Din və cəmiyyət dövlətin nəzərində: demokratik toplumdini fanatizm

 

HÜQUQ VƏ ƏXLAQ BƏŞƏRİYYƏT ÜÇÜN HƏDSİZ İZTİRABLAR MƏNBƏYİ OLAN AQRESSİYA VƏ BİGANƏLİYƏ QARŞI VACİB MANEƏ KİMİ

 

Demokratik əsasda qurulmuş cəmiyyətdə dövlət bütün din əqidələr üçün bərabər şərait yaratmalıdır. Dövlət hansısa bir dinin inkişafı ilə məşğul olmamalıdır. Zənnimcə, uzunmüddətli dinlərarası dialoqun uğursuz nəticələnməsinin başlıca səbəblərindən biri məhz dinlərin imtiyazlı, ənənəvi, qeyri-ənənəvi destruktiv kimi təqdim edilməsi bu əsasda onlarla qarşılıqlı münasibətlərin qurulmasıdır. Əgər söhbət əqidədən gedirsə, onda bizi onun sağlam olub-olmaması, cəmiyyət üçün faydalı ya zərərli olması maraqlandırmalıdır. Əgər zərərli əqidə din forması alarsa, onda o, cəmiyyət tərəfindən ciddi müqavimətə rast gəlməli dövlət buna yardımçı olmalıdır. Əqidənin din pərdəsi altında yayılan zərərli forması ilə mübarizəni etiqad azadlığını pozmaq kimi qiymətləndirmək olmaz. Təəssüflər olsun ki, bir sıra beynəlxalq təşkilatlar bu məsələyə məhz bu cür yanaşır. Cəmiyyətdə müxtəlif din ideologiyalara etiqad edən vətəndaşlar üçün yeganə ümumi qanun dövlətin konstitusiyasıdır.

Din din xadimləri üçün insanın mənəviyyatı dini görüşlər, əlbəttə ki, başlıca fəaliyyət sahəsidir. Din xadimləri dini liderlər siyasətə qoşulmamaq şərtilə, yüksək əxlaqlı mənəvi cəhətdən saf insanları tərbiyə edərək, öz müqəddəs vəzifələrini yerinə yetirə bununla da dövlətə yardımçı ola bilərlər. İfrat dini fanatizmin ekstremizm terrorizmə çevrilməsinə mane olmaqla, onlar cəmiyyətə böyük fayda verə bilərlər. Mənim fikrimcə, bunu müasir demokratik cəmiyyətdə din dövlət arasındakı münasibətlərdə muxtar, lakin obrazlı ifadə etsək, birgə mövcudluğun ən optimal forması hesab etmək olar. Din – dövlət münasibətləri cəmiyyətdə insanlara fayda gətirmək naminə zənnimcə, məhz bu fundamental əsasda qurulmalıdır.

Hüquq əxlaq: bu iki anlayış əsrlər boyu mövcud olub hər bir şəxsin davranışının özəyi kimi mənəviyyatımızın bizə verdiyi hüquqlara uyğun şəkildə mövcuddur. Biz dərəcədə əxlaqlı olmalıyıq ki, başqa insanların hüquqlarını pozmayaq? Müxtəlif üsullarla arabir dünyanı sarsıdan, hətta, “Yanımdan ötən güllə qardaşıma dəydi, Şükür Allaha” – deyənlərin sayı çoxalıb. Özünübiganəlikadlı dəhşətli psixoloji duruma alışdıran insanları belə şok halına salan fəlakətlərin beynəlxalq hüquq normalarına uyğunluğunu sübut etməyə çalışarkən insan dərəcədə haqlı olur?

Terror aktları nəticəsində günahsız insanlar həlak oluryüzlərlə insan qətlə yetirilir yaralanır. İnsanların bir çoxu həyatlarının sonuna kimi əlilliyə məhkum olur. Terrorçuların ən ibtidai əxlaqdan belə uzaq olan cinayətkar əməlləri insanlara hədsiz kədər iztirab gətirir. Terrorçular bütün bəşəriyyətin düşmənləridir. Bu amansızlar minlərlə insanı qətlə yetirmək şikəst etməklə digərlərinin, o cümlədən hər birimizin arzularına, amalına, gələcəyinə qəsd etmiş olurlar. Bizim sülhə, firavanlığa xoşbəxtliyə bəslədiyimiz ümidlər növbəti dəfə puça çıxaraq daha da zəifləyir.

Biganəlik hisslərinə qayıdıb sahib olduqlarımızı təhlil etsək, belə bir nəticəyə gəlmək olar ki, dünyadakı bir çox insanlar üçün dünyanın məzmunu dəyişib. Əxlaq qaydalarına əməl etmək, bu ya digər hərəkəti seçmək hüququ nöqteyi-nəzərindən daha mürəkkəb vəziyyət yaranıb.

Bəli, bəziləri başqa insanları qorxuya salan terror qətli seçib. Bu gün ən biganə şəxs belə səhər tezdən elektrik qatarına əyləşərək pəncərədən görünən mənzərəni seyr edib şadlana bilmir. Hər zaman özündən asılı olmayaraq insan həyatınısivilAvropanın mərkəzində bir anda dəhşətə çevirməyə qadir olan cəhənnəm maşınının bu qatarda olub-olmaması ilə bağlı fikirlər ona iztirab verir. Söhbət təəssüf ki, orada qəbul olunmuş standartlara – “demokratik standartlara; qanunun aliliyinə; ədalət əxlaq; bütün ölkələrə millətlərə bərabər münasibət standartlarınauyğun yaşamaq çalışmağı diktə etmək hüququnu özbaşına mənimsəmiş XXI əsr Avropasından gedir.

Həqiqətənmi bu, belədir?

Hansısa Avropa ölkəsindəki dəhşətli terror faciəsi avropalıların qulaqlarına hələ yenicə çatmış Xocalı əks-sədasına oxşamırmı? Bu, başqalarının dərdinə biganəlik etinasızlığın, demokratik Avropanın digər ölkələrə tətbiq etdiyi ikiqat hətta üçqat standartların nəticəsi deyilmi?

Axı, iyirmi ildən artıqdır ki, Avropanın bir çox demokrat, sosialist, mühafizəkar islahatçıları üzdə olan faktları qiymətləndirib təsdiq edib demirlər ki, “bəli, hörmətli Azərbaycan xalqı, biz sizi başa düşür dərdinizə şərikik. Xocalı soyqırımına həsr olunmuş filmə baxarkən danılmaz vəhşilik insaniyyətsizlik  faktları açıq-aydın nəzərə çarpır. Bəli, bu dəhşətli qətlləri həyata keçirən şəxslər terrorçulardan qat-qat amansızdırlar, çünki onlar qarşı-qarşıya durduqları insanın gözlərinin içinə baxaraq, imdad diləməsini eşidərək öldürürdülər. Onlar qocaları, qadınları uşaqları ələ salaraq məhv edirdilər. Ölümlə üzləşərək azyaşlı körpəsini bağrına basmış qadının vəziyyətini isə istedadlı yazıçı, dünyanın ən görkəmli psixoloqu təsvir edə bilməz”.

Bu, sevgi qorxu, xeyir şərin qiymətləndirilməsi, dünyanın hətta, başqalarının ölümündən həzz alan qəddar, bədheybət insanları yaratmağı özlərinə rəva görən qüdrətli tanrıların mövcudluğuna inamsızlıq, ümidsizlik timsalıdır.

Bütün bunları dərk etməyən, zərərçəkmişləri dəstəkləməyən, onların halına acımayan belə vəhşi əməllərə əl atan insanları ifşa etməyən, yalnız əzab-əziyyət kimi insani hisslərdən uzaq olanlarhüquq”, “əxlaqsözlərinin əsl mənasını mahiyyətini dərk etməyən şəxslərdir.

Mən əminəm ki, belə hallarda biz biganəliyə biganəliklə cavab verməməliyik. Düzdür, buna mənəvi haqqımız var, lakin bizim əxlaqımız belə hərəkətləri qəbul etməməlidir. Biz bu tərzdə davrana bilmərik davranmamalıyıq, çünki biganəlik ata babalarımızın bizə aşıladığı insani hisslərdən uzaqdır.

Son on-on beş ildə biz avropalılardan çox şey öyrənmişik. Lakin bizim dərdimizəermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırıma qarşı göstərdikləri etinasız münasibətlər belə, bizi əxlaqımızdan döndərə bilməz. Biz bu məsələdə avropalılardan nümunə götürməməliyik. Əxlaq, sözün əsl mənasında, hüquqdan yüksəkdə durur belə hallarda biz mütləq əxlaq normalarımıza, dinimənəvi dəyərlərimizə çoxəsrlik adət-ənənələrimizə sadiq qalmalıyıq.

Mərhəmət hissi başqasının dərdinə şərik çıxmaq dərdi yüngülləşdirir. İnsan dərdini bölüşdüyü zaman mənəvi cəhətdən rahatlaşır, saflaşır. İslam dinində bu cəhətbir-birinə dəstək vermək, bir-birinin kədərini, qəmini bölüşdürmək yüksək meyarlarla qiymətləndirilir. Bu haqda onlarla ayə hədislər var. Ümumiyyətlə, digər ehtiyacı olan möminlərə tərəfdar olmaq prinsipi sonralar İmam Əlinin (ə) “Nəhcül Bəlağəkitabında mühüm yerlərdən birini tutmuşdur. İmamın bu sahədəki şəxsi nümunəsi çoxlarına dərs vəsaiti ola bilər.

Biz terror ekstremizmə qarşı mübarizə təşəbbüsünü dəstəkləyir bütün dünya xalqlarını təkcə terrorla deyil, həm biganəliyə qarşı mübarizə aparmağa çağırırıq. Terror biganəlik bir-birindən qidalanır. Biganəlik qanunsuz özbaşına hərəkətlər zamanı terrorçularda əminlik hissi yaradan insanların canına qəsd kimi iyrənc əməllərini davam etdirməyə imkan verən passiv yardımdır. Bu, həqiqətən belədir.

Bütün dünyanı bürümüş qanlı hadisələrin yalnız düzgün izahı, qiymətləndirilməsi, həmçinin dərk olunması  vasitəsilə terrora qalib gəlmək onun gətirdiyi bədbəxtliklərə sinə gərmək daha asan olar. Bizim həmrəyliyimiz “XXI əsrin fəlakətiolan terrora qarşı mübarizədə qalib gələcəyimizə əminlik yarada bilər. Lakin etiraf etməliyik ki, dünyada hələ terror aktlarının törədilməsinə dairbəhanələr”, həmçinin müəyyən obyektiv subyektiv şərtlər mövcuddur. Bu şəraiti yaradanların özü terrorçulara şərikdirdesək, zənnimcə, yanılmarıq.

qədər ki, dünyada hüquq əxlaq normalarına sığmayan müharibələr, qanlı toqquşmalar işğallar var, qədər ki, onlara qarşı layiqli mübarizə aparılmır siyasi-iqtisadi, maliyyə maraqları hüquq əxlaq normalarından üstün tutulur, biz hələ uzun müddət mənəvi rahatlığımızı əlimizdən alan, bir çox insanları rəhm hissindən məhrum edən həmin o terrorçunu gözləyərək qorxu içində yaşayacağıq.

 

 

Rafiq ƏLİYEV,

fəlsəfə elmləri doktoru

professor

 

525-ci qəzet.- 2013.- 7 fevral.- S.6.