İslam Səfərlinin 90 illiyi qeyd olunub

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tanınmış şair, dramaturq və publisist İslam Səfərlinin 90 illik yubileyinin Naxçıvanda geniş şəkildə qeyd olunması ilə əlaqədar 18 yanvar 2013-cü il tarixində imzaladığı sərəncama əsasən AMEA Naxçıvan Bölməsində elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq Əməkdar İncəsənət Xadiminin çoxşaxəli yaradıcılığından, eyni zamanda görkəmli yazıçının uzun müddət Muxtar Respublikada müxtəlif vəzifələrdə məsuliyyətlə çalışmasından və əsərləri ilə ictimaiyyətin rəğbətini qazanmasından ətraflı danışıb. Akademik şair-dramaturq İslam Səfərlinin Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərindən bəhs edərək bildirib ki, cəmi 51 il ömür sürən şairin poetik əsərlərinə 200-ə yaxın mahnı bəstələnib, pyesləri dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyularaq tamaşaçı rəğbəti qazanıb. Qeyd olunub ki, İslam Səfərli oçerk, novella, librettokinossenari, məqalələr müəllifi kimi tanınıb, rustürkdilli klassiklərin əsərlərindən etdiyi tərcümələrlə də yaddaşlarda qalıb.

Daha sonra AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevinİslam Səfərlinin həyat və yaradıcılığı”, həmin institutun böyük elmi işçisi Ramiz Qasımovun “İslam Səfərli yaradıcılığının poetik qüdrəti”, Onomastika şöbəsinin müdiri Adil Bağırovun “İslam Səfərli yaradıcılığında onomastik vahidlərin üslubi imkanları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımovun “İslam Səfərlinin pyesləri Azərbaycan səhnəsində”, Folklorşünaslıq şöbəsinin elmi işçisi Elxan Məmmədovun “İslam Səfərli poeziyası və folklormövzusunda məruzələri dinlənilib. Şair-dramaturq İslam Səfərli yaradıcılığının özünəməxsusluğundan və onun şəxsi keyfiyyətlərindən söz açan məruzəçilər ədibin qiymətli əsərləri ilə ədəbiyyatımızın inkişafına layiqli töhfələr verdiyini qeyd ediblər. Eyni zamanda İslam Səfərlinin mükəmməl şəxsiyyəti, Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağına olan sevgisindən də danışılıb.

 

 

525-ci qəzet.- 2013.- 6 fevral.- S.7.