Məhəmməd Əmin Rəsulzadə.Əsərləri
(1917-aprel 1918)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
qrafikasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi Şirməmməd
HÜSEYNOV
Transliterasiya
redaktorları: professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV
IV cild
İslam dini və ana dili
Dünki
sayımızda Petroqradda oxuyan ali məktəblər
tələbələrinin “Şura” məcmuəsinə
göndərdikləri məktubları dərc olunub. Bu xüsusda Rzaələddin Fəxrəddin həzrətlərinin
fikri-məxsusunun nəqli isə bu günə
buraxılmışdı. Rzaələddin Əfəndi
yazıyor ki:
“1) İslam dinində rəsmi deyilən bir dil yoxdur. Ərəb dili ərəblərdən
başqa müsəlmanlar üçün rəsmi dil degil, bəlkə
islam dininə mənsub olmaqla bərabər
hər kişinin və hər qövmin öz dili rəsmi dil
sayılır. Namaz qılmaq istisna edilməklə
hər dürlü əməl və ibadət ana dilində
yapıla bilər. Hər kəsin öz
ana dili ilə gətirdiyi imanı məqbuldur. Hər kəsin öz ana dili ilə
qıldığı əqdləri (nikah, xəl,
alış-veriş kibi işlər), iqrarları mötəbərdir.
Hər kəsin öz ana dilində etdiyi tövbəsi,
istiğfarı, Allah-təalaya olan dua və münacatı, təzərrö
və ilticaları, andları mötəbərdir. Bu işlərin heç birinin də (namaz müstəsna)
ərəb dili ilə olması həqqində təklif yox.
Namazdan başqa bütün ibadətləri ana dilində yapan
kişi yenə yapsın. Rəsulüllah
həzrətləri dil dəyişməsi həqqində
heç bir dəvətdə bulunmadı. Səhabələr
dil təbdilini təklif etmədilər.
2) Dil
işi ilə savab-günah yazılması, ya ki şəri
bir hökm olması üçün adam
öz dilinin nə söylədigini bilməsi şərtdir. Bu xüsusda hər bir sözün ayrı-ayrı mənasını
bilmək lazım degil. Bəlkə
söylədigi cümləsinin məzmununu, nəyə dair
olduğunu anlamaq kafidir. Buna görə
“La-ilahə-illəllah. Muhəmmədən Rəsulüllah”
– söyləyən kişi əgər
şu kəlamların iman gətirən sözlər
olduğunu bilsə, şununlla müsəlman ədd ediliyor.
Yoxsa günboyu oxuyub yürüsə də islam
qəbul edicilərdən sayılmayır. Nikah siğəsi nə
olduğunu bildikdən, son hər bir sözünün nədən
ibarət olduğunu bilmədigi halda bir qadın bir ərə
zövcət “nəfsi-mənim” desə əqd oluyor, fəqət
şu sözü ərəbcə dua deyə aldadıb
söylətsələr əqd olmayır.
Başqa dillərdəki söyləmələr,
başqa səhifələr və surətlərdə də
hökm budur, bunun üçün namazda oxunan Quran ayələrindən
ən azdan fatihə surəsinin və məsur duaların
ixtisar təriqi ilə də olsa məzmunlarını bilmək
lazımdır. Fatihə surəsini “Allah-təalaya həmdü-səna”,
həm də Allah-təalanın böyük sifətlərini
zikr etmək ibadəti ona xas etməyi iqrar etmək, Allah-təaladan
hidayət və doğru yola getməgi istəməkdən
ibarət deyib bilməyən kişinin namazı namaz olur – deyəməm.
Bu səbəbə görə Qurani-kərimi, hədisləri
ana dilinə tərcümə etmək degil, yalnız
mümkün, bəlkə iqtidarı olan kişilərə bu
lazım bir vəzifədir.
3) Quran Allah-təala tərəfindən vəhy
edilmiş və Rəsulüllah tərəfindən ümmətə
təbliğ olunmuş mənalar və ləfzlərin ikisindən
ibarət olduğu üçün tərcümələri
oxumaq Quran oxumaq olmayır.
4) Ləfzi
və mənası ilə mühafizə edilmiş Qurani-kərimdən
başqa Allah-təala kitabı dünya üzərində yox,
dünyada olan kitab əhlilərinin heç biri öz
kitablarının ləfzləri göydən gəldigini və
bu gündə şu ləfzləri salamat (salim)
olduqlarını dəva etmiyorlar. Bu hal
yalnız müsəlmanlara və Qurani-kərimə məxsusdur.
Bunun üçün müsəlmanlar Qurani-kərimin
ləfzlərini saxlamaqla mükəlləfdirlər. Namazda Quran oxunmasının lazım olduğunun bir
hikməti – Quranın ləfzilə bərabər mühafizə
edilməsinə vəsilə olmaq üçündür.
5) Namazda
Quran və məsur duaların öz ləfaləri ilə bərabər
oxunması ərəb lisanının müsəlmanlar
üçün rəsmi dil olmasından degil, bəlkə
Quranı və Rəsulüllahın öyrətdigi bir rəvişi
saxlamaq, həm də bütün yer üzündə olan
müsəlmanlar arasında münasibət peyda etmək
üçündür. İslam dinində olan dil ibadəti
yüz pay olsa, namazdakı dil ibadəti buna baxdıqda bir pay
da yox. Bunun üçün buna ağırlanmaq
və bu işi ana dilinin zənginləşməsinə mane
görmək məhəlsizdir. Namazdan başqa olan ibadətlərin
həpsində diləkləri öz dilində istə, öz
dilinlə qulluq et, bu işlərdə mane
olmadığını yuxarıda göstərdik.
İstəyənlər
azan kəlmələri oxunduqda öz ana dillərində tərcümələrini
bağırsalar, iqamət vaxtında ibtidai tərcüməsi
oxunub sonra iqamət etsələr xütbələri bir az ərəb dilində oxuduqdan sonra öz
dilimizdə oxusalar şəriət tərəfindən buna
mane olmasa gərəkdir. Əvvəlki alimlərimiz
nikah xütbələrini ərəbcə oxuduqdan son əvvəl
“Xaliqi-layəzal və məbudi-bizəval” – deyə türkcə
xütbələr oxuyurlar.
İbadət məsələsi, dil məsələsi
bizdə yüngüldür. Namazda oxunmaqda olan Fatihə
və iki-üç sureyi-məsur duaların özlərini əzbərlətmək
və tərcümələrini nasıl bir balaya olursa-olsun
başqa dərslər arasında iki həftədə bildirmək
mümkündür. Degilən fikirləri müəllimlərlə
müəllimələrdən eşitdigim var. Bu sözdə
bir az mübaliğə olsun, namaz
qılacaq qədər surələri və duaları tərcümələr
ilə bərabər əzbərləmək iki həftədə
degil, bəlkə dörd həftəyə sürsün,
bütün ömrə nisbətdə şu dörd həftə
pək çox vəqt olmasa gərək. Özünün
nicatı və səadətinə səbəb – deyə etiqad
etdiyi bir din yolunda şu qədər cin min bir məşəqqəti
iltizam etməkdən heç kimsə geri durmasa gərək.
Milliyyət hissi və türklük ruhu ilə
tərbiyələnib gələn yaşlarımız şu
işi öz yollarına və öz dillərinə
tuli-hüquq verilməsinə mane – deyə tanımaqdan
yuxarı olsalar gərək. Allah ilə
qul arasında münasibət yürütməyi arzu edənlər
üçün bu işin azacıq karsızlığı
olmaması yaşlarımızda, qartlarımızda məlum
olsa gərəkdir.
Ədəbi dildən ərəbcə sözləri
çıxarmaq istəyənlər, namazdan, dua və iqamətdən
başqa yerlərdə öz ana dillərində sözlər
bulsalar, ərəb kəlmələrini
çıxarsınlar. Buna islam dini qarşı degildir. Amma gərək müqəddəratında söz
bulunmadığı bu gündə işə yarayan sözləri
sürüb çıxarmaq qolacığın qissəsi təkrarlamaq
olur. Sad, ta, za nizayi Osmanlı türklərində
yetmiş il davam edib bir nəticəsiz
qalmışdır. Bizdə nə kibi nəticələr
verəcəgini Allah-təala bilir”.
“Açıq
söz”, 27, 28 fevral 1917, ¹413, 414
Böyük inqilab
Əmsalı tarixlərdə görünməyən aləmşümul
müharibənin ən müşkül bir zamanında
dünyanın ən böyük bir hadisəsi, Rusiya
inqilabı vaqe oldu.
Müharib və mübariz milləti iflic bir hala qoyan
köhnə rus istibdadı yıxıldı. Neçə
gündən bəri Petroqraddan alınan xəbərlər
qaranlıq siyasət gecəsinin sübhi-hürriyyət ilə
açıldığını bildirdilər.
Əski hökumət cəmaətin dərdi ilə yanan
millət vəkillərini, Q.Dumanı qovdurmaq istərkən
nümayəndələr artıq səbr kasası
daşdı, – deyə dağılmaq istəməyib öz
aralarında müvəqqəti hökumət vəzifəsini
icra edən bir komitə seçdilər. Q.Dumanın sağlardan
başqa bütün partiya və firqə nümayəndələrindən
təşkil edilən bu komitə köhnə hökumətə
elani-müqavimət edincə hökumətin
xarabkarlığından cana doyan cəmaət
ilə, rüşvətxor müstəbidləri degil, vətəni
müdafiə edən ordu haman Duma tərəfini iltizam etdi və
edincə nəticeyi-inqilab haman bir-iki günün içində
anlaşıldı. Köhnə vəzirlər
həbsə tıqandılar. Əlahəzrət
imperator ilə imperatriça mühafizat altına
alındılar. Nəhayət, jon
türk üsulu ilə icra olunan Petroqrad inqilabi-əzimi sabiq
çar Nikolay Aleksandrov bizzat tac və təxtdən əl
çəkib də hüquqi-hökmdarisini qardaşı
Mixail Aleksandroviçə təhvil verməsi ilə nəticə-ləndi.
Fəqət nəticə bundan da böyükdür. Mixail Aleksandroviç həzrətləri
qardaşı əlindən aldığı səltəneyi-aliyənin
əsl sahibi kim olduğunu layiqi ilə dərk
edərək öz tərəfindən padşahlıq
ixtiyarını Q.Duma tərəfindən təşkil olunan
müvəqqəti hökumətə tərk eləmiş və
məmləkətin üsuli-idarəsini təyin etmək
üçün bir an əvvəl Məclisi-Müəssisan
çağrılmasını əmr buyurmuşlardır.
Bu iki əmri-ali ilə çağrılması təklif
olunan Məclisi-Müəssisan gizli, ümumi, müsavi və
müstəqim seçki əsası ilə
yığışacaq həqiqi millət nümayəndələrindən
ibarət olub tazə Rusiyanın nə kibi əsaslarda
qurulacağını təyin edəcəkdir.
Hürriyyətpərvər
Rusiyanın məşəl ümidinə yağ
tökən bu hadisənin xəbəri vilayətlərə
yayılınca hər tərəfdə adətən bir bayram
başlandı. Bilafərq millət və məzhəb,
silk və sinif bütün cəmaət bir-birini təbrikə
başladı.
Bakı dəxi bu bayramı keçirdi. Bütün mədənlər,
dükanlar və kargahlar dayanıb xəlq küçələrə,
cəmaət müəssisələrinə
tökülüşdü, mitinqlər bir-birinin dalınca gəldi.
Hər tərəfdə, hər yanda tazə
hökumətə etimad teleqrafları, Dövlət
Dumasına təbriklər, təhniyətlər yollandı.
Rusiya istibdadı altında əzilən bütün təbəqə,
sinif və millətlərlə bərabər Rusiya müsəlmanları
da əziliyor, milliyyətcə təhqir və təzyiq
olunuyorlardı.
İyun 3-ü qanunu, demək olar ki, Rusiya müsəlmanlarını
adətən siyasi edama məhkum etmişdi. Ümid etməlidir
ki, tamam hürriyyət üzrə çağrılacaq Məclisi-Müəssisan
çoxmillətli Rusiyayi ədalət və hürriyyət üzrə
təmsil edəcək və hər kəs öz miqdarı
nisbətində nümayəndəligə malik olaraq tazə
Rusiyanın əsasları ögey-doğmalıq degil,
qardaşlıq və vətəndaşlıq əsasları
üzərinə təsis olunacaqdır.
Bu xüsusda bütün Rusiya cəmaəti ilə bərabər
Rusiya müsəlmanlarının da imanı kamil, etiqadları
salim və Rusiya cəmaətçiliginə etimadları
qaimdir.
Fəqət müvəffəqiyyət üçün
bir şey lazımdır. O da sükunət, mətanət,
hissiyyat və təsadüfata tabe olmayıb əql və tədbirlə
hərəkət etməkdir. Müsəlmanlara
lazımdır ki, sükunət üçün vaqe olan tələbləri
qulaqlarına alıb kamali-itminan ilə öz işlərinə
məşğul olsunlar və hadisata qarşı
çaşmayıb, rahət qala bilmək üçün
bütün cəmaət qüvvələrini birləşdirsinlər
və birləşmiş qüvvələr ilə yeni
hökumətə köməkçi dursunlar.
Ancaq bu vasitə ilə birləşmək və köməkləşməklədir
ki, yeni Rusiya tamamilə müvəffəq olub, bütün
millətlərin müsavatla yaşamasını təmin edə
bilər.
Yaşasın
tazə və azad Rusiya!
Var olsun
millətlərin bərabərligi, birligi!
“Açıq söz”, 5 mart 1917, ¹418
İtminan
–inam, ehtimal, arxayınlıq
Hürriyyət qarşısında
Bütün Rusiya millətləri qəlblərinin ən
dərin guşəsində bəslədikləri
arzularına, arzui-ümumilərinə çatdılar. Yalnız öz qələmrovunda
degil, dünyanın hər tərəfində hürriyyət
və səltənəti-milliyyənin düşməni-biimanı
olan Rusiya heykəli-istibdadi, bu qanlı “jandarm”ı
yıxdılar!
Köhnə idarənin ənqazı üstündə
bina tutan hökuməti-müvəqqətə əsas məmləkətdə
gözədəcəyi bina və əsasları, başqa
sözlə, öz proqramını elan etmişdir. Dünki
nömrəmizdə dərc olunan bu proqramda hər şeydən
əvvəl siyasi, dini işlərdən ötrü həbs
olunanlara əfvi-ümumi elan olunacaq. Danışıq,
yazı, ittifaq, ictima və tətilə hürriyyət veriləcək:
sinfi, dini, irqi və milli təzyiqlər kamilən ortadan
qaldırılacaq; ümumi, müsavi, doğru (bilavasitə) və
gizlin rəylər vermək surətilə seçilmiş vəkillərdən
ibarət Məclisi-Müəssisan dəvətinə
hazırlıq görüləcək. Və bu
məclis məmləkət üsuli-idarəsinin nə şəkildə
olacağını qərarlaşdıracaqdır. Polis və zabitə adamları cəmaət tərəfindən
seçilmiş milislə əvəz olunub, məmurlar
seçki üsulu ilə təyin olunacaqlar və məhəlli
cəmaət idarələrinə tabe bulunacaqlardır. Məhəlli
idarələr seçkiləri də haman
müsavi, doğru, ümumi və gizlin rəylər vasitəsilə
seçiləcəkdir.
Görüyorsunuz ki, bütün hürriyyətpərvər
Rusiyanın yolunda qurbanlar verərək tələb elədigi
əsaslar bu gün hökuməti-müvəqqətə tərəfindən
tətbiq etdirilmək istənilir. Hər növ
hüquqi-milliyyə və hürriyyəti-vətəniyyənin
bəqa və davamı üçün yeganə bir əsas
ümumi və müsavi surətdə tətbiq olunacaq
seçki üsuli ilə bu seçkiyi təbii bir yolda icrayə
müsaid olan ümumi hürriyyətlərin təminidir.
Bugünki hökuməti-məzkur seçkilər, o
seçkilərə lazım olan hürriyyətlərin təmininə
söz veriyor.
Və bunun üçün müharibə
zamanı olduğunu dəxi bəhanə etməyəcəgini
söylüyor.
Rusiya
övladı, bütün məslək, sinif, firqə və
millətlərə mənsub vətəndaşların ən
birinci borcu şübhəsiz ki, bu müqəddəs əsasları
elan edən hökumətə kömək durub cərəyani-əhvalın
öylə bir yolda getməsini asanlaşdırmaqdır ki,
artıq heç bir növlə peşimanlıq olmasın və
yeni elan olunan hürriyyət əsasları var-qüvvətlərilə
kökləşib qala bilsinlər.
Bu xüsusda ilk dəfə olaraq müsəlmanlar naminə
səslərini ucaltmış olan Moskva müsəlmanlarının
təşəbbüs və qərarı demək olar ki,
bütün Rusiya müsəlmanlarının tərcümani-əfkarıdır. Heç
şübhə yoxdur ki, bütün Rusiya
türk-tatarlığı moskvalı irqdaş və
dindaşları ilə bərabər yeni hökuməti
“ögey-doğmalığı” ortadan qaldıran o
böyük qüvvəti canu-könüllə
qarşılarlar.
Yeni hökuməti yalnız ürəknən,
kökündən gələn səmimi sözlərlə
qarşılamaq kafi degildir. Lazımdır ki, millətin
bütün qüvvai-səlahiyyəsi birləşib mütəşəkkil
bir qüvvə surətilə ümumi işin imdadına gəlsin.
Bu vəqtə qədər biri-birindən
ayrı düşən müsəlman cəmaətinə
yığışıb birləşmək mümkün
degil idisə, imdi artıq o ədəmi-imkan ortadan
qalxmışdır. İttifaq və ictima
azadlığı elan olunmuşdur.
Rusiyada ruslardan sonra ən böyük bir kütlə təşkil
edən Rusiya türk-tatarlığı, Rusiya müsəlmanlığı
kəndi mövcudiyyətilə hürriyyətin bəqasına
kömək etmək üçün
yığışıb ümumi bir ictima qurmalıdır. Moskva müsəlmanları
bu təşəbbüsi Dövlət Dumasındakı
müsəlman fraksiyasından gizliyorlar.
Əlbəttə, bu təşəbbüs olunca fraksiya
tərəfindən olmalıdır. Çünki bu vəqtə
qədər mövcud siyasi bir müəssəmiz ancaq odur.
Fəqət fraksiyanı gözləyib oturmaqla
da qalmaq olmaz. Hər tərəfin müsəlmanları
əvvəla “ağırlığı” tərklə hər
tərəfdə hərəkətə gəlmiş olan vətəndaş
cərəyanlarına qapılmalı, mövcudiyyətlərini
göstərməlidirlər. Bununla bərabər
kəndi aralarında yeni hökumətə və tazə
Rusiya əsasını həqiqi hürriyyətlər üzrə
qurmaq istəyən demokratiyaya kömək olmaq
üçün kəndi qüvvələrini toplamaya və
mütəşəkkil bir hala qoymaya başlamalı və hər
tərəfdə ümumi Rusiya müsəlmanlar ictimai həqqindəki
fikirlərini açıb bildirməlidirlər.
Cana gəlmiş millətlərin hürriyyətə
susamış əmələlərin və qəhrəman əskərlərin
əzm və mətanətləri sayəsində yeni hökumət
Məclisi-Müəssisanın tərtib edəcək və
orada məmləkətin əsas qanunları yazıldıqda,
şübhəsiz ki, millətlərin hüquqi-milliyyələri
dəxi mühafizə olacaqlar. Bugünki hökumət
proqramında bu xüsusda elan olunan maddə millətləri
razı qoyacaq bir haldadır. Fəqət
bu maddənin bütün sərahətilə yazılacaq
qanuni-əsasi maddələri cüzində olmasını təmin
üçün dəxi ən səmimi hürriyyət
partiyalarının qalibiyyəti-tamməsi lazımdır və
müsəlmanların xətti-hərəkəti dəxi bu həqiqi
hürriyyət partiyaları ilə bərabər getmək və
onlarla həmavaz olmaqdır.
İştə,
Moskva müsəlmanlarının lüzumundan bəhs elədikləri
Ümumrusiya müsəlmanları ictimainin hər şeydən
əvvəl qərara alacağı bir məsələ!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 7 mart 1917, ¹420
Qələmrov
– hökm sürən ərazi
Ənqaz
– sökülmüş binanın qalıqları
Novruz
Təbiətlə bərabər bu günlərdə
bütün Rusiya dəxi bayram saxlayır. Həyat, hürriyyət və
nur misalı olan novruz rəyi-məskuni
işğal edən böyük Rusiyanın istibdad zülmətindən,
zalim və cəbr zülmətindən
çıxdığı günlərə təsadüf
ediyor. İki Novruz birləşiyor.
Əski iranilərcə bu gün Hürmüzd Əhrimənə
qələbə çalmış, burunkı (qədimi)
türklərcə də qurd (pörtəçnə)
Kuhi-Qafda məsur qalmış türkləri qurtarmış. Fəqət bunların ikisi
də əsatir, əmələlərlə soldatlar
Rusiyayı çürük istibdad əlindən xilas eləmiş,
iştə böyük bir həqiqət, bir həqiqəti-tarixiyyə
ki, içində bulunduğumuzdan naşı heybətini
tamamilə dərkdən aciz, ehtişam və əzəmətinə
qarşı heyran və alə bulunmuşuz!...
Bahar bütün zihəyatın, bütün millətlərin
bayramı olduğu kibi, bu bahari-siyasi də Rusiyada yaşayan
bütün sinif, təbəqə və millətlərin
baharıdır. Bahar feyzi fitr-tahir kəsə müsavi
olduğu kibi feyzi-hürriyyət də öylədir.
Baharın
ilk gününü bayram edən Şərq hər il “məhvəli-hövl
və əhval”dan halının əhsən halə dəgişdigini
istədigi kibi Rusiya əhrarı da sənələrdən bəri
əhsən halı gözləyərək qalmış,
heyhat ki, gündən-günə gözlədigi “əhsən
halə” yaxınlaşmaq arzusunda ikən Rusiya cəmaətçiligi
biləks daha dərin bir çahi-istibdada doğru
yuvarlanıyor. Hər növ ümid və əmniyyətini
qeyb ediyordu. Nəhayət, aləmşümul
müharibənin ən şiddətli, yəsavər günləri
gəldi, köhnə idarənin bütün
yararsızlığı, çürükligi aşkar ikən
xəlq müqəddəratına hakim olub qaldı. Artıq Rusiya xəlqi qarşısına sanki dəmir
bir sədd çəkilmiş, çıxmağa yol qalmamışdı.
Nagah “qurtuluş” gəldi, “əshabi-kəhf”
oyandı.
Novruzi-hürriyyət oldu.
Köhnə üsuli-idarədən ən çox zərər
görən şübhəsiz ki, Rusiya müsəlmanları,
müsəlman və türk aləmi idi. Sənələrdən bəri
əhsən halını görmək üçün dua edən
bu aləm hər il eyni yəs və nov
ümidlə o duasını söyləyib durmuş idi. Fəqət
hürriyyət, ədalət və müsavat əsaslarının
elan olunduğu bir zamanda “ya məhvəl-əl-hövl və əla-həval
hövl halına əli əhsən-əl-hal” duası
başqa bir ümid, başqa bir şövqlə söylənə
bilər, o halda:
Ey, azad
Rusiyanın azad vətəndaşları, hər iki
bayramınız mübarək!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 8 mart 1917, ¹421
Çah
– quyu
Zihəyat-diri,
canlı
Novruzi-hürriyyət
Hər ilki adət üzrə mart ayının 9-da cəmiyyəti-xeyriyyə
“İsmailiyyə” binasında novruz görüşü sabiqki
görüşlərə qətiyyən bənzəmiyordu. Məclisə
gələnlərdə başqa bir bəşaşət və
ruh açıqlığı görülüyordu. Hər növ sinif, silk və təbəqədən,
Bakıda mövcud millətlərin nümayəndələrindən
mürəkkəb cəmaət cəmiyyəti-xeyriyyə
salonunu başdan-başa doldurmuşdu. Məclis
quberniya qazisi Hacı Mirməhəmməd Kərim
ağanın duası və nitqi ilə başlandı. Qazi əfəndi indi elan olunan əsas hürriyyət
və məşrutiyyətin əsli-şərhi və şərifə
müvafiq olduğunu bəyan edərək sözünü
qüvvətləndirmək üçün “” ayeyi-şərifəsini
şahid gətirdi və nəticədə hürriyyət,
müsavat və ədalət əsaslarını elan edən
hökuməti-müvəqqətənin paydar olması
üçün dua elədi. Qazinin nitqi
Rüstəm xan Xoyski cənabları tərəfindən
qonaqlar üçün ruscaya tərcümə edildi.
Ondan sonra
Məhəmməd Əmin Rəsulzadə cənabları nitq
söyləyərək bu günün tazə gün – novruz,
novruzun isə ikilik fəlsəfəsinə qail olan əski
şərqlilərcə xeyir allahı Hürmüzdün
şər allahı Əhrimənə qələbə
çaldığı bir gün olduğunu bəyan edərək,
hər il günümüz yalnız adla tazə idisə, bu gün mənaca da tazədir, –
deyincə alqışlar natiqi dayandırdı.
– Vətəndaşlar,
Rusiya Hürmüzdi qələbə çaldı! – nidası təkrar alqışlarla
qarşılandı.
Bədə dəfələrlə alqışlanaraq
saxlanan nitqində natiq zəmanın əhəmiyyətindən
bütün cəmaət və millət qüvvətlərinin
birləşib tazə hökumətə kömək etmək
lazım olduğundan bəhs elədi və sürəkli
alqışlar içində kürseyi-xitabəti tərk
etdi.
“Açıq
söz”, mart 1917, ¹422
Bahari-hürriyyət
(12 mart
şənlikləri münasibətilə)
Baharın birinci ayı olan mart Şərq millətlərinin
adətən bayram ayıdır. Bu ayda təbiət tazələnir.
Təbii həyata yaxın olan Şərq aləmi
də bu tazəlikdən bir zövq alır, tazələnir.
Güllər, giyahlar çiçəklənir,
gül, giyah içində yaşayan insanlar da tazələnir,
ruhlanırlar.
Əski iranilər mart ayında Hürmüzdün Əhrimənə
qələbə çaldığını bayram edərdilər.
Günəş Hürmüzdün əlaməti
idi. Bahar onun səltənəti idi. Qış Əhrimənin vətəni, dondurucu soyuq
onun partisi idi. İşıqlı
Hürmüzd didarını göstərincə Novruz olurdu.
Novruz demək isə ziruh, zinmu, zivücud nə
varsa, hamısının azadlığı demək idi.
Arianlarca bu azadlıq ayı olan mart, dastanlarda iranilərin
müqabili kibi görülən turanilərcə də
qurtuluş ayı idi. Tazə kəşf olunmaya başlayan moğol əsatiri
mənidar bir əfsanə nəql ediyor:
Bu əfsanəyə görə türklər bir zaman
keçilməz bir dağ arxasında “Ərgənəqonda” məhsur
olmuş, dünya üzünə çıxmaq
imkanını bulmamışlardı. Abadlıqdan uzaq
düşən bu yol azmışlara bir “alakeik” (keçi)
tapılmış, süd vermişdi. Bu
ürək bıkdırıcı əsarətdən illər,
əsrlər keçmiş türklər (moğollar)
geniş dünyaya çıxmaq üçün yol
tapmamışlardı. Halbuki gündən-günə
ürüyor, artıyor, “hasar”ı yarıb çıxmaq kəndilərindən
ötrü bir ehtiyac halını alıyordu. Nagah haradansa gözlərinə bir qurd (purtəçnə)
göründü. Bu qəribə
heyvanı qovdular, ardından düşdülər. Heyvan özünü dağdakı dəliklərdən
birisinə vurub o biri tərəfə keçdi. Bu dəlik hasar içində qalmış türkləri
maraqlandırdı. Tədqiqə
başladılar. Dağları yıxmaqdan
aciz olduqlarını gördülər. Tamam məyus
olduqları bir sırada idi ki, aralarından bir dəmirçi
tapılıb dağın qurd keçdigi yerinin “filiz” (metal)dan olduğunu anladı. Haman odun
və ot-uvvar yığıb odladılar, dağı əritdilər.
Açıq dünyaya keçdilər. Əsarətdən qurtuldular. Bu
“qurtuluş” əsatircə martın 9-da vaqe olmuşdu.
Şayani-etinadır ki, nicat və azad olmaq mənasına gələn
türkcə qurtulmaq və qurtuluş sözləri haman qurd və olmaq sözlərindən tərkib
ediyor. Qurtulmaq ehtimal qurd olmaq deməkdir ki, qurd
kibi yol bulub bu mühasirədən çıxmağa dəlalət
edir.
Şərqin iki böyük milləti novruz ilə
qurtuluşunu mart ayında bulmuşdur.
Yalnız Şərqmidir? Bu gün qaliba martda və
ya apreldə saxlanan xristian eydi-fəsxi (pasxası)
xristianlıqdan əvvəlki qərb aləminə biganə
degildir. Bahar bu tərəflərdə Şərqdən
bir az gec gəldigindən Qərbin “novruz”u
gün batanın, “qurtuluş”u da bittəbii bir az sonra gəlmişdir.
Xristianlıq aləmi pasxa bayramında həzrət
İsanın tazədən dirildiginə etiqad ediyor, ondan əvvəlki
bütpərəst Avropa isə təbiətin dirildigini bayram
saxlarmış!...
İnsan
mövcudiyyətini ancaq təbiətlə mübarizədə
hiss edər və bu mübarizədəki müvəffəqiyyəti
nisbətində də kəndisini bəxtiyar ədd edər.
Zaman keçdi; bəşəriyyət təbiətlə
elədigi mübarizə nəticəsində hasil elədigi qənimətləri
bölüşmək üstündə bir-birilə
boğuşmağa başladı. Yekdigəri ilə
boğuşmaqda olan insanların münasibatını tənzim
etmək üçün hökumətlər quruldu. Hökumətlər qurulunca insanlardan ən qüvvətliləri
o birilərinə faiq gəlməyə başladılar və
təbiətdəki qüvvətli ünsürlər kibi insan
övladını qorxuya salıb özlərinə tabe
qıldılar. Hökumətdə istibdad
vücuda gəldi. Bu istibdad bir növ “Əhrimən”,
bir növ “mühasirə” idi. Bəşəriyyət
bir gün gələcək böyüyəcək, əqli
şey kəsəcək, bu “Əhrimən”i də basacaq, bu
“hasar”dan da qurtulacaqdı. Siyasətdə də
novruz olacaq, hökumət üsuli-idarələrinin də
baharı gələcəkdi.
Bu “bahar”ı dünyanın böyük müsəlləhləri
tövsiyə etdilər. Şairlər, ədiblər məsləhət
gördülər. Hökumət əhrimənlərinə
yalvardılar. Rəhmət, şəfqət
və rəiyyətpərvərlik yaxşı olduğunu
anlatmaq istədilər. Cəmaətlər
yalvardılar, yaxardılar. Fəqət
olmadı. Yalvar yaxarla müstəbidlər
şirin kam olduqları iqtidarı əllərindən vermək
istəmədilər. Millətlər
ağladılar, nalə etdilər, ahu-fəqanə gəldilər.
Fəqət onlar bu əhvaldan mütəəssir
olmayıb biləks ondan bir növ zövq aldılar. Nəhayət, bəşəriyyət təngə gəldi.
Dua ilə donuzun bağçadan
çıxmayacağını anladı. Bu
dəfə meydanə gələn Fransa inqilab mütəfəkkir
və mühərrirləri yalvarmaq degil, tələb etməgə
başladılar. Millət öz
hüququnu almalıdır, dedilər. Sədilərin nəsihətini
dinləməyən müstəbidlər Russoların
üsyanından mütəəssir olmaq, Monteskyo fəlsəfəsinə
qarşı baş əgmək məcburiyyətində idilər...
Fransa inqilabi başladı, dünyanın ən müqtədir
müstəbidi sayılan Lüdovik təxtindən
salındı.
Avropa sənələrcə qaynadı,
çalxandı, çaylar qana bulandı. Dənizlər xünin oldu. Topraqlar
vətəndaş qanı ilə suvarıldı, nəhayət,
cümhuriyyət paydar oldu.
Nə təsadüfdür
ki, Fransa Cümhuriyyətinin istiqrarı da marta
təsadüf eləmiş, siyasi bahar təbii bahara rast gəlmişdi...
Fransa
inqilabından sonra Avropa hökumətlərindən əksərində
inqilablar çıxmış, hökumətlər qismən
cümhuriyyətlə əvəz olunub, qismən də məşrutiyyətli
hökmdara razı olmuşlardı...
Bu surədə
məzkur inqilabların hanki ayda baş tutduqlarını
araşdırmaq mümkün olmasa da inqilablardan bir neçəsinin
haman mart ayında olduğu xəyala gəliyor.
Məsələn, Amerika inqilabı və
amerikalıların ingilis səltənəsindən qurtarması
martda vaqe olmuş, Sultan Həmid martın 31-də xəl
edilmiş, İran inqilabı martda zühur eləmiş, sair
bir çox inqilablar dəxi mart və ya apreldə, yəni
bahar aylarında başlamış və ya
qurtarmışdır.
Bu kərə
vaqe olan bütün Rusiya inqilabı dəxi bahara təsadüf
eləmiş və martın 12-si bütün Rusiyada mütəntən
surətdə bayram saxlanmışdır:
Hürriyyət
bayramı!
Martın
12-də Bakıdakı o böyük məhşər ənamı,
xəlqdəki o tərif və tovsifə gəlməz ruh
genişligini, sevinc payansızlığını, hər
növ xüsusi bənligdən müərra olaraq sözün
bütün mənasilə xəlqin birər qardaş və vətəndaş
kəsildigini, yüz minlərə varan izdihamın cəmiyyən
sərməsti-zövqi-hürriyyət olduqlarını
görüb də bilaixtiyar böyük Namiqin:
“Nə əfsunkar
imişsən ah,
ey
didari-hürriyyət
Əsiri-eşqin
olduq, gərçi qurtulduq
əsarətdən!”
beytini təkrar
etməmək qabil degildir.
Martın 12-dəki mənzərə Rusiya xəlqinin
qazandığı hürriyyətə nə qədər
layiq olduğunu və hürriyyət əsasına
binalanmış üsuli-idarənin nə dərəcədə
müvafiq bir üsuli-idarə olduğunu göstərdi.
Yüz əlli minə qədər müxtəlif cins,
dil və sinfə mənsub olan xəlq Birja meydanına
toplanmış və bu xəlq bütün günü şəhər
küçələrində dolanmışdı. Bu qədər
izdiham içində sabiq polis idarəsi zamanında bir teatr
qabağında yığışan cüzi xəlq
arasında görülməsi təbii olan qovğalar belə
üz verməmiş, burada əli qırmanclı, ağzı
sögüşlü, üzü zəhrimarlı nizam
saxlayanlar olmadığı halda nümuneyi-imtisal bir nizam və
qaidə bərpa olmuşdu. Bu gün nə (von ot suda), nə (idi çort qlolubı), nə
(doloy von solyonni) nə də “provalivay von şalapay” sözü
eşidilir, nə də qamçılarla tüfəng dibləri
xəlqin boynu ardında işliyordu. Bu gün eşidilən
sözlər – vətəndaş, qardaş, yoldaş sözləri
olub, hər kəs özünü ağa hiss eləmiş və
sairləri ilə bərabər olduğunu dərk edərək
qardaşca, yoldaşca yola getmiş, odur, heç bir ixtilaf,
heç bir nizamsızlığa məhəl
qalmamışdı. Çünki hər kəs
əsiri-eşqi-hürriyyət olub, hər kəsin qəlbi
bir nöqtə üçün dögünmüş, hər
kəsin gözü bir hədəfə baxmışdı.
Başqa dürlü də olamazdı.
Hürriyyət
günəşi doğmuş, azadlıq baharı gəlmiş,
hər kəs martın saf və canbəxş havası
altında şollar suyunun göylərə qalxan saf və bərraq
şəlaləsi kibi ciladar olan hürriyyət
havasını tənəffüs etmiş, hürriyyətlə
yaşamış və hürriyyətlə də
bağırmışdı ki:
Yaşasın
bahari-hürriyyət!
M.Ə.Rəsulzadə
“Açıq
söz”, 15 mart 1917, ¹424
Giyah – ot, göy
Xəl –
vəzifədən kənar etmə
Payan –
son, axır, nəhayət
Müsəlləh
– silahlanmış
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.- 2013.-16 fevral.- S.26-27.