Azərbaycanda peşə təhsilinin inkişafı

 

Texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri hesab olunur. Keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənən tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradır.

Təhsil naziri Misir Mərdanovun dediyinə görə, hazırda Təhsil Nazirliyinin tabeliyində 108 peşə təhsili müəssisəsi, o cümlədən 47 peşə liseyi, 1 peşə tədris mərkəzi və 59 peşə məktəbi fəaliyyət göstərir. Onlardan 8-i cəzaçəkmə müəssisələrinin nəzdindədir.

Peşə liseylərində əsasən teplovoz maşinistinin köməkçisi, elektrovoz maşinistinin köməkçisi metropolitenin elektrik qatarlarının maşinist köməkçisi, dəmir yolu stansiyasının növbətçisi, neft və qazçıxarma operatoru, elektrik montyoru texnoloji qurğuların operatoru, kimyəvi analiz laborantı-əmtəə operatoru, təmirçi çilingər-qaynaqçı, elektrik avadanlığının təmiri və xidməti üzrə  elektrik montyoru ixtisasları üzrə kadrlar hazırlanır. Həmçinin tibb elektron aparatlarının təmiri və xidməti üzrə elektromexanik, xarrat, dülgər, parket ustası, klektrik maşınlarının təmiri üzrə elektrik çilingəri, elektrik qaz qaynaqçısı kompüter üzrə operator, çapçı, poliqrafiya üzrə dizaynçı, cilidçi, mühasib-fərdi kompüter operatoru, kompüter üzrə operator, radoioteleviziya aparatlarının təmiri və xidməti üzrə mexanik ixtisasları da bu sıradadır. Digər ixtisaslar sırasında barmen, bufetçi, qadın bərbəri, manikürçü, mühasib-fərdi kompüter operatoru, matros-motorçu, elektrik, matros-motorçu, gəmi təmiri çilingəri, matros-motorçu, qaynaqçı, modelçi-dərzi və sair ixtisaslar üzrə kadrlar hazırlanır. Peşə məktəblərində isə neftqaz quyularının operatoru, cihazçı, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər da var. Bunlardan əlavə, inşaatçı-dülgər, xarrat, tikişçi, tikiş avadanlığının operatoru, qadın bərbəri, manikürçü, mühasib- fərdi kompüter operatoru, avtomobilin təmiri üzrə çilingər, kompüter üzrə operator, inşaatçı-dülgər, xarrat, tikişçi, tikiş avadanlığının operatoru, qadın bərbəri, manikürçü, kişi bərbəri, mühasib-fərdi kompüter operatoru, tornaçı, avtomobilin təmiri üzrə çilingər, elektrik-qaz qaynaqçısı, kompüter üzrə operator, tikişçi, tikiş avadanlığının operatoru, modelçi-dərzi, qadın bərbəri, manikürçü, əməliyyatçı mühasib, xalçaçı, tikişçi, tikiş avadanlığının operatoru, aşpaz-qənnadçı, qadın bərbəri, manikürçü, ərzaq malları üzrə satıcı, nəzarətçi-kassir, mühasib-fərdi kompüter operatorusair ixtisaslar üzrə kadrlar hazırlanır.

2007-ci ildə prezident tərəfindən “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” qəbul edilib. Təhsil Nazirliyinin əmrinə əsasən Dövlət Proqramının icrası ilə əlaqədar Fəaliyyət Planı təsdiq edilib. İşəgötürənlərlə texniki peşə təhsili müəssisələri arasında tərəfdaşlıq əlaqələrinin təşkil edilməsi və bu prosesin tənzimlənməsi məqsədilə Təhsil Nazirliyinin müvafiq əmri ilə Əlaqələndirmə Şurası yaradılıb. Əlaqələndirmə Şurasına müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-dövlət təşkilatlarının təmsilçiləri də daxil edilib.

Təhsil naziri deyib ki, hər bir dövlətin yüksək səviyyəli, inkişaf etmiş sənaye ölkəsinə çevrilməsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində atılan addımlar mühüm rol oynayır. Bu baxımdan sənayeləşmə, elmi-texniki inkişaf yüksək səviyyəli kadrların formalaşması prosesi ilə həmahəngdir.

Texniki peşə təhsili sahəsində mövcud olan problemlərin həlli ilə əlaqədar Təhsil Nazirliyi dövlət və qeyri-dövlət orqanları ilə müvafiq əməkdaşlığı genişləndirib. Belə ki, Avropa Komissiyasının, Britaniya Şurasının texniki dəstəyi ilə “Peşə Təhsili və Təlimi İslahatı Strategiyası və Azərbaycanın seçilmiş regionunda sınaq tətbiqi”, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və YUNESKO ilə birlikdə həyata keçirilən “Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsi”, Koreyanın “DEU İnternəşnl” şirkəti ilə birlikdə elektrik, avtomatlaşdırma, informasiya texnologiyaları, avtomobil təmiri, elektronika, mühərrik sahələri üzrə ixtisaslı kadr hazırlığını həyata keçirə biləcək “Qabaqcıl Texnologiyalar üzrə Peşə Tədris Mərkəzi” tikintisi, Dünya Bankı ilə II Kredit sazişi çərçivəsində “İlkin peşə təhsilinin kurrikulumunun hazırlanması” layihəsi birgə əməkdaşlığın bir qismini əhatə edir. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə gənclər arasında və kənd təsərrüfatında çalışan məcburi köçkün ailələrində peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində Avstriyanın “Hilsferk Avstria” təşkilatı ilə birgə həyata keçirilən layihə başa çatdırılıb. Nazirin sözlərinə görə, ötən il nazirliyin Texniki peşə təhsili şöbəsi tərəfindən ötən il şöbə tərəfindən dövlət proqramı çərçivəsində 4 və 11 nömrəli Bakı peşə liseylərində əsaslı təmir işləri başa çatdırılıb, 13, 16 və 18 nömrəli Bakı peşə liseylərinin əsaslı təmirinə başlanıb. Bununla əlaqədar olaraq həmin liseylərin fəaliyyət profilinə uyğun olaraq tələb olunan avadanlıqlar və texnikanın siyahısı hazırlanıb. Ötən il Nazirlər Kabinetinin qərarı ilə “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”, “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti” sənədi qəbul edilib. “İlk peşə-ixtisas təhsili müəssisələrinin büdcə təminatı normativlərinin hesablanması metodikası və tətbiq olunma Qaydaları” sənədi və “Azərbaycan Respublikasında İlk peşə-ixtisas təhsili üzrə Kurikulummodul hazırlamaq üçün təlimat” sənədi, “Strateji planların hazırlanması üzrə Təlimati sənəd” hazırlanıb. Peşə liseylərində ümumtəhsil fənlərindən mərkəzləşdirilmiş imtahanların  təşkili, keçirilməsi ilə bağlı təhlillər aparılıb, ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin ixtisasartırma, stajkeçməyə dair tələbatı araşdırılıb, hesabat xarakterli məlumat hazırlanıb, peşə, təhsil standartlarının, strateji planların, kurikulumların, müəllim hazırlığı, əmək bazarının öyrənilməsi və sair mövzular üzrə 20-ə yaxın təhsil müəssisələrinin rəhbərləri, 100-dən artıq mühəndis-pedaqoji heyət üçün 25 seminar, treninq təşkil edilib. İlk peşə-ixtisas təhsili müəssisələrində statistik məlumatların toplanılması, elektron bazaya ötürülməsi ilə bağlı Xaçmaz, Lənkəran, Bakı şəhərlərində treninqlər, ilk peşə-ixtisas təhsili müəssisələrində dövlət buraxılış  imtahanların təşkili, tədris-istehsalat prosesinin vəziyyəti ilə əlaqədar monitorinqlər keçirib, Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsində bu sahəyə aid statistik məlumatları əks etdirən məlumat bazası yaradılıb, məlumat bazasında aşağıdakı məlumatlar toplanılıb.

M.Mərdanov bildirib ki, ötən il son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 9 adda dərslik hazırlanıb. Bu il isə 10 dərsliyin çapı nəzərdə tutulub: “Ötən il nazirliyin müvafiq şöbəsi  tərəfindən əmək bazarının öyrənilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilib. Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzi ilə birlikdə Quba-Xaçmaz, Lənkəran və Şəki-Zaqatala rayonlarında əmək bazarının tələbatı və ilk peşə-ixtisas təhsili müəssisələrinin vəziyyətinə dair araşdırma aparılıb. Layihə çərçivəsində peşə təhsili məktəblərinin fəaliyyətinin, vəziyyətinin respublikanın əmək bazarının ehtiyaclarına uyğunluğu təyin ediləcək, əmək bazarında ən çox ehtiyac duyulan peşələr haqqında, peşə təhsili məktəblərinin maddi texniki təminatının, tədrisin səviyyəsi haqqında, işəgötürənlərin mövcud peşə kompetensiyaları və peşə standartlarına olan münasibətləri haqqında məlumatlar əldə ediləcək. Layihə tapşırığına əsasən araşdırma masaüstü tədqiqat, anket sorğusu, dərinləşdirilmiş müsahibə və dəyirmi masa metodlarından istifadə edəcək. “Peşə məktəblərinin inkişafı layihəsi” çərçivəsində Təhsil Nazirliyi və “Azərsun Holdinq” Şirkətlər Qrupu ilə “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində Niyyət Protokolu imzalanıb, 2010-cu ildən başlayaraq Biləsuvar peşə liseyində həmin layihənin icrası ilə əlaqədar olaraq tədbirlər həyata keçirilməkdədir. Təhsil Nazirliyi tərəfindən tədris-istehsalat prosesinin səmərəli şəkildə təşkil edilməsi məqsədilə yeni İKT avadanlıqları və Tikiş maşınları verilib. Ötən il dekabr ayında liseyin 7 nəfər mühəndis-pedaqoji heyəti HoldinqinNatural Green Land” müəssisəsində staj keçmişmüvafiq təlim almışlar. Təlimə yerli mütəxəssislərlə yanaşı Türkiyədən dəvət edilmiş mütəxəssislər də cəlb edilmiş və təlimi uğurla başa vuran şəxslər şirkət tərəfindən müvafiq sertifikat verilib. Peşə Təhsilinin Təkmilləşdirilməsi Lahiyəsi çərçivəsində isə Azərbaycan Höküməti və Heydər Əliyev Fondu  ilə “YUNESKO” arasında Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi haqqında saziş imzalanıb. Layihənin əsas məqsədi mehmanxana xidməti və informasiyakommunikasiya texnologiyası ixtisasları üzrə müasir tələblərə cavab verən yeni kurikulumların, dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma, təlim resurs mərkəzinin yaradılmasıdır. Lahiyə çərçivəsində “Otel nəzarətçisi” və “Kompüter üzrə operator” ixtisasları üzrə kurikulumlar hazırlanıb, yeni kuriukulumlar əsasında müasir tipli dərsliklər hazırlanmış (şagirdlər üçün tədris vəsaiti, müəllimlər üçün tədris vəsaiti), rus dilinə tərcümə edilib və qiymətləndirilməsi üçün YUNESKO-nun Moskva ofisinə göndərilib. Məlumat üçün bildirim ki, Bakı Metropoliteni ilə əldə edilən razılaşmaya əsasən 2010-cu ildən başlayaraq Dövlət Dəmir Yolu liseyində sifariş əsasında  metropoliten  sahəsi üçün müxtəlif kadrların hazırlanması həyata keçiriləcək. Kadr hazırlığı prosesinin səviyyəsini artırmaq məqsədilə Bakı Metropoliteninin Nərimanov deposunda müasir təlim sinifləri yaradılıb. Həmçinin, liseyin mühəndis-pedaqoji heyəti ilə birlikdə kadr hazırlığı prosesinə təcrübəli metropoliten işçiləri də cəlb edilib”. Təhsil naziri qeyd edib ki, ötən il 4, 18 nömrəli Bakı və 3 nömrəli Gəncə peşə liseylərində “Suvaqçı” peşəsi üzrə ixtisaslı kadrların hazırlanması üçün dəstəyin verilməsi və bu təhsil müəssisələrinin bazasında KNAUF Təlim Mərkəzləri açılıb. Qısa və ortamüddətli proqramların birgə hazırlanması, tədris-metodik vəsaitlərin hazırlanması, təlim prosesi üçün zəruri olan informasiya və sənədləşmə ilə təminat,  Knauf Təlim Mərkəzlərində dərs deyən müəllimlərin hazırlanması, tədris prosesinin maddi-texniki materiallarla təmin edilməsi, şagirdlərin, öyrədənlərin ölkə,  beynəlxalq müsabiqələrinin hazırlığı, keçirilməsi işi həyata keçirilib. Nazir əlavə edib ki, ötən il yaşıl texnologiya üzrə kadr hazırlığı layihəsi həyata keçirilib. Layihənin əsas məqsədi ilk peşə-ixtisas təhsili müəssisələrinin tədris proqramlarına “Yaşıl İqtisadiyyat” və “Yaşıl Texnologiya” anlayışlarının gətirilməsi, dünya iqtisadiyyatında sürətlə inkişaf edən “Yaşıl İqtisadiyyatsisteminin tələblərinə müvafiq olaraq ixtisaslı kadr hazırlığı mexanizminin yaradılması, ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinin ətraf mühitə ziyan vurmadan istehsal və xidmət sahələrinin yaradılması üçün ilkin bilik, bacarıqlara sahib olmalarına yardım  etmək, vətəndaşlarda “Yaşıl İqtisadiyyat” haqqında anlayışları inkişaf etdirərək yeni sahibkarlıq sahələrinin yaradılmasına dəstək olmaqdır.

Prezident İlham Əliyevin 2007-ci ildə müvafiq sərəncamla təsdiq etdiyi “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”nın əsas məqsədi ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlara olan tələbatın ödənilməsi və əhalinin müasir peşə təhsili almaq imkanlarının təmin edilməsi idi. Peşə təhsili didaktikasında prinsiplər sisteminə elm, texnika və istehsalatın inkişaf tendensiyası, əməyin məzmununda gedən dəyişikliklər böyük təsir göstərir. Texnikiiqtisadi münasibətlər sistemində ixtisaslı kadrların rolunun artması müxtəlif texnoloji proseslərin əmək funksiyalarının və növlərinin birləşdirilməsi, peşələrin inteqrasiyası daha münasib məzmun və onun formalaşdırılması prinsiplərini tələb edir. Bu baxımdan peşə hazırlığı məzmununun formalaşdırılmasında istifadə edilən prinsipləri ümumi pedaqojiyeni spesifik prinsiplərə ayırmaq olar. Ümumi pedaqoji prinsipləri sadalamağa ehtiyac olmadığını nəzərə alaraq yeni prinsiplər üzərində dayanaq. Spesifik prinsiplər tədris-proqram sənədlərinin işlənilməsində mühüm amil kimi əvvəlcədən yeni iqtisadi şəraitdə ixtisaslı kadrların hazırlığına obyektiv ictimai-siyasi tələblərə uyğun olaraq daha münasib şəraitin müəyyən edilib həyata keçirilməsinə imkan verir. Peşə təhsilinin məzmununun hazırlanmasında aşağıdakı yeni təklif edilən prinsiplərə istinad edilməsi məzmununun bugünkü tələblər çərçivəsində formalaşdırılmasına imkan verir.

Misir Mərdanovun sözlərinə görə, peşə təhsilinin məzmununun təyin edilməsində müasir istehsalat həlledici əhəmiyyət kəsb edir. Yeni texnika və təkmilləşmiş texnoloji proseslər müəssisələrdə fəhlə əməyinin xarakter və məzmununu kökündən dəyişdiyindən təlimin də məzmunu bir qayda olaraq yeniləşir və tədris fənlərinin də təkmilləşdirilməsi vəzifəsini ortaya çıxarır. Yeni şəraitdə kadr hazırlığı, yalnız elm və texnikanın müasir səviyyəsinə uyğun gəlməsi ilə deyil, həm də hər bir kadra yeni texnika və texnologiyanın mənimsənilməsi, yaxın peşələrin də öyrənilməsi şəraitinin yaradılmasını təmin etməlidir. Bu prinsip təlimin məzmununda elmi faktlar, anlayışlar, qanunauyğunluqların və texniki, texnoloji yeniliklərin öz əksini tapmasını və bunların şagirdlərə çatdırılmasını tələb edir. Bununla şagirdlərdə həm geniş dairədə elmi-texniki təsəvvür formalaşdırılır, həm də fənnin öyrənilməsi üçün müsbət motivlər aşılanır: Pedaqoji praktika və aparılan tədqiqatlar göstərir ki, peşə təhsili sistemində mənəvi və texniki cəhətdən aşınmış alət və avadanlıqlar, texnoloji qurğuların və s. öyrədilməsi ilə aparılan təlim əslində bu gün qoyulan vəzifələrin icra edilməsi üçün lazımi bilik, bacarıq və vərdişlər verə bilmir. Texnikitexnoloji yenilik prinsipinə uyğun olaraq istehsalatın və peşənin elmi əsasları haqqında biliklər özlüyündə düzgün qurulmuş sistem halında olmalı və müasir elm, istehsalat, texnika və texnologiyanın inkişafına cavab verə bilən praktikanın kifayət qədər dürüst faktlarına söykənməlidir. Bu mənada peşə hazırlığının məzmununun struktur vahidləri, onların daimi hərəkəti və inkişafı da qarşılıqlı əlaqədə baxılır. Bu prinsip yalnız təlim prosesində deyil, həm də ixtisas üzrə tədris fənlərinin qurulmasında nəzərə alınmalıdır. Bir çox peşələrin öyrənilməsində mövcud olan plan və proqramların məzmununun səmərəliliyinə aid aparılan tədqiqatlar göstərmişdir ki, məzmunun köhnəliyi üzündən məzunlar istehsalatda öz peşələrini yenidən öyrənməli olmuşlar. Bu prinsipin tələblərinə əməl edilməsi üçün elə tədris materialı seçilməlidir ki, onun praktika ilə yoxlanılmış elmi gerçəkliyi olsun, həm də elmi-texniki tərəqqi şəraitində elm və texnikanın inkişaf perspektivini görməyə imkan versin. Bununla bərabər, təlimin müasir elm və texnikanın nailiyyətlərini əks etdirə bilən avadanlıq və istehsalat obyektlərində aparılması təmin edilməlidir”.

Nazir bildirib ki, məzmunun formalaşdırılıb onun strukturunun təyin edilməsində kompleks fənlərarası əlaqə prinsipinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Peşə təhsili didaktikasında, tədris proqram sənədlərinin işlənilməsində bu prinsipin özünəməxsus rolu vardır. Yüksək ixtisaslı və genişprofilli kadr hazırlığı peşə, politexnikümumi təhsilin qarşılıqlı əlaqəsi, üzvi birliyi əsasında mümkündür. Bu qarşılıqlı əlaqənin mahiyyəti ətraf aləmin obyektiv vəhdəti, təbiət hadisələrinin, cəmiyyət və istehsalatın qarşılıqlı əlaqəsi ilə müəyyən olunur: “Fənlərarası əlaqənin əsas konstruktiv funksiyası təhsilin məzmunu elementlərinin koordinasiyası və inteqrasiyasından ibarətdir ki, bunlar da bir-birini tamamlayır. Bu mənada o, ideya, anlayış, qanun, fakt, bacarıq və vərdişlər ayrı-ayrı tədris fənlərinin bölmələri arasında əlaqələr yaradılmasına imkan verir. Didaktik baxımdan əlaqələrin işlənməsi və həlli problemində dialektik metodun bütün müddəaları nəzərə alınmalıdır. Yalnız onun əsasında peşə təhsili məzmununun tərkib elementləri arasındakı qarşılıqlı asılılığı dərk edib öyrənmək mümkündür. Kompleks fənlərarası əlaqə adı altında istehsalat fəaliyyətində bilik, bacarıq və vərdişlərin müvəffəqiyyətlə formalaşması üçün bir neçə fənn arasında əlaqələrin ümumi əsaslarda birləşdirilməsinin vəhdəti başa düşülür. Peşə təlimində bu ümumtəhsil, ümumtexniki, ixtisas fənləri və istehsalat təlimi arasında kompleks, obyektiv əlaqələrin həyata keçirilməsindən ibarətdir. Kompleks əlaqələrin seçilməsi üçün əsas kriteriyalar şagirdlər tərəfindən qazanılmış bilik, bacarıq və vərdişlər sisteminin tətbiqini tələb edən elmlərin əsası və istehsalat prosesindən ibarətdir. Peşə təhsili bilavasitə ümumipolitexnik təhsillə əlaqəlidir. Axırıncının səviyyəsi nə qədər yüksək olarsa, peşəyə yiyələnmə o qədər tez və səmərəli olar. Öz növbəsində peşə təhsili ümumipolitexnik səviyyənin qalxmasına imkan verir. Belə ki, onda elmlərin əsası, istənilən bir istehsalat sahəsinin iqtisadiyyatı, texnika və texnologiyası, istehsalat proseslərinin qanunauyğunluqları açıqlanır. Digər tərəfdən, peşə təhsili ümumipolitexnik təhsilin zəruri komponenti, onların praktiki tətbiqi bazası kimi çıxış edir”.

Təhsil nazirinin dediyinə görə, stabillikdinamiklik prinsipinin nəzərə alınması əsasən peşə təliminin məzmununun layihələşdirilməsində  mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Bu prinsipə əsasən tədris proqram sənədləri uzun müddət üçün daimi  stabil  bilikləri  əks  etdirməli,  eləcə  texnika  və texnologiyanın  inkişafından  asılı olaraq onun  yenidən dəyişdirilməsi  üçün  dinamik  ehtiyatlara  malik  olmalıdır. Stabil hissə elm, texnika, texnologiya və istehsalatın təşkilinin əsas müddəalarının öyrənilməsini nəzərə alır və praktiki olaraq onlar dəyişikliyə məruz qalmırlar. Onlar yalnız dəqiqləşdirib detallaşdırılır. Proqramın bu hissəsinə uyğun olaraq şagirdlərdə tez dəyişikliyə məruz qalmayan əsas peşə bilik, bacarıq və vərdişləri formalaşdırır. Tədqiqatların nəticələrinə əsasən müəyyən edilmişdir ki, tədris proqramının ümumi həcminin 80-85 faizi stabil, 15-20 faizi isə dinamik hissənin payına düşür. Proqramın stabil hissəsində istehsalatın əsas sahələrində tez dəyişikliyə uğramayan və məzunların işləməsi üçün lazım olan əsas peşə bilik, bacarıq və vərdişlər sistemi nəzərdə tutulur. Proqramın dinamik hissəsində elmi-texniki tərəqqinin texnikada, texnologiyadaistehsalatda əmək metodlarında etdiyi dəyişikliklər də əks olunur. Dinamik hissə əvvəlki bilikləri zənginləşdirən hadisələr, proseslər və qanunauyğunluqlar haqqında yeni məlumatları əks etdirir.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2013.- 9 fevral.- S.14-15.