Bu dünyanın Mehmanı...

 

 Bir dəfə ona “Şəklinizi verin, sizin haqqınızda yazı yazmaq istəyirəm” – demişdim. O da kefini pozmadan “Qarşıda imtahanlarınız var, indi haqqımda yazı yazmaq sənlik deyil, hələ cavansan, məni bir az da müşahidə elə, sonra daha yaxşı yazacaqsan, bəlkə də heç vaxt yazmayacaqsan, ya da yazmaq istəməyəcəksən” – demişdi. Aradan illər keçdi, universiteti bitirdik. Hərdən yanına gedib-gələndə, telefonla əlaqə saxlayanda “yazı hazırdımı, şəklimi itirməyibsən ki” deməklə sanki yaddaşımı təzələyirdi. Mən də yazacam deməklə “canımı qurtarırdım”. Yenə də zarafatından qalmırdı: “Müşahidə elə...”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olunmağıma məndən başqa heç kim sevinmirdi. Üzümə deməsələr də, çoxları məndən incimişdi. Onları qınamıram, məni hüquqşünas, tarixçi, filoloq görmək istəyirdilər. (Hərbi xidmətdən sonra BDU-nun Filologiya fakültəsini də bitirdim). Mən isə artıq qərarımı vermişdim. Bədii Yaradıcılıq Fakültəsinə düşməyimə görə qanad açıb uçurdum. Mənə elə gəlirdi ki, bu fakültə ən azı Qorki adına Ədəbiyyat İnstitutunun filialıdır. Üstündən az müddət keçmiş fakültənin adını dəyişib elədilər Rejissorluq. Bu barədə evdə heç kəsə bir söz demədim. Amma hərdən peşmanlıq hissi mənə güc gəlir, təhsilimi yarıda qoymaq istəyirdim. Yaxşı ki, bu dəliliyi etmədim. Bizi qruplara böldülər. Mən Kütləvi Tədbirlər Rejissorluğunu seçdim. 16 nəfər idik. Dekan müavini bizi qrup rəhbərimizlə tanış etdi: “Mehman Məmmədov”.

Hamı ayaq üstə idi. Müəllimin bir az xırıltılı səslə: “ durmusunuz, oturun da!” əmri bizi diksindirdi. Sakitcə oturduq.

Mən bu institutu bitirmişəm, çoxunuzdan fərqli olaraq özüm bu ixtisası seçmişəm. Daha doğru desəm, sevib gəlmişəm bu sənətə. Bəlkə adını eşitmisiniz, görkəmli teatr rejissoru Mehdi Məmmədovdan dərs almışam. Düzdür, onun kimi dahi olmasam da, öyrətdiklərini əxz eləmişəm. ( Onun leksikonundaəxz etməksözü xüsusi yet tuturdu). Mütaliəni sevirəm. çalışacam ki, sizə sevdirim...”

Müəllimin sonuncu fikri 5-6 nəfəri yerində qurcalanmağa vadar etdi. Bu isəbir bəla ilə rastlaşdığımızasiqnal idi. Hamı ilə bir-bir tanış oldu gördü ki, bir nəfərdən başqa heç birimizin ailəsində incəsənət adamı yoxdur. (Qrup yoldaşımız Samir Əzimovun əmisi Xalq artistidirRafiq Əzimov).

Aylar keçir, budiliacıyauyğunlaşmaqda çətinlik çəkirdik. Dekabrın 6-sı idi. Qrup nümayəndəsi Şahin (hamımızdan yaşca böyük olduğu üçün onu seçmişdik) dedi ki, dərsdən sonra hər kəs yeməkxanaya düşsün. Mehman müəllim tapşırıb. Həddimiz idi ki, əməl etməyək. Hamı bir nəfər kimi yeməkxanaya düşdük. Yeməkxananın bir küncündə 3 stol birləşdirilmişdi. Gözəl bir şirniyyat süfrəsi açılmışdı. Heç kim danışmırdı. Mehman müəllim gələndə hamı ayağa qalxdı. Hər iki əlində tort vardı. Danışmadı, başı ilə oturmağımızı bildirdi.

Uşaqlar, fikirləşdim ki, növbəti dərsimizi burda keçim sizə. Bu gün rejissor sənətinin incəliyindən, aktyor oyunundan, səhnə tərtibatından, ünsiyyətqurma bacarığından, antik yunan ədəbiyyatından, xalq yaradıcılığından, “Biz çətini asana, asanı gözələ, gözəli isə vərdişə çevirməliyikfikri ilə rus mədəniyyətində inqilab edən Stanislavskidən danışmayacağam. Sizə həyat dərsi keçmək istəyirəm. Öyrənin öyrədin. Bu gün qrup yoldaşınız Hafizin, dekabrın 8-i isə Zəminənin doğum günüdür. Gəlin onları təbrik edək”.

Yanına çağırıb ikimizin alnından öpdü. Qızlarımız kövrəlmişdilər. Oğlanların isə onun haqqında düşündüklərindən necə xəcalət çəkmələri aydınca hiss olunurdu. (Sən demə bu vaxta kimi biz onu görməyi bacarmamışdıq. Halbuki hər dərsdə deyərdi: “Görməyi bacarın”.)

, kimi gözləyirsiniz, di başlayın, nuş olsun. Ürək sözü olan utanmasın, buyursun desin...”

Həmin gündən sonra Mehman müəllimlə aramızda olantilsimsındı. Hətta valideynlərimizdən gizlətdiklərimizi ona deyər, məsləhət alardıq. Yol pulumuz olmayanda cibindən çıxarıb pul verər, bəzən metroya qədər bizi yaşılMoskviç”i ilə aparardı. Təbiət onu çox kövrək yaratmışdı. O ağlayanda da ürəkdən ağlayır, güləndə ürəkdən gülürdü. Həyatda süniliyi, şişirtməni sevməzdi, hərgah sənəti şişirtməyi təlqin etsə ...

Aradan illər keçib. Mehman müəllimi xatırlayanda onu sanki yenidən kəşf edirəm. Mənəmdeyib döşünə döyən bəzi alimlərdən qat-qat savadlıydı. Şərq Qərb ədəbiyyatını, muğamlarımızı, musiqinin dilini çox gözəl bilirdi. Dəfələrlə şahidi olmuşdum ki, o olan məclisdə bəzi müəllimlərimiz nədənsə, kimdənsə söhbət açmağa çəkinirdilər. Bilirdilər ki, bir səhv etsələr, o dəqiqə Mehman müəllimin tənqidinə tuş gələcəklər. Hərdən onunla rəqabətə girmək keçərdi könlümüzdən. Evdə bütün günü fikirləşib bir-iki çətin sual hazırlayardıq ki, səhər ona verək. Sual-sualın dalınca dolu kimi yağardı. Bildiyinə cavab verər, mühakimə yürüdər, bilmədiyi sualın cavabını tapmaqda çətinlik çəkəndə deyərdi ki, vaxt verin, öyrənib cavabını deyim. Onun bu cür mərdliyi vardı.

O bizə ürəyinin gözününü yağını yedirtdi, özü kimi sevdi bizi. İnsana münasibəti, dosta sədaqəti, Vətəni pafossuz sevməyi, sevgiyə hörməti öyrətdi bizə. Bəziləri onu çox danışmaqda suçlayırdılar. Əsla belə deyildi. Elmi, yüksək mədəniyyəti, davranışı ilə hər birimizə örnək olan əsl insan idi. Sözü sözə calayıb cümlə qurmağı da ondan öyrəndik, insanlara qaynayıb-qarışmağı da. O qədər doğmalaşdıq ki, ad günlərimizi, hətta bayramları belə ya onun şəhərdəki evində, ya da Şüvəlandakı bağında keçirərdik...

Eh, gidi günlər... İndi ATV- səs rejissoru kimi çalışan qrup yoldaşımız Zamiq Babayev onaMemi qaqadeyərdi. Çox istərdikMemi qaqamızı”...

Amma qrup yoldaşımız Elnurun vaxtsız ölümü qəddini əymişdi. Çünki əzizini itirmişdi, oğlunu itirmişdi. O, dərdi, itkini çoxu kimi üzdə yox, ürəyində çəkirdi. Buna görə son vaxtlar ürəyindən şikayət edirdi. Bir tərəfdən astması Allahın təmiz havasını rahat udmaqda ona əziyyət verirdi...

Universiteti bitirdik. Çoxları kimi biz pərən-pərən olmadıq. Hər iyulun 18-ni, Mehman müəllimin doğum gününü onunla birlikdə isti ocağında, deyib-gülüb keçənləri xatırlayıb qeyd etdik. Haqq dünyasında olan Həbib müəllimi xatırlayanda kədərləndik, folklordan dərs deyən adaşı Mehman müəllimdən, onun baməzəliyindən danışanda isə güldük. Onun iki yox, 18 övladı var idibizlər vardıq, bu gün varıq...

Bizim Mehman müəllimimiz – “Memi qaqamızisə beş ildir ki, aramızda yoxdur. 2007-ci ilin dekabrında dünyasını dəyişdi, özü yayda doğulsa da. Yoxluğunu dərd etsək təsəllimiz onun kimi millətini, torpağını sevən əsl insandan, ziyalıdan dərs almağımızdır.

Səsi qulağımda, şəkli əlimdə, xatirəsi ürəyimdədir Mehman müəllimin. bu yazını indi yazmağımın peşmançılığını çəkirəm. Gərək vaxtında yazaydım. Bir özü demiş: “Mən onu hələ çox müşahidə etməliydim”.

Ruhu şad olsun!

 

 

Hafiz HACXALIL (TƏMİROV)

 

525-ci qəzet.- 2013.- 7 fevral.- S.8.