladır
quruyan yanaqlarımı,
Ay Allah,
daşın da öz göz yaşı var!
Önündə
varlığım çəkilir dara,
Bələnir
yağışa, üz sürtür qara,
Ünvan
göstərirəm qəlbidaşlara,
Anamın
nə kövrək məzar daşı var!
2012-09-12
Bir gün də var
Elşən
Əliyevə
Göz
yaşına seldi demə,
Sellər dənizə axar.
Ağlamağı
dərd eləmə,
Ağlar
günlər arasında
Güləcək bir gün də var.
Demə
keçən keçib getdi,
Ömrümüzü
biçib getdi,
Ümid
sonuncu ölür,
Keçmiş
günlər arasında
Üstümüzə
qayıdacaq –
Gələcək bir gün də var.
Biz nə
vaxtsa təkəm-tənha,
Təklənib yalqız qalırıq.
Günləri
doğmatək qarşılasaq da,
Sonda yad adamtək yola salırıq.
Gəl
öpək ötən günləri,
O günlərin
arasında
Biz öləcək
bir gün də var...
11 sentyabr
2012
Qoşa keçdilər
Gənclik
durnalartək uçub gedəndən,
Ağrılar-acılar başa keçdilər.
Bilmirəm,
nə gördü nazlı gözəllər,
Adımı sormamış, yaşa keçdilər.
Üstümdən
tufanlar, yellər əsdilər,
Kəklik
qanad çaldı, tellər əsdilər,
Ayağım
titrədi, əllər əsdilər,
Atdığım güllələr boşa keçdilər.
Yorğunu
düşdüyüm yaşıl otlaqlar,
Tamarzı
qaldığım barlı budaqlar,
İçə
bilmədiyim bumbuz bulaqlar
Qayadan qaynayıb daşa keçdilər.
Talehin
halını sormayan dilbər,
Soruşub
qaydına qalmayan dilbər,
Yolunu bir
bizə salmayan dilbər,
Dünən acığıma qoşa keçdilər.
31.10.2012
Oldu
Bu qoca aləmin
dağı, çayı var,
Fəsillər bölünüb – qışı,
yayı var.
Çox
da ki, hərənin ayrı payı var,
Biri
çox, biri az olanlar oldu.
Əzəldən
dünyada haqq var, nahaq var,
Belə yaranıbdı – baş var, ayaq var.
İnsan
var, adam var, adamsayaq var,
Doğrunu tərsinə qananlar oldu.
Yarandıq,
bölündük doğmaya, yada,
Pərvanələr gördüm – çaxıldı
oda.
Gör
neçə aşiqlər getdilər bada,
Məhəbbət bağında talanlar oldu.
Mənə
əzab verən – mənə döz deyir,
Mətləb qanmayanlar indi söz deyir.
Yalan ayaq
tutar, yeriməz deyir,
Həqiqəti əyən yalanlar oldu.
Gəzdim
dərələrdə, dolaşdım yalda,
Gözüm
ormanlarda, könlüm xəyalda,
Xoşbəxtlik
deyilən o sonsuz yolda
Qismətim azacıq xoş anlar oldu.
Ömür
dediklərin keçir beləmi,
Ay Taleh,
yoruldun, bezdin, eləmi?
Çiyninə
yük olan o qəm şələni
Nə görən, nə də ki, alanlar oldu.
01.11.2012
Görərsən yoxam
Özüm
də bilmirəm, axı nədəndi,
Küsəyən
olmuşam, kövrək olmuşam,
Xəyallar
başımda dumandı, çəndi,
Dönüb bədən boyda ürək olmuşam.
Sənsiz
il bilirəm hər dəqiqəni,
Gözümdən yaşı da silə bilmirəm.
Daha həsrətinə
yandırma məni,
Gəlmirsən, sakitcə ölə bilmirəm.
Mən
bir günəbaxan – günə sarıyam,
Qaytar o bahara – çağıma məni.
Deyirdin
çinartək çox vüqarlıyam,
Qoymaynan içimdən sınmağa məni.
Çox
da ki, nəğmələr düşmür dilimdən,
Qarşıda
nələr var, axı nə bilim,
Elə əl
gəzirəm tutsun əlimdən,
Elə dağ gəzirəm söykənə bilim.
Zaman
ötüşübdü, vaxt o vaxt deyil,
Daşlardan-daşlara gəl çaxma məni.
Adım
aldatmasın, baxt o baxt deyil,
Tale ümidinə buraxma məni.
Qoyma nəzərindən,
gözündən məni,
Səbir də qalmayıb dalınca baxam.
Apar
gözlərində, apar, sən məni,
Gedərsən,
gələrsən, görərsən yoxam...
05.11.2012
Ana yaşıyar
Ömrü
pərvanəyə eyni yaşıyar,
Övladla
ürəyi, beyni yaşıyar,
Yerin
çəkisini öz oxundan çox
Bəlkə bir həsrətli ana daşıyar.
Sinirməz
haqqını bir kimsə dansa,
Dünya od tutmazmı bir ana yansa?!
Könlü
parçalansa, ürəyi sınsa,
Sağalmaz yarası, onu qaşıyar.
Bizi bu
dünyaya gətirən ana,
Ucaldıb,
böyüdüb, yetirən ana,
Mən
gördüm övladın itirən ana –
Ömrü
necə yana-yana yaşıyar!
Taleh,
analardı əbədi ilqar,
Öldü deməynən, sən varsan, o var.
Köksünün
altında sonsuz məhəbbət,
Dilinin ucunda ana yaşıyar.
07.11.2012
Biz kimi öldürürük
Nələrdən
keçməyir
deyin, bu
bəşər?
yaxşılığın gözünə
yamanlıqlar qatılır.
Yazırlar
yer üzündə
hər
il –
əlli
beş milyon körpə
Anaların
köksündən
sıyrılaraq atılır...
Xeyirxahlıq,
mərhəmət
insanlığa yad olur.
ağ
xalatlı həkimlər
dönüb bir cəllad olur.
Müharibələr
bir yana,
qəsd-qərəzlər bir yana,
terrorları demirəm,
Nədən
kəsilir axı
ana
övlada qənim?!
Niyə
verir bu qədər
İnsan insana sitəm?
Nədən
sabahlarına
əl
uzadır, zor edir?
Zor edənlər
bilirmi
Sabahları kor edir?
Ana qəlbi
ağrımır,
Ata qəlbi
göynəmir,
niyə
ipək ürəklər
Dönüb oldu daş-dəmir?
neçə ana narkozdan
Uyuyaraq məst olur.
Müharibəsiz,
terrorsuz
Dilaçmaz
körpələrə
Hücum olur, qəsd olur.
Günəşə
göz açmamış,
Yüyürməmiş,
qaçmamış
Neçə
körpə – neçə insan
Ovxarlı
neştərlərin
Bahar
görməyənlərin
Qismətinə
qış gəlir...
Ölür
gələcək alim,
Ölür
gələcək həkim,
Görün
kimlər məhv olur!
Gələcək
neçə ata,
Gələcək
neçə ana
Anaların
bətnindən
Tumurcuqtək dərilir.
Görən
biz bilirikmi
Kimləri öldürmürük?!
Onların
arasında
İnsanlığın
bəlası
Xərçəngə
dərman tapan
Bir alim öldürmürük?!
Bir həkim öldürmürük?!
Şairi,
bəstəkarı,
Kimləri öldürmürük?!
Ölənlərin
gözündə
Dünyanı öldürmürük?!
Özümüz
bilə-bilə,
Kor edirik sabahı.
Əl
saxlayın, insanlar,
Axı hara gedirik?
Çiynimizdə
dilaçmaz
Körpələrin
günahı?!.
Ümidlərim
ölməsin
Vüqar
Tapdıqlıya
Bir bağa ki xəzan düşmür, nə
bağdı?
Niyə bizə sevinmək də yasaqdı.
Öldü
neçə sevinclərim nə vaxtdı –
Təki bircə ümidlərim ölməsin.
Dərd
çəkmişəm, dərd də mənə xoş olub,
Könlüm
şirin həsrətlərə boş olub,
Doğmalara,
əzizlərə qoşulub –
Təki bircə ümidlərim ölməsin.
Gəlmədim
ki, bu dünyaya gülməyə,
Heç
qorxmadım yox olmağa, ölməyə,
Diri gedəm
ölənləri görməyə –
Kaş onadək ümidlərim ölməsin.
Çox
çalışdım könülləri güldürəm,
Öz-özümə
həm ocağam, həm pirəm,
Cəllad
deyiləm ümidləri öldürəm –
Təki bircə ümidlərim ölməsin.
Yaxşıların
əzabına qatlanım,
Arzularla,
diləklərlə atlanım,
El yolunda
alovlanım, odlanım –
Mən kül olum, ümidlərim yanmasın.
27.11.2012
Mən bir çinaram
Mən
bir çinaram – uca bir çinar,
Torpaqdan su içir qolum, budağım.
Dostlarım
solmayan yarpağımdılar,
Qoynum quşlar üçün – yaşıl
otağım.
Mən
bir çəmənəm – gülüm, çiçəyim
Nə xəzan tanıyır, nə payız bilir.
Çiçəklər
gözümdür, otlar köynəyim,
Başımdan dumanlar, çənlər çəkilir.
Mən
bir bulağam – dumduru suyum
Sonsuz arzulartək çağlayıb axır.
Gecələr
güzgüyəm ay işığına,
Ulduzlar şəklinə gözümdə baxır.
Mən
bir axar çayam – şıltaq dağ çayı,
Daşlardan-daşlara dəyib axıram.
Uca zirvələrdən
enib aşağı,
Başımı torpağa əyib axıram.
Mən
bir cığıram dağ yamacında,
Dərəni
zirvəyə çatmaq istərəm,
Bütün
cığırları yığıb dövrəmə,
Hüdudsuz yollara qatmaq istərəm.
Mən
bir insanam – eşqim, diləyim,
Şeirlə, nəğməylə açılıb
dilim.
İnsandan
aldığım yaxşılıqları
Vaxt verin, insana qaytara bilim.
19 yanvar
2013
Zirvədə bitən tək
ağaca
Ey uca zirvədə
bitən tək ağac,
Yaşıl budağına əllər çatmayır.
Zərif
budaqların sevgiyə möhtac,
Kölgəndə obalar, ellər yatmayır.
Xırdaca
tum idin, quruca bir dən,
Səni gör, haraya əkdi küləklər?
Qolundan
yapışıb uşaqlar kimi,
Uca zirvələrə çəkdi küləklər.
Buludlar
halayla gəzir dövrənə,
Yoxdur
budağını doğrayıb, kəsən,
Meşələr
həsədlə boylanır sənə,
Sən də meşələrin həsrətindəsən.
Bilmirəm
pallıdsan, bilmirəm vələs,
Orda – uzaqlarda kölgə kimisən.
Sənə
yetişməyir nə hənir, nə səs,
Doğmalar içində özgə kimisən.
Ömür
var şirindir, ömür var – acı,
Ömür var hər günü bir ulduz olur.
Hədsiz
ucalıq da darıxdırıcı,
Hədsiz
ucalıq da mənasız olur...
23 yanvar
2013
İllər itmir – illər itir
İllər
çinar kimi göyərmir, bitmir,
İllər ömrümüzdən yox olmur, itmir.
Bütün
bu sözlərə inanmadım mən,
Sadəlövh
uşaqlartək
Təkcə
xoşbəxtlik umuruq
Niyə axı illərdən?
Ağlımıza
gəlməyir,
Bədbəxtlik
də boylanır
İllərin o başından.
Dünən
dəlicəsinə axtardım
Ömrümdən itən 2012-ni.
Bir də
gördüm mənə baxır
Neçə
doğmaların məzar daşından...
Yanvar,
2013-cü il
Gəncliyimi yada saldım
Bu gün
yenə gəncliyimi yada saldım,
Qaranquştək
uçub gedən
O günləri,
o illəri xatırladım.
Uzaqlara
uçub gedən
Durnaların
karvanında
Xəyal
məni necə çəkdi
Buludlardan-buludlara.
Üz
qoymadım, baş vurmadım
Haralara?
Dağlar
aşdım, yollar keçdim,
Yağış
kimi səpələndim
Çöl-çəmənin sinəsinə.
Durub
heyran kəsildim mən
Torağaylar nəğməsinə.
Arıların
öpüşündən
Çiçəkləri
xumar gördüm,
Bulaqları
coşar gördüm,
Qaynar
gördüm,
Buludları
göy üzündə
Oynar gördüm.
Zirvələrdə
çəkildikcə
Şimşəklərin
çaxmağı,
Taya-taya
buludlara od düşürdü.
Dağda
təkə, çayda
Balıq hürküşürdü.
Nə
vardısa, özünə
Bir sevgili seçirdi.
Təbiətin
canından
Cavanlığı
keçirdi...
Yanvar,
2013
Taleh Həmidin
525-ci qəzet.-
2013.- 2 fevral.- S.28.