Oralarda kimlər var: Əhməd
Şimşirgil - İskəndər Pala
BİR TARİXÇİ BİR
YAZARA QARŞI “ŞAH VƏ SULTAN” ROMANI HAQQINDA –1
Bunun bir az da bizə dəxli var
“Gər
dersə Füzuli ki gözəllərdə vəfa var
Aldanma ki, şair sözü əlbəttə
yalandır”.
Son illər türk ədəbiyyatının məşhur ədəbiyyat və
romançısı prof. dr. İskəndər Pala yeni tarixi
bir romanı ilə oxucuların
görüşünə gəldi.Romanın ana qəhrəmanlarının
Yavuz Sultan Səlim, Şah İsmayıl və Taclı Xatun
olması isə şübhəsiz ki, əsərə olan
marağı və münasibəti daha da artırdı.Təkcə
bu faktı qeyd etmək lazımdır ki,yazarın qonaq
olmadığı telekanal qalmadı.
Bunlardan birisini mən seyr etməsəydim bəlkə
romanı oxumayacaq və bəlkə bu yazını da qələmə
almayacaqdım.
Danışığı
zamanı bəzi fikirlərində dörd böyük səhvə
yol verməsi marağımı daha da artırdı.Roman
haqqında fikir mübadiləsi keçirmək vacibliyini hiss
etdim.Çünki İskəndər Pala bunun yalnız bir
fantastikadan istifadə edilərək yazılmış bir
roman olduğunu ifadə etmir, tarixi hadisələrin
doğruluğu üzərində də israrla dayanırdı.
Hətta daha da irəli gedərək, tarixi hadisələrin
mütləq sənədlərə söykənilməsi
lazım olduğunu tez-tez vurğulayırdı.
Necə
ki, şübhə doğurmamaq üçün əsərinin
ön sözündə:
“Yazdıqlarımı oxuyub tarixi baxımdan tənqidlərini
əsirgəməyən qiymətli dostlarım prof. dok. Abdülkadir
Özcan və dos. dok. Ərxan Tiryəkçiyə,”
təşəkkürlərini bəyan etməsi şübhəsiz
ki, yazarın tarixi hadisələrə bələd
olmasının təsdiqini
gücləndirməkdən ötrü
yazılmış bir bəyanatdır bu.İskəndər bəyin
yuxarıdakı elm adamlarının görüş və
düşüncələrinə nə ölçüdə
qiymət verdiyi və onların istiqamətləndirməsi ilə
tarixi hadisələrə yanaşması böyük tərəddüdümə
nədən oldu.Çünki əsərdə
tanışım və dəyər verdiyim qiymətli elm
adamlarımızın məsləhət vermə adı
keçirsə, bir çox məlumat və bilgilərin
doğru olmadığı və əsassız fantastikaya yer
verildiyi həmən diqqəti çəkir.Ancaq oxucu, əsərin
tarix məsləhətçisi olaraq bu qiymətli elm
adamlarının adlarını gördüyündə,
romandakı təhrif edilmiş həqiqətləri doğru
bilərək qəbul edəcək və bəlkə də ən
kiçik bir tərəddüdə də yer qalmadan
oxuyacaq.Beləliklə əsər haqqında şəxsi
münasibətimi yazmağı
və qiymətli oxucularımla paylaşmağı
uyğun bildim.
Füzulinin yuxarıdakı beytində “şair
sözü yalansız olmaz” deyiminə paralel olaraq demək ki,
adının önünə prof. ünvanı əlavə
olunması da aydın olan vəziyyəti dəyişdirmir. Prof. İskəndər
Pala tarixi bir romanda tarixin ən məşhur şəxsiyyətləri
haqqında bu qədər səhv etməsi və
romanını bu qədər səhv bir fantastika üzərində
qurması asanlıqla qəbul olunası bir hadisə deyil.
İcazənizlə yazarın “Xəbər Türk Tvdə”
romanından da ilhamlanaraq söylədiyi sözlərdən
başlayaq.
Güman edirəm ki,oxucularımızın
böyük bir qismi də bu danışığı izləmişlər.
İskəndər
Pala Şah İsmayılın Yavuz Sultan Səlimin əlinə
keçən Taclı Xatuna nə edəcəyini
düşünərkən yadına bir başqa əhvalat
düşür: Teymur xanın İldırım Bayezidin
xanımına etdikləri.
Və həmin
hadisəni belə
nəql edir : İldırım Bayezid xanın xanımı
türk idi. Ankara döyüşü sonrasında Teymur
xanın əlinə keçincə Teymur, onu lüm-lüt
soyunmağa məcbur edib və əsgərlərinə
saqilik etdirdi. Bu utanc hadiəsdən Osmanlı
padşahları bir daha türk qadınlarla evlənmədilər.
İskəndər Pala televiziyonda bunları
danışdı və izah etdi.
Romanı oxuyarkən bunları niyə izah etdiyinin
tapdım. Belə
ki: “(Şah İsmayıl) Əmr Teymur ilə Sultan Bayezid
arasında keçənləri, Teymurun İldırım
xanın xanımına etdiklərini çox yaxşı bilir
və Sultan Səlimin –o qanlı Səlim deyir- Taclıya belə
bir şeyi rəva görəcəyindən qorxur. Görəsən Səlim də Əmr Teymur kimi
davranar, Taclını soyundurub ordusunun qarşısında
saqilik etdirərək şərəfini paymal edərdimi”?
(Şah və Sultan, səh. 225).
Tarixi bir roman yazılarkən insan öz dövrünə
və düşüncəsinə görəmi yazar, yoxsa
tarixini yazdığı şəxsiyyətin
düşüncəsinimi ələ alar?
Mən roman və hekayə yazıçısı
olmadığım üçün bilmərəm. Ancaq bu qədərini
söyləyə bilərəm ki, qəhrəmanını dəqiq
bir şəkildə tarixin görkəmli simalarından
seçmiş olduğu halda o tarixi şəxsiyyəti maddi və
mənəvi istiqamətləri ilə tanımırsa və
ya onun şəxsiyyətinə uyğun olaraq yazmırsa
yazdığı adam yazıq olacaq.
Yazarın əvvəlcə Teymur xanın şəxsiyyətini
çox yaxşı tanıması lazımdır. Sanıram bu
mövzuda “Teymur və Tüzükatı” adlı əsəri
diqqətlə oxuması lazım idi. Üzərində
bir çox araşdırmalar edilən və “Dövlət
idarə etmək” adı ilə oxuculara təqdim edilən bu əsərdən
Teymur xanın həyat və dövlət
düsturlarını göstərən on iki maddəni
oxusaydı, görəsən yazar onun əsgərlərinə,
bu qədər rahat içki içirib ortalıqda
qadın-qız oynatdıra bilər idimi?
Mən
burada yalnız bir faktı söyləməklə kifayətlənmək
istəyirəm.“Allahın dinini və Həzrəti
Məhəmmədin hökmlərini dünyaya yaymağı əsas
əldə etdim. Hər vaxt hər yerdə
İslamiyyəti tutdum”.
Teymur Xan “ BİZ Kİ, MÜLKÜ TURAN ƏMRİ
TÜRKİSTANIQ. BİZ Kİ, TÜRK OĞULU TÜRKÜK.
BİZ Kİ, MİLLƏTLƏRİN ƏN QƏDİMİ
VƏ TÜRKÜN RƏHBƏRİYİK” – deyərək
şəxsiyyətini, türk mədəniyyətinə, adətinə
sahib çıxdığını da açıqca ortaya
qoyan bir liderdir. Bu böyük cahangirin, məğlub və
qəza əhli igid bir türk xaqanına belə bir təhqiri
uyğun hesab edəcəyinə görəsən kim inanar? Belə bir
davranışı türkün türkə, türkün
qeyri müsəlman hökmdarlara da tətbiq etdiyinə dair
başqa daha nə düşünmək olar?
Sultan Alparslanın Bizans imperatoruna, İldırım
Bayezidin macar cəngavərlərinə, Yavuz Sultan Səlimin Məmluk
hökmdarına qarşı davranışlarını bilmək
kifayət edərdi məncə.
Bəlkə belə bir rəftarı, ən nifrət
etdiyi bir hökmdar olan Şah İsmayılın
xanımını əsir etmiş Səlim Xandan gözləyə
bilərsiniz.
Ancaq onun da heç bir şəkildə
Taclı Xatunu təhqir etmədiyi və üləmadan
çox sevdiyi Tacizade Cəfər Çələbi ilə
evləndirdiyi bilinməkdədir.
Digər tərəfdən İskəndər bəyin
heç olmazsa bu vəziyyəti ən yaxşı biləcək
və bəlkə bu mövzunu İldırım Bayezidin əleyhinə
mütləq istifadə edəcək olan Teymurlu tarixçilərdən
Şarəfəddin Yezdi ilə Nizamüddin Şamının
əsərlərini görmüş olmasını diləyərdim. Çox təəssüf
ki, onlara da baxmaq ehtiyacını hiss etmədiyi aydın
olmaqdadır.Halbuki bütün bu qaynaqlar İldırım
Bayezid xan ilə Teymur xan arasında ilk gündən vəfatına
qədər davam edən görüşmələrin həmişə
hökmdar tərəfindən cərəyan etdiyini və
bir-birlərinə qarşı hörmətli və
ölçülü olduqlarını açıqca bəyan
edər. Necə ki, Osmanlı tarixçilərindən
Müəllim Sadeddin Əfəndi İldırım Bayezid
xanla əlaqədar bəzi iddialara cavab verərkən Teymurlu
tarixçi Şərəfəddin Əli Yezdi haqqında bu təəccüblü
mütaliədə tapılar.
“Şərəfəddin Əli Yezdi kitabında bu
mövzuları açıqlayarkən bir tərəfi
kiçiltmədə Teymuru yüksəltmədə həddindən
artıq şişirdər. Az qala
bütün yazdıqlarını fanatikcə dilə gətirər.
Ancaq iki padşahın
danışmalarını, görüşmələrini izah
etdiyi zaman hörmət və ucaltma nümayişlərindən
başqa bir görünüş, padşahlığın
şanına toxunacaq bir tutum ya da davranışdan
danışmaz. Bəzi türkcə tarixlərdə
padşahın həbsə atıldığından, qəfəsə
salındığından danışarlar ki, bunlar saxta xəbərlərdir.
Əgər o günlərdə buna bənzər
bir tutum görülmüş olsaydı, Mövlana Şərəfəddin
min dərədən su gətirərək söz
qapısını açmaq məcburiyyətində
qalacaqdı”.
Gələk
İskəndər Palanın intervyülərində yol verdiyi
başqa səhvlərə:
“İldırım
Bayezid türk olan xanımını döyüş meydanına gətirdi
və o Teymur tərəfindən əsir edildi”- deyir Pala.
Əslində əsir edilən xanım türk deyildi. Serb kralı Stefan
Lazareviçin bacısı Lazarın qızı) Despina
idi (Qaynaqlarda adı Marya və Oliverə deyə də
keçməkdədir).
İkincisi Osmanlılar xanımların döyüş
meydanlarına aparmazdılar. Necə ki, Despina da
İldırım Bayeziddən olan iki qızı ilə
saxlanmış olduqları Yenişəhərdə tutularaq
Teymur xanın yanına
göndərildilər. Teymur xan
bunları dərhal İldırım Bayezid xanın yanına
göndərdi. Zəfərnamənin qeydinə
görə Teymur xan bu qızlardan birini nəvəsi Əbubəkr
Mirzə ilə evləndirmişdi.
İldırım Bayezidin xanımı Despina xanım
Müsəlman deyildi. Şərəfeddin Yezdi onun Teymurun
sarayında İslamiyyəti qəbul etdiyini yazıb
(Uzunçarşılı s. 316).
Bütün
bu məlumatlardan belə görünür ki,İskəndər
Pala Teymur xanın Bayezid xanla və xanımıyla münasibətini süzgəcdən
keçirərkən neçə
–neçə fantastikadan ən pisini və olmazını
götürür.
Yazar bu ağır hadisədən sonra Osmanlı
padşahlarının bir daha türk qızları ilə evlənmədiklərini
də ifadə edir.
Köynəyin
birinci düyməsi səhv düymələnirsə təbii ki, qalan
düymələr də yanlış düymələnəcək.
Baxın, buna çox açıq bir misal.
Çıxışlarından verdiyimiz
yuxarıdakı ifadə yazarın tarix məlumatının
da nə qədər zəif olduğunu gözlər
önünə sərməkdədi. Çünki
yazarın 2-ci Murad xanın Candaroğlu 2-ci İbrahim bəyin
qızı Xədicə Xatun və Amasiyalı Şadgəldi
Paşanın nəvəsi Yeni Xatun ilə Fateh Sultan Məmmədin
Dulkadıroğlu Süleyman bəyin qızı Sitti Xatun ilə
və 2-ci Bayezidin də yenə Dulkadıroğullarından
Alaüdevle bəyin qızı (ki, Yavuz Sultan Səlim xanın
anasıdır) Aişə Gülbahar Xatun ilə evliliklərindən
xəbərdar olmaması açıq-aydın bunu ortaya qoyur.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2013.-
9 fevral.- S.23.