Oralarda kimlər var: Əhməd Şimşirgil- İskəndər Pala

 

BİR TARİXÇİ BİR YAZARA QARŞI “ŞAH VƏ SULTAN” ROMANI HAQQINDA –2

 

Bunun bir az da bizə dəxli

Gər dersə Füzuli ki gözəllərdə vəfa var

Aldanma ki, şair sözü əlbəttə yalandır.

 

Son illər  türk ədəbiyyatının  məşhur ədəbiyyat və romançısı prof. dr. İskəndər Pala yeni tarixi bir romanı ilə oxucuların  görüşünə gəldi.Romanın ana qəhrəmanlarının Yavuz Sultan Səlim, Şah İsmayıl və Taclı Xatun olması isə şübhəsiz ki, əsərə olan marağı və münasibəti daha da artırdı.Təkcə bu faktı qeyd etmək lazımdır ki,yazarın qonaq olmadığı telekanal qalmadı.

Bunlardan birisini mən seyr etməsəydim bəlkə romanı oxumayacaq və bəlkə bu yazını da qələmə almayacaqdım.

 

 

GƏLƏK ƏSƏRDƏKİ DİGƏR TARİXİ SƏHVLƏRƏ:

 

“Sultan Səlim sağ əlini bir qartal pəncəsi kimi açıb Sultan Bayezidin sinəsini şiddətlə itələməsi və o yaşlı atanın oturduğu minbərdə yıxılacaq kimi səndələməsi gözümün qarşısından heç getmir. ... qoca Sultan Bayezidin, otuz ildir hökm etdiyi dövlətin əlindən getdiyinə kədərlənən bir hökmdar olaraq deyil də, oğlundan belə bir rəftar görmə bəxtsizliyini yaşayan bir ata olaraq, çox, amma çox incimiş olmalı idi. Yalnız “Oğul, məni zəbun etdin, inşallah şirpənçələr əlində can verərsən” –deyə küfr etmiş, sonra da boynunu bükmüşdü”. (“Şah və Sultan” səh. 143).

Heç bir qaynaqda olmadığı halda yenə rəvayətçilərin uydurması ilə 2-ci Bayezid xanın oğlu Səlim xana qarğış etdiyini yazan İskəndər bəy bunu hardan almış bilgimiz yox.

İskəndər bəy bütün bunlardan sonra daha irəli gedərək Səlim xana – yaşlı atasına bir də sillə atdırır. Artıq bir də bu səhvi düzəltməklə məşğul olacağıq. Başa düşməliyik ki,Şahzadə Səlim çox istəməsinə və dəfələrlə məktublar göndərməsinə baxmayaraq, atası ilə görüşməyə müvəffəq ola bilməmişdi. Dövlət adamlarının onu atası ilə görüşdürmədikləri kimi ayrıca araqarışdıraraq qarşıdurmaya da gətirib çıxardıqları bilinməkdədi. Necə ki, Səlim xan daha sonra bu vəziyyəti:”Biz möhtərəm atamızla görüşüb, əlini öpüb xeyir-duasını alıb, sonra da məmləkətin əhvalını özünə ifadə edəcəkdik. Bizi istəməyən dövlət ərkanları aramıza divar kimi girdilər. Oradan uzaqlaşmamıza səbəb oldular”- deyəcək.

Hadisələrin davamında səltənəti özündən təslim götürərkən qarşı-qarşıya gələcəklər. Buradakı hadisələr isə qaynaqlarda çox açıq və geniş bir şəkildə izah edilməkdə olub, Səlim xanın atasına qarşı ədəbindən və hörmətindən başqa bir şey  göstərilə bilməz.

2-ci Bayezid xan da səltənəti oğlu Səlimə təslim edərkən ona dövlət idarəsi ilə əlaqədar nəsihətlər etmiş və sonunda “Oğul səltənətin mübarək olsun” deyərək iqtidardan çəkilmişdir (Bax. Solakzade Tarixi. 467-468; Tacü’t-Tevarih. 94-97).

Nəhayət Osmanlı padşahları içərisində “Vəli” ünvanı ilə yad edilən bir padşahın dövlətin təməl dirəyi sayılan və səltənətə keçən bir şahzadəsinə qarğış etməsi nə dərəcə doğru olacaq. Burada övlada qarğış etmək dövlətə, dinə qarğış etməklə eyni mənanı daşımazmı? Bəli, romanın gücü bu nöqtədə ortaya çıxır. Köhnə roman və hekayələrdəki səhvlər İskəndər bəyi o qədər aludə etmiş ki, professor olmasına baxmayaraq, bunları görməmiş və romanını yazarkən yeni səhvlərə də yol vermişdir.

Yenə əsərdə “Osmanlı yurdunda xalqın nəyə inandığı idarəçilərin heç bir vaxt umurunda olmamışdı...”–deyə yazır ( “Şah və Sultan”, sh. 112).

Bəli, Osmanlı dövlətində dövlətə üsyan etmənin, padşahın səltənətinə göz tikmənin cəzasını və aqibətini hər kəs bilməkdədir. Qardaş qətlinin səbəbi məlumdur. Ancaq nəzərə çatdıraq ki,buna inansaq “xalqın nəyə inandığı Osmanlı idarəçilərinin umurunda olmazdı” –demək Osmanlı dövlətini və onun idarəçilərini heç tanımamaq deməkdir.

Padşahların, xalqın nəyə inandığını istəmələrini anlamaq üçün dövlətin təhsil təşkilatlarını, bu təşkilatların tədris planını, dövlətin dəstəklədiyi təkkə, zaviye və dərgahların mövqeyini padşahların şəxsən bu dərgahlarla əlaqələrini və xəlifələrin birinci vəzifəsinin dini qorumaq olduğunu bilmək, əminəm ki, o iddianın ən açıq cavabıdır.

Yavuz Sultan Səlimin Anadolulu Qızılbaşlara vurduğu zərbə mövzularını işlərkən də yazar əvəlcə :”Şah İsmayıla yaxın dayanan nə qədər Qızılbaş vardısa yoxlama dəftərlərinə yazdırtdı”- deyir. Sonra Qızılbaşlar üçün fətva verənləri:”Dövlət idarəçilərinin təzyiqlərinəmi,iştah qabardan təkliflərinə tamah edərəkmi”, deyərək ayrı bir şübhə gətirir. Ardından da “Vəzifələndirilən kəslər iştahla Qızılbaş ovuna çıxırlar.”-deyərək nöqtələyir. (Şah və Sultan, sh. 148-150).

Əslində bu mövzu Faruk Sümer, İsmayıl Haqqı Uzunçarşılı, Şehabeddin Tekindağ və çağımızın ciddi tarix araşdırmaçılarının da ortaya qoyduğu kimi bu gün tam mənasıyla işıqlandırılmış xüsuslardan biridir.

Birincisi Səlim xanın Qızılbaşları siyahıya alması son bir neçə ildir Anadolunu qan və atəşə gətirib çıxaran Qızılbaşları təsbit etdirmək idi. Əgər elə olmasa siyahıya almağa nə gərək vardı? Çünki Qızılbaş kəndləri tamamilə ayrılmış olduğu üçün, ümumi bir qırğın edəcək olsaydı, heç siyahi və təsbit etdirmədən əmr verməsi lazım deyil idimi?

Digər tərəfdən Şah İsmayılın səbəb olduğu bu qarışıqlıqlar əsnasında bir Osmanlı sədrəzəminin (Xədim Əli Paşa) öldürülməsi, ölü sayının əlli minlərə çatması, Şahzadə Qorqudun bir hücum əsnasında canını çətinliklə qurtarması üsyanın ölçülərini və Anadolunun düşdüyü ağır vəziyyəti açıq bir şəkildə göstərməkdədir ki, Səlimin bu tədbirləri almasına bütün elm adamları müttəfiqdir. Bu gün bir xarici dövlət digər bir dövləti bölmək və parçalamaq üçün bu cür hərəkət edərsə ona nə kimi qarşılıq verilir bunu bilirik.

Halbuki İskəndər Pala versiyalarını doğru qəbul etsək alimləri rüşvətlə iş görən kəslər hesab edəcəyik. Şah İsmayıla yaxın olanlar deyilincə, bütün şiələr işin içinə girəcək və Qızılbaş ovu deyilincə də sorğusuz-sualsız bir qırğın ortaya çıxacaq. Beləcə heç bir tarixi dəlilə istinad etməyən yanaşma, bir romanda daha təkrar edilmiş olmaqdan və səhv bir yaranı daha çox eşələməkdən kənara getməyəcək.

SON OLARAQ TOXUNACAĞIM ƏHƏMİYYƏTLİ BİR TARİXİ SƏHV DƏ ELÇİLƏR MÜBADİLƏSİNDƏKİ İFADƏLƏRDİR.

Yazar elçilərin gediş-gəlişlərindəki, məktublardakı ifadələrin və göndərilən hədiyyələrin, sonunda iki hökmdarı da hövsələdən çıxardığından bəhs edərkən yazır :

“Və ikisi də bunları gətirən elçiləri daha mərhəmətsizcə öldürtdülər. Diri-diri dərisini soyduraraq, qazanda qaynadaraq, yarı huşsuz payaya oturdaraq və ya gözləri açıq qayalardan atıb parçalatdıraraq... Şahın Sultandan fərqi, öldürtdüyü elçilərin kəlləsindən düzəldilmiş qabda şərab içməyi adət əldə etməsi idi, vəssalam”.( “Şah və Sultan”, sh. 180).

Açıqcası bu nöqtədə İskəndər bəyin nə etmək istədiyini, oxucusunu hara çatdırmaq və nə düşündürmək məqsədində olduğunu anlaya bilmədim. Hər iki hökmdarı da zirvənin astanasında bir zalim olaraqmı təqdim etmək istəməşmi. Çünki birə on qataraq izah etmə sənəti hesab etsək başaq cür düşünməyə əsas qalmır.

Əvvəla Səlim xan yalnız şahdan gələn ilk məktubdakı ifadələrə, elçinin rəftar və davranışlarına əsəbiləşərək Şah Qulu Akay Bəyi öldürtdü. İşgəncə etdirdiyinə dair heç bir bilgi olmadığı kimi, sonra gələn elçiləri də öldürtdüyünə və ya belə bir rəftara yol verdiyinə heç bir məlumat yoxdur.

Digər tərəfdən Səlim xan Səfəvi hökmdarına heç bir zaman sünni bir elçi göndərməmişdir. Hər dəfə yanında əsir olan şiə xəlifələrindən birini göndərmişdir. Şahın isə özündən olanlara bu qədər zülmlər etdiyini və kəllələrində şərab içdiyini söyləmək nə qədər ağla və vicdana sığar anlamadım? Hansı tarixi qaynaqlarda tapdı bunları ağlım kəsmədi.

Romanın fantastikasına gəlincə, açıqcası onu da bəyəndiyim deyilə bilməz. Tarixi hadisələr necə ziddiyyət ifadə edirsə, fantastikada da eyni diqqət çəkir.

Səlim xanın can yoldaşı mövqesindəki Can Hüseyn hər məsələdə bir sünni kimi deyil də bir şiə kimi düşünür. Ən sonunda da Çaldıran döyüşündə Şah İsmayılın yanında olan qardaşı Həsəni şəxsən özü öldürdükdən sonra, onun yerinə keçib Şahın xidmətinə girir. Şah isə bir anda, bu dəyişikliyi hiss etməyəcək qədər çaşmış (!) bir şəxsiyyət olur. Kaş ki, şahın yanındakı Həsən də Səlimin xidmətinə girmiş olsaydı. Daha həyəcanlı olardı.

Romanın ana obrazlarından biri Taclı Xatunu isə necə anlamaq, necə qiymətləndirmək lazım olduğuna qərar verə bilmirsiniz. Şahamı aşiq, Səlim xanamı? Uşaqlıq eşqi Ömərəmi, yoxsa şahın yanına gəlişindən ölümünə qədər heç yanından ayrılmayan Qəmbərəmi? Digər tərəfdən bu dördünün də tək ehtirasla bağlandığı adam Taclı Xatunmu? Nəticəni və necə bir şəxsiyyət olduğunu sizlər qiymətləndirin.

Tamam son nəticədə buna qismən fantastika deyə bilərsiniz. Taclı Xatunun duyğularını yazmışdır da deyə bilərsiniz.

Taclı Xatunun da tarixi bir şəxsiyyət olduğunu unutmayaq.

Bax, bu mərhələdə bəlkə bütün romançılara bir dəfə daha bu sualın soruşulması lazımdır. Romançı tarixi şəxsiyyətləri yazarkən o dövrün fikir və düşüncə iqliminə girərək, onların şəxsiyyətini, aldıqları təhsili, inanclarını və düşüncələrini diqqətə alıb danışdırmalı yoxsa öz çağındakı insanın və ya şəxsən özünün fikirlərinimi onlara təlqin etməlidir?

O zaman sizin kimi yazdığınız və izah etdiyiniz daha dəqiq bir şəkildə ortaya çıxacaq.

Tanınmış yazar Çətin Altanın 24 fevral 2005 tarixli “Milliyyət” qəzetində Fateh Sultan Mehmetlə əlaqədar bir yazısına haqlı olaraq etiraz edərkən; “mən lətifə muharriri olaraq xatırlanan kəslərin doğruları araşdıraraq yazmaq kimi bir məsuliyyətləri olduğunu düşünürəm. Gerçək bir muharrir, əsla oxucusunu yanıltmaq istəməz”.  İskəndər bəyə də bu sualı soruşmaq mənim haqqım. Eyni həssaslıq romançılar üçün etibarlı deyilmi? Onların gerçəkləri yazmaq kimi bir məsuliyyətləri yoxdurmu?

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2013.- 16 fevral.- S.23.