Erməni yazmaz!
Bir neçə il əvvəl Almaniyada Alperen Çelik adında gənc bir elm adamı “Erməni Faciəsi “ adlı almanca
bir kitab yazdı. Min kitabı oxuduqdan sonra həm bu qəzetdə:
həm də Almaniyada almanca bir yazı yazdım
və yazıçısını
alqışladım. Çünki kitabında dürüstcə
iki xalqın da ağrılarını,
aldanışlarını, itgilərini bir elm adamına yaraşan şəkildə tərəfsiz
vermişdi.
Bizim yaşadığımız
İğdır bölgəsində
də atalarımız
məşhur “Qaçaqaç”
faciəsindən bəhs
edərkən göz yaşları içində
o günləri yad edir, amma erməniləri
də topdan qaralamazdılar. Mütləq “Yaxşı bir erməni qonşum var idi,” deyə
sözə başlayıb,onlarla olan gözəl əlaqələrindən,
dostluqlarından danışardılar.
Dədəm Molla Həmzə
ailəsi ilə birlikdə erməni zülmü səbəbiylə
1919-cu ildə İrana
qaçmış və
dörd il
qürbətdə yoxluq
içində yaşamış,
dörd il sonra kəndinə dönərkən qohumlarından
çoxunun yoxa çıxdığını görmüşdü. Amma hadisələri
izah edərkən əsla vicdansız davranmazdı. Heç
unutmaram, bir erməninin dörd qardaşı ermənilər
tərəfindən öldürülən
bir adam
tərəfindən silahla
necə vurulduğunu izah edərkən o adamın qara bəxtinə və ölümünə hönkür-hönkür
ağlamışdı.
Bütün ətrafımızdakı insanlar
bu cür gerçək hekayələri
izah edər və səmimi olaraq üzülərdilər. Çünki onlar vicdanlı, ədalətli insanlardı.
Dədəm rəhmətlik
hər sözünün
başında: “Adam gərək
imanını itirməsin!”-
deyərdi. Bu söz vicdanlı
olmaq üçün
sanki bir sənətdir onlar üçün.
Biz bu vicdanı nə təəssüf ki, ermənilərdə görə bilmədik! Onların ziyalıları, yazıçıları
bu ədaləti heç bir zaman göstərmədilər.
Ədalətlərini göstərsəydilər, bizlər onlardan on qat daha çox
göstərərdik.
İllər sonra Almaniyaya gəldim və burada müxtəlif yerlərdə türkiyəli
ermənilərlə tanış oldum, onlarla söhbət etdim, mübahisə etdim. Mən, İğdırda eşitdiyim o keçib getmiş insanların dostluq duyğularından bəhs etdim. Bir erməni mənə:
“Sən haqlısan,
biz də səhv etdik, rusların oyununa gəldik, minlərlə insanın ölməsinə səbəb
olduq,”- demədi. Buraxın belə deməyi, bir nəfər belə: “Mənim yaxşı bir müsəlman qonşum var idi”,- demədi.
Deməzlər də
... Çünki kin və
intiqam insanın beynini zamanla məhvə uğradar, yaxşılıq duyğularını
yox edər.Türkiyədə
zaman – zaman yazarlar erməni məsələsi, ermənilərin
sürülməsi və
ya öldürülməsi
haqqında erməni tezislərini dəstəkləyərkən
məqalələr, kitablar
qələmə alırlar.Yazsınlar!
Amma hamımız, bir nəfər də cəsur erməni yazıçısı
çıxsın və
o da məqalə, kitab yazsın və: “Bizi bədbəxt edən qüvvələr var, bizim uşaqlarımızı,
gənclərimizi, “Böyük
Ermənistan” deyə
– deyə zəhərləyən,
tarix boyu rahat yaşamağa qoymayan yalançılar var, “ – deyə
yazsın! Yazmadılar!
Yazmazlar!
Çünki erməniləri bədbəxt
edən, birincisi onların qürurları,
o bitib – tükənmək
bilməyən xəyalları,
ikincisi isə onların qardaş deyə inandıqları Rusiyadır və Rusiya yalnız öz siyasi mənfəəti üçün
tarix boyu ermənilərə rahat verməmişdi. İşin pis tərəfi
də bu xalq özünü ağıllı, hətta
dahi kimi göstərməyə cəhd
etsə də, heç cür bu rus oyununun
fərqində olmamış
və yüz ilə yaxındır nə özləri rahatlıq tapmış, nə də qonşularına rahatlıq
vermişlər.
Ruslar amansızcasına
bu bir neçə
milyonluq xalqı gah Türkiyəyə, gah Azərbaycana, gah Gürcüstana bəla kimi göndərmişlər. Nə zaman Azərbaycan müstəqil, azad olmaq, bütün dünyadakı o biri xalqlar kimi bir
azacıq rahat yaşamaq, öz ölkəsi içində
gülərək, sevinərək,
insan kimi yaşamaq istəmiş, dərhal bu özünü ağıllı
görən ağılsız
millət rusların oyunlarına gələrək
dərhal minlərlə
ildir qonşusu olan, musiqisi, yeməyi, insanı bir-birinə bənzəyən
insanlara hücuma keçmiş və onu yaralamışdır.
Heç
bir ağlı başında insan, biz qonşumuzla davamlı vuruşaq, davamlı bir-birimizi öldürək,
onları yox edək, deməz, deyə bilməz! Bunu yalnız ermənilər deyirlər və həyata keçirdirlər.
Sabah onlara: ‘ “Olsun, Qarabağı
da sizə verdik” – desək, yenə əl çəkməyəcəklər və başqa yerləri də istəyəcəklər. Çünki bu kin, bu intiqam
duyğusu onları məhv etmiş və uşaqlarını
da kilsələrdə,
məktəblərdə eyni
zəhərlə zəhərləməkdədirlər.
Təbii
ki, bir yazar
olaraq, hətta bir insan olaraq:
“Bitsin bu kin, bu düşmənçilik”
– deməliyik! Bunu demək
ən əvvəl iki tərəfin də yazarlarının, ziyalılarının vəzifəsidir.
Əlbətdə ki, köhnə qonşularımız, köhnə
dostlarımızı gözəl
duyğularla xatırlamalıyıq. Biz azərbaycanlı,
biz türkiyəli, biz müsəlman
olsaq da əvvəl insanıq! Şəhriyarın da dediyi kimi:” İnsan
olan xəncər belinə taxmaz!” Biz: “Silahlar əbədi olaraq basdırılsın!”
– deyirik.
Bizim yazıçılarımız
ermənilərin ağrılarını
da yazırlar. Hətta öz xalqının ağrılarını
gözardı edərək
tam ermənilərin istədikləri
şəklidə yazırlar.
İstər Türkiyədə,
istər Azərbaycanda
yazılmış yüzlərlə
humanist və ya qəsdli yazılmış
yazıları xatırlayın!
Hətta xalq hekayələrimizi xatırlayın!
Məsələn, “Əsli
və Kərəm”, “Bahadır və Sona”, “Şeyx Sənan” və daha onlarla belə
əsərlər, mahnılar,
filmlər... O hekayələrdə
bizim insanların geniş ürəklərini,
nikbin görüşlü
hərəkətlərini xatırlayın!
Böyük Şeyx eşq üçün dinindən dönər, donuz çobanlığı
edər! Bütün bunlar xalqımızın
yaddaşında müsbət
yerini almış və eşq üçün hər şeyin ediləcəyi kimi izah edilmişdir.
Lakin erməni yazmır və erməni bu kindən imtina etmir!
Bizimkilər yazır! Yazarkən
bir az ölçünü
qaçıraraq yazırlar !
Bəlkə gün gələcək hamımız dostluqdan, qardaşlıqdan, qonşuluqdan
yazacağıq.
Amma erməni yazmadı, yazmır və yazmayacaq! Bütün məsələ budur!
Orxan ARAS
Almaniyadan yazır
525-ci qəzet.-
2013.- 6 fevral.- S.5