Bir az səbr, bir az sükunət

 

Yazıçı Əkrəm Əylisli ilə bağlı müzakirələri Almaniyadan izləməyə çalışıram. Təbii ki, sadəcə, Azərbaycandakı müzakirələri deyil, Avropadakı, özəlliklə erməni diasporasının yabançı dillərdə yazdıqları qəzetlərə baxıram. Əkrəm Əylislinin tək tərəfli fikirlərlə qələmə aldığı roman üzərindən aparılan müzakirələrin getdikcə xalqımızın əleyhinə dönən bir davaya çevrildiyini  gördükcə üzülürəm. Belə vəziyyətlərdə topdan hücuma keçmək haqsız olan yazıçını getdikcə haqlı duruma gətirib çıxaracaq. Könül istərdi ki, bu məsələ yazıçılar arasında olsun Azərbaycanda sənət adamları üçün bir imtahan meydanına çevrilsin!

Təəssüf ki, belə olmadı.

Xarici mətbuatda kitabdan kitabda yazılanlardan çox, bir ölkədə bir yazıçının roman yazdı deyə bütün haqlarının əlindən alınması, ailə üzvlərinin işdən çıxarılması məsələsi kimi gündəmə çıxdı.

Başda “New York Times” Türkiyədə yayınlanan erməni qəzetiAgos”, bir yazıçıya yönələn  basqıların kampaniyanın qəbuledilməz olduğunu yazırlar. Görünür bu qəzetlərdəki yazılar getdikcə Azərbaycanı çətin vəziyyətə salacaq.

Türkiyə keçmişdə bir qism yazarları solçudur deyə həbsə atdı, onları davamlı təqib etdirdi rahat yaşamalarına fürsət vermədi. Sonu oldu? Mühacirətə qaçan yazarlar hər qatıldıqları proqramlarda  Türkiyəni qaraladılar. Mən 20 il öncə Almaniyaya gəldiyimdə harada türk olduğumu söyləsəm: “O yazarları həbsə atan ölkəmi?” – deyə məni sorğu-suala çəkərdilər.

Azərbaycanda demokratiya insan haqları durumda olursa olsun, insanları təhsilli mədənidirlər. Türkiyədə zaman Azərbaycandan söz edilsə, ən çox insanlar tərəfındən dilə gətirilən söz budur: “Onlar çoxluqda ali məktəb məzunları mədəni insanlardır!”

İndi bir yazıçının yazdığı roman xalqımız üçün qədər təhqiredici alçaldıcı olsa da, bizlər səbr etməli, orada yazılanları haqlı çıxaracaq hərəkətlərdən qaçmalıyıq.

Bu məsələdə buraxılacaq xətalar ölkəmizi daha da çətinə salacaq.

Avropada yazı elmi çalışmalara o qədər dəyər verirlər ki, daha bu yaxınlarda doktorluq işinin bir bölümünü qaynaq bildirmədən yazdığı üçün Almaniyada bir alman nazirinin doktorluq titulunu əlindən aldılar.

Əkrəm Əylislilər davamızda bəlkə bir dəlik aça bilər. Amma ona yönələcək hücumlar onu məzlum durumuna düşürəcək davamızın sinəsində dərin yaralar açacaq.

Kənardan durub dərs vermək kimi çixmasın (bu yazını qətiyyən o niyyətlə yazmıram), mən bu vəziyyətdə bütün Azərbaycanı sevən insanları sakit düşünməyə dəvət edirəm. Yabançı bir ölkədə yaşayan Azərbaycanı canından çox sevən, her yerdəazərbaycanlıyamdeməkdən qürur duyan bir insan olaraq mədəni Azərbaycan millətini səbrli olmağa çağırıram.

Hələ küçələrdə kitab yandırmalar, təhdid etmələr bizim xalqımıza yaraşan hərəkətlər deyil. Artıq ox yaydan çıxıb. Yazılan yazılıb. qədər qiyamət qoparılsa da, yazılanlar geriyə gəlməz. Bu səbəblə xalqımızın o məzlum şəhidlərini incitmək, onları daha da məyus etmək istəmiriksə, belə məsələlərdə: “mən daha çox vətənsevərəm” – deyə ortalığa çıxıb xalqımızı gözdən salmamaq gərək.

Ölkəmiz millətimizin adına indiyə qədər yüzlərcə iftira yalan yazıldı. Bu millət gün gəldi təhqir edildi, gün gəldi dədə-baba yurdundan qovuldu, gün gəldi sibirlərə sürüldü, gün gəldi alman cəbhələrinə göndərilib öldürüldü. Xalqını sevən, onun üçün ürəyi yanan aydınları qurşunlara tuş gəldi. Qonşu olaraq baxdığı, çörək verdiyi xalqlar tərəfindən xəyanətə uğradıldı, soyqırımlara məruz qaldı. Buna rəğmən millət ayaqda qaldı.Yeni aydınlar yetişdirdi, analar yeni igidlər doğdu o igidlər nəhəng bir imperatorluqdan sökə-sökə çəkib baxımsızlığını aldı.

Onun üçün bədbinliyə, hiddətə qapılmamaq gərəkdir.

Xalqımız artıq Əkrəm Əylislilərdən deyil, onun acılarını yazması üçün o biri yazıçılarının gözlərinin içinə baxmalıdır. Onlar gerçək yazıçıdırlarsa, bu millətin 150 illik acılarını, sürgünlüklərini, baxımsızlıq arzularını yazmalıdırlar.Və biz dünya mətbuatına bu cür yazıçıların adlarıyla çıxmalıyıq.

Ölkəmizi, torpağımızı, insanlarımızı, gələcəyimizi, övladlarımızı onların gələcəyini düşünən hər kəsdən səbrli sakit olmalarını rica edirəm. Artıq dünyada yalqız bir ölkə olaraq yaşamaq mümkün deyil. Bütün dünya ilə bütünləşmək məcburiyyətindəyik. Bizlər qədər sakit, soyuqqanlı, ağıllı davransaq o qədər davamızdan qazanclı çıxarıq.

 

 

Orxan ARAS

Almaniyadan yazır

 

525-ci qəzet.- 2013.- 12 fevral.- S.5.