“Dini tolerantlıq, qarşılıqlı
ehtiram gündəlik həyat tərzimizdir”
(davamı)
HACI MİRƏZİZ SEYİDZADƏ:
“TOLERANTLIQ DÖVLƏTÇİLİYİ MÖHKƏMLƏNDİRƏN,
XALQIN BİRLİYİNİ VƏ SIRALARININ SARSILMAZLIĞINI TƏMİN
EDƏN AMİLDİR”
–
Dövlətin dini tolerantlıqla bağlı həyata keçirdiyi
siyasət haqda düşüncələriniz necədir?
– Azərbaycanın
din sahəsində apardığı siyasət fikir və
söz azadlığı, vicdan azadlığı üzərində
qurulub. Dövlətin din sahəsində siyasəti beynəlxalq
hüququn prinsipləri və normalarına, Azərbaycanın
qoşulduğu beynəlxalq müqavilələrə, ölkə
Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır.
Azərbaycanda hökumətin din sahəsində
apardığı siyasət, vətəndaşların etiqad
azadlığı haqqını təmin etmək sahəsində
həyata keçirdiyi tədbir və qərarlar öz
müsbət bəhrələrini verməkdədir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda məscidlərlə
yanaşı, sinaqoqlar, kilsələr də fəaliyyət
göstərir. Müxtəlif dini icmaların fəaliyyəti
azaddır. Azərbaycanda 160 ildir “Bibliya” çap olunur. Azərbaycan Prezidentinin ayırdığı vəsait
hesabına “İohann” Kilsəsi bərpa olunub. Müstəqillik illərindən etibarən 5
gürcü, 5 rus və 1 udin pravoslav kilsəsi fəaliyyət
göstərir.
2009-cu ilin sentyabr ayından dini qurumların ilkin
qeydiyyatı ilə yanaşı, əvvəllər qeydiyyatdan
keçmiş dini qurumların yenidən qeydiyyatdan keçmə
prosesi başlayıb. Ötən iki il ərzində 570
dini qurum yenidən və ya ilk dəfə dövlət
qeydiyyatından keçib. Onlardan 20 dini qurum
qeyri-islam təmayüllüdür. 30 dini
qurumun qeydiyyatına imtina sərəncamı verilib, lakin
onlardan 2-i imtinaya səbəb olmuş nöqsanları aradan
qaldırdığından qeydiyyatdan keçib. Sənədləri
qanunvericiliyin tələbinə uyğunlaşdırmaq
üçün 191 islam təmayüllü
dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə
geri qaytarılıb. İndiki zamanda Azərbaycanda
dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum
sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi
yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və
görüşlər keçirilir, dini əqidəsinə
görə vətəndaşlar arasında heç bir
ayrı-seçkiliyə yol verilmir. Dövlət
orqanları bütün vətəndaşların, o cümlədən
dini icmaların üzvlərinin hüquqlarını qoruyur.
Cəmiyyətdə müxtəlif dinlərin
nümayəndələri arasında ümumi dostluq mühiti
hökm sürür.
Azərbaycanda dini tolerantlıq əsrlərdən bəri
formalaşan köklü bir ənənədir. Hazırda Azərbaycanda
dövlət və din münasibətləri özünün
ən yüksək səviyyəsindədir. Bu gün Azərbaycanda
bütün dinlərin nümayəndələri
öz dini ayinlərini azad şəkildə icra edirlər. Bu da dini tolerantlığın nümunəvi
modelidir. Ölkəmiz hazırda
bütün Qafqaza işıq saçan mayakdır və onun
nuru dünyanın hər tərəfinə yayılır.
Azərbaycan iri sənaye müəssisələrin
işə düşdüyü, dünya üçün
önəm kəsb edən layihələrin həyata
keçirildiyi məkan olmaqla yanaşı, həm də əzəmətli
məscidlərin, məbəd və ziyarətgahların
inşa və bərpa olunduğu ölkədir. Sovetlər dönəmində Azərbaycanda cəmi
28 məscid vardısa, hazırda 2000-ə yaxın məscid
var, yeni kilsə və sinaqoqlar istifadəyə verilib. Ümumiyyətlə Azərbaycan dini abidələrə
dövlət səviyyəsində diqqət və
qayğı göstərən nümunəvi ölkədir.
Artıq Bakı mədəniyyətlərarası,
dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin
bir-birinin ardınca gerçəkləşdirildiyi məkana
çevirilib. 2010-cu ildə Azərbaycanda
dini liderlərin ümumdünya sammiti keçirlidi. Dünyanın bütün ənənəvi dini mərkəzlərini
təmsil edən böyük şəxsiyyətlər –
Patriarxlar, yüksək dini məqam sahibləri bu sammitdə
iştirak etdi. Əlbəttə Azərbaycanın
bu sahədə uğurların şərtləndirən məqamlar
var. Xalqımızın milli özəlliyi, zaman-zaman
bütün səmavi dinlərin məmləkətizdə bərqərar
olması, VII əsrdən bu torpaqlarda yayılmış
İslam dininin təlqin etdiyi ideallar məhz bu məqamlardandır. ideallar ki, sovet dönəmində,
ateizmin tüğyan etdiyi onilliklər ərzində belə cəmiyyətimiz
onlardan üz döndərmədi. Lakin
mühüm olan odur ki, müstəqillik dövründə Azərbaycanda
din-dövlət münasibətləri düzgün quruldu.
Danılmaz həqiqətdir ki, məhz Heydər Əliyev
dühası Vətənimizi parçalanma,
separatçılıq və məhvolma təhlükəsindən
xilas edərək müstəqil Azərbaycan dövlətçiliyini
yaradıb. Məhz tolerantlığın
dövlət səviyyəsində dəstəklənməsinin
bünövrəsi Heydər Əliyev tərəfindən
qoyulub. Həqiqətən də Ulu öndər
Heydər Əliyev hakimiyyətə gəldikdən sonra milli və
dini dəyərlərimizə sahib çıxdı. Prezident İlham Əliyevin dini dəyərlərin
qorunub-saxlanılması ilə bağlı siyasəti təqdirəlayiqdir.
Bu, məhz Heydər Əliyev siyasətinin
davamıdır. Ölkə prezidenti
İlham Əliyev sözügedən səhyə xüsusi
diqqət və qayğı göstərir. Heç bir din və məzhəb
ayrıseçkiliyinə yol verilmədən, bütün dini
icmalar dövlətin maddi və mənəvi yardımından
yararlanaraq, öz fəaliyyətini həyata keçirir.
Dövlət tərəfindən dini müəssislərə
xeyli yardım göstərilir. Bütün
bunlar dövlətin xidmətidir və bunu danmaq olmaz.
Müstəqillik dönəmində müsəlman məscid
və ziyarətgahı ilə yanaşı Rus Provaslav Kilsəsinin
Bakı yeparxiyası jen – mironosits kilsəsi yenidən bərpa
olundu, katolik icması üçün kilsə inşa edildi,
yeni yəhudi sinaqoqu tikildi. Azərbaycan hər
zaman müsəlman dövlətləri ilə dini mənəvi
əlaqələrin inkişaf etdiriliməsinə,
dünyanın müsəlman dini liderlərinin ölkəmizə
səfərlərinə, beynəlxalq tədbirlərdə
iştirakına xüsusi önəm verib. Eyni zamanda bu illər ərzində dünyanın
nüfuzlu din xadimlərindən olan Moskva və bütün
Rusiya Patriarxı II Aleksi, Ümumgürcüstan Patriarxı II
İliya Azərbaycana təşrif buyurub. 2001-ci
ildə Ulu Öndər Heydər Əliyevin dəvəti ilə
Roma Katolik kilsəsinin başçısı Papa II İohan
Pavel Azərbaycanı ziyarət etdi. Sonrakı
illərdə Rusiya Patriarxı Kiril ölkəmizə iki dəfə
gəldi. Bir neç ay öncə
keçirilən Bakı Sammiti çərçivəsində
hətta erməni katolikosu ölkəmizə səfər etdi.
Dünyadakı yəhudi icma rəhbərləri
ilə də qarşılıqlı münasibətlərimiz
mövcuddur. Azərbaycanda din-dövlət
münasibətlərinin tənzimlənməsi məqsədi
ilə 2001-ci ildə dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi yaradıldı. Ölkəmizdə
istər daxili, istərsə də beynəlxalq aləmdə
uğurlarımızı təmin edən məhz Ulu Öndərin
təməlini qoyuduğu müdrik siyasəti prezidentimiz
İlham Əliyev yüksək səviyyədə davam və
inkişaf etdirir. Dövlət
başçısının bu fikirləri xüsusi diqqətəlayiqdir:
“Azərbaycanda bütün xalqlar, bütün dinlərin
nümayəndələri bir ailə kimi rahat
yaşayırlar. Bütün dinlərin
nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır.
Bu sahədə Azərbaycan öz təcrübəsini
bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac var.
Çünki heç də hər yerdə vəziyyət
bizdəki kimi deyil”.
Dinlərarası münasibətlərdə sabitlik
ölkəmizdə tərəqqinin hərəkətverici
qüvvələrindən biridir, Azərbaycan dünyanın ən
çox inkişaf etmiş ölkələrinə nümunə
göstərilir. Bütün bunlar Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin titanik səyləri
sayəsində mümkün olub və bu siyasət hazırda
prezident İlham Əliyev tərəfindən də uğurla
davam etdirilir.
– Prezident
İlham Əliyev mütəmadi olaraq ölkənin
bütün dini icmalarının liderləri ilə
görüşərək, onların problemləri ilə
maraqlanır. Bu, dini icmalar tərəfindən
necə qarşılanır?
– Bu
gün prezident İlham Əliyev mütəmadi olaraq dini
icmaların liderləri ilə görüşür,
onların ehtiyac və problemləri ilə maraqlanır. Prezident İlham Əliyev müsəlmanlarla
yanaşı, müntəzəm olaraq ölkənin xristian və
yəhudi icmalarını da əsas dini bayramları münasibətilə
təbrik edir. Hakimiyyətə gəldikdən
sonra ölkə ərazisində mövcud olan dini ocaqların,
pirlərin, ziyarətgahlarn əsaslı təmiri ilə
bağlı göstərişləri, maddi-mənəvi
yardımlar prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə
göstərdiyi qayğının təzahürüdür.
Prezident İlham Əliyev bütün sahələrdə
xalqın ümummilli liderinin siyasətini davam etdirdiyi kimi, dinlə
bağlı problemlərin də həllinə bilavasitə
yardımçı olur. Hakimiyyətə
gəldikdən sonra ölkə ərazisində mövcud olan
dini ocaqlarn, pirlərin, ziyarətgahlarn əsaslı təmiri
ilə bağlı göstərişləri, maddi-mənəvi
yardımlar prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə
göstərdiyi qayğının təzahürüdür.
Digər tərəfdən İlham Əliyev prezident kimi
həm İran, həm də Səudiyyə Ərəbistanına
səfərləri çərçivəsində müqəddəs
yerləri səmimi qəlbdən, daxili duyğuların əhatəsində
ziyarət edən çox nadir dövlət
başçılarındandır.
“Gülüstan”
sarayında Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Hacı Allahşükür Paşazadənin
anadan olmasının 60 və Şeyxülislamlıq fəaliyyətinin
30 illiyinə həsr olunmuş “Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru” mövzusunda Beynəlxalq konfransda
çıxış edən prezident İlham Əliyev bu
mötəbər tədbiri əlamətdar hadisə kimi dəyərləndirdi.
Konfransın Bakıda keçirilməsinin təsadüfi
olmadığını deyən dövlət
başçısı bu amili Azərbaycanın dinlərarası
dialoqa verdiyi töhfələrlə əlaqələndirdi.
Azərbaycanın, eyni zamanda, dinlərarası və
sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini
diqqətə çatdıran prezident İlham Əliyev
dünyada sülhün təmin olunmasında belə dialoqlara
böyük ehtiyac olduğunu söylədi: “Azərbaycan əsrlər
boyu dinlərarası münasibətlərin inkişafında
öz rolunu oynayıb. İctimai-siyasi
quruluşundan asılı olmayaraq bütün dövrlərdə
Azərbaycanda dini və milli dözümlülük,
tolerantlıq çox yüksək səviyyədə olub.
Bu, Azərbaycan xalqının
duyğularıdır, eyni zamanda, müstəqil Azərbaycan
dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət
göstərən dini qurumların əməyinin praktiki nəticəsidir”.
(Ardı var)
Aqil LƏTİFOV
525-ci qəzet.- 2013.-
9 fevral.- S.22.