KƏDƏRLƏNMƏ,
KÖNLÜM
Kədərlənmə,
könlüm,
qəm
vaxtı deyil.
Sevda var, sevgi var,
aşiq var hələ.
Dünya
zülmətlərin paytaxtı
deyil,
İynənin ucunda işıq var hələ.
Hələ günəşlərin ruhu oyaqdı,
Yağışlar səpilib sünbül olar ki.
Bu yaz gecəsindən ömrün bu vaxtı
Bir ulduz istəsəm görən nolar ki...
Hələ qarşıdadı keçəsi
yollar,
Xalça yamacların şehli çöhrəsi.
Kədərlənmə, könlüm, yəqin bu bahar
Sellərə qərq olar qəm düyünçəsi.
Dərələr boyanar dağ nəfəsinə,
Ay aman, bulağın daş yaxası var.
Sən inan Yusifin möcüzəsinə,
Hələ bu dünyanın Züleyxası var.
Kədərlənmə, canım,
açıqdı göylər.
Gücün var dənizlər, dağlar aşasan.
Bir ömrün işığı
sənə bəs eylər,
Allahın adına layiq yaşasan...
İSMAYILIN GÜLLƏRİ
Şair
İsmayıl Öməroğluna
Uca Yaradandan şəfalar dilərəm
Dəsmal
kimi büküb
Cibimə
qoydum
istini,
bürkünü.
Dağlara – şair İsmayılı
görməyə yollandım
bir
yay günü.
Qızılqanad bal arılarının,
süd qoxulu otların,
sürməyi buludların
Ətri
bürümüşdü
yal-yamacı.
Öz-özümə deyirdim ki,
Ay Allah,
Görəsən nədir
Görəsən bilən varmı
bu ağrının
adını...
Bağçasında ulduz-ulduz gülləri,
Dövrəsində – doğmaları,
qadını.
Dedim bəlkə bu güllərdi
İsmayılın əlacı.
Dedim bəlkə güllərə
yalvarım, ağız
açım.
Aman güllər, aman güllər,
Şair halı yaman güllər.
Bir ömür-gün düyün
düşüb
Açılar nə zaman, güllər...
İsmayılın eli hanı?
Dağ-dərəsi, çölü hanı?
Dili batsın fələklərin
Dinə bilmir, dili hanı?
İsmayıla nicat verin,
Uça bilər, qanad verin.
Nicat verin, həyat verin,
Cana gəlsin bu can,
güllər!
Burda qarşı yamaclara
çiçək yağıb,
Dağlar durub yönü bəri.
Bir ümid parçasını
çəkib ayağım
altına
Ha baxıram, gözə dəymir
Bu bir ömrün
üfüqləri...
QORXULU ADAM
Heç
şübhəsiz
onun anası olmayıb.
Nə bələk görüb,
nə beşik.
Şeytanın dimdiyindən düşüb
deyiblər, eşitmişik.
Sənin
gücün çatsa
əgər
Özünü ondan qoru.
Sir-sifəti, qaş-qabağı
–
hörümçək toru.
Çoxlarını asmaq istər
xəyalında qurduğu
dar ağacından.
Qara ilan balası
sivişib çıxa
bilər
Barmaqları ucundan...
Üfunətdən, pis niyyətdən,
xəyanətdən
Damla-damla
zəhər çəkər
nəfəsinə...
Qudurqandır, tolazlayar
doğmasını
Ac pələngin qəfəsinə.
Amma qorxar,
Tabutunun
içində
Kəndirə dönüb boğazlayar
Bir kəfənlik ağ
onu.
Qorxar,
palçıq kimi
püskürüb atar
torpaq onu!
qorxu daşları
Zəncirdəki küçük kimi
zingildəyər hərdən,
Piyadan, hikkədən,
zəhərdən!
Amma qorxar,
qorxar ki, beş barmağımı
güllələrə döndərib
Onu düz kəlləsindən atam.
Məndən, səndən,
hamıdan qorxar
Hamının qorxduğu adam!..
VƏSSALAM
Biri vardı, biri yoxdu,
yox, o, var.
Sifət-bülöv, baş-sığallı,
əl-hamar.
Şüşəbəndli gözlərindən
kin damar
O hikkəli bir bəladı, vəssalam.
Lovğalıqdan duyğuları-qapqara
Ağız büzər Cabbarlıya,
Səttara
Qələm hara, sənət
hara, o hara
Mamır basmış küt qayadı, vəssalam.
Bir nəfər yox tanıyası mərd onu,
Kim ucalsa, tutar elə dərd onu.
Doğma
bilməz doğulduğu
yurd onu,
Yeddi hərfdir
ad-soyadı, vəssəlam.
İndi
onun salamını alan – yox,
Dövrəsində dost-tanışdan qalan – yox.
Sözlərimdə, vallah, zərrə yalan-yox
Mən fikrimi tamamladım, vəssalam!
TELEFON SÖHBƏTİ
– Alo! Qardaş, mənəm,
Salam – əleyhküm
– Baho, bu sənmisən
əleyhkə – salam!
Əşi, nə var, nə yox,
heç görünmürsən.
Çoxdan aya – günə
dönmüsən, balam...
– Bilirsən, nə vaxtdır anam xəstədi,
Həkim
qızınıza bəlkə
söz deyək...
– Yox, o, baş həkimdi, o, iş üstədi,
Başqa bir həkimdən çarə gözləyək.
– Yaxşı dayın oğlu filankəsova
Zəng elə, uşağı götürsün işə.
– Əşi, nə deyirsən,
hanı iş, peşə?
Onunla salamı çoxdan kəsmişəm...
– Bəlkə qoşa gedək dostun toyuna
– Xəstəyəm, sən
məni salma oyuna
– Sənin baldızından bir xahişim var
– Ta sən ağ
eləmə,
bəsdir, işim
var,
Onun da yanına özün get, qaqaş
Daha nə qulluğun,
“privet”, qaqaş,
Danışıq kəsildi,
telefon: “du”, “du”...
“Xalq” – deyə ekrandan bağıran budu?..
SƏN TAMAM BİR BAŞQASAN
Hər sevənin bəxti var,
Sən sevən kəs bəxtəvər!
Sevdin, yaraşıq oldun
Bu sevdaya, eşqə sən,
Sən tamam bir başqasan!
Güllər, çiçəklər indi
Səni gördü, sevindi.
Çiçəklər arasında
Birinci –
sən,
başda – sən,
Sən tamam bir başqasan!
Sən məni dinlə, gözəl!
Həyat
səninlə gözəl!
Sən varsan ki, dünya
var
Yerdə,
Göydə, havada,
Torpada –
sən
daşda – sən,
Sən tamam bir başqasan!
Yaz şehi tək incə kim?
Cilvəli bir qönçə
kim?
Qəşəngsən hər yaşda – sən.
Sənə bənzər kimsə
– yox,
Sən tamam bir başqasan!
PENCƏYİ QOLUNDA
GƏZDİRƏN KİŞİ
Pencəyi qolunda gəzdirən
kişi
Görmürsən, yay gəlib,
dünya istidi.
Bəlkə bu pencəyin səndən ayrılıb
Elə asılqanda
qalmaq istədi.
Görmürən, bu Günəş
cavandı hələ
Aləmi yandırıb-yaxmağındadı.
Sübh
tezdən evindən çıxaraq çölə,
Bizə sevgilərlə baxmağındadı.
Axı kimə gərək bu köhnə pencək,
Əynində əriyib yox olar birdən
Yorulub, soluxub,
Sən ondan əl çək.
Bəlkə təzələnər,
şux olar birdən.
Yaydı,
saz kişilər, o kefiköklər,
Çəkilib dağlara, meşəliklərə.
İndi
yal-yamacı, bulağı
səslər,
Açar yağışlara ovcunu hərə.
Ərindən nəvaziş görməz
qadınlar,
Odur ha, dənizlə
məzələnməkdə.
Gecəsi
sevdalı keçən
bəxtəvər
Bilər
nə qalacaq əldə-ətəkdə...
Pencəyi qolunda gəzdirən
kişi,
Üzünün astarda gözü var bəlkə.
Sən Allah,
toxunma,
qoy evdə qalsın
Sənin
xanımına sözü
var bəlkə...
Pencəyi qolunda gəzdirən
kişi
Pencək
səndən küsüb,
xəbərin
yoxdu?..
MƏN BU GECƏ
Mən bu gecə qoy
tək olum,
Duman kimi kövrək olum.
Yox, bəlkə də şimşək olum,
Göy üzündə
çaxım gedim.
Min yolu var xəyanətin,
Xəyanətə nifrət-qəti!
Xəyanəti yıxmaq – çətin,
Yıxa bilsəm, yıxım gedim.
Bilən
varmı dünyada nədi –
Yerdi, Göydü, dağ, dərədi?
Dedilər ki, “pəncərədi”,
Dedim: – mən də baxım gedim...
TANRIM MƏNƏ BİR EV
TİKDİN
Tanrım
mənə bir ev tikdin,
Necə oldu, heç görmədim.
Küçə-küçə köçüb
getdik,
Belə ağır köç görmədim.
Top dəyəydi gərək
mənə,
Şeytan gəldi kələk mənə.
“İki” verdi
fələk mənə,
Bir ömürdə
“üç” görmədim.
Qəbri
hanı quduranın,
Dar ağacları quranın?
Mənim
boynumu vuranın,
Qılıncında güc görmədim...
RÜŞVƏT
Tamam bir başqaydı
onun
azarı, dərdi.
Oğlan
uşaqlarından
lap zəhləsi gedərdi.
Qadını hamilə olanda,
Nə abır-həya gözlədi,
nə
utanıb-qızardı.
Doğum
evinə getdi,
Rüşvət verib
qız aldı...
RUHU ÜFÜQLƏRDƏ
ÇIRPINAN QADIN
Sən nədən baxarsan yollara sarı,
Ruhu üfüqlərdə
çırpınan qadın.
Sən nəyi gəzirsən, hansı rüzgarı,
İndi
hara çatar ahın, fəryadın...
Günəş çıxa bilər
qara buluddan,
Sən könlüm
tarını seçib
ayırsan.
Əlləri qoynunda Tanrıdan,
Haqdan
Sən kimi soruşub haraylayırsan?
Mən sənə bir ömür bağışlamışdım,
Sən mənə ömründən
bir pay qıymadın.
Sən hansı duyğuyla yandın, alışdın
Kövrək taleyini itirən
qadın...
Bəxti
var baharın, qışın, qarın da
Sən belə
qismətdən nə
küs, nə inci.
Sevda tufanımın dalğalarında,
Nə mən sonuncuyam,
Nə sən – birinci...
MƏN OLAN DÜNYADA
Bu sevda, məhəbbət oyunu-qədim,
Oynatdın ruhumu durduğum yerdə.
Hardasan,
mən səni görə bilmədim,
Şimşəklər dağıtmış
xatirələrdə...
Bizləri nə gözlər
Yaradan bilər,
Bəxtlə cəngə çıxıb
tutaşmaq olmur.
Dumduru bulağın gözləri
gülər,
Bulanıq sulardan baş açmaq olmur.
Yəqin
tanımaram qarşıma
çıxsan,
Qaldın yollarında uzaq keçmişin.
Mən olan dünyada hanı ki, yoxsan,
Sən olan dünyada mənim nə işim...
SƏN AYRI, MƏN AYRI
Mən səni bir qucaq
çiçək bilmişdim,
Gün kimi, Ay kimi göyçək bilmişdim.
Dilinin, andının, təbəssümünün,
Duyğunun rəngini gerçək bilmişdim.
Elə bilirdim ki, bulaq
kimisən,
Əlçatmaz, yelçatmaz budaq kimisən.
Sən demə, qamaşan gözlərim imiş
Kənardan baxanda dümağ kimisən.
İndi
mən – Yer ilə Göy arasında,
Sənsə xəyalların sırsırasında...
Ramiz Məmmədzadə
525-ci qəzet.- 2013.- 9 fevral.- S.30.