Faiq Sücəddinovun müəllif konserti ilə bağlı təəssüratlar

 

Bu il fevral ayının 8-də Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Xalq artisti, “Şöhrətordenli bəstəkar pianoçu Faiq Sücəddinovun yaradıcılığına həsr olunmuş müəllif konserti keçirildi. Konsert Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Salonunda oldu.

Sevimli bəstəkarımız Faiq Sücəddinovun yaradıcılığının xüsusi dəsti-xətti, üslub xüsusiyyətləri mövcuddur. Konsertdə bəstəkarın yaradıcılıq konsepsiyası aydın şəkildə onu göstərdi. Belə ki, səslənən bütün əsərlərin özü tərəfindən ifa olunması bilavasitə bu əsərlərin daxili obrazının, onun ruhunun, qayəsinin açılması ilə səciyyələndi. Bu da onun mahir pianoçu olmasını bir daha sübuta yetirdi.

Məlumdur ki, Faiq Sücəddinov həm görkəmli bəstəkar, həm çox parlaq virtuoz pianoçudur. Təsadüfi deyil ki, o musiqiyə əvvəl pianoçu kimi gəlmiş, sonra isə bəstəkarlığa  keçmişdir. Bu iki sahə daim olaraq onun yazdığı əsərlərə təsir göstərir.

Xalq arasında F.Sücəddinov əsasən fortepiano üçün əsərlərin (pyeslər, ballada, vals, vals-fantaziya, rəqs nömrələri, bir sıra proqramlı əsərlər ) bir çox mahnıların müəllifi kimi  tanınır sevilir. Lakin bəstəkar öz qələmini başqa janrlarda da sınamış, bir sıra iri kiçik həcmli dəyərli əsərlər yazmışdır. Bu mənada onun sənət dünyası zəngin rəngarəngdir. Bunların içərisində piano simfonik orkestr üçün konserti, piano kamera orkestr üçün konserti, xor simfonik orkestr üçünAtatürkodasını, “Mən dəyərəm min cavanaoperettasını, kamera orkestri üçünTokkata”nı, filmlərə (ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuşAdı soyadı”), seriallara (“Həyatın bir anı” 11 seriya), tamaşalara musiqini, bir çox romans mahnılarını nümunə göstərmək olar.

Sözügedən konsertin proqramına məhz bəstəkarın piano üçün yazdığı əsərləri bir neçə mahnısı daxil edilmişdi. Müəllifin öz ifasında səslənən piano üçün əsərlərini şərti olaraq iki hissəyə ayırmaq olar: proqramlı musiqi nömrələri müəyyən musiqi janr formasına aid olan əsərlər.

Məlumdur ki, musiqi sənətində proqramlı əsərlər müəyyən ada malik olurlar bu ad əsərin əsas mövzusunu açıqlamalıdır. Bu konsertdə bəstəkarın proqramlı əsərlərindənVətənballadasını, “Portret”, “Payız çağı”, “Xəzərin ləpələri”, “İthaf”, “Yeni Bakı”, “Dostuma məktub “Bal arısının uçuşusəsləndi. Digər qrupa isə kamera musiqisi nümunələrindən pyes, vals, rəqs-fantaziya, etüd rəqs daxil idi.

Onu da qeyd etmək lazımdır ki, bəstəkar öz fikrini çox aydın tərzdə miniatür janrlı əsərlərdə açıqladı. Bu əsərlərin çox qısa, lakonik olmasına baxmayaraq, müəllif sadə aydın musiqi dilini, milli koloriti üzvi surətdə bir-biri ilə uzlaşdırmışdı. İfa olunan əsərlərdə milli musiqi elementləri ilə yanaşı, Avropa ruhunun, eləcədə jazın uzlaşdırılmasına da rast gəlmək olurdu.

Faiq Sücəddinovun musiqisində həyat eşqi, həyata nikbin baxışı, gənclik təravəti, işıqlı zəngin emosiyalar, qəlboxşayan hisslər hökm sürür. Bütün bu xüsusiyyətlər musiqinin obrazlı məzmununun əsasını təşkil edən lirika ilə izhar olunmuşdur. Bəli, səslənən əsərlərin əksəriyyətində lirika əsas rol oynayır.

Digər tərəfdən bəstəkarın mahnı janrına olan sevgisi onun piano əsərlərinə   sirayət etmişdir. Bu xüsusiyyət nəinki piano üçün əsərlərinin melodikliyində, mahnıvariliyində, həmçinin, fortepiano alətində insan səsinə yaxın olan emosional, ifadəli cəhətlərin göstərilməsində öz əksini tapır. Belə ki, F.Sücəddinovun fortepiano üçün yazdığı əsərlərinin fakturasına diqqət yetirsək, görərik ki, burada müstəqil melodik səs müşayiət fonu özünü aydın büruzə verir. Yəni, melodiya əsasən vokal ifa tərzinə malik olur. Belə ki , melodiya mahnının əsası sayılırsa, bəstəkarın instrumental əsərlərində melodiya öz şəffaflığı, zərifliyi, axıcılığı, oxunaqlığı ilə seçilir. Konsertdə ifa olunan hər bir əsərdə bu əlamət özünü bariz şəkildə nümayiş etdirirdi.

Yeri gəlmişkən onu da deyək ki, məhz Faiq Sücəddinovun əsərlərinin populyar olması da hər şeydən əvvəl onun melodiyasının gözəlliyindədir. Axı, hər bir əsərin əsasında melodiya durur. Məhz F.Sücəddinov əsərlərinin əsasını da füsunkar, öz gözəlliyi ilə seçilən melodiya təşkil edir. Bəli, gözəl melodiya insanın ruhunu oxşayaraq onu yaşamağa, sevməyə sövq edir. Burada böyük rus bəstəkarı D.Şostakoviçin sözləri yada düşür: “Melodiya fikir, hərəkət, musiqi əsərinin ürəyi deməkdir”.

Bəstəkar üçün çox böyük şərəfdir ki, əsərin ilk frazasından kimə mənsub olması tapılsın. F. Sücəddinovun əsərləri bu siyahıdandır. Onun hər bir əsərində öz dəsti-xətti aydın sezilirdi.

Əvvəl qeyd etdiyimiz kimi, konsertdə bəstəkarın fortepiano əsərləri ilə yanaşı bir neçə mahnısı da ifa olundu. Məsələn, “Məhəbbət poeması” və “Azərbaycan” mahnıları tanınmış müğənni Samir Cəfərovun ifasında bəstəkarın müşayiəti ilə səsləndirildi. Bu iki sevgi mahnısı öz müxtəlifliyi ilə seçilir. Əgər “Məhəbbət poeması”nda insana qarşı olan sevgi hissləri əks olunursa, “Azərbaycan” mahnısında isə Vətənə olan sonsuz sevgi, məhəbbət melodiyanın dramaturji inkişafında çox gözəl ifadə olundu. Bu əsər də sürəkli alqışlarla qarşılandı. Mahnının melodiyası qəlbimizə hərarət gətirdi. Ümumiyyətlə, görkəmli bəstəkarın konsertində özəl xüsusiyyətlərindən biri də Vətənə olan sevginin çox böyük ustalıqla əsərlərdə əks olunmasıdır. Bunu konsertin ilk nömrəsi olan, doğma Vətəninə eşqini əks etdirən məşhur “Vətən” balladasında, Xəzər dənizinin füsunkarlığını əks etdirən “Xəzərin ləpələri” adlı əsərində, Bakının əsrarəngizliyinə XX əsr prizmasından yanaşılmasını “Yeni Bakı” əsərlərində də izləmək olurdu.

Müəllifin müşayiəti ilə konsertdə Ülviyyə Tağıyevanın ifasında “Salam ver” və “Nəğmələr” adlı məşhur mahnıları da ifa olundu. Qeyd edək ki, bəstəkarın mahnılarının hər birində musiqi ilə poetik mətnin vəhdəti yüksək səviyyədə idi. Əlbəttə ki, bu işdə mətn yazan şairlərin rolunu da xüsusi qeyd etməliyik. O, öz mahnılarının mətnləri üçün F.Qocanın, B.Vəziroğlunun, C.Novruzun, R.Hüseynovun, İ.Dadaşovun, V.Bayatlının və başqalarının sözlərindən daha çox istifadə etmişdir.

Konsertin sonunda dünya şöhrətli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək F.Sücəddinovun bəstəkar kimi nailiyyətlərindən söz açmış, virtuoz pianoçu kimi ustalığını açıqlamış və ona yaradıcılığında yeni-yeni uğurlar arzulamışdır.

 

 

Leyla ZÖHRABOVA,

Musiqişünas, fəlsəfə doktoru

BMA-nın baş müəllimi

 

525-ci qəzet.- 2013.- 15 fevral.- S.7.